Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   20   21   22   23   24   25   26   27   ...   73

66 
 
fransız  ətriylə  qarışdırıb  səhər,  axşam  Elüara  «içirdirdi»...  Sirli  eliksirin  əvəzində  çoxlu 
sevgi şeiri alırdı. Tənhalıq, qorxu, təlaş, arada bir qədər qısqanclıq şairə çox lazım gəlirdi. 
Qala  yeni,  gözəl  sənətin  yaranması  üçün  lazım  olan  emosiyaları  yaşatmaqda  mahir 
partnyor hesab edilə bilərdi. Qala ilham pərisi roluna girməmişdi, onu oynamırdı, sadəcə 
özü beləydi.  
... Yazılan hər növbəti şeirlə Qala yenidən doğulurdu sanki. Bir gün iblis, bir gün 
mələk, bir dəfə ana, növbəti dəfə övlad kimi, bunların hamısını özündə birləşdirən qadın 
kimi... Bu mənada Qala Elüarın həyat və yaradıcılığında böyük rol oynamışdı. Qalanın bir 
qadın kimi özünü dərk  etməsində  Eıüarın xidmətini kiçiltmək olmazdı.  Elüar  hüdudsuz 
enerjiyə, tükənməz sevgiyə, güclü ehtirasda, dərin istedada malik Qalaya hansısa çərçivə 
qoymaq,  ona  münasibətdə  qadağalar  sistemini  tətbiq  etmək,  onu  özününküləşdirmək 
fikrindən uzaq idi. Onların sevgi və münasibətinin izaholunmaz qəribə cəhəti məhz bundan 
ibarət olmuşdur [18]. 
1921-ci  ildə  Elüar  və  Qala  Almaniyaya  gedir,  Kölndə  çalışan  rəssam  Maks 
Ernstə
100
 baş çəkirlər. Yelena Elüarın arvadı qalmaqla həmin rəssamın qarşısında poza alır 
və  onun  məşuqəsi  olur.  Növbəti  ildə  rəssam  Elüarın  Fransada  Valduazedə  olan  evinə 
köçür. Məhəbbət üçbucağı heç kimdən zərrə qədər olsa belə gizlədilmir. 
Qalanın  Salvador  Dali  ilə  tanışlığının  səbəbkarı  Elüar  oldu.  Qalanın  sənət 
zövqünü, arzu və baxışlarını yaxşı bilən Pol Elüar xanımını Dali kimi əcayib bir adamla 
görüşdürmək,  yaxından  tanış  etmək  istəyirdi.  Elüarın  öz  kandavlistik  meylindən,  yaxud 
sadəcə pozğun gözəlçəni bu yolla başından rədd etmək, «dəlinin birinə» sırımaq fikri də 
istisna edilmir. Həmin vaxtlar Dali kiçik bir ispan kəndi olan Kadakes (Cadaques) kəndinin 
bələdiyyəsindəki  evində  yaşayırdı.  1929-cu  ildə  Elüar  və  Qala  kataloniyalı  rəssam 
Salvador  Dalinin  Kadakesdəki  evinə  təşrif  buyurdular.  İstedadlı  fransız  şairin  həyat 
yoldaşıyla  birlikdə  qonaq  gələcəyini  əvvəlcədən  bilən  Dali  həmin  görüşə  xüsusi 
hazırlaşmışdı. Göy boyaqla bədənini «rəngləmiş», özünün hazırladığı pis qoxulu maye ilə 
«ətirlənmişdi». Amma Qalanı hələ pəncərədən görəndə bədənindən sanki elektrik cərəyanı 
keçdi, tez bədheybət «rəngini», üfunətli «ətrini» yudu, özünə abıra saldı, əynini dəyişib adi, 
normal adam kimi qonaqlarını qarşıladı. Bunu Dalinin ilk baxışdaca Qalaya vurulmasının 
ən  birinci  əlaməti,  ona  sevgisinin  işarəsi  kimi  izah  etmək  mümkündür.  Salvador  Dalini 
«əyninə geyinmədən» qadını qarşılamaması, onunla oynamaq istəməməsi nədənsə xəbər 
verirdi. Qalanı ilk baxışdan yaxın, məhrəm bilməsi kimi yozula bilərdi. Qala saçları laklı, 
özündən 11 yaş gənc rəssamı görən kimi onda özünə qarşı qəribə bir doğmalıq, bənzərsiz 
bir istilik duymuşdu, hərarətini almışdı. Dalinin sənət aurası böyük bir cazibə qüvvəsilə 
qalanı alıb aparmışdı. Müsahibələrinin birində Qala bu barədə deyirdi: «Elə həmin dəqiqə 
başa düşdüm ki, Dali dahidir. Elüar istedadlıydısa, Dali dahiydi!» [18]. 
Gözlənilməz  vizit  onların  hər  ikisi  üçün  ildırım  vurması  kimi  çox  güclü  təsir 
bağışlayır. Məhəbbət həm Yelenanı, həm də Salvador Dalini sarsıdır. Dalinin ondan düz 
on bir yaş kiçik olması da heç nəyi əngəlləmir. Qala rəssam Dalinin arzuladığı eleqant, 
zərif bir qadın kimi onun həyatına girir. Dali onu ilk dəfə pəncərədən görəndə bunu anladı, 
ömrünün sonuna kimi buna inandı. Qala elə ilk görüşdə rəssama demişdi: «Sən ömrün 
boyu məni çəkəcəksən!» [18]. 


67 
 
Dali  və  Qala  arasında  məhəbbətin  alovlandığını  görən  Elüar  kənara  çəkildi. 
Qalanı Dalinin evində qoyub özü Parisə qayıtdı.  
Qala Dalinin rəsmlərinə baxandan sonra qərarını verdi və ona bildirdi: «Biz heç 
vaxt  ayrılmayacağıq,  balaca!»  Qala  Dalini  gördüyü  ilk  gündən  onun  sənətinə  vurulmuş, 
böyüklüyünə inanmış, dahiliyinə güvənmişdi. Salvador Daliyə olan sevgisi, onun sənətinə 
olan  məhəbbəti  Qalaya  sanki  əbədi  bir  həyat  bəxş  etmişdi.  Həqiqətən  Salvador  Dalinin 
ömrünün sonuna kimi Qala onun sevgisi, ilham pərisi, modeli, əsərlərinin baş qəhrəmanı 
oldu. Onları yalnız Qalanın ölümü ayırdı [18]. 
Qalanın  Daliyə  münasibətində  onun  istedadlı  olması  yeganə  meyar  kimi 
götürülə bilərdi. Sanki Qala axtardığı dahini tapdığını elə ilk baxışdan anlamışdı, onunla 
birinci görüşündəcə bunu bəyan etməyi qərarlaşdırmışdı. İndi onların birlikdə yaşamağına, 
ömürlərini bir yerdə keçirmələrinə, qurub-yaratmalarına heç bir şey əngəl törədə bilməzdi. 
Qalanın ailə qurması, hətta qızının olması maneə deyildi. Dali «Bir dahinin gündəliyi» adlı 
əsərində yazırdı: «Qala mənə dahi kimi baxmağa, məndən öyrənməyə başlamışdı. Məni 
yarıdəli  hesab  edirdi,  amma  bununla  bərabər  böyük  ruhu,  gücü  olan  biri  sayırdı.  Sanki 
nəyisə  –  ola  bilsin  öz  xəyal  və  miflərinin  həyata  keçməsini  gözləyirdi.  Hesab  edirdi  ki, 
məhz mən xəyallarını təcəssüm etdirə bilərəm...» [18]. 
Qala  və  Dalinin  görüşü  sadəcə  iki  insanın  tanış  olması  kimi  dəyərləndirilə 
bilməzdi. Ona sənət hadisəsi kimi baxılması daha doğru olardı, çünki Dali sənətinin üzə 
çıxması,  çiçəklənməsi,  sözün  birbaşa  mənasında  rənglənməsi  və  təsdiqlənməsi  üçün 
ehtiyac  duyulan  tarixi  görüşə  çevrilmişdi.  Gənc  yazıçı  Pərvin  Ələmdar  qızı  Nurəliyeva 
«Dalinin dəlisi» adlı məqaləsində yazır: «Dalinin qabı idi, qəlibi idi Qala. Qalasız Dali gur-
gur axan, aşıb daşan, amma nə mənbəyi, nə də mənsəbi bilinən çay kimiydi. Qalaya qədər 
Dali qorxaq uşaq, kompleksli yeniyetmə, qüsurlu kişiydi. Qalanı tanıyana kimi Dali sadəcə 
qəribə, çoxlu psixoloji kəsiri olan rəssam idi. Rejissorsuz, rolunu itirmiş aktyor idi. Qala ilə 
dahi oldu... Qala ilə özünü tapdı... Salvador Daliyə çevrildi» [18].  
Bir  qədər  vaxt  keçdikdən  sonra  Qala  Elüardan  ayrılır  və  Dali  ilə  yaşamağa 
başlayır.  1932-ci  ildə  Dali  və  Qala  öz  nikahlarını  rəsmi  qaydada  qeydiyyata  aldırırlar. 
Amma evliliyin dini mərasimi 26 il sonra – 1958-ci ildə təşkil edilir. 
Elüarı  atıb  Salvador  Dalinin  yatağına  girən  Qala  onunla  yaxınlıq  etdiyi  bir 
vaxtda əri ilə görüşürdü. Elüarın sevgilisinə, indi Salvador Dalinin ilham pərisinə çevrilmiş 
bir  qadına  məhəbbətlə  dolu  məktublar  yazması  ən  heyrətamiz  məqamlardan  biri  kimi 
qiymətləndirilə bilərdı... Hətta Elüar özü artıq başqa qadının əri olsa belə ona məktublarını 
yazmaqda davam edirdi. 
Qala təkcə Dali və Elüarla deyil, həmçinin digər şair və rəssamlarla intim, yanaşı 
münasibətlərindən də qalmırdı. Onun nizamsız cinsi həyat sürməsi bohema dairəsi
101
 üçün 
qəbul edilən bir yaşam tərzi sayılırdı. Dostunun arvadını faktik olaraq əlindən alan, güclə 
«qopardığını» başa düşən Salvador «kompensasiya» qismində onun portretini çəkmişdir.  
Qala rəssam Salvador Dalinin bir neçə tablosunda Qradiva kimi iştirak etməklə 
müzakirə obyekti olur. 
Qala Salvador Dalinin kiçik bacısı Anna-Mariya istisna olmaqla onun yeganə 
qadın modeli və ilhama (təbə) gəlməsinin başlıca süjeti kimi çıxış edir. «Dahi rəssamın 
əsərləri  onun  Qalaya  sevgisinin,  heyranlığının  ən  bariz  nümunəsidir.  Qala  Dalidən  ötrü 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə