“kapital bank” AÇiq səhmdar cəMİYYƏTİ



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix14.09.2018
ölçüsü1,11 Mb.
#68353
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

27 

 

Ödənilmiş 



dividendlər 



(52,384.85) 



(52,384.85) 

Digər 


ehtiyatlar 



879.98 



879.98 

Digər 


dəyişiklliklər 



442.10 




442.10 

31.12.2017 

tarixinə 

qalıq 

185,850.00 

800.00 

20,070.42 

96,966.80  22,256.80  325,944.02 

7.2. Emitentin maliyyə vəziyyətində dəyişikliklər baş verdiyi halda həmin dəyişikliklər və 

onlar barədə məlumat: 

Səhmdarların 10 iyun 2013-cü il tarixində keçirilmiş ümumi yığıncağının qərarı ilə Bankın 

nizamnamə  kapitalı  30,000,000  məbləğində  50,000,000  AZN-dən  80,000,000-ə  qədər 

artırılmışdır. Adi səhmlər buraxılmış və mövcud səhmdarlar tərəfindən nağd pula alınmışdır. 

Səhmdarların  15  yanvar  2014-cü  il  tarixində  keçirilmiş  ümumi  yığıncağının  qərarı  ilə 

Bankın nizamnamə kapitalı 70,000,000 məbləğində 80,000,000 AZN-dən 150,000,000-ə qədər 

artırılmışdır.  Adi  səhmlər  buraxılmış  və  mövcud  səhmdarlar  tərəfindən  bir  adi  səhm  üçün 

10AZN ödəməklə nağd pula alınmışdır. 

Səhmdarların 27 may 2014-cü il tarixində keçirilmiş ümumi yığıncağının qərarı ilə Bankın 

nizamnamə  kapitalı  35,850,000  məbləğində  150,000,000  AZN-dən  185,850,000-ə  qədər 

artırılmışdır.  Bu  artırma  bir  səhmin  dəyərinin  2.39AZN  artması  ilə  nəticələnmiş, 

bölüşdürülməmiş mənfəətin kapitallaşdırılması vasitəsilə aparılmışdır. 



7.3.  Emitentin  əməliyyatlardan  gələn  gəlirinə  təsir  edən  amillər  və  gəlirin  bundan  nə 

qədər asılı olduğunu göstərən faktorlar: 

Azərbaycan  iqtisadiyyatının  gələcək  sabitliyi  önəmli  dərəcədə  islahatlardan,  eləcə  də 

hökümətin  gördüyü  iqtisadi,  maliyyə  və  monetar  tədbirlərin  effektivliyindən,  eləcə  də  xam 

neftin qiymətindən və AZN sabitliyindən asılıdır. 

Bu çətinliklərə cavab olaraq, Azərbaycan hökuməti islahatları sürətləndirmək və maliyyə 

sisteminə  dəstək  vermək  planlarını  açıqlamışdır.  6  dekabr  2016-cı  ildə  Azərbaycan 

Respublikasının Prezidenti “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol 

xəritəsinin  başlıca  istiqamətləri”ni  təsdiqləmişdir.  Yol  xəritəsi  2016-2020-ci  illərdə  inkişaf 

strategiyasını, 2025-ci ilə qədər uzunmüddətli perspektivləri və 2025-ci ildən sonrakı dövrə 

nəzəri əhatə edir. 

Bundan  əlavə,  2017-ci  ildə  hökumət  sərt  pul  siyasətini  davam  etdirmiş,  eləcə  də 

Azərbaycan manatının  stabilləşdirilməsinə  xarici  valyuta ehtiyatları ayırmışdır. Bu siyasətin 

2018-ci ildə makroiqtisadi sabitliyin qorunması məqsədi ilə davam etdirilməsi gözlənilir. 

Əməliyyat mühitinin yaxşılaşması kreditlərə tələbatın artmasına və pərakəndə seqmentdə 

artıma  səbəb  olacaqdır.  Eyni  zamanda  uçot  dərəcəsinin  aşağı  salınması  və  ucuz  maliyyə 

vəsaitlərinin çıxışın olması bankın faiz marjasını artıracaqdır. 



7.4.  Xalis  satışlarda  və  ya  gəlirlərdə  dəyişikliklər  maliyyə  hesabatlarında  açıqlandığı 

halda bu dəyişikliklərin səbəblərinin təsviri: 

Qeyri-nağd  ödənişlərin  ölkə  səviyyəsində  stimullaşdırılması  qeyri-komissiya  gəlirlərini 

artırmışdır. Əlavə olaraq rəqəmsallaşma yönündə aparılna islahatlar və innovasiyalar Emitentin 

satışlarını artırmaqla yanaşı əməliyyat xərclərinin optimallaşdırmağa şərait yaradır. 




28 

 

7.5.  İqtisadi,  fiskal,  monetar,  siyasi  və  digər  amillərin  emitentin  əməliyyatlarına  təsir 



etmiş və ya birbaşa və ya dolayı yolla təsir edə bilən faktorlar barədə məlumat: 

2018-ci  il  ərzində  problemli  kreditlərin  azalmağa  doğru  gedəcəyi,  likvidliyin  artacağı, 

kapitallaşma səviyyəsinin yüksələcəyi gözlənilir. Eyni zamanda, kapital dayanıqlığı olmayan 

bankların  restrukturizasiyası,  likvidliyik  alətlərinin  genişləndirilməsi,  bank  sektoru  üzrə  yol 

xəritəsinin  hazırlanması,  sistem  əhəmiyyətli  bankların  tənzimləmə  mexanizminin  müəyyən 

edilməsi istiqamətində də tədbirlər görüləcəyi gözlənilir. 

Ümumiyyətlə, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz 

göstəricilərində  bank  sisteminin  kapitallaşması  və  likvidliyin  təmin  edilməsi,  emitentlər  və 

maliyyə  vasitəçiləri  üçün  əlverişli  mühitin  yaradılması,  kredit  məlumatlarının  mübadiləsi 

sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək. 



 

8. Emitentin kapital resursları. Emitentin kapital qoyuluşları (qısa və uzun müddətli) 

8.1.  Emitentin  pul  vəsaitlərinin  hərəkətinin  mənbələrinin  və  məbləğlərinin  izahı  və 

təsviri: 

 “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin 31 dekabr 2017-ci il tarixinə  

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABATI 

(min manat) 

 

31-Dec-17 



Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti 

 

Alınmış faiz 



286,168 

Ödənilmiş faiz 

(83,422) 

Alınmış haqq və komissiya 

99,066 

Ödənilmiş haqq və komissiya 



(11,137) 

Xarici valyuta ilə dilinq əməliyyatlarından realizasiya olunmuş xalis gəlir 

28,473 

Alınmış digər əməliyyat gəliri 



731 

İşçilər üzrə ödənilmiş xərclər 

(68,758) 

Ödənilmiş ümumi və inzibati xərclər 

(51,379) 

Əməliyyat aktivlərində və öhdəliklərində dəyişikliklərdən əvvəl 

əməliyyat fəaliyyəti üzrə əldə edilmiş pul vəsaitlərinin hərəkəti 

199,742 

Əməliyyat aktivlərində xalis (artım) / azalma 

 

Kredit təşkilatlarından alınacaq məbləğlər 



215,987 

Müştərilərə verilmiş kreditlər 

(3,528) 

Digər aktivlər 

(27,896) 

Əməliyyat öhdəliklərində xalis (artım) / azalma 

 

Müştərilər qarşısında öhdəliklər 



484,495 

Mərkəzi Bank qarşısında öhdəliklər 

(80,000) 

Banklar qarşısında öhdəliklər 

(249,617) 

Maliyyə insitutları qarşısında öhdəliklər 

(58,050) 

Digər öhdəliklər 

(13,986) 

Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyəti üzrə əldə edilmiş xalis pul 

vəsaitlərinin hərəkəti 

467,147 

Ödənilmiş mənfəət vergisi 

(11,350) 

Əməliyyat fəaliyyəti üzrə əldə edilmiş xalis pul vəsaitləri 

455,797 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə