KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə1/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
  1   2   3   4   5   6   7   8   9   ...   67



 
 
 
 
KAPİTALİZM 
KAPİTALİZMƏ 
BƏNZƏMƏZ 
 
 
 
 
 
İlkin Sabiroğlu 
 
 
 
 
 
BAKI ‐ 2006 


“QLOBALLAŞAN AZƏRBAYCAN” Sivil İnkişaf Mərkəzi 
 
Biz kimik? 
 
QASİM 2005-ci ildə yaradılıb. Təşkilatın məqsədi Azərbaycanı çağdaş dünya 
standartlarına uyğunlaşdırmaq istiqamətində layihələr, proqramlar hazırlamaq, 
araşdırmalar aparmaq, Azərbaycanı dünyaya təkcə təbii sərvətləri ilə deyil, həm də 
fikir istehsal edən beyinləri və beyin mərkəzləri ilə tanıtmaqdır. 
QASİM-də Azərbaycan, Türkiyə, Fransa, Almaniya, İngiltərə, eləcə də ABŞ və 
Kanadada təhsil almış 50-dən çox mütəxəssis çalışır. 
Təşkilatın 15 nəfərdən ibarət İdarə Heyəti, 3 nəfərdən ibarət İcra Aparatı və 
9 departamenti fəaliyyət göstərir. 
 
Bizim kitabxana 
 
QASİM “Qlobal kitabxana” adlı yeni bir layihəni sizə təqdim edir. Bu layihə 
çərçivəsində hər il müxtəlif sahələri, mövzu və problemləri əhatə edən kitabları nəşr 
etməyi nəzərdə tuturuq. Məqsədimiz mütəxəssislərin ən yeni araşdırmalarını, 
Azərbaycanın problemlərinə müxtəlif və yeni baxış tərzlərini ictimaiyyətə təqdim 
etmək, çağdaş dünyada mövcud olan ən yeni və yayğın elmi, kulturoloji yanaşmaları 
Azərbaycana gətirmək, ciddi elmi-konseptual müzakirələrə nail olmaqdır. 
Bu seriyadan ilk bir neçə kitabı sizə təqdim edirik. Kitablar haqqında fikir və 
rəylərinizi bizə yaza bilərsiniz:  info@qasim-az.com  
 
**** 
REDAKTOR 
Dr. Şahin ƏHMƏDOĞLU 
 
KORREKTOR 
Günel XALIQVERDİYEVA 
 
KOMPÜTER TƏRTİBATI 
Talıb ATAKİŞİYEV 
 
KOMPÜTER OPERATORU 
Maya CAMALOVA 
**** 
“QLOBALLAŞAN AZƏRBAYCAN” Sivil İnkişaf Mərkəzi (QASİM) 
Bakı, Azərbaycan, 2006 
Ünvan: Azərbaycan, Bakı şəhəri, Qarabağ küçəsi, ev 59. 
Telefon: +99412 496-19-65 
www.qasim-az.com 
 
ISBN 5-8133-1054-2 
 
© “QLOBALLAŞAN AZƏRBAYCAN” Sivil İnkişaf Mərkəzinin Kitabxanası 


 
 
 
 
 
 
 
 
 
 
Bu kitab elm dəryasında 
 mənə yol göstərən dəniz fənərlərimə ‐ 
müəllimlərimə ithaf olunur 
 
İlkin Sabiroğlu 
 
 
 
 
 
 
 
 
 


İçindəkilər 
 
İnsan necə kəşf edildi? ........................................................... 

Dünya niyə kiçilir? .................................................................. 

İqtisadi paradiqmalar niyə dəyişir? ..................................... 
13 
Yeni iqtisadiyyat nədir? ......................................................... 
17 
Hazırlığa haradan başlamalı? ............................................... 
21 
Dünyanın ən yaxşı universitetləri hansılardır? .................. 
25 
Kapitalizm kapitalizmə bənzəməz! ...................................... 
29 
Bölgüyə fokuslanmış toplumlar ........................................... 
39 
Keçid dövrü bitdimi? ............................................................. 
43 
Midiya yağı: Yüz il əvvəl yüz il sonra ................................. 
51 
Yanlış olanlar nədir? ............................................................... 
57 
Biz harada ləngidik? ............................................................... 
65 
Qaytarılmayan əmanətlər ...................................................... 
71 
Bankların süqutu ..................................................................... 
77 
Özəlləşdirmə sonrası kapitalizm .......................................... 
81 
Qərb niyə təkamül istəyir? .................................................... 
87 
Bilgi kapitalının nə fərqi var? ................................................ 
97 
Yeni yanaşma zərurəti ............................................................  103 
Neft gəlirləri gələcək nəsillərə qalsın? .................................  111 
“Hamı yerli mal alsın! Xeyir Vətənə qalsın!” ..................... 
119 
Neft böhranları və Holland sindromu .................................  123 
Kiçik sahibkarlıq olmazsa olmaz ..........................................  129 
Makroiqtisadi vasitələrdən səmərəli istifadə problemi .... 
153 
Əhalinin artımı tənzimlənməli, amma necə? ......................  179 
Azərbaycan uzunömürlülər diyarıdırmı? ...........................  183 
“İqtisadi sərbəstliklər” mücərrəd anlayış deyil ..................  189 
İpoteka sistemi evsizliyə çarə olacaqmı? .............................  201 
İnhisar anlayışına yeni yanaşma .......................................... 
209 
Korrupsiyanın mənbəyi və həlli yolları ...............................  215 
İstifadə olunan ədəbiyyat .................................................... 
221 
 


Kapitalizm Kapitalizmə Bənzəməz 
İnsan necə kəşf 
edildi? 
 
Əvvəllər insanın heç bir dəyəri yox idi. Onu tutanda ya öl‐
dürürdülər,  ya  da  yeyirdilər.  “Əvvəllər”  deyəndə,  eramızdan 
əvvəl II minilliyə qədərki dövrü nəzərdə tuturam – ibtidai ic‐
ma quruluşunu. Axı ovçuluq və yığıcılıqla məşğul olan bir ic‐
ma əsir aldığı insanı yeməyəcəkdisə, saxlayıb özünə niyə yük 
eləməliydi? Onlara görə, ən yaxşısı yenə elə öldürməkdi. 
10‐12 min il bundan əvvəl, orta daş dövründə insan insan‐
lığa doğru çox mühüm bir addım atdı – mənimsəmə təsərrüfa‐
tından  istehsal  təsərrüfatına  keçidin  əsasını  qoydu.  Yeni  daş 
dövründə  isə  aqrar  inqilab  baş  verdi.
1
  İstehsal  və  mülkiyyət 
münasibətlərinin  sonrakı  inkişafı,  mis,  tunc  və  erkən  dəmir 
dövrü derkən quldarlıq quruluşunun ortaya çıxması ilə nəticə‐
ləndi. Əgər insanın heyvan enerjisinə – fiziki gücünə hakim ol‐
ması aqrar inqilabın ortaya çıxmasında və inkişafında həlledici 
rol  oynamışdısa,
2
  insanın  insan  gücünə  –  fiziki  enerjisinə  sa‐
hibliyi də  quldarlıq quruluşunun  meydana  gəlməsi ilə  nəticə‐
ləndi. Və insan ilk dəfə quldarlıq quruluşunda dəyər kəsb elə‐
məyə başladı. 
Amma insan hələ insan kimi deyil, sadəcə olaraq fiziki də‐
yər kəsb eləməyə başlamışdı. Artıq onu tutanda nə öldürür, nə 
də yeyirdilər. Ondan qul kimi istifadə daha məntiqli görünür‐
dü. İnsan qul kimi alınıb satılırdı. Onun fiziki gücündən istifa‐
də eləmək üçün çoxları pul ödəməyə və ya onu başqa bir əşya 
ilə dəyişdirməyə hazır idi. Beləcə, qul öz sahibinin mülkiyyəti‐
nə daxil olur və onun üçün istehsal edirdi. 
                                                 
1
 Tevfik Güran, İktisat Tarihi, Acar Matbaacılık, İstanbul, 1993, səh.4. 
2
 Alvin Toffler, Üçüncü Dalga, Türkcəyə tərcümə: A. Seden, Altın Yayınları, 
İstanbul, 1996, səh. 32. 
 
‐ 5 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə