“kapital bank” AÇiq səhmdar cəMİYYƏTİ



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix14.09.2018
ölçüsü1,11 Mb.
#68353
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

31 

 

Azərbaycan  Respublikası  Prezidentinin  təsdiq  etdiyi  Strateji  Yol  Xəritəsinin  hədəflər 



toplusunda  yer  alan  maliyyə  dərinliyinin  artırılması,  xüsusilə  real  iqtisadiyyata  verilmiş 

kreditlərin  qeyri-neft  ÜDM-də  payının  artırılması  Emitentin  strateji  hədəflərində  yer 

almaqdadır. Ölkədə aparılan iqtisadi islahatlar ümumilikdə Emitentin fəaliyyətinə müsbət təsir 

göstərmişdir. Belə ki, son dövrlərdə qeyri-nağd ödənişlərin həcmindəki xüsusi artım və kölgə 

iqtisadiyyatının kiçilməsi tendensiyları müşahidə edilməkdədir. Əlavə olaraq, ölkədə elektron 

hökümətin  daha  da  təkmilləşdirilməsi  Emitent  ilə  ilə  müştəri  arasındakı  informsiya 

assimetriyasını daraltmışdır. Bütün  bunlar Emitentin faiz və qeyri-faiz gəlirlərini artırmaqla 

yanaşı, riskləri daha düzgün ölçməsinə şərait yaradır.   



10.2.  Emitentin  fəaliyyətinə  cari  maliyyə  ili  dövründə  təsir  etmə  ehtimalı  olan  məlum 

tendensiyalar,  qeyri-müəyyənliklər,  tələblər,  öhdəliklər  və  ya  hadisələr  barədə 

məlumat:  

Cari  maliyyə  ili  dövründə  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  monetar 

siyasətindəki  (uçot  faiz  dərəcəsi  və  məzənnə  siyasəti)  və  Maliyyə  Nazirliyinin  büdcə 

saiyasətindəki  (vergi  siyasəti  və  dövlət  xərcləmələri)  kəskin  dəyişikliklər  eləcə  də 

makroiqtisadi  dəyişikliklər  fonunda  ÜDM-in  dəyişməsi  emitentin  fəaliyyətinə  müsbət  və  ya 

mənfi təsir etmə ehtimalı mövcuddur. 



 

11. Gəlir proqnozu 

11.1.  Emitent  öz  mülahizəsinə  əsasən  emissiya  prospektinə,  bu  Əlavənin  11.2-ci-11.5-ci 

bəndlərinin tələblərinə uyğun, gəlir proqnozunu emissiya prospektinə əlavə edir: 

 

Gəlir proqnozu mövcud deyil. 



11.2. Emitent tərəfindən müəyyən edilən və proqnozun əsasını təşkil edən əsas fərziyyələr 

haqqında hesabat gəlir proqnozuna  əlavə  edilməlidir. Hesabatda emitentin İdarə 

Heyətinin  təsir  edə  biləcəyi  və  həmçinin  İdarə  Heyətinin  təsirindən  kənarda  olan 

amillər və fərziyyələr arasındakı fərq: 

Gəlir proqnozu müəyyən edilərkən istinad edilən əsas fərziyyələr aşağıdakılardır: 

– Kredit portfelinin artımı 

– Depozit portfelinin artımı 

 

Keçmiş illərin faktiki qeyri-faiz gəlirləri və qeyri-faiz xərcləri. 



11.3. Gəlir proqnozunun emitent uçot siyasətinə uyğunluğu haqqında müstəqil auditorun 

hesabatı gəlir proqnozuna əlavə edilməlidir: 

Mövcud deyil. 



11.4. Gəlir proqnozu və ya hesablaması keçmiş maliyyə məlumatları ilə müqayisə edilə 

bilən əsasda hazırlanmalıdır: 

Gəlir proqnozu və ya hesablaması keçmiş maliyyə məlumatları ilə müqayisə edilə bilən 

əsasda hazırlanır. 

11.5.  Emissiya  prospektinə  əvvəl  dərc  olunmuş  gəlir  proqnozu  daxil  edildikdə,  həmin 

proqnozun  emissiya  prospektinin  tərtib  olunması  tarixinə  etibarlılığı  barədə 

məlumat təqdim edilməlidir: 

Mövcud deyil. 



 

 

 


32 

 

12. Emitentin təsisçiləri, idarəetmə və nəzarət orqanları 



12.1.  Emitentin  idarəetmə  və  nəzarət  orqanlarının  hər  bir  üzvü  barədə  aşağıdakı 

məlumatlar: 

Emitentin  ali  idarəetmə  orqanı  Səhmdarların  Ümumi  Yığıncağıdır.  Səhmdarların 

Ümumi  Yığıncağı  növbəti  (illik  ümumi  yığıncaq)  və  növbədənkənar  keçirilir.  Emitentin 

səhmdarlarının  ümumi  sayı:  “Paşa  Holding”  MMC  (majoritar  –  99.8  %)  və  Azərbaycan 

Respublikası  Milli  Depozit  Mərkəzinin  13.03.2018-ci  il  tarixli  Qiymətli  Kağız 

Mülkiyyətçilərinin Reyestrinə əsasən 189 nəfər minoritar səhmdarlardan ibarətdir.   



Müşahidə Şurası barədə məlumat: 

№ 

Soyadı, adı, 

atasının adı 

Emitentdə 

tutduğu 

vəzifə 

Son 5 il ərzində 

bu və digər 

hüquqi şəxslərdə 

tutduğu vəzifə 

Təhsili 

 

Emitentin 

Nizamnamə 

kapitalında 

payı (faizlə) və 

ya emitentin 

səhmlərinə 

olan 

opsionları 

1. 


Cəlal Ələkbər oğlu 

Qasımov 


Müşahidə 

Şurasının 

Sədri 

1. “Unibank” 



ASC-İcraçı 

direktor/İdarə 

Heyəti sədrinin 

müavini 


(14.05.2013-

01.11.2013) 

2.”Unibank” ASC-

İcraçı direktor 

(01.11.2013-

01.05.2015) 

3. “PAŞA 

Holding” Məhdud 

Məsuliyyətli 

Cəmiyyətin 

Banklar qrupunun 

rəhbəri 


(01.05.2015-

17.10.2016) 

4.“PAŞA Holding” 

Məhdud 


Məsuliyyətli 

Cəmiyyətin 

direktorunun I 

müavini 


(17.10.2016-hal-

hazıradək 

1. Azərbaycan Dövlət 

İqtisad Universiyeti, 

ixtisas – Beynəlxalq 

iqtisadi münasibətlər 

(bakalavr) 

2. Ali Diplomatiya 

kolleci, 

ixtisas – Beynəlxalq 

münasibətlər 

/iqtisadiyyat yönümü/ 

(magistr) 

3.Warwick Buziness 

School, ixtisas – 

Biznesin idarəedilməsi 

(magistr) 

Yoxdur 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə