10
İngilis yazıçısı və filosofu Oldos Leonard Haksli
(Aldous Leonard Huxley; 1894–1963)
«Kandavlizm» termini «kandavl» sözünün axırına qeyri-normallıq hallını
bildirən «izm» şəkilçisinin artırılmasından əmələ gəlmişdir.
Kandavlizm haqqında tarixi məlumat verilərkən məsələyə iki aspektdən
yanaşılması daha doğru olardı: 1) şah Kandavla, onun qəribəliyinə, həmçinin arvadının
taleyinə dair toplanan tarixi məlumatların diqqətlə tutuşdurulması və müxtəlif dövrlərdə
kandavlizmə bəslənən münasibətin dərindən araşdırılması; 2) kandavlizmə mübtəla olmuş
şəxsiyyətlər haqqında əldə edilən tarixi məlumatların dəqiqləşdirilməsi və təhlil edilərək
tibb elmi üçün faydalı ola biləcək nəticələrə gəlinməsində onlardan istifadə olunması.
Kandavl çılpaq arvadını başqa kişiyə göstərməkdən həzz alma kimi meyl
pozğunluğuna mübtəla olmuş bir şahın adıdır. Onun taleyi haqqında ayrıca geniş tarixi
məlumat veriləcəkdir. Hələlik onu qeyd etmək lazım gəlir ki, keçmiş şahın adından
götürülən «kandavlizm» termini indiyədək saxlanılmışdır.
Yeri gəlmişkən «kandaulezizm», «kandavlizm», həmçinin eyni kökə malik
digər məfhumların eponimik terminlər olmasına baxmayaraq onlardan geniş istifadə
edilməsi haqqında bir neçə kəlmə demək lazım gəlir. Son illər nəşr edilən ədəbiyyatlarda
eponimik terminlərdən imkan daxilində kənar olma tendensiyası açıq-aşkar sezilir. Əlbəttə,
bunun bir çox səbəbləri vardır, lakin ayrıca bir tədqiqatın mövzusu olduğundan burada
onun üzərində geniş dayanmağa macal və lüzum yoxdur. Yeganə olaraq onu deyə bilərik
ki, kökü «kandavl» sözündən ibarət olan istilahlar, xüsusən «kandavlizm» termini
eponimik təbiətli olsa da, lakin pozuntuya həddən ziyadə uyğun gəldiyindən kifayət qədər
ədalətli hesab edilir, nisbətən qısa olduğundan yazılı və şifahi nitqdə çətinlik törətmir və
rahatlıqla işlənir. Bu mənada bir eponimik termin olaraq «kandavlizm» istilahından istifadə
edilməsi məqsədəuyğundur.
«Kandavl» sözü qədim mənbələrdə latın əlifbasının hərflərilə «Candaules» kimi
yazıldığından müxtəlif dillərdə bir-birindən fərqli şəkillərdə ifadə edilmişdir. Beləcə
«Kandaul», «Kandaules», «Kandaulez», «Kandavl», «Kandavles», «Kandavlez» kimi
adlar işlənmişdir. Latın dili qaydalarına görə, bunların içərisində ən doğru olanı «Kandavl»
hesab edilir. Latın dili həkimlərin istifadə etdiyi dil olduğundan tibb mütəxəssisləri
«Kandavl» sözünün üzərində dayanırlar.
Şahın adına uyğun olaraq təklif edilən eponimik terminlər arasında da oxşar
mənzərə hökm sürür. Belə ki, «kandaulizm» («candaulismus»), «kandaulesizm»
(«candaulesismus»),
«kandaulezizm»
(«candaulesismus»),
«kandavlizm»
(«candaulismus»),
«kandavlesizm»
(«candaulesismus»),
«kandavlezizm»
(«candaulesismus») kimi eponimik terminlərlə rastlaşmaq mümkündür.
Beləliklə, «kandavlizm» termininin müxtəlif mənbələrdə bir-birindən fərqli
şəkillərdə yazılmasının səbəbi cinsi pozğunluğa mübtəla olan ilk kişi kimi tarixə düşmüş
hökmdarın adının müxtəlif cür yazılmasıdır.
Qeyd edək ki, ingilis dilində olan mənbələrdə «kandaulizm» («kandavlizm»),
rus dilində olan mənbələrdə isə «kandaulezizm» («kandaulesizm») kimi yazılışla daha çox
11
rastlaşmaq olur. Mötəbər mənbələrin müəllifləri məhz «kandavlizm» və «kandaulezizm»
kimi istilahların üzərində dayanırlar.
Lidiya çarı Kandavl həm də Mirsilos (Myrsilos) kimi tanındığından belə bir
pozğunluğu başqa sözlə «mirsilizm» («myrsilismus») də adlandırmaq olar.
Bildiyimiz kimi, «kişilərin kiçik zəifliyi» kimi nəzərdən keçirilən hal həqiqətdə
bəşəriyyətə çoxdan məlumdur. Hələ uzaq zamanlardan insanlar kişilərin bu qəribə meyli
ilə tanış olmuşlar. Kandavlizm hadisəsi ilk dəfə bizim eradan əvvəl VII əsrdə Lidiyada
8
qeyd edilmişdir. Ölkəyə başçılıq edən Kandavl (Candaules) belə pozğunluqdan əziyyət
çəkmişdir. Şübhəsiz ki, Kandavla qədər də kişilər arasında belə pozuntu olmuşdur. Sadəcə
olaraq pozuntuya mübtəla olma ilk dəfə məhz Kandavlın simasında tarixin yaddaşında
saxlanılmışdır.
Əldə edilən məlumatlara görə, şah Kandavl qəribə meyli ucbatından, elə bunun
üstündə həyatını itirmişdir. Belə ki, Kandavl arvadını çılpaq halda özünün çox etibar etdiyi
dostuna göstərmişdir. Sonra həmin dostu şahı öldürərək taxt-taca yiyələnmişdir.
Antik dövrdə Lidiya şahı Kandavlın öz arvadının gözəlliyini nə vaxtsa sadə bir
balıqçı olmuş şəxsi cangüdəni Giglə bölüşməyə xəstəlik dərəcəsində meylə mübtəla olması
haqqında mif çox müzakirə olunur.
Lakin müxtəlif mənbələrdə bir-birindən fərqli məlumatlara rast gəlinir, bəzən
bunlar bir-birini tamamlayır, digər hallarda onların arasında ziddiyyət aşkar olunur.
Araşdırılmasına daha çox ehtiyac duyulan suallardan aşağıdakıları qeyd edə bilərik: 1)
şahın özünün və arvadının adı; 2) şahın dostunun adı və tutduğu vəzifə; 3) şahın çılpaq
halda olan arvadını öz dostuna göstərməsi şəraiti; 4) şahın öz dostu tərəfindən öldürülməsi
və onun səbəbi; 5) şah öldürüldükdən sonra arvadının və ona sahib çıxmış dostunun taleyi.
Əlbəttə, qeyd edilən məsələlər barəsində dəqiq və ətraflı tarixi məlumat
verilməsi kandavlizmin mahiyyətinin və onun acınacaqlı nəticələrinin düzgün başa
düşülməsi üçün olduqca zəruridir.
Əvvəlcə şahın özünün və arvadının adı haqqında danışaq. Tarixi mənbələrin
böyük əksəriyyətində şahın adının Kandavl olduğu bildirilir. Bir qədər əvvəl qeyd
etdiyimiz kimi, şahın adı müxtəlif dillərdə və ayrı-ayrı mənbələrdə Kandaul, Kandaules,
Kandaulez, Kandavl, Kandavles, Kandavlez kimi yazılmışdır.
Mənbələrin böyük bir qismində əfsanəvi Lidiya şahının Kandavl olduğu
göstərilir [22].
Bundan başqa, Kandavl özü Mirsin oğlu olmuşdur. Məhz buna görə Lidiya çarı
Kandavl bir çox mənbələrdə Mirsilin oğlu kimi tanıdılmış, Mirsilos (Myrsilos)
adlandırılmışdır. «Mirsilizm» termini məhz buradan irəli gəlmişdir.
Bəzi mənbələrdə həmçinin başqa adlara rast gəlinmişdir
9
.
Mənbələrdə Kandavlın yüngülxasiyyət, dəmdəməki bir adam olduğu
göstərilmiş, onun ar-namus bilmədiyi xüsusi olaraq vurğulanmışdır. Hələ 1894-cü ildə M.
Korş «Mifologiya və qədim abidələrin qısa lüğəti»ndə Kandavlı (Candaules) dostu Gigesə
öz arvadının gözəllik və məlahətliliyini görməsinə imkan verən, bunun müqabilində həyatı
bahasına altını çəkən arsız yelbeyin bir Lidiya çarı kimi səciyyələndirmişdir [35].
Ancaq Kandavlın dünyagörüşünün geniş olduğu heç kimdə şübhə
oyatmamışdır. Hətta mənbələrin bir çoxunda şah Kandavl bir estet, incəsənəti sevən insan,
Dostları ilə paylaş: |