KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə14/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   10   11   12   13   14   15   16   17   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
150 min manata çatdırılmışdır ki, bu büdcə təşkilatlarında çalı‐
şan  630  min  nəfərdən  çox  vətəndaşa  şamil  edilmişdir.  Son  3 
ildə minimum əməkhaqqı 27 dəfə artmışdır.
64
2004‐cü ildə Azərbaycanın dövlət büdcəsi 1,25 milyard dol‐
lar, 2005‐ci ildə 2,3 milyard dollar olmuş, 2006‐cı ildə isə 3,8‐4 
milyard  dollar  təşkil  edəcəkdir.  2005‐ci  illə  müqayisədə,  büd‐
cənin gəlirləri 67,7 faiz artaraq 3,8 milyard ABŞ dollarını, xərc‐
ləri 64,1 faiz artaraq 4 milyard ABŞ dollarını keçəcəkdir...
65
Bəs növbəti on il üçün nə gözlənilir? Böyük neft və qaz layi‐
hələrinin həyata keçirilməsi sayəsində Azərbaycanda ÜDM‐in 
bir  neçə  ilə  ikiqat  artacağı  proqnozlaşdırılır.  Qısası  biz  keçid 
dövrünün ən ağır mərhələsini artıq arxada buraxmaq üzrəyik. 
Növbəti  on  il  Azərbaycanın  “Sovet  Azərbaycanı”nı  iqtisadi 
standartlar  baxımından  geridə  qoyacağı  on  illik  olacaq.  Yəni 
yaxşı mənada yadda qalacaq. 
Amma  ondan  sonrakı  on  ilin  necə  olacağı  isə  mübahisəli‐
dir.  Çünki  neft‐qaz  “bum”unun  yaradacağı  başgicəlləndirmə‐
dən  özümüzü  sığortalaya  bilməsək,  xüsusilə  qeyri‐neft  sekto‐
runun məhz ixracat potensialı olan sahələrini inkişaf etdirə bil‐
məsək, vəziyyət yaxşı olmaya bilər. Ayrıca, unutmamalıyıq ki, 
gələcəyin  iqtisadiyyatları  “əmək  tutumlu”  və  ya  “kapital  tu‐
tumlu” deyil, “elm tutumlu” olacaq. Azərbaycan kimi kiçik öl‐
kələrin də “elm tutumlu” iqtisadiyyata sahib olmaqdan başqa 
alternativləri yoxdur. 
 
 
 
 
 
                                                 
64
 Ramiz Mehdiyev, “2005‐ci il parlament seçkiləri: İlkin təhlil”, “Azərbaycan” 
qəzeti, 29 yanvar 2006. 
65
 Ibid. 
 
‐ 49 ‐


İlkin Sabiroğlu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 50 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Midiya yağı: 
Yüz il əvvəl yüz il sonra 
 
Doğrusu,  əcnəbilərin  Azərbaycanı  tanımadıqları  halda  sa‐
dəcə neftə görə Bakını tanımaqları məni hər zaman təəssüflən‐
dirib. Amma təəssüflənməyim əbəsdir. Axı bu ölkənin demək 
olar  ki,  adı  belə  neftdən  əmələ  gəlib.  Tarixçilər  Azərbaycan 
coğrafi adının yaranmasını Atropatena ilə bağlasalar da, Azər‐
baycanın bir digər adı Odlar Yurdu, Odlar Diyarıdır. 
Neft yataqlarının hələ Atropatena vaxtında mövcud olduğu 
bilinir.  Neftin  özünü  isə  “Midiya  yağı”  adlandırırmışlar.  Bu 
“Midiya  yağı”  xüsusilə  19‐cu  əsrin  ikinci  yarısından  etibarən 
Azərbaycan xalqının taleyində mühüm rol oynamağa başlamış 
və demək olar ki, heç bir zaman “Azərbaycan yağı”na çevrilə 
bilməmişdir.  Bakı‐Tbilisi‐Ceyhan  layihəsi  də  əslində  “Midiya 
yağı”nı “Azərbaycan yağı”na çevirmə cəhdidir.
66
Bəzən tarixi müqayisələr və təhlillər maraqlı nəticələrə gəti‐
rib çıxarır. Xüsusilə XIX əsrin ikinci yarısından etibarən neftin 
Azərbaycanın  iqtisadi  münasibətlər  sistemində  oynadığı  rolu 
bu  günümüzlə  müqayisəli təhlil  edərkən  kifayət qədər  diqqət 
çəkici məqamların şahidi olursan. 
Əsrlərdir var olan neft, məhz Avropa ölkələrinin və Rusiya‐
nın sürətli sənayeləşməsi və buna bağlı olaraq artan enerji tələ‐
batı  səbəbindən  strateji  məhsul  halına  gəlməyə  başlamışdı. 
Hətta 1860‐cı illərdə belə Azərbaycanda yanacaq olaraq istifa‐
də edilən neftin istehsalı olduqca aşağı səviyyədə ikən, 1872‐ci 
ildən sonra isə hər şey fərqli olmağa başladı: 
 
 
 
                                                 
66
 İlkin Sabiroğlu, “Midiya Yağı: Yüz il əvvəl yüz il sonra”, IqtisadNet, 13 mart 
2005, http://www.iqtisad.net/is022.htm, (01.03.2006). 
 
‐ 51 ‐


İlkin Sabiroğlu 
Müqayisəli təhlil 
XIX əsrin axırları və XX 
əsrin əvvəlləri 
XX əsrin axırları və XXI 
əsrin əvvəlləri 
‐ XIX əsrin birinci yarısında Çar 
Rusiyasının Azərbaycan torpaq‐
larında sözün həqiqi mənasında 
kapitalist münasibətlərin inkişa‐
fından danışmaq mümkün de‐
yil. Mahiyyətcə hərbi‐feodal sə‐
ciyyə daşıyan idarəetmə sistemi 
hökm sürürdü. 
‐ XX əsrin birinci yarısında So‐
vet Rusiyasının Azərbaycan tor‐
paqlarında yenə kapitalist mü‐
nasibətlərin inkişafından danış‐
maq mümkün deyil. Bu dəfə 
mahiyyətcə hərbi‐sosialist sə‐
ciyyə daşıyan idarəetmə sistemi 
hökm sürürdü. 
‐ XIX əsrin 60‐cı illərindən baş‐
layaraq Rusiyadakı sənaye mü‐
əssisələrində neftdən sənaye 
miqyasında istifadə olunmağa 
başlandı. Nəticədə neft məhsul‐
larına olan tələbat və neft hasi‐
latını artırmağa maraq güclən‐
di. 
‐ XX əsrin 60‐cı illərində müha‐
ribənin təsirlərini də azaltmaq 
sürəti ilə Rusiyadakı sənaye 
müəssisələrində neftə olan tələ‐
bat artımına paralel olaraq Bakı‐
da neft və maşınqayırma za‐
vodları yenidən quruldu, qaz 
emalı zavodu istifadəyə verildi. 
‐ 1872‐ci ildə Çar Rusiyası tərə‐
findən neft çıxan torpaqların iş‐
lənməsi hüququ yenidən dü‐
zənləndi, iltizam sistemi ləğv 
edildi və bu torpaqların qrupla‐
ra bölünərək tender üsulu ilə 
zənginlərə satılmasına başlandı. 
Neft çıxan torpaqların qiyməti 
artmağa başladı. Sürətli bir şə‐
kildə neft şirkətləri qurulmağa 
başladı. 1873‐cü ildə Bakıdakı 
neft şirkətlərinin sayı 12 ikən, 
bu rəqəm XIX əsrin sonunda 
‐ XX əsrin 70‐ci illərində neft sə‐
nayesində sürətli inkişaf özünü 
göstərməyə başladı. Sualtı neft 
kəməri çəkildi. 1970‐ci ildə neft 
hasilatı 17,3 milyon ton olmuş‐
du. Dənizdə 2800‐6500 metr də‐
rinlikdə neft quyuları qazılma‐
ğa başlandı. Lakin həlledici də‐
yişiklik müstəqilliklə birlikdə 
XX əsrin sonlarında yaşanmağa 
başlandı. 1994‐cü ildə “Əsrin 
Kontraktı” adlanan ilk neft mü‐
qaviləsi imzalandı. Neft kon‐
 
‐ 52 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə