KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə2/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   2   3   4   5   6   7   8   9   ...   67

İlkin Sabiroğlu 
İstehsal  və  mülkiyyət  münasibətləri  daha  da  inkişaf  elədi. 
Torpaq  sahibləri  torpaqlarında  qul  əməyindən  –  məcburi 
əməkdən  istifadənin  səmərəsiz  olduğunu  dərk  etdilər.  Bir  tə‐
rəfdən yeni qul mənbələri azaldığı üçün qulların qiyməti yük‐
səlməkdə, digər tərəfdən isə qul sahibinin iş mövsümü xaricin‐
də də qulu bəsləmək məcburiyyətində olması əlavə çətinliklər 
yaradırdı.  Ayrıca,  belə  işçilərin  əməyə  marağı  olmadığından 
əmək məhsuldarlığı da aşağı idi.
3
 Beləliklə, qul əməyini tədri‐
cən təhkimli və ya “azad kəndli” əməyi tutmağa başladı. 
Və  nəhayət,  heyvan  enerjisi,  insan  enerjisi  deyərkən  buxar 
enerjisi  kəşf  edildi.  Ardından  sənaye  inqilabı  və  şəhərləşmə 
gəldi. Feodalların, zadəganların yerini burjuaziya almağa baş‐
ladı.  Burjuaziyanın  isə  fabrik  və  zavodlarında  işlədə  bilməsi 
üçün  torpağa  bağlı  olmayan,  sərbəst  insanlara  ehtiyacı  vardı. 
Xüsusi  olaraq  vurğulamaq  istəyirəm  –  “azad  insana”  deyil, 
“sərbəst insan”a ehtiyacı vardı. 
Sözün həqiqi mənasında insan azadlığı istehsal münasibət‐
lərinin  sonrakı  inkişafı  nəticəsində  –  yeni  iqtisadiyyatın,  yəni 
biliklərə  əsaslanan  elm  tutumlu  iqtisadiyyatın  (intellektual  və 
ya  rəqəmli  iqtisadiyyatın)  ortaya  çıxması  ilə  birlikdə  insanın 
insan zəkasının enerjisini kəşf etməsindən sonra anlam qazan‐
mağa başladı. Dolayısı ilə insan insanı kəşf elədi. 
Biz insanı, insan zəkasının enerjisini kəşf eləməmiş toplum‐
lardanıq.  Biz  enerjidən  bəhs  edəndə  nefti,  qazı  nəzərdə  tutu‐
ruq. Amma daş bitdiyi üçün daş dövrü başa çatmamışdı. Eləcə 
də  mis  dövrü,  tunc  dövrü  və  dəmir  dövrü  uyğun  metallar 
tükəndiyi üçün başa çatmadığı kimi neft əsri də neft qurtardığı 
üçün  bitməyəcək.  Biz  insanı  kəşf  elədiyimiz  zaman  neft  əsri 
bizim üçün də bitəcək.
4
                                                 
3
 Mehmet Ali Ağaoğulları və Lenet Köker, İmparatorluktan Tanrı Devletine
İmge Kitabevi, Ankara, 2001, səh.71. 
4
 İlkin Sabiroğlu, “İnsanın kəşfi”, “Gündəlik Azərbaycan” qəzeti, 7 dekabr 2005. 
 
‐ 6 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Qərb insanı daha erkən kəşf elədi. Biz də Qərbin standartla‐
rını  mənimsəməklə  insanı  kəşf  edə  bilərik.  Amma  Qərb  stan‐
dartları  deyəndə  Qərbin  istehlak  standartları  –  evimizi  qərbli 
kimi təmir elətdirmək, qərbli kimi geyinmək başa düşülməmə‐
lidir, Qərbin istehsal və təhsil standartları mənimsənilməlidir: 
avropalı kimi istehsal etmək, vergi ödəmək, təhsil almaq və s. 
Bu yaxınlarda bir holland mütəxəssis yerli qəzetlərdən biri‐
nə  müsahibəsində  təhsildə  “Avropa  standartları”  deyilən  bir 
anlayışın  olmadığını  demişdi.  O,  əslində  təhsillə  bağlı  daha 
çox texniki məsələləri nəzərdə tuturdu.
5
 Artıq təhsildə də “Av‐
ropa  standartları”  var  və  bu  standartlar  “Boloniya  prosesi” 
(Bologna process) çərçivəsində formalaşır. 
“Boloniya prosesi” ilə Avropa Ali Təhsil Zonası (EHEA) ya‐
ranır. 1999‐cu ildə 29 Avropa ölkəsinin təhsil nazirləri 2010‐cu 
ilə qədər konsensus və əməkdaşlıq içərisində Avropa Ali Təh‐
sil Zonasını yaratmaq məqsədilə Boloniya Deklarasiyasını im‐
zaladılar.  “Boloniya  prosesi”  2001‐ci  ildə  imzalanan  Praqa 
Deklarasiyası, 2003‐cü ildəki Berlin Deklarasiyası və 2005‐ci il 
Bergen Deklarasiyası ilə daha da inkişaf etdirilmişdir.
6
Azərbaycan da artıq “Boloniya prosesi”nə qoşulub. Bunun 
Azərbaycan gənclərinə  və  təhsil  sistemimizə  gətirəcəyi  fayda‐
lar çox‐çox böyükdür. Təhsil sistemimizin və universitetlərimi‐
zin buna uyğunlaşması və hazırlanması prosesinin sürətləndi‐
rilməsinə  ehtiyac  var.  Yeri  gəlmişkən,  “Təhsil  haqqında”  qa‐
nun  layihəsi  də  yenidən  işlənir.  Qanunun  prinsip  və  strategi‐
yasında dəyişikliklər edilməsə də, bəzi məsələlər tamamilə ye‐
nidən  işlənəcək.  Bu  yeniliyin  əsas  qayəsi  Boloniya  sistemi  ilə 
bağlıdır.  Əgər  biz  təhsil  sistemimizi  Avropa  təhsil  standart‐
                                                 
5
 “Təhsildə “Avropa standartları” deyilən anlayış yoxdur”, “Ayna” qəzeti, 11 
noyabr 2005. 
6
 Bologna Process, http://www.bologna‐bergen2005.no (01.03.2006). 
 
‐ 7 ‐


İlkin Sabiroğlu 
larına uyğunlaşdırmaq istəyiriksə, bu məsələ qanunlarımızda, 
xüsusilə təhsil qanununda öz əksini tapmalıdır.
7
P.S.  Bir  lətifəyə  görə,  II  Dünya  müharibəsinin  başa  çatdığı 
ərəfədə  bir  yamyam  (cannibal)  digərinə  deyir:  “Xəbərin  var? 
Ağlar  on  milyonlarla  adam  öldürüblər.”  Digəri  cavab  verir: 
“Onları  da  başa  düşmək  olmur,  yeməyəcəkdilərsə,  bu  qədər 
adamı niyə zay eləyirdilər?” 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
7
 “Təhsil haqqında” qanun yenidən işlənir, AzərTAc, 26 yanvar 2006. 
 
‐ 8 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Dünya niyə 
kiçilir? 
 
Təqribən 10 min il bundan əvvəl dünyada aqrar inqilab baş 
verdi.  Tarixçilər  buna “neolit  inqilabı” da  deyirlər.  Bu  inqilab 
bizdən  elə  də  uzaqda  yox  ‐  Anadolu,  Şimali  Mesopotamiya, 
Fələstin  torpaqlarında  baş  vermişdi.  Amma  inqilabın  bizim 
torpaqlara  gəlib  çatması  düz  min  il  çəkdi.
8
  Çünki  10  min  il 
bundan  əvvəl  dünya  indikindən  çox  “böyük”  idi.  Hələ  at  da 
əhliləşdirilməmişdi... 
18‐ci  əsrin  axırlarında  sənaye  inqilabı  baş  verdi.  Aqrar  in‐
qilabdan sonra çox şey dəyişmişdi. Rabitə və nəqliyyat imkan‐
ları  müqayisə  olunmaz  dərəcədə  genişlənmişdi.  Dünya  artıq 
əvvəlki  qədər  “böyük”  deyildi.  Ona  görə  də  bu  inqilab  daha 
sürətlə dünyaya yayılmağa başladı. Lakin nə qədər sürətli ya‐
yılırsa‐yayılsın bizim torpaqlara təqribən yüz il sonra gəlib çat‐
dı. Yenə də aqrar inqilabın min ilə gəlib çatdığını nəzərə alsaq, 
sənaye inqilabı 10 qat daha sürətlə yayılmışdı. Azərbaycan XIX 
əsrin axırlarında sənaye inqilabının meyvələrini görməyə baş‐
ladı. Nəticədə çox keçmədən hər tərəfi imperiyalarla əhatə olu‐
nan bu kiçik torpaqda Şərqdə ilk Milli Dövlətin əsası qoyuldu. 
Amma  bu  da  uzun  çəkmədi  və  bizə  “sosialist  inqilabı”  adla‐
nan saxta inqilab sırıdılar. Dünyanın və təbiətin öz inkişaf qa‐
nunauyğunluqlarına zidd olaraq biz saxta bir formasiyanı ya‐
şadıq...
9
Zaman keçdi, bu formasiya da dağıldı və dağılar‐dağılmaz 
dünyada üçüncü böyük inqilabın – informasiya, bilik inqilabı‐
nın yaşanmaqda olduğunu gördük. Əgər aqrar inqilabın bizim 
                                                 
8
 H. F. Cəfərov, “Azərbaycanda ibtidai icma quruluşu”, Azərbaycan Tarixi
Redaktə: Z. M. Bünyadov  və Y. B. Yusifov, Azərnəşr, Bakı, 1994, səh. 25. 
9
 İlkin Sabiroğlu, “İnqilablar dünyanı kiçildir”, “Gündəlik Azərbaycan” qəzeti, 3 
dekabr 2005. 
 
‐ 9 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə