25
arvadını xəlvəti Gigə göstərir». Ancaq mənbələrdə əsərin ən qısa adının belə olduğu
deyilir: «Kandavlın ehtiyatsızlığı» («The imprudence of Candaules»). Əsər hazırda Böyük
Britaniyanın paytaxtı London şəhərinin bədii muzeyi olan «Britaniya Teyti» («Tate
Britain») qalereyasında saxlanılır.
Şəkil 7. Uilyam Etti (William Etty). «Lidiya çarı Kandavl arvadı çarpayıda
uzanmağa hazırlaşarkən onu gizlincə öz nazirlərindən biri Gigə göstərir» («Candaules,
King of Lydia, shews his wife by stealth to Gyges, one of his Ministers, as she goes to
bed»), 1830-cu il. 45,1 x 55,9 santimetr ölçülərində olan və yağlı boyalarla çəkilmiş şəkil.
Böyük Britaniyanın paytaxtı London şəhərinin bədii muzeyi olan «Britaniya Teyti» («Tate
Britain») qalereyasında saxlanılır.
Rəssam yaratdığı mənzərədəki süjetdən tamaşaçıların qadınların mülkiyyət
olmamasından və onların hüquqlarını pozan hər kəsin ədalətli şəkildə
cəzalandırılacağından ibarət əxlaqi dərs götürəcəklərinə ümid edir. Lakin öz fikir və
niyyətini aydınlaşdırmaq üçün rəssam bütün gücünü ortaya qoymur. Mənzərə 1830-cu ildə
Kral Akademiyasında sərgiyə qoyulur və dərhal şiddətli tənqidə məruz qoyulur,
pornoqrafik təsvirin və xoşagəlməz süjetin sinik (abırsız, ədəbsiz, utanmaz) kombinasiyası
kimi qavranılır, zorakılıq və amorallığın qarışdırılması kimi çox pislənilir, əxlaq
qaydalarına zidd olduğu bildirilir. Ancaq buna baxmayaraq incəsənət həvəskarı Robert
Vernon tərəfindən alınır və 1847-ci ildə millətə hədiyyə edilir. 1929-cu ildə mənzərə
«Teyt» qalereyasına satılır və hal-hazırda orada saxlanılmaqla nümayiş etdirilir.
Fransız romantik rəssamı və naqqaşı Jozef Ferdinand Buassar de Buadenye
(Joseph Ferdinand Boissard de Boisdenier)
47
tərəfindən 1841-ci ildə yaradılan «Şah
Kandavl və Gig tablosu» (fransızca «Tableau Le Roi Candaule et Gyge spar») çox
məşhurdur (şəkil 8). Mənbələrin çoxunda həmin əsər sadəcə «Şah Kandavl və Gig»
26
(fransızca «Le Roi Candaule et Gyge») adlandırılır. Ancaq mənbələrin bir qismində əsərin
adı belə göstərilir: «Heterasını təklif edir» (fransızca «Hetaire offerte»). Tabloya baxan
insan ruhlanır, özünü yazıb-yaratmağa təhrik olunmuş kimi hiss edir, sanki ona ilham
verilir.
Şəkil 8. Jozef Ferdinand Buassar de Buadenye (fransızca Joseph Ferdinand
Boissard de Boisdenier). «Şah Kandavl və Gig tablosu» (fransızca «Tableau Le Roi
Candaule et Gyge spar»), yaxud «Heterasını təklif edir» (fransızca «Hetaire offerte»),
1841-ci il
Fransız şairi və romantik məktəbin tənqidçisi Pyer Jül Teofil Qotye (Pierre Jules
Theophile Gautier) 1844-cü ilin oktyabr ayının 1-dən 5-ə qədər «Press» («La Presse»)
qəzetində beş felyeton şəklində dərc etdirdiyi «Şah Kandavl» (fransızca «Le roi
Candaule») novellasında Herodotu çox dəqiq təqib edir, onun fikirlərini əlində rəhbər tutur,
sadəcə olaraq hekayəyə (əfsanəyə) antik və Şərq koloriti qatır. Şah arvadının adının Nissiya
olduğu bizim eranın II əsrinin birinci yarısında yaşayıb-yaratmış yunan yazıçısı Hefestion
Ptolemeydən götürülmüşdür. Lakin novellada Nissiya baktriya satrapının qızı kimi təqdim
edilir, Gig isə cangüdəndən qvardiya komandanına çevrilir.
Herodotun süjetini inkişaf etdirən Qotye şah Kandavlın həyatı bahasına başa
gələn əməlini boş-boşuna şöhrətpərəstlik (şöhrət düşkünlüyü) kimi izah etməmiş, eyni
zamanda şahı bir estet, incəsənəti sevən insan, qeyri-adi gözəlliyi başqa adamlardan
gizlətməyi arzulamayan bir ehtiraslı şəxs kimi təsvir etmişdir.
Qotyenin novellasında şah arvadının təhqir olunmağa görə qisas alma arzusu
Herodotun əsərində olduğu kimi izah edilir. Lakin Qotye bədii effekti gücləndirmək üçün
yazırdı ki, Nissiya ərindən savayı heç kimin yanında üzü açıq gəzməmişdir. Çox böyük
ehtimalla qadının kişilərdən üzünü gizlətməsi Nissiyanın vətəninin adətlərinə uyğun gəlir.
Ancaq belə bir adət Kiçik Asiya üçün həddən artıq ciddi görünür.
Novella kütlə arasında müvəffəqiyyət qazanır. Növbəti il «Novellalar»
məcmuəsində dərc edilir. Sonralar daha bir neçə dəfə onun yenidən nəşr edilməsinə ehtiyac
yaranır.
27
«Şah Kandavl» haqqında fərəhlə rəyini bildirən Viktor Mari Hüqo (Victor
Marie Hugo)
48
Teofil Qotyeyə yazdığı məktubunda novellanın onu vəcdə gətirdiyini
çatdırmış, əsərə məftun olduğunu aşağıdakı sözlərilə ifadə etmişdir: «Möcüzəli gücünüzlə
sübut etdiniz ki, «romantik poeziya» adlandırılan bir şey günlərin birində bütün dahiləri
birləşdirir, yunan dühası başqa zəkalarla qovuşur. Sizin poemanızı oxuduqca hər anda
Günəşin valehedici şüalarını duyursan. Əlbəttə, bu çox gözəldir, olduqca yaxşıdır,
məftunedicidir».
Həmçinin fransız şairi, prozaik, tənqidçi, esseist və tərcüməçi, bütün sonrakı
Avropa poeziyasının inkişafına təsir göstərmiş simvolizm və dekadans estetikasının banisi
Şarl Pyer Bodler (Charles Pierre Baudelaire)
49
Teofil Qotyenin yaradıcılığı haqqında
etüddə novellaya yüksək qiymət verir. Fransız və dünya ədəbiyyatı klassiki Ş. P. Bodler
qeyd edir ki, «bundan daha çox işlənmiş, gələcəkdən daha artıq dərəcədə xəbər verən faciə
seçmək çətindir».
Novelladan ilhamlanan İsveçrə mənşəli fransız rəssamı və heykəltəraşı Jan Jak
Pradye (Jean-Jacques Pradier)
50
1848-ci ildə «Şah arvadı Nissiya» heykəlini yaratmışdır
(şəkil 9). Mənbələrin bir çoxunda sadəcə «Nissiya» («Nyssia») adlandırılır.
Şəkil 9. Jan Jak Pradye (Jean-Jacques Pradier). «Şah arvadı Nissiya» (La reine
Nyssia»), 1848-ci il. Mərmərdən hazırlanmış heykəl. Monpelye şəhərində İncəsənət
muzeyində saxlanılır.
Daha bir əsər fransız rəssamı Teodor Şasserionun
(Theodore Chasseriau)
51
1850-ci ildə yaratdığı «Lidiya şahı Kandavl gizlincə öz arvadını Gigə göstərir»
(«Candaules, king of Lydia, showing the beauty of his queen to his confidant Gyges»)
əsəridir (şəkil 10). Bəzi mənbələrdə əsər belə adlandırılır: «Lidiya çarı Kandavl gizlincə öz
gözəl arvadını etibarlı dostu Gigə göstərir».
Dostları ilə paylaş: |