KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə4/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   2   3   4   5   6   7   8   9   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
lel  olaraq  davam  etmişdir,  daha  bu  müzakirələrə  nöqtə  qoya 
bilmədiyimiz halda informasiya texnologiyalarındakı inkişafla 
birlikdə iqtisadiyyatda paradiqmaların dəyişməsinin zəruriliyi 
mövzusu əhəmiyyət qazanmağa başlamışdır.
16
İnformasiya  texnologiyalarının  iqtisadiyyata  olan  təsirləri‐
nə tamamən skeptik prizmadan yanaşan elm adamları olduğu 
kimi, daha ehtiyatlı bir görüşü mənimsəyənlərlə yeni bir “Rö‐
nesans” çağının başladığı və iqtisadda başlıca qanunları da eh‐
tiva edən önəmli bir transformasiyanın yaşandığını irəli sürən‐
lər də mövcuddur. Shapiro və Varian isə texnologiyanın dəyiş‐
diyini amma iqtisadi qanunların eyni qaldığını vurğulayırlar.
17
 
Əslində,  yeni  iqtisadiyyatı  tərif  edərkən  “new  economics” 
deyil  də,  “new  economy”  ifadəsindən  istifadə  edilməsinin  sə‐
bəbi;  əsas  iqtisadi  qanunların  dəyişmədiyini,  amma  bunun 
əvəzində,  metodların,  prinsiplərin,  biznes  strategiyalarının  və 
qurumların  dəyişdiyinin  önə  sürülməsidir.  Bu  mövzuda  mü‐
zakirələrin  daha  uzun  zamana  yayılacağını  söyləmək  müm‐
kündür. Belə görünür ki, bu müzakirələr davam etdiyi və yeni 
paradiqmalar formalaşdıra bilmədiyimiz müddətcə iqtisadı da 
“köhnə”  və  “yeni”  iqtisad  olaraq  sinifləşdirmək  məcburiyyə‐
tində qalacağıq... 
 
 
 
 
 
 
                                                 
16
 İlkin Sabiroğlu, “İqtisadi paradiqmalar dəyişir?!”, IqtisadNet, 25 mart 2004, 
http://www.iqtisad.net/is010.htm, (01.03.2006). 
17
 Carl Shapiro and Hal R. Varian, Information Rules, Harvard Business School 
Press, Cambridge, 1999, səh.2. 
 
‐ 15 ‐


İlkin Sabiroğlu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 16 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Yeni iqtisadiyyat 
nədir? 
 
Artıq Bakıda da informasiya və kommunikasiya texnologi‐
yaları  üzrə  universitet  açılacaq.  İsveçin  Göteburg  Universiteti 
Azərbaycanda  bununla  bağlı  təkliflərin  hazırlanması  üçün 
qrant  da  ayırıb.  Rabitə  və  informasiya  texnologiyaları  naziri 
deyib ki, hazırlanacaq təkliflər hökumət tərəfindən qəbul olu‐
narsa, 2008‐ci ildən belə bir universitet artıq Azərbaycanda da 
fəaliyyət göstərə bilər.
18
Azərbaycanda bir çox əhəmiyyətli məsələlər kimi informa‐
siya  və  kommunikasiya  texnologiyaları  (İKT)  üzrə  universitet 
layihəsinin  də  sadəcə  bir  qrant  layihəsi  olaraq  qalacağından 
narahatlıq keçirməyə bilmirsən. Bütün dünyada iqtisadi para‐
diqmaların dəyişdiyinə və yeni iqtisadiyyatın ortaya çıxmaqda 
olduğuna  dair  müzakirələr  gedir.  Məhz  yeni  iqtisadiyyat  İKT 
üzrə universiteti zəruri edən başlıca səbəblərdəndir. 
Bəs nədir bu yeni iqtisadiyyat? Ümumiləşdirilmiş formada 
rəqəmsəl iqtisadiyyat ya da tekonomi olaraq da adlandırılan
19
 
yeni  iqtisadiyyatın  dörd  əsas  xüsusiyyətindən  bəhs  etmək 
mümkündür:  rəqəmsəlləşmə  (internet  iqtisadiyyatını,  başda 
da e‐ticarəti bu çərçivədə dəyərləndirmək mümkündür), inno‐
vasiya  fəaliyyətlərinin  artması,  qloballaşma  və  insan  ehtiyat‐
ları profilində yaşanan radikal dəyişmə (qurumların insan eh‐
tiyatlarını əsas alaraq yenidən qurulması).
20
                                                 
18
 “Azərbaycanda İnformasiya Texnologiyaları Universitetinin yaradılması ilə 
bağlı müzakirələr aparılıb”, APA, 1 dekabr 2005. 
19
 Doug Aldrich və Patrick Mc Hugh, “Content Crisis” Information Strategy, 
Sentyabr 1997, səh.18. 
20
 İlkin Sabiroğlu, “Yeni iqtisadiyyat ilə “köhnə iqtisadiyyat”ın fərqi”, 
IqtisadNet, 4 aprel 2004, http://www.iqtisad.net/is011.htm, (01.03.2006). 
 
‐ 17 ‐


İlkin Sabiroğlu 
William  D.  Nordhaus  isə  yeni  iqtisadiyyatı,  informasiyanı 
hazırlayan  hardware  (avadanlıq),  informasiyanı  əldə  edən  və 
paylaşdırılmasını həyata keçirən kommunikasiya sistemləri və 
insan yardımı ilə bütün sistemi idarə edən software (proqram 
təminatı) olmaqla üç başlıca komponent şəklində ələ almaqda‐
dır.
21
Digər  tanınmış  iqtisadçı  Don  Tapscott,  yeni  iqtisadiyyatı 
aşağıdakı 12 maddə şəklində xarakterizə edir:
22
‐  Yeni  iqtisadiyyat  informasiya  iqtisadiyyatıdır:  İnformasi‐
ya texnologiyaları bir iqtisadiyyatın informasiya əsaslı olması‐
na  imkan  yaratmaqdadır.  İnformasiya  iqtisadiyyatında  infor‐
masiyanın  yaradılması  həm  informasiya  işçilərinə  həm  də  in‐
formasiya istehlakçılarına, yəni insanlara aiddir. Əmtəə və xid‐
mətlərin  tərkibi  müştəri  düşüncələri  əsasında  müəyyənləşər‐
kən, informasiya texnologiyası əmtəə və xidmətlərin bir hissəsi 
halına gələcəkdir.  
‐ Yeni iqtisadiyyat rəqəmsəl iqtisadiyyatdır: Yeni iqtisadiy‐
yatda informasiyalar tamamən 1 və 0‐dan təşkil olunan məlu‐
matlar şəklində göndərilməkdədir. Günümüzdə hər növ infor‐
masiya,  səs,  yazı,  görüntü,  hərəkətli  təsvir  və  s.  kompüter  şə‐
bəkələri tərəfindən göndərilməkdədir.  
‐  Yeni  iqtisadiyyatda  virtuallaşma  önəmli  rol  oynamaqda‐
dır: İnformasiyanın analoqdan rəqəmsələ çevrilməsi, fiziki var‐
lıqların  virtual  hala  gəlməsinə  imkan  verməkdədir.  Bəhs  edi‐
lən virtuallaşma iqtisadiyyatın strukturunu, qurumların növlə‐
rini və aralarındakı əlaqələri, dolayısilə iqtisadi fəaliyyətin bir‐
başa özünü dəyişdirməkdədir. 
‐  Yeni  iqtisadiyyat  molekulyar  bir  iqtisadiyyatdır:  Əvvəlki 
böyük  şirkət  quruluşları  seyrəlməkdə  və  dinamik  fərd  və  qu‐
                                                 
21
 William D. Nordhaus, “Policy Rules in the New Economy”, 
http://www.econ.yale.edu/~nordhaus/homepage/sbc%20cbo%20060500.PDF, 
(01.03.2006) 
22
 Don Tapscott, The Digital Economy, Mc Graw Hill, New York, 1996, səh.44. 
 
‐ 18 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə