“kapital bank” AÇiq səhmdar cəMİYYƏTİ



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix14.09.2018
ölçüsü1,11 Mb.
#68353
1   ...   20   21   22   23   24   25   26   27   28

59 

 

Növbədənkənar  yığıncağın  çağırılması  haqqında  tələbin  (təşəbbüsün)  daxil  olduğu 



gündən etibarən İdarə Heyəti aşağıdakıları yerinə yetirməlidir: 

– 3 (üç) iş günü müddətində növbədənkənar yığıncağın vaxtını və yerini təyin edib, bu 

barədə özünün müəyyən etdiyi kütləvi informasiya vasitəsində elan verməlidir; 

–  5  (beş)  iş  günü  müddətində  yığıncağın  çağırılması  barədə  bildirişləri  səhmdarlara 

göndərməlidir; 

 



30  (otuz)  gündən  tez,  45  (qırx  beş)  gündən  gec  olmayaraq,  səhmdarların 

növbədənkənar yığıncağın keçirilməsini təmin etməlidir. 



19.8.  Son  2  il  ərzində  emitentin  əsas  fəaliyyəti  ilə  bağlı  olmayan  müqavilələr  barədə 

məlumat: 

 

Mövcud deyil. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


60 

 

II HİSSƏ 



(Səhmlər haqqında tələb olunan məlumat) 

 

1. Əsas məlumat 

1.1.  Emitentin  dövriyyə  kapitalı  (carı  aktivlərdən  cari  öhdəlikləri  çıxmaqla)  barədə 

hesabat: 

Dövriyyə kapitalı 30.04.2018 tarixinə (255,979,078) manat təşkil edir. 



1.2. Dövriyyə kapitalının emitentin cari ehtiyacları üçün kifayət etdiyi və ya lazım olan 

əlavə vəsaitlər və onların mənbələri barədə məlumat: 

Əvvəlki illərin təcrübəsinə və statistikaya əsasən müştərilərin cari hesablarının azalması 

nəzərdə tutulmur. 

1.3.  Emissiya  prospektinin  tərtib  edilməsi  tarixinə  qədər  son  üç  ay  ərzində  emitentin 

kapitallaşma və borcları (zəmanətli və zəmanətsiz, təminatlı və təminatsız, dolayı və 

şərti borcluluq) barədə hesabat: 

 

30-Apr-18 

31-Mar-18 

28-Feb-18 

Fiziki şəxslərin tələbli depozitləri 

333,031,760 

285,672,940 

342,899,170 

Hüquqi şəxslərin tələbli depozitləri 

1,284,346,45

1,226,950,67



1,097,041,92

Fiziki və hüquqi şəxslərin müddətli 



depozitləri 

883,888,970 

927,425,340 

962,370,620 

Digər bankların tələbləri (“Loro" 

hesabları) 

6,254,570 

14,372,330 

3,066,030 

Bankların depozitləri 

1,338,040 

176,050 


26,534,980 

Banklar istisna olmaqla, digər maliyyə 

institutlarının depozitləri 

190,981,140 

224,881,520 

196,504,470 

Banklar istisna olmaqla, digər maliyyə 

institutlarının kreditləri 

72,624,050 

72,600,130 

70,849,220 

1.4.  Emissiyada  iştirak  edən  şəxslərin  maraqları,  o  cümlədən  maraqların  toqquşması, 

barədə ətraflı məlumat: 

Emissiyada iştirak edən şəxslərin maraqları, o cümlədən maraqların toqquşması mövcud 

deyil. 

1.5. Səhmlərin təklifinin səbəbləri və səhmlərin yerləşdirilməsindən və ya satılmasından 

əldə edilən vəsaitlərin istifadə edilməsi barədə ətraflı məlumat: 

İnvestisiya qiymətli kağızların bir növü olaraq hər birinin nominal dəyəri 12,39 (on iki 

manat otuz doqquz qəpik) manat olan 3 228 410  (üç milyon iki yüz iyirmi səkkiz min dörd 

yüz on) ədəd imtiyazlı, faizli, adlı sənədsiz səhmlərin təklifi səhmlərin yerləşdirilməsi yolu ilə 

investorlardan  sərbəst  vəsaitlərin  Emitentin  Nizamnamə  kapitalına  cəlb  edilməsi  məqsədilə 

həyata  keçirlir.  Emitentin  fəaliyyəti  nəticəsində  əldə  edilmiş  gəlirlər  Emitentin 

kapitallaşmasına yönəldiləcək və pul vəsaitlərinin resurs bazasının fərqləndirilməsinə imkan 

yaradacaq. 



1.6.  Əldə  olunan  vəsaitlərin  nəzərdə  tutulan  layihələri  maliyyələşdirmək  üçün  kifayət 

etmədiyi təqdirdə lazım olan digər pul vəsaitlərinin məbləği və mənbələri: 

Nəzərdə tutulmayıb. 



 


61 

 

1.7.  Əldə  olunan  vəsaitlərin  digər  müəssisələrin  alışını  maliyyələşdirmək,  borcları 



qaytarmaq və ya restrukturizasiya etmək və ya emitentin əsas fəaliyyətinə aidiyyatı 

olmayan aktivləri əldə etmək üçün istifadə olunması nəzərdə tutulduqda bu barədə 

ətraflı məlumat:  

Nəzərdə tutulmayıb. 



 

2. Təklif edilən səhmlər haqqında məlumat 

2.1.  Qiymətli  kağızların  emissiyasını  tənzimləyən  Azərbaycan  Respublikasının 

qanunları:  

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi,  “Qiymətli  kağızlar  bazarı  haqqında” 

Azərbaycan  Respublikasının  Qanunu,  “Emissiya  prospekti  və  informasiya  memorandumuna 

dair  tələblər  haqqında”  Qaydaları,  “İnvestisiya  qiymətli  kağızlarına  abunə  yazılışı  və 

yerləşdirilməsi haqqında” Qaydaları.  

2.2. Səhmlərin növü: imtiyazlı, faizli, adlı sənədsiz səhmlər. 

- Səhmlərin buraxılışının ümumi məbləği: 39.999.999,9 (otuz doqquz milyon doqquz 

yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz manat doxsan qəpik) manat. 



- Səhmlərin valyutası: 

 

Azərbaycan manatı (AZN). 



2.3. Təklif edilən qiymətli kağızların sayı və nominal dəyəri (yeni buraxılan və mövcud 

olan səhmlər barədə məlumat ayrı ayrılıqda göstərilməklə): 

Yeni buraxılan İmtiyazlı, adlı sənədsiz səhmlərin miqdarı: 3 228 410 (üç milyon iki 

yüz iyirmi səkkiz min dörd yüz on) ədəd 



Yeni buraxılan İmtiyazlı, adlı sənədsiz hər bir səhmin nominal dəyəri: 12,39 (on iki 

manat otuz doqquz qəpik) manat; 



Mövcud olan adi adlı sənədsiz səhmlərin miqdarı: 15.000.000 (on beş milyon) ədəd; 

Mövcud olan adi adlı sənədsiz hər bir səhmin nominal dəyəri: 12,39 (on iki manat otuz 

doqquz qəpik) manat; 



2.4. Səhmlərlə təsbit olunan hüquqlar: 

Yeni buraxılan imtiyazlı, adlı sənədsiz səhmlə təsbit edilən hüquqlar: 

–  imtiyazlı  səhmlərin  bir  buraxılışı  daxilində  hər  biri  eyni  nominal  dəyərli  olmaqla 

onun sahibinə eyni həcmdə hüquqlar verir

– emitentin fəaliyyətinin nəticəsindən asılı olmayaraq, səhmin nominal dəyərinin sabit 

faizi  şəklində  dividend  almaq,  Səhmdarların  Ümumi  Yığıncağının  qərarları  ilə  səhmlər 

üzrə  dividendlər illik ödənilir; 

– emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini almaqda digər  səhmdarlara 

nisbətən üstünlük hüququ verir

– səhmdar cəmiyyətinin yenidən təşkil edilməsi; 

– səhmdar cəmiyyətinin ləğv edilməsi

–  səhmdara  məxsus  olan  imtiyazlı  səhm  növü  üzrə  hüquqları  məhdudlaşdıran 

dəyişiklik və əlavələrin nizamnamədə edilməsi; 

–  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  və  emitentin 

nizamnaməsində nəzərdə tutulan digər hüquqlar verir. 

2.5. Səhmlərlə təsbit olunan məhdudiyyətlər:  

Yoxdur. 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə