“kapital bank” AÇiq səhmdar cəMİYYƏTİ


Səhmlərin Emissiya Prospektinə təqdim edilmiş məlumatlara dair



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix14.09.2018
ölçüsü1,11 Mb.
#68353
1   2   3   4   5   6   7   8   9   ...   28

 

Səhmlərin Emissiya Prospektinə təqdim edilmiş məlumatlara dair 



BƏYANAT 

 

Biz, aşağıda imza edənlər

1.  Azərbaycan  Respublikasının  Maliyyə  Bazarlarına  Nəzarət  Palatasının  Emissiya 

prospektinə  və  informasiya  memorandumuna  dair  tələbləri  haqqında  qaydaları  ilə  tanış 

olduğumuzu təsdiq edirik. 

2. Ümumi dəyəri ş (otuz doqquz milyon doqquz yüz doxsan doqquz min doqquz yüz 

doxsan doqquz manat doxsan qəpik) manat olmaqla hər birinin nominal dəyəri 12,39 (on iki 

manat otuz doqquz qəpik) manat olan 3228410 (üç milyon iki yüz iyirmi səkkiz min dörd yüz 

on)  ədəd  imtiyazlı,  faizli,  adlı  sənədsiz  səhmlərin  Emissiya  prospektinə  daxil  edilmiş 

məlumatların  həqiqi  faktlar  əsasında  olduğu,  heç  bir  faktın  gizlədilmədiyini  və  bunun  üçün 

bütün  lazımi  tədbirlərin  görüldüyü  barədə  təminat  veririk  və  məsuliyyəti  öz  üzərimizə 

götürürük. 

 

 

“Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri 



Allahverdiyev Rövşən Şamil oğlu 

 

 

_______________________________ 

 

“Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü,  

Baş Maliyyə İnzibatçısı 

Məmmədov Emin Ağaverdi oğlu 

 

_______________________________ 

 

 

 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

XÜLASƏ 

 

1. Xəbərdarlıq  

Bu sənəd emissiya prospektinin giriş hissəsidir.   

Səhmlərə  investisiya  etmək  barədə  hər  hansı  bir  qərar  verməzdən  əvvəl  bu  emissiya 

prospektini oxuduqdan sonra həyata keçirilməlidir. 

Emissiya prospektində olan məlumatların yanlış, qeyri-dəqiq, ziddiyətli olduğu və ya 

qiymətli  kağızlara  investisiya  edib-etməmək  barədə  qərar  verən  investorlara  kömək  etmək 

məqsədilə  əsas  informasiyanın  verilmədiyi  zaman  emissiya  prospektini  hazırlamış  şəxslər 

mülki məsuliyyət daşıyırlar.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

2. Emitent haqqında məlumat 

Emitent  Açıq  Tipli  Səhmdar  Kommersiya  Əmanət  Bankının,  Azərbaycan 

Respublikasının  Aqrar-Sənaye  Səhmdar  Kommersiya  Bankının  və  Azərbaycan  Sənaye 

İnvestisiya Səhmdar Kommersiya Bankının birləşməsi nəticəsində yaradılmış və «Birləşmiş 

Universal Səhmdar Bankı» Açıq Tipli Səhmdar Cəmiyyəti adı ilə 25 fevral 2000-ci il tarixdə 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 21 nömrəli şəhadətnamə ilə dövlət 

qeydiyyatına alınmışdır. 

Emitent  26  yanvar  2005-ci  ildə  “Kapital  Bank”  Səhmdar  Bankı,  10  iyul  2006-cı  il 

tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi şəxsin adında edilmiş 

dəyişikliyin  dövlət  qeydiyyatı  haqqında  19  nömrəli  şəhadətnamə  ilə  “Kapital  Bank”  Açıq 

Səhmdar Cəmiyyəti adı ilə qeydiyyata alınmışdır. 



2.1. Emitentin tam adı: «Kapital Bank» Açıq Səhmdar Cəmiyyəti. 

2.2. Emitentin olduğu yer və emitentin qeydiyyatda olduğu ölkə: Azərbaycan Respublikası, 

AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 71. 



2.3. Emitentin təşkilati-hüquqi forması: Açıq Səhmdar Cəmiyyəti. 

2.4.  Emitentin  rəqabət  apardığı  əsas  bazarların  təsviri  və  cari  il  üzrə  fəaliyyət 

kateqoriyası və coğrafi amilləri nəzərə alaraq ümumi gəlirlərin tədqiqi: 

 

Emitentin  2018-20-ci  illər  üzrə  strateji  plana  uyğun  olaraq  müasir  bank  xidmədləri  və 



yanaşmaları  tətbiq  etməklə  bütün  seqmentlər  üzrə  bazar  payının  artırılması  nəzərdə 

tutulmuşdur.  Ümumiyyətlə  aşağıdakı  rəqabət  bazarlarında  fəaliyyət  göstərilməsi  müəyyən 

olunmuşdur:  

1.  Cari istehlak müştəriləri bazarınında nağdsız ödənişləri təşviq edəcək xüsusi müştəri 

seqmentlərinin ehtiyacına uyğun bank məhsullarının sayının və payının artırılması; 

2.  KOS  (kiçik  və  orta  sahibkarlıq)  üzrə  kredit  portfelinin  və  rəsmi  əməliyyat 

dövriyyəsinin artırılması; 

3.  Korporativ müştəri bazasının distant bank xidmətləri vasitəsilə artırılması. Fəaliyyət 

əsasən Azərbaycan Respublikası ərazisində həyata keçirilir.  

Emitentin ümumi gəlirləri üzrə əsas fəaliyyət  yeri Azərbaycan Respublikası ərazisində 

həyata keçirilir. Vəsaitlərin depozit hesablarda yerləşdirilməsi, qiymətli kağızlarla  alğı-satqı, 

Forex üzrə əməliyyatlar  həmçinin Azərbaycan Respublikası xaricində də formalaşır.  



2.5. Emitentə və onun əməliyyat apardığı sahələrə təsir edən ən vacib son tendensiyaların 

təsviri: 

Azərbaycan  Respublikası  Prezidentinin  təsdiq  etdiyi  Strateji  Yol  Xəritəsinin  hədəflər 

toplusunda  yer  alan  maliyyə  dərinliyinin  artırılması,  xüsusilə  real  iqtisadiyyata  verilmiş 

kreditlərin  qeyri-neft  ÜDM-də  payının  artırılması  Emitentin  strateji  hədəflərində  yer 

almaqdadır. Ölkədə aparılan iqtisadi islahatlar ümumilikdə Emitentin fəaliyyətinə müsbət təsir 

göstərmişdir. Belə ki, son dövrlərdə qeyri-nağd ödənişlərin həcmindəki xüsusi artım və kölgə 

iqtisadiyyatının kiçilməsi tendensiyları müşahidə edilməkdədir. Əlavə olaraq, ölkədə elektron 

hökümətin  daha  da  təkmilləşdirilməsi  Emitent  ilə  ilə  müştəri  arasındakı  informsiya 

assimetriyasını daraltmışdır. Bütün  bunlar Emitentin faiz və qeyri-faiz gəlirlərini artırmaqla 

yanaşı, riskləri daha düzgün ölçməsinə şərait yaradır.  



2.6. Emitentin digər hüquqi şəxslərdə mövqeyinin qısa təsviri: 

№ 

Hüquqi şəxsin adı 



İnvestisiyanın 

balans məbləği 

(manatla və ya 

İştirak 


paylarının 

balans 


Hüquqi şəxsin 

yerləşdiyi ölkə 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə