41
Qızı Orlean Marqaritası Etamp qrafı Riçard Bretana ərə getmişdir.
Valentinanın dörd oğlu və iki qızı uşaq yaşlarında ölmüşlər.
Şəkil 22. Orlean Lüdoviki (I Lüdovik)
Bundan başqa, Valentina 1405-ci ildə öz ərinin bastardı
78
olan Jan de Dünuanı
(Jean de Dunois) faktik olaraq oğulluğa götürmüşdür. Hərbçi olan həmin insan çox vaxt
Orlean bastardı olan Jan (Jean le batard d’Orleans) adlandırılmışdır. Birinci Lüdovikin və
Marietta Dengienin oğludur. Beş yaşı olanda atasını itirmiş, bundan bir il sonra analığı
Valentina dünyasını dəyişmişdir.
Ehtimal edilir ki, Birinci Lüdovik öz arvadını deyil, məşuqəsini başqalarına
göstərməkdən həzz almışdır. Maraqlı olduğunu nəzərə alıb həmin tarixi vərəqləyəcəyik.
Fransız boyakarı və qrafiki, Avropa boyakarlığında romantik istiqamətin
seçilmiş nümayəndəsi, mütərəqqi romantizmin görkəmli nümayəndəsi Ferdinand Viktor
Ejen Delakrua (Ferdinand Victor Eugene Delacroix)
79
tərəfindən 1825–1826-cı illərdə
yağlı boyalarla çəkilmiş «Öz məşuqəsini göstərən Orlean Lüdoviki» («Louis d’Orleans
unveils a mistress») adlı mənzərədə məhz bundan bəhs edilir (şəkil 23).
İspaniyanın paytaxtı Madrid şəhərində Tissen-Bornemiz (Tissen-Bornemisa)
kolleksiya fondunda saxlanılan şəkil bir tərəfdən incəsənət əsəri, digər tərəfdən diqqətlə
baxılarkən tarixin hər hansı hissəsi qeyri-ixtiyari olaraq xatırlamağa imkan verən
mükəmməl bir abidədir. Ejen Delakrua tərəfindən təsvir edilmiş «Öz məşuqəsini göstərən
Orlean Lüdoviki» («Louis d’Orleans unveils a mistress») adlı mənzərəsindən bir
fraqmentdə məhz ən məşhur kandavlist Orlean Lüdoviki təsvir edilmişdir. Əsəri həmçinin
«Orlean Lüdoviki öz məşuqəsinin gözəlliyilə öyünür» kimi tərcümə etmək olar.
İstedadlı rəssam dövrünün əxlaqi eybəcərliyini yaratdığı mənzərədə təcəssüm
etdirmişdir. Əsərin süjet xətti zəmanənin dünyagörüşünü bu aspektdən tamamlayır. Bahalı
paltarlar geyinmiş varlı hersoq çarpayıda uzanmış gənc qadının üstündəki örtüyü götürür.
Üstünün açıq qalmasından utanıb sıxılan qadın sifətini çevirir və əllərilə döşlərini örtməyə
çalışır. Karıxıb həyəcanlanmış məşuqəsinin çılpaq bədənini diqqətlə gözdən keçirən və
onun gözəlliyilə öyünən kişinin nəsə mədhedici sözlər dediyi, tərifləyici ifadələr işlətdiyi
onun sifət cizgilərindən aydın görünür.
42
Delakruanın portretində Orlean Lüdovikinin öz məşuqəsinin gözəl bədənini
nümayiş etdirdiyi kişi zahirən VI Karla oxşayır, lakin bunu dəqiq demək çətindir, həmçinin
yataqdakı
əxlaqsızın
İzabo,
Valentina,
yoxsa
Odetta
olduğu
dəqiq
müəyyənləşdirilmədiyindən suallar doğurur.
Şəkil 23. Ferdinand Viktor Ejen Delakrua. «Öz məşuqəsini göstərən Orlean
Lüdoviki» («Louis d’Orleans unveils a mistress»). 1825–1826-cı illər. Yağlı boyalarla
çəkilmiş şəkil. İspaniyanın paytaxtı Madrid şəhərində Tissen-Bornemiz (Tissen-
Bornemisa) kolleksiya fondunda saxlanılır.
Qadının İzabo olması daha çox ehtimal edilir. Hərçənd kandavlist ərin təkcə öz
məşuqəsini deyil, eyni zamanda arvadını da nümayiş etdirməsi çox müşahidə edildiyindən
portretdəki qadının Valentina olduğuna güman artır. Həmçinin Odetta da ola biləcəyi
istisna edilmir.
Ümumiyyətlə, həmin dövrün Fransa kral sarayının tarixini danışmaq bir qədər
məsuliyyətli, eyni zamanda asan olmayan işdir. Çünki Aleksandr Düma-ata (Alexandre
Dumas pere), Onore de Balzak (Honore de Balzac), Donasyen Alfons Fransua de Sad
(Donatien Alphonse François de Sade) və başqa məşhur müəlliflərin əsərlərindən tutmuş
digər mötəbər mənbələrə qədər çox müxtəlif ədəbiyyatı qaldırmaq lazım gəlir. Əlbəttə,
söhbət həmin müəlliflərlə rəqabət apara bilməyin çətinliyindən deyil, mövcud materialın
təhlil süzgəcindən keçirilməsinin böyük zəhmət tələb etməsindən gedir.
Avropanın aristokratik dairələrində qeyd edilən dövrdə hökmranlıq etmiş ədəb
və əxlaq qaydaları nəinki nikahdankənar məhəbbət əlaqələrini mühakimə etmir, əksinə,
43
belə halların olması bəyənilir, təqdirəlayiq dəyişikliklər kimi qiymətləndirilir. Məşuqələrin
çox olması ilə öyünmə bir dəb halını alırdı. Lakin qadına qiymətsiz bir «xüsusi mülkiyyət»
kimi baxılırdı. Hətta adlı-sanlı kişinin öz məşuqələrilə lovğalanması onun yeni at, it və
başqa heyvanları alarkən öyünməsinə bərabər tutulurdu.
İntibah epoxasının ən çox oxunan fransız müəlliflərindən biri, Yekaterina
Mediçi zəmanəsinin saray həyatının xronisti Pyer de Burdeyl (Pierre de Bourdeille) də öz
münasibətini bildirmişdir. Çox vaxt senyor de Brantom (seigneur de Brantome) kimi
tanınan araşdırıcı yazırdı: «Sonralar Parisdə Barbett qapısının yaxınlığında öldürülmüş
Orlean hersoqu Lüdovik başqa cür hərəkət etmişdi (onun böyük bir şuluqçu olduğuna və
saray xanımları içərisində əsil-nəcabətli, adlı-sanlı, kübar olanlarını yoldan çıxarmağı
sevdiyinə etiraz etmək mümkün deyildi): hersoq başını tovladığı qadınlardan biri ilə yatır,
ertəsi gün səhər ertədən arvadın ərini öz evində yataq otağında qəbul edilir. Hersoq ona öz
hörmət və ehtiramını təsdiq etmək üçün gəlmiş ərə yataqdakı qadının çılpaq bədənini
göstərir. Xanımın başını döşəkağı (mələfə) vasitəsilə örtərək onu tanınmaz edir, ancaq
bütün bədənini çılpaqlaşdırır, gələn kişinin ona göz yetirməsinə şərait yaradır, hətta əllərilə
ona toxunmasına icazə verir, ancaq heç bir vəchlə sifətini görməsinə imkan yaratmır. Sonra
hersoq kişidən ona tanış olmayan bu gözəl qadından xoşu gəlib-gəlmədiyini inadla soruşur.
Kişi göz yetirdiyi çılpaq qadının gözəlliyindən heyrətə düşdüyünü, ona valeh olduğunu
bildirir. Ancaq kişi baxdığı qadının onun arvadı olduğunu heç cür anlamır. Nəhayət, hersoq
qonağını lütfkarlıqla yola salır, onu buraxır. Bədbəxt kişi öz arvadına baxıb ləzzət
aldığından xibər halda, heç nəyi bilmədən çıxıb gedir.
Əgər gələn kişi öz arvadı ilə yataqda olarkən ona çılpaq halda daha yaxşı
baxsaydı, həmişə gözdə olan, daimi nəzərləri altına düşən müəyyən əlamətlərini aşkara
çıxarardı və hersoqun yatağında onu görən kimi belə əlamətlərdən bir çoxunu sezən kimi
üzünü görmədən elə həmin andaca onu tanıyacağını fikirləşmək olardı. Elə buradan ərlərə
belə bir məsləhət verilir: arvadı hər iki ucdan öyrənməyin, ona yaxşı-yaxşı baxmağın zərəri
yoxdur.
Başıbəlalı və uğursuz ərin yataq otağını tərk etməsindən sonra Orlean hersoqu
məşuqəsindən çox güclü qorxub-qorxmadığını soruşur. Saatın təxminən dörddə biri qədər
çəkən zaman kəsiyinin qadın tərəfindən necə keçirildiyini, onun hansı dəhşət və vahimə
yaşadığını təsəvvür etmək çətin deyildir. Bədbəxt qadının hansı vəziyyətlə üzbəüz
qaldığını və bundan necə qorxduğunu hər kəs özündə düşünüb asanlıqla mühakimə edə
bilər. Qadının əri bir qədər fərasətli və cəsarətli olsaydı, mələfənin qıraq tərəfini bir qədər
qaldırsaydı, dərhal onu tanıyacaqdı. Bununla qadının axırı çatdığını düşünmək olardı.
Lakin hersoq məşuqəsinə bəyan etmişdi ki, əgər belə şey olsaydı, kişi öz hirsini arvadının
üstünə tökmək, ondan qisas almaq fikrinə düşsəydi, bu halda ədəbsizlik və kobudluq
etdiyini bəhanə gətirib onu elə yerindəcə öldürərdi.
Maymaq, fərsiz, bacarıqsız ər növbəti gecə öz arvadı ilə yataqda olarkən orlean
hersoqunun onların önündəcə öz çılpaq məşuqəsilə necə öyünüb lovğalandığını, belə bir
gözəlliyə malik qadını heç vaxt görmədiyini, ancaq hökmdarın mələfə ilə xanımın başını
örtməsi səbəbindən onun üzü barəsində heç bir fikir yürüdə bilmədiyini danışmışdır. Qadın
ona doğru danışan ərinin söhbətini dinlədikcə bir anlığa dəhşətli hadisələr fikirləşmiş,
xəyalına vahiməli səhnələr gətirmişdir.
Dostları ilə paylaş: |