“kapital bank” AÇiq səhmdar cəMİYYƏTİ



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix14.09.2018
ölçüsü1,11 Mb.
#68353
1   ...   20   21   22   23   24   25   26   27   28

55 

 

Nizamnaməsinin və Müşahidə Şurasının Əsasnaməsində nəzərdə tutulmuş digər səlahiyyətləri 



həyata keçirmək. 

İdarə  Heyəti  Emitentin  kollegial  məsul  icra  orqanı  olmaqla  yanaşı  Bankın  idarə 

olunması və fəaliyyətinin həyata keçirilməsi üçün məsuliyyət daşıyır. İdarə Heyəti Emitentin 

cari  fəaliyyətinin  həyata  keçirilməsi  ilə  əlaqədar  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə  və  Emitentin  Nizamnaməsinə  əsasən  Səhmdarların  Ümumi  Yığıncağının, 

Müşahidə Şurasının və Audit Komitəsinin səlahiyyətlərinə aid edilməmiş bütün məsələləri həll 

edir. 

 

İdarə Heyətinin səlahiyyətlərinə aşağıdakılar aiddir: 



1.

 

Emitentin  işçilərinin  ştat  cədvəli  və  vəzifə  maaşlarına  dair  təkliflərini  Müşahidə 



Şurasına təqdim edir

2.

 



Müşahidə Şurasının razılığı ilə Emitentin struktur bölmələrinin rəhbərlərini (filial, 

nümayəndəlik və şöbələr istisna olmaqla) vəzifəyə təyin və vəzifədən azad edir; 

3.

 

İllik  və  rüblük  fəaliyyətinin  əsas  nəticələrinə  görə  Emitentin  işçilərinin 



mükafatlandırılmasına dair təkliflərini Müşahidə Şurasının müzakirəsinə çıxarır;  

4.

 



Qaydalar,  prosedurlar  və  proseslər  (qayda,  prosedur,  biznes  proses  dedikdə, 

müəyyən sahə üzrə fəaliyyət sərhədlərini, əməliyyatların icra edilmə ardıcıllığını, fəaliyyətlərin 

təşkili formasını müəyyən edən tənzimləyici sənəd nəzərdə tutulur.) qəbul edir; 

5.

 



Emitentin xidmətlərinin təkmilləşdirilməsi və yeni xidmət növlərinin, o cümlədən 

Emitentin məhsullarının tətbiq edilməsi barədə qərarlar qəbul edir;  

6.

 

Emitent  tərəfindən  göstərilən  xidmətlərin  və  məhsulların,  həmçinin  siyasətlərin 



təkmilləşdirilməsinə dair təkliflər hazırlayır və Müşahidə Şurasına təqdim edir; 

7.

 



Emitentin  hər  bir  fəaliyyət  növü  üzrə  əməliyyatın  həyata  keçirilməsi  və  risklərin 

idarə edilməsi ilə bağlı daxili qaydaları tərtib edir və təsdiq olunmaq üçün Müşahidə Şurasına 

təqdim edir;  

8.

 



Müşahidə Şurasının səlahiyyətinə aid olan hallar istisna olunmaqla, işçilərin fərdi 

mükafatlandırılması haqqında qərar qəbul edir

9.

 

Müşahidə Şurasının müzakirəsinə çıxarılan məsələlər üzrə bütün zəruri sənədlərin 



hazırlanmasına və təqdim edilməsinə nəzarət edir; 

10.


 

Emitentin strateji planını hazırlayır və təsdiq üçün Müşahidə Şurasına təqdim edir;  

11.

 

Emitentin fəaliyyəti ilə bağlı digər zəruri sənədlər və təkliflər hazırlayır, tədbirlər 



həyata keçirir və öz səlahiyyəti çərçivəsində Emitentin daxili fəaliyyət məsələləri üzrə qərarlar 

qəbul edir; 

12.

 

Emitentin yerli struktur bölmələrinin inzibatçılarını (müdir və baş mühasib nəzərdə 



tutulur.) vəzifəyə təyin və vəzifədən azad edir.   

İdarə Heyətinin sədri: 

1.

 

İdarə Heyətinin müntəzəm iş fəaliyyətini təşkil edir, onun iclaslarını çağırır, həmin 



iclaslara sədrlik edir və protokolun aparılmasını təmin edir; 

2.

 



Səhmdarların Ümumi Yığıncağı və Müşahidə Şurası tərəfindən təsdiq olunmuş qərar 

və planların həyata keçirilməsini təmin edir; 

3.

 

İllik  hesabatlar,  balans,  gəlirlər  və  xərclər  haqqında  məlumatların  hazırlanmasını 



təşkil edir, Səhmdarların Ümumi Yığıncağına təqdim edir və qanunvericilikdə nəzərdə tutulan 

hallarda həmin məlumatların mətbuatda dərc edilməsini təşkil edir; 

4.

 

Dövlət və hakimiyyət orqanları qarşısında Bankı təmsil edir; 




56 

 

5.



 

Bankda əməyin təşkili və təhlükəsizliyi üçün şərait yaradır; 

6.

 

Səhmdarların  Ümumi  Yığıncağının  və  Müşahidə  Şurasının  səlahiyyətlərinə  aid 



edilən hallar istisna olunmaqla, Bankın adından işəgötürən qismində çıxış edir; 

7.

 



Bankın  adından  etibarnamməsiz  fəaliyyət  göstərir,  müqavilələr,  sazişlər  bağlayır, 

banklarda bank hesabları açır, vəsaitləri yönəldir və xərclənməsinə nəzarət edir, habelə bu və 

ya digər tapşırıqları yerinə yetirmək üçün Bankın işçilərinə etibarnamələr verir

8.

 



Bankın  daxili  sənədləşmə  işinin  qanunvericilik,  habelə  Mərkəzi  Bankın  normativ 

xarakterli aktlarına uyğun aparılmasını təşkil edir; 

9.

 

İdarə Heyətinin üzvləri və Bankın digər işçiləri arasında vəzifə bölgüsü aparır; 



10.

 

Bankın daxili komissiyalarıının və işçi qrupların yaradılması məsələlərini həll edir; 



11.

 

İdarə  Heyətinin  səlahiyyətinə  aid  edilən  məsələlər  istisna  olunmaqla,  Bank 



işçilərinin  mükafatlandırılması,  maddi  və  mənəvi  həvəsləndirilməsi,  o  cümlədən  xüsusi 

fərqlənmiş işçilərin mükafatlandılırlması məsələlərinə baxır; 

12.

 

Səlahiyyətləri  daxilində  Bankın  daxili  prosedurlarına  dair  izahatları,  metodik 



göstərişləri, reqlamentləri təsdiq edir; 

13.


 

Bankın  struktur  bölmələrinin  cari  fəaliyyətinə  dair  təkmilləşdirmə  işlərinin 

aparılması məsələsinə baxır; 

14.


 

Qanunvericiliyə və Bankın nizamnaməsinə zidd olmayan digər funksiyaları yerinə 

yetirir. 

Audit Komitəsinin səlahiyyətləri: 



Daxili audit ilə əlaqədar: 

–  Bankın  audit  siyasətini  və  strategiyasını  müəyyən  etmək  və  həyata  keçirilməsini 

təmin etmək;  

– Daxili Audit Departamentinin əsasnaməsini təsdiq etmək

– Daxili Audit Departamentinin fəaliyyətinin əhatə dairəsini müəyyən etmək və onun 

fəaliyyətinə nəzarəti həyata keçirmək

– Daxili Audit Departamentinin iclasını çağırmaq; 

–  Daxili  Audit  Departamentinin  fəaliyyəti  ilə  bağlı  xərcləri  haqqında  Müşahidə 

Şurasına təklif vermək; 

– Daxili Audit Departamentinin rəhbəri və əməkdaşlarının vəzifə təlimatlarını təsdiq 

etmək; 



 



Daxili auditorların işə qəbul olunması, vəzifədə irəliləyişi, işdən kənarlaşdırılması və 

ya azad olunması, habelə mükafatlandırılması barədə Müşahidə Şurasına təkliflər vermək; 

– Daxili auditorların məzuniyyətləri ilə bağlı ilkin razılıq vermək; 

 



Daxili auditorların təlim alması üzrə proqramları və tədbirləri təsdiq etmək; 

 



Daxili auditorların audit yoxlamalarına göndərilməsi ilə bağlı qərarlar qəbul etmək 

(Komitənin sədri tərəfindən həyata keçirilir); 

 

Təyin olunmuş Əsas Fəaliyyət Göstəriciləri (ƏFG-lər) üzrə ildə ən azı bir dəfə Daxili 



Audit  Departamentinin  fəaliyyətinin  səmərəliliyini,  uğurluluğunu  qiymətləndirmək  və 

keyfiyyətin təminatı və təkmilləşdirilməsi üzrə təkliflərini Səhmdarların Ümumi Yığıncağına 

və ya Müşahidə Şurasına vermək; 

– Daxili Audit Planlarını təsdiq etmək; 

 

Daxili audit üzrə icmal (illik, yarımillik, rüblük və aylıq) və xüsusi yoxlamalara dair 



hesabatları təsdiq etmək; 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə