“kapital bank” AÇiq səhmdar cəMİYYƏTİ



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix14.09.2018
ölçüsü1,11 Mb.
#68353
1   ...   20   21   22   23   24   25   26   27   28

51 

 

19. Emitent haqqında əlavə məlumatlar 



19.1. Emitentin nizamnamə kapitalı və onun tərkibi haqqında, o cümlədən nizamnamə 

kapitalının  miqdarı,  səhmlərin  sayı,  onların  nominal  dəyəri  və  növləri,  habelə 

səhmlərin  ayrı-ayrı  növlərinin  imtiyazları  haqqında  məlumat,  adi  və  imtiyazlı 

səhmlərlə təsbit olunmuş hüquqların məzmunu: 

Sıra 

№-si 

Səhmdarın 

soyadı, adı, 

atasının adı 

Səhmin miqdarı 

13/03/2018-ci il 

tarixə qalıq 

Faiz nisbəti 

Nominal dəyəri 

“PAŞA 



Holding” 

ММC 


14 980 163 

99,86775% 

12,39 



Digər fiziki 



şəxslər 

19 837 


0,13225% 

12,39 


 

 

15 000 000 



100% 

12,39 

Emitentin  Nizamnamə  kapitalının  məbləği:  185.850.000  (bir  yüz  səksən  beş  milyon 

səkkiz yüz əlli min) manat təşkil edir.   

Adi sənədsiz adlı səhmlər: 15.000.000 (on beş milyon) ədəd. 

Hər birinin nominal dəyəri: 12.39 (on iki manat otuz doqquz qəpik) manat.  

Azərbaycan  Respublikasının  Qanunvericiliyinə  uyğun  olaraq  Emitentin  adi  səhmlərin 

sahibləri olan Səhmdarları Nizamnamədə müəyyən edilmiş aşağıdakı hüququlara malikdirlər:  

–  Emitentin  idarə  edilməsində  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  və 

Emitentin  nizamnaməsi  ilə  müəyyən  edilmiş  qaydada  iştirak  etmək,  onun  idarəetmə  və  icra 

orqanlarına  seçmək və seçilmək

–  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada,  Emitentin  fəaliyyətinə  dair  məlumatlar 

almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq; 

– Emitentin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; 

– Emitentin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini 

tələb etmək; 

– Emitentin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və 

onun protokolunun surətini tələb etmək

– Emitentin fəaliyyətinin auditor tərəfindən yoxlanılmasını tələb etmək; 

– Emitentin xalis mənfəətindən dividend almaq

–  Emitentin  fəaliyyətinə  xitam  verildikdə,  onun  kreditorlarının  tələbləri  yerinə 

yetirildikdən,  hesablanmış,  lakin  ödənilməmiş  dividendlər,  habelə  imtiyazlı  səhmlərin 

ləğvetmə dəyəri ödənildikdən sonra Emitentin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; 

 

Azərbaycan  Respublikasının  qanunvericiliyində  və  Emitentin  nizamnaməsində 



nəzərdə tutulmuş digər hüquq və vəzifələrə malikdirlər. 

19.2. Emitentin emissiya hesabında olan səhmlərinin sayı və nominal dəyəri: 

Mövcud deyil. 



19.3.  Emitentin  törəmə  müəssisələrinə  məxsus  emitentin  səhmlərinin  sayı  və  nominal 

dəyəri: 

Mövcud deyil. 



19.4. Əsas şərtlərini və məbləğini göstərməklə emitentin konvertasiya edilə bilən və təmin 

olunmuş qiymətli kağızları barədə məlumat: 

Mövcud deyil. 



19.5. Emitentin səhmlərinə olan opsionlar barədə məlumat:  

Emitentin səhmlərinə opsion tətbiq edilmir. 



19.6. Son üç il ərzində nizamnamə kapitalında baş verən dəyişikliklər barədə məlumat: 

Emitentin son üç ildə nizamnamə kapitalında  heç bir dəyişikliklər olmamışdır. 




52 

 

19.7. Emitentin nizamnaməsi barədə aşağıdakı məlumat: 



19.7.1. fəaliyyət və məqsədlərin təsviri: 

Emitent  çoxsahəli  kredit  və  maliyyə  xitmətlərini  göstərmək  və  Azərbaycan 

Respublikasının  bank  sisteminin  tərkib  hissəsini  təşkil  etmək  məqsədilə  təsis  edilmişdir. 

Yuxarıda  qeyd  edilənlərin  həyata  keçirilməsi  üçün,  Nizamnaməyə  və  Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun olaraq Emitentin məqsədləri aşağıdakılardır: 

1. Azərbaycan Respublikasının iqtisadiyyatının, bank işinin inkişafının və ölkənin dünya 

iqtisadiyyatına inteqrasiyasına köməklik göstərmək

2. Bank, maliyyə və investisiya qoyuluşu sahəsində xidmətlər gösətrmək; 

3.  Sahibkarlığın  inkişafına  yönəlmiş  yerli  və  xarici  sərmayelərin  və  kreditlərin  cəlb 

edilməsini təmin etmək; 

4.  Öz  vəsaitlərini  həmçinin  hüquqi  və  fiziki  şəxslərdən  cəlb  olunmuş  vəsaitləri 

Azərbaycanın iqtisadiyyatına və Emitentin öz fəaliyyətinin inkişafına yönəltmək; 

5.  Azərbaycan  Respublikasının  qanunvericliyinə,  Emitentin  Səhmdarlarının  və 

müştərilərinin maraqlarına zidd olmayan Bank lisenziyasında nəzərdə tutulmuş maliyyə, kredit 

və digər sahibkarlıq fəaliyyətini həyata keçirmək. 

Azərbaycan  Respublikasının  qanunvericliyinə  və  bank  lisenziya  ilə  müəyyən  edilən 

hüdudlarda Emitent aşağıdakı Bank əməliyyatlarını həyata keçirmək hüququna malikdir: 

 



tələbli  və  müddətli  depozitlərin  (əmanətlərin)  və  digər  qaytarılan  vəsaitlərin  cəlb 

edilməsi;  

 

kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka 



kreditləşdirilməsi,  reqres hüququ ilə və  ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq 

xidmətləri və digər kreditləşdirmə növləri;  

 

fiziki  və  hüquqi  şəxslərin  hesablarının,  o  cümlədən  bankların  müxbir  hesablarının 



açılması və aparılması;  

 



klirinq,  hesablaşma-kassa  xidmətləri,  pul  vəsaitinin,  qiymətli  kağızların  və  ödəniş 

vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi;  

 

ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə 



vekselləri) buraxılması;  

 



öz hesabına və ya müştərilərin hesabına maliyyə vasitələrinin (o cümlədən çeklərin, 

köçürmə  veksellərinin,  borc  öhdəliklərinin  və  depozit  sertifikatlarının),  xarici  valyutanın 

qiymətli  metalların  və  qiymətli  daşların,  valyuta  və  faiz  vasitələrinin,  səhmlərin  və  digər 

qiymətli  kağızların,  habelə  forvard  kontraktlarının,  svoplara  dair  sazişlərin,  fyuçerslərin, 

opsionların və valyutalara, səhmlərə, istiqrazlara, qiymətli metallara və ya faiz dərəcələrinə aid 

digər törəmə vasitələrin satın alınması və satılması;  

 

öhdəliklərin icrasına təminatların, o cümlədən qarantiyaların



 

verilməsi və öz hesabına 

və ya müştərilərin hesabına akkreditivlərin açılması;  

 



maliyyə müşaviri, maliyyə agenti və ya məsləhətçisi xidmətlərinin göstərilməsi;  

 



kreditlərə  və  kredit  qabiliyyətinin  yoxlanılmasına  dair  informasiya  verilməsi  və 

xidmətlər göstərilməsi;  

 

sənədləri  və  qiymətliləri,  o  cümlədən  pul  vəsaitlərini  saxlanca  qəbul  etmək  (xüsusi 



otaqlarda və ya seyf qutularında saxlamaq);  

 



qiymətlilərin,  o  cümlədən  banknotların  və  sikkələrin  inkassasiya  edilməsi  və 

göndərilməsi; 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə