KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə6/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   2   3   4   5   6   7   8   9   ...   67

İlkin Sabiroğlu 
sərmayənin rifah üzərində təsiri çox məhdud olduğu halda, in‐
formasiya  və  telekommunikasiya  texnologiyaları  sektoruna 
cəlb edilən xarici sərmayə rifah üzərində qat‐qat yüksək pozi‐
tiv effekt yaratmaqdadır. İrlandiya hazırlığa məhz təhsil sahə‐
sində  ciddi  islahatlarla  başlamışdı.  Bu  islahatlar  çərçivəsində 
İrlandiya  universitetləri  hər  il  İKT  üzrə  mütəxəssis  olan  çox‐
saylı  mühəndislər  hazırlayır.  Azərbaycan  da  məhz  günümü‐
zün tələblərinə cavab verən mütəxəssis sarıdan sıxıntı çəkmək‐
dədir. 
Azərbaycan təhsildə islahatlara çağdaş standartları mənim‐
səməklə başlamalıdır. Əvvəlki bölmədə də qeyd etdiyimiz ki‐
mi  təhsildə  də  “Avropa  standartları”  var  və  bu  standartlar 
“Boloniya prosesi” çərçivəsində formalaşır. 
“Boloniya  prosesi”  ilə  Avropa  Ali  Təhsil  Zonası  yaranır. 
1999‐cu ildə 29 Avropa ölkəsinin təhsil nazirləri 2010‐cu ilə qə‐
dər konsensus və əməkdaşlıq içərisində Avropa Ali Təhsil Zo‐
nasını  yaratmaq  məqsədilə  Boloniya  Deklarasiyasını  imzala‐
dılar. Azərbaycan da artıq “Boloniya prosesi”nə qoşulub.
24
 Bo‐
loniya Deklarasiyanın əsas məqsədləri ‐ asanlıqla başa düşülən 
və  müqayisə  edilə  bilən  dərəcələr  sisteminin  adaptasiya  edil‐
məsi,  iki  əsas  pillə  üzərinə  qurulan  bir  sistemin  adaptasiya 
edilməsi (bakalavr/magistratura), kredit sisteminin qurulması, 
çətinlikləri aşaraq sərbəst hərəkət imkanlarının tətbiqi üçün di‐
namizmin  dəstəklənməsi,  keyfiyyət  təminatı  kimi  Avropa 
əməkdaşlığının  təqdimi,  ali  təhsil  proqramlarında  Avropa  as‐
pektlərinin dəstəklənməsi şəklindədir.
25
2001‐ci  ildə  Boloniya  Deklarasiyasına  Praqa  Deklarasiyası 
çərçivəsində ömür boyu təhsil, ali təhsil qurumlarını və tələbə‐
ləri  aktiv  olaraq  “Boloniya  prosesi”nə  qoşmaq,  Avropa  Ali 
Təhsil Zonasının cazibəsini artırmaq hədəfləri əlavə edildi. 
                                                 
24
 “Azərbaycan Boloniya prosesinə qoşulub”, APA, 24 may 2005. 
25
 The Bologna Process, “Towards the European Higher Education Area”, 
http://www.bologna‐bergen2005.no/EN/BASIC/Pros‐descr.HTM, (01.03.2006). 
 
‐ 22 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
“Boloniya prosesi” 2003‐cü ildə imzalanan Berlin Deklarasi‐
yası və 2005‐ci il Bergen Deklarasiyası ilə daha da inkişaf etdi‐
rildi. “Boloniya prosesi”ndən gözlənilən əsas faydalar univer‐
sitetlərin öz potensiallarını ölçə bilmələri, universitetlərin aka‐
demik dünya tərəfindən daha yaxşı tanınması, universitetlərin 
Avropada və dünyada rəqabət qabiliyyətinin artması, Avropa 
Birliyinin  çalışmalarını  əldə  edə  bilmə,  şəbəkələrə  daxil  olma 
və müvəffəqiyyətli çalışmalardan nümunə götürə bilmə imka‐
nının təmini və bu çalışmalar üçün Avropa Birliyindən maliy‐
yə dəstəyinin təminindən ibarətdir. 
Nəhayət bu il Azərbaycanda qəbul edilməsi gözlənilən yeni 
“Təhsil  haqqında”  qanun  layihəsinin  “Boloniya  prinsipləri”ni 
özündə əks etdirəcəyi söylənilir. Buradakı çətinliklərdən birisi 
də  orta  məktəbləri  12  illik  sistemə  keçirməkdir.
26
  Hər  bir  illik 
əlavə təhsilin iqtisadi məhsuldarlıq üzərində öz müsbət effekti 
var.  Məsələn,  Kaliforniya  universitetindən  iqtisadçı  James 
Rauch  elmi  çalışmaları  ilə  sübut  edir  ki,  bir  illik  əlavə  təhsil 
məhsuldarlığı 2,8 faiz artırır. Ayrıca, təhsillə Milli Gəlir, iqtisa‐
di  yığım  meyli  kimi  dəyişkənlər  arasında  düz  mütənasiblik 
əlaqəsi var.
27
Lakin Azərbaycanda mövcud maddi‐texniki baza, maliyyə, 
həmçinin  kadr  potensialı  bu  məsələdə  ciddi  çətinlik  yaradır. 
İndiki sistemlə belə məktəb problemini çözə bilmiş deyilik. Bir 
tərəfdən məktəbləri kompüterləşdirməyə çalışırıq, digər tərəf‐
dən isə, ölkədə həddindən artıq ağır şəraitdə olan çoxlu sayda 
məktəb  binasının  olduğu  məlumdur.  Doğrudur,  dövlət  proq‐
ramı  əsasında  yeni  məktəblərin  inşası  prosesi  gedir.  Heydər 
Əliyev  fondu  da  bu  istiqamətdə  fəaliyyət  göstərir.  Həmçinin, 
İslam  İnkişaf  Bankının  ayırdığı  kreditlərdən  istifadə  olunur. 
                                                 
26
 “Orta məktəblərdə təhsil müddəti 12 ilə qədər artırılacaq”, “Şərq” qəzeti
http://www.sherg.az/view.php?d=910, (01.03.2006). 
27
 Thomas A. Stewart, Entellektüel Sermaye, Türkcəyə tərcümə: Nurettin 
Elhüseyni, Kontent Kitap, İstanbul, 1997, səh.88. 
 
‐ 23 ‐


İlkin Sabiroğlu 
Amma  bütün  bunlar  çatışmazlığı  aradan  qaldırmağa  kifayət 
eləmir.  Halbuki  neft  gəlirlərindən  də  ölkənin  ən  əhəmiyyətli 
problemlərindən birinin həlli kimi bu istiqamətdə istifadə edi‐
lə bilər.  
Yeri  gəlmişkən,  Azərbaycanda  Yaponiyanın  ayırmış  oldu‐
ğu qrantlar sayəsində də orta məktəb binaları tikilərək istifadə‐
yə verilir.
28
 Niyə digərlərinin deyil, məhz yaponların orta təh‐
sil üçün məktəb binası çatışmazlığı probleminə əhəmiyyət ver‐
məsi məni təəccübləndirmədi. Hələ 1872‐ci ildə 8 illik məcburi 
təhsil sistemini tətbiq edən bir millətdən təhsilin əhəmiyyətini 
daha yaxşı kim anlaya bilər ki? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
28
 “Yaponiya yardımların həcmini artıracaq”, “Ayna” qəzeti, 23 dekabr 2005. 
 
‐ 24 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə