KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə8/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   4   5   6   7   8   9   10   11   ...   67

İlkin Sabiroğlu 
‐  Avropa  Birliyi  Konstitusiyası  ilə  birlikdə  AB‐nə  ümumi 
bir xarici işlər naziri təyin olunacaq. 
‐  Avropa  Birliyi  Konstitusiyası  ilə  birlikdə  qadın‐kişi  bəra‐
bərliyi və işsizliklə mübarizə kimi sosial siyasət məsələləri da‐
ha əhəmiyyətli hala gələcək. 
‐ Uzun sürən müzakirələrdən sonra hazır hala gələn konsti‐
tusiya, 25 ölkə arasında mümkün ola biləcək ən yaxşı konsen‐
susdur. 
‐ Avropa Birliyi Konstitusiyası, Fransanın Birlik daxilindəki 
səs potensialını 9 faizdən 13 faizə çıxaracaq. 
“IqtisadNet”in  Forumunda  Fransadan  bir  dostumuzun 
yazdığına görə, referendumdakı “yox” nəticəsinin əsas səbəb‐
lərindən birisi də fransızların özlərinin sosial iqtisadi problem‐
lərini  Avropa  İttifaqı  ilə  bağlamalarıdır.  Yalnız  yeni  birliyin 
uğur  və  uğursuzluqlarından  ehtiyatlanmaq  deyil,  mövcud 
problemləri də onun üzərinə yazırlar. “Bir şeyi də vurğulamaq 
lazımdır ki, bu səsvermədən siyasi məqsədlər üçün də istifadə 
olundu.  Yəni  hökuməti,  başda  prezidenti  istefaya  göndərmək 
üçün.  Fransada  hal‐hazırda  işsizlik  10  faiz  səviyyəsindədir. 
Alıcılıq qabiliyyəti aşağı düşmüşdür. Sadə fransızların əksəriy‐
yəti bu konstitusiyanı oxumadılar belə. Sadəcə hökumətin bü‐
tün  siyasi  texnologiyalardan  istifadə  etməklə  “Oui”  (hə)  üzə‐
rində  davamlı  təbliğatı  “hökumətdən  küskün  təbəqələr”in 
əlində ona qarşı “kozır”a çevrildi... Başqa bir bölgünü belə gör‐
düm.  Nisbətən  imkansızlar  “yox”,  imkanlılar;  uzağı  görənlər 
isə “hə” dedilər...”
33
Əslində AB‐dəki bu müzakirələr və ziddiyyətlər daha libe‐
ral,  yoxsa  daha  sosial  bir  kapitalizm  istəyini  də  ortaya  qoyur. 
Bilindiyi  kimi,  AB  ölkələrində  iki  fərqli  kapitalizm  nümunəsi 
hakimdir:  Bunlardan  birincisi  İngiltərədə  hakim  olan  Anqlo‐
                                                 
33
 “Avropa Birliyi Konstitusiyası”, 
http://www.iqtisad.net/forum/viewtopic.php?t=4, 29 may 2005, (22.01.2006). 
 
‐ 30 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Sakson  kapitalizmi  (ABŞ‐da  inkişaf  edən  və  tətbiq  olunan), 
ikincisi  isə,  Almaniyada  (və  Yaponiyada)  inkişaf  edən  və  ha‐
kim olan toplumçu kapitalizm. 
Ren  çayı  sahilində  yerləşən  ölkələrdə  “Toplumçu  Kapita‐
lizm”  ön  plana  çıxdığı  kimi,  Atlantik  Okeanının  şərq  sahilin‐
dəki  İngiltərədə  də  okeanın  qərb  sahilindəki  ABŞ‐da  olduğu 
kimi  “Anqlo‐Sakson  Kapitalizmi”  tətbiq  olunmaqdadır.  Ona 
görə  də  birinciyə  “Ren  Kapitalizmi”  də  deyilməkdədir.  İstan‐
bul Universitetində yeni müdafiə edilmiş doktorluq dissertasi‐
yası əsasında nəşr edilən “Avropa Birliyi və Kapitalizm” kita‐
bında  yuxarıdakı  iki  kapitalizm  nümunəsinin  əsas  fərqləndi‐
rici xüsusiyyətləri aşağıdakı şəkildə göstərilib.
34
Ümumiləşdirilmiş  halda  Ren  kapitalizmini  Anqlo‐Sakson 
kapitalizmdən fərqləndirən beş əsas xüsusiyyət: 
1‐ Aktiv Planlayıcı Dövlət: Buna görə dövlətin vəzifəsi top‐
lumun tələbatlarını müəyyənləşdirmək və bu tələbatların qar‐
şılanmasını təmin etməkdir. Qaçılmaz olaraq dövlət, koordina‐
siya, prioritetlərin müəyyənləşməsi və planlama kimi əhəmiy‐
yətli funksiyaları öz əlində cəmləşdirir. 
2‐ Toplumçuluq: Bərabərlik və konsensusa, məcbur edərək 
ya  da  nisbətən  könüllü  şəkildə  nail  olmaq  nəzərdə  tutulur. 
Toplumçuluq, fərdlərin toplamından daha artıq bir şeydir, or‐
qanikdir,  atomistik  deyildir.  Bir  bütün  olaraq  toplumun  tələ‐
batları, fərdlərdən təşkil olunan öz üzvlərinin tələbatlarını aş‐
mış özəl tələbatlardır. 
3‐  Vətəndaşların  Hüquqları  və  Vəzifələri:  Toplumu  təşkil 
edən fərdlər üçün gəlir, təqaüd, səhiyyə və digər sosial haqlar 
ön planda tutulmaqdadır. Bu haqlar bir toplum olmanın, həm 
də yaxşı bir toplum olmanın nəticəsi kimi qəbul edilir. Vəzifə‐
lər də hüquqlar kimi toplumçu kapitalizmin ayrılmaz bir par‐
                                                 
34
 Kenan Dağcı, Avrupa Birliği ve Kapitalizm, TASAM Yayınları, İstanbul, 2005, 
səh.28‐29. 
 
‐ 31 ‐


İlkin Sabiroğlu 
çasıdır.  Toplumçu  kapitalizmdə  hüquqlara  və  vəzifələrə  eyni 
yanaşma keçərlidir. 
4‐ Sosial Tələbat: Təmiz hava və su, mühafizə, enerji, iş və 
s.  sosial  tələbatlar,  fərdi  tələbatlarla  müqayisədə  daha  artıq 
əhəmiyyət  kəsb  etməkdədir.  Bu  yanaşma,  sosial  maraqların 
təbii  olaraq  istehlakçıların  tələbatlarını  ödəməyə  çalışan  mən‐
fəət  qruplarının,  fərdiyyətçi  şirkətlərin  (kiçik  şirkətlərin  daha 
çox  tərcih  edildiyi)  mübarizələri  nəticəsində  sərbəst  rəqabət 
vasitəsilə ortaya çıxdığını irəli sürən “fərdiyyətçi” düşüncədən 
köklü sürətdə fərqlənir. 
5‐  Qarşılıqlı  Əməkdaşlıq  və  Qrup  Məsuliyyəti:  Toplumçu 
kapitalizm  anlayışında  əməkdaşlıq,  konsensus  və  qrup  məsu‐
liyyəti vardır. 
Michel  Albert  “Kapitalizmə  Qarşı  Kapitalizm”  əsərində 
Ren  çayı  sahilindəki  İsveç,  Almaniya,  Belçika  və  Hollandiya 
kimi ölkələri “Ren Kapitalizmi” qrupuna daxil edir. Həmçinin 
Albert,  köhnə  kommunist  sistemin  nisbi  sosial  təminatı  ilə 
Amerikan  kapitalizminin  xəyal  edilən  rifah  və  effektivliyinin 
sintezindən ideal bir modelin ortaya çıxa biləcəyindən bəhs et‐
məkdə və buna ən yaxşı nümunə kimi Almaniyanı göstərmək‐
dədir.
35
  David  Lane  də  Rusiya  nümunəsində  Qərbdən  gələn 
məsləhətçilərin ölkədə sürətli özəlləşdirmə və liberallaşdırma‐
nın  həyata  keçirilməsi  ilə  birlikdə  Anqlo‐Sakson  modelin  mə‐
nimsənilməsinin  əhəmiyyətini  önə  çəkdiklərini  vurğulayır.
36
 
Əslində Azərbaycana da müstəqilliyinin ilk illərindən etibarən 
tövsiyə edilən model bu idi... 
 Həmçinin, Anqlo‐Sakson kapitalizmini Ren kapitalizmdən 
fərqləndirən beş əsas xüsusiyyət isə belədir:
37
                                                 
35
 Michel Albert, Kapitalizme Karşı Kapitalizm, Türkcəyə tərcümə: Cemil Oktay‐
Hüsnü Dilli, Afa Yayınevi, İstanbul, 1992, səh.143. 
36
 David Lane, “What kind of capitalism for Russia? A comparative analysis”, 
Communist and Post‐Communist Studies, №33, 2000, səh.485. 
37
 Dağcı, op. cit., səh.35‐37. 
 
‐ 32 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə