“kapital bank” AÇiq səhmdar cəMİYYƏTİ



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix14.09.2018
ölçüsü1,11 Mb.
#68353
1   ...   20   21   22   23   24   25   26   27   28

53 

 



 

öz hesabına və ya müştərilərin hesabına valyuta mübadiləsi əməliyyatlarının həyata 

keçirilməsi.

 

19.7.2. idarəetmə və nəzarət orqanlarının səlahiyyətləri barədə müddəaların icmalı: 

Səhmdarların  Ümumi  Yığıncağı  Emitentin  ali  idarəetmə  orqanıdır.  Səhmdarların 

Ümumi Yığıncağının müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir: 

1.

 

Emitentin nizamnaməsini qəbul etmək, nizamnaməyə əlavə və dəyişikliklər etmək



2.

 

Emitentin reqlamentini qəbul etmək, reqlamentə əlavə və dəyişikliklər etmək; 



3.

 

Emitentin  faiz  dərəcələri,  aktivlərin  yerləşdirilməsi  və  kateqoriyaları  barəsində 



siyasətini,  habelə  Emitentin  ümumi  maliyyə,  uçot,  inzibati  və  kadr  siyasətini 

müəyyənləşdirmək;  

4.

 

Digər hüquqi şəxslərin kapitalında Emitentin iştirakı barədə qərarlar qəbul etmək, 



Emitentin  filiallarını,  şöbələrini  və  nümayəndəliklərini  yaratmaq  və  fəaliyyətlərinə  xitam 

vermək, onların əsasnamələrini təsdiq etmək;  

5.

 

Növbəti və tələb olunduğu hallarda növbədənkənar auditin keçirilməsi barədə qərar 



qəbul etmək və bu məqsədlə kənar auditoru təyin etmək; 

6.

 



Emitentin büdcəsini qəbul və təsdiq etmək

7.

 



Emitentin  İdarə  Heyətinin  üzvlərini  təyin  və  azad  etmək,  İdarə  Heyətinin 

əsasnaməsini təsdiq etmək;   

8.

 

Emitentin Müşahidə Şurasının və Audit Komitəsinin üzvlərini təyin və azad etmək, 



həmin idarəetmə orqanlarının əsasnaməsini təsdiq etmək;  

9.

 



Müşahidə Şurası üzvlərinin səlahiyyətləri istisna olmaqla, Emitentin inzibatçılarının 

Emitent  adından  və  Emitent  hesabına  öhdəliklər  qəbul  etmək  səlahiyyətlərini  və  həmin 

səlahiyyətlərin 

Emitentin 

digər 

əməkdaşlarına 



verilməsi 

hüququnun 

hədlərini 

müəyyənləşdirmək; 

10.

 

Emitentin inzibatçılarının kommersiya maraqlarını açıqlaması haqqında qaydaları 



və həmin qaydalara dəyişiklik və əlavələri qəbul etmək

11.


 

Emitentin  törəmə  təsərrüfat  cəmiyyətlərini  yaratmaq  və  fəaliyyətlərinə  xitam 

vermək, başqa bankın satın alınması barədə qərarlar qəbul etmək; 

12.


 

Nizamnamə  kapitalının  artırılması  və  azaldılması  barədə  qərarlar  qəbul  etmək, 

Emitentin səhmlərinin buraxılması müddəa və şərtlərini müəyyənləşdirmək, habelə Emitentin 

mühüm iştirak payının əldə edilməsinə razılıq vermək; 

13.

 

Emitentin  kənar  auditor  tərəfindən  təsdiqlənmiş  və  Audit  Komitəsi  tərəfindən 



tövsiyə  edilmiş  illik  maliyyə  hesabatlarını  təsdiq  etmək,  habelə  xalis  mənfəət  hesabına 

ehtiyatların yaradılması və dividendlərin ödənilməsi barədə qərar qəbul etmək;  

14.

 

Emitentin satılması, yenidən təşkili və ləğvi barəsində qərarlar qəbul etmək; 



15.

 

Emitentin inzibatçılarının işə götürülməsi müddəa və şərtlərini müəyyən etmək



16.

 

Emitentin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan 



əqdlərin  (xüsusi  əhəmiyyətli  əqdlərin)  bağlanması  barədə  qərar  qəbul  etmək  və  bu  barədə 

məlumat açıqlamaq;  

17.

 

Emitentin Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin qəbul etdiyi 



qərarlara veto qoymaq; 

18.


 

Emitentin  nizamnaməsi  və  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

səhmdarların ümumi yığıncağının səlahiyyətinə aid edilmiş digər məsələləri həll etmək. 



54 

 

Səhmdarların  Ümumi  Yığıncağının  yuxarıda  qeyd  olunan  2-7-ci  bəndlərində  qeyd 



olunmuş  müstəsna  səlahiyyətlərinə  aid  edilmiş  məsələlərin  həll  edilməsi  Bankın  Müşahidə 

Şurasına verilmişdir. 

Ümumi  yığıncaqlararası  dövrdə  Emitentin  idarə  olunmasına  və  işinə  nəzarəti 

səhmdarların ümumi yığıncağı tərəfindən Emitentin səhmdarlarından və ya kənar şəxslərdən 4 

(dörd) il müddətinə 3 (üç) nəfərdən az olmamaqla, tək sayda üzvlərdən təyin edilmiş Müşahidə 

Şurası həyata keçirir.  

Müşahidə Şurası aşağıdakı səlahiyyətlərə malikdir: 

1.

 



Səhmdarların Ümumi Yığıncağı və İdarə Heyəti üçün tövsiyələr vermək; 

2.

 



Emitent  tərəfindən  qüvvədə  olan  qanunvericiliyin  pozulması  faktını  müəyyən 

etdikdə bu pozuntu barəsində Səhmdarların Ümumi Yığıncağını, Audit Komitəsini və İdarə 

Heyətini  xəbərdar  etmək,  maliyyə  bazarlarına  nəzarət  orqanına  isə  bank  qanunvericiliyinin 

pozulması faktları barədə bildiriş göndərmək

3.

 

Azərbaycan Respublikasında mövcud olan bank  qanunvericiliyinə müvafiq olaraq 



İdarə Heyəti üzvlərini vəzifədən kənarlaşdırmaq, onları müvəqqəti olaraq başqa şəxslərlə əvəz 

etmək; 


4.

 

Emitent ilə İdarə Heyətinin bir və ya bir neçə üzvü arasında mənafelər toqquşması 



olduğu hallarda qabaqcadan maliyyə bazarlarına nəzarət orqanına əsasları göstərməklə, yazılı 

bildiriş  göndərmək  və  Səhmdarların  Ümumi  Yığıncağının  növbədənkənar  iclasını  çağırmaq 

şərti ilə Emitenti idarə və təmsil etmək; 

5.

 



Emitentin  idarə  edilməsinə  və  fəaliyyətinə  nəzarəti  həyata  keçirmək,  o  cümlədən 

bankın İdarə Heyətindən hesabat almaq;  

6.

 

Emitentin etibarlı və prudensial idarə olunmasını təmin etmək məqsədilə, Müşahidə 



Şurası öz səlahiyyəti çərçivəsində müvafiq siyasətləri qəbul edir;  

7.

 



Emitentin  nizamnamə  kapitalının  50  faizindən  artıq  məbləğdə  Emitent  adından 

müvafiq əqdlərin bağlanmasına icazə vermək;  

8.

 

Emitentin  Muşahidə  Şurasının  Əsasnaməsində  göstərilmiş,  lakin  qanunvericiliyə 



zidd  olmayan  hallarda  və  məbləğdə  Emitent  adından  müvafiq  əqdlərin  bağlanmasına  icazə 

vermək;  

9.

 

Səhmdarların  ümumi  yığıncağının  səlahiyyətinə  aid  olan  hallar  istisna  olmaqla, 



aidiyyəti  şəxslərlə  dəyəri  Emitentin  aktivlərinin  5  faizədək  hissəsini  təşkil  edən  əqdin 

bağlanması haqqında qərar qəbul etmək;  

10.

 

Emitentin  fəaliyyətinin  kompleks  və  ya  ayrı-ayrı  sahələrinin  yoxlanması  barədə 



qərar qəbul etmək;  

11.


 

Kənar və daxili auditorların, habelə yoxlayıcı orqanların yoxlamalarının nəticələrini 

nəzərdən keçirmək və bu yoxlamaların yekunlarına dair tədbirlər görmək

12.


 

Emitentin  faiz  dərəcələri,  aktivlərin  yerləşdirilməsi  və  kateqoriyaları  barəsində 

siyasətini,  habelə  Emitentin  ümumi  maliyyə,  uçot,  inzibati  və  kadr  siyasətini 

müəyyənləşdirmək; 

13.

 

Səhmdarların Ümumi Yığıncağının 2-7-ci bəndlərində qeyd olunmuş Səhmdarların 



Ümumi Yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmiş məsələləri həll etmək.  

14.


 

Azərbaycan  Respublikasının  qanunları,  Azərbaycan  Respublikası  Mərkəzi 

Bankının  və  maliyyə  bazarlarına  nəzarət  orqanının  normativ  xarakterli  aktları,  Emitentin 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə