KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə9/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   5   6   7   8   9   10   11   12   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
1‐ Məhdud Dövlət: Buna görə ən kiçik dövlət ən yaxşı döv‐
lətdir. Xüsusilə dövlətin iqtisadiyyatdakı roluna daha çox diq‐
qət  cəlb  edilməkdədir.  Dövlətin  daha  geniş  mərkəzi  bir  səla‐
hiyyətə  sahib  olması  istənməyən  bir  haldır.  Məsələn,  ABŞ‐da 
dövlətin  hər  bir  hissəsi  bir‐birindən  ayrı  tutulmaqda,  nəzarət 
edilməkdə  və  balanslaşdırılmaqdadır.  Bu  xətt  1980‐ci  illərdə 
ABŞ‐da Ronald Reaganın, İngiltərədə isə Margaret Thatcherin 
hakimiyyətə  gəlməsi  ilə  birlikdə  daha  da  sistemləşdirilmiş 
oldu.  Artıq  dövlət  tənzimləyici  və  qoruyucu  deyil,  tənbəl  və 
tormozlayıcı bir qüvvə kimi qəbul edilməyə başlandı. Əvvəllər 
cəmiyyətin  inkişaf  göstəricisi  olan  sosial  müdafiə  sistemi  tən‐
bəlliyi təşviq etdiyi üçün tənqid hədəfinə çevrildi. Ona görə də 
yarım əsr əvvəl Avropada qurulan sosial müdafiə sistemi heç 
bir zaman ABŞ‐da qurulmamışdır. Verginin ən dinamik və cə‐
sarətli  olanların  cəsarətini  qırdığı  irəli  sürüldü.  Anqlo‐Sakson 
kapitalizmdə dövlətin vəzifəsi vətəndaşlarının malını və canını 
qorumaqdan ibarətdir. 
2‐  Fərd‐Toplum  Münasibətləri:  Anqlo‐Sakson  kapitalizmi 
fərdiyyətçidir, buna görə toplum fərdlərin toplamından başqa 
bir şey deyildir. Fərd yalnız tək başına qaldıqda yaşamaq üçün 
ən üstün bacarıqlarını ortaya qoyur. Fərdiyyətçiliyə görə bəra‐
bərlik fürsət bərabərliyidir, istədiyi sözləşməni qəbul etməkdə 
bərabərlikdir. 
3‐ Mülkiyyət Hüquqları: Anqlo‐Sakson kapitalizminə görə, 
fərdi hüquqların ən böyük qarantı mülkiyyət hüquqlarının ali‐
liyidir. 
4‐  İstehlakçı  Tələbatını  Ödəmək  Üçün  Rəqabət:  Bu  düşün‐
cəyə görə, yaxşı toplum olmaq üçün mühüm olan bazarda rə‐
qabət etməkdir. Daha çox rəqabət daha yaxşı toplum ortaya çı‐
xaracaq. 
5‐ Qrup Məsuliyyəti Yerinə Fərdi Məsuliyyət: Bu yanaşma 
Newtonçu  Mexaniki  Paradiqmanın  “hissəciklərə  bir  mexaniz‐
min  hissəsi  olaraq  baxarsaq,  bütünün  özünə  baxmış  olarıq” 
 
‐ 33 ‐


İlkin Sabiroğlu 
məntiqinə  dayanır.  Nəticə  olaraq  fərd  gördüyü  işə  görə  fərdi 
məsuliyyət daşımaqda və fərdi müvəffəqiyyət və müvəffəqiy‐
yətsizlikdən bəhs edilməkdədir. 
Michel Albertə görə, AB‐nin əsasında iqtisadi birlik dayan‐
sa  da  Avropada  homogen  bir  iqtisadi  model  yoxdur.  Böyük 
Britaniyada ABŞ‐dakına bənzər bir sistem hökm sürdüyü hal‐
da, İtaliya Çin xaricində yaşayan çinlilərin modelini xatırladır. 
Fransa  və  İspaniyanın  sistemləri  əvvəllər  bir‐birilərinə  çox 
bənzəsə  də  daha  sonradan  İspaniya  Anqlo‐Sakson,  Fransa  isə 
Almaniyadakı kimi Ren Kapitalizminə yönəlmişdir.
38
Yeri gəlmişkən, Lucian Cernata görə, daha sonradan AB‐nə 
üzv  olan  ölkələrdən  Estoniya,  Çex  Cümhuriyyəti  və  Macarıs‐
tan Anqlo‐Sakson Kapitalizminə, Litva və Latviya isə Ren Ka‐
pitalizminə yönəlməkdədir. Polşa və Slovakiya isə Uzaq Şərqi 
Asiya “möcüzəsi”ndən təsirlənmişə bənzəyir.
39
AB‐nin inteqrasiya prosesində ciddi bir dönüş nöqtəsi olan 
Maastricht Anlaşması ilə əlaqədar çalışmalarda Delors AB pro‐
yektinə  “sosial  şərt”in  də əlavə  edilməsini gündəmə  gətirmiş, 
lakin  İngiltərənin  baş  naziri  Margaret  Thatcher  bunu  “mark‐
sist”  bir  yanaşma  olması  səbəbindən  rədd  etmişdir.  İngiltərə 
hökuməti üçün “sosial şərt”in ehtiva etdiyi hökmlərdən xüsu‐
silə  işçilərin  şirkət  idarəetməsində  iştirakı  ciddi  bir  problem 
idi.
40
 Lakin 1997 seçimlərində iqtidara gələn Tony Blair rəhbər‐
liyindəki  İşçi  Partiyası  Avropa  toplumçu  anlayışı  yönündə 
mövqe  ortaya  qoymuş  və  1997‐ci  ildə  imzalanan  Amsterdam 
Anlaşmasının  sosial  siyasət,  təhsil ilə  əlaqədar  hökmlərini  qə‐
bul  etmişdir.  Hətta  Tony  Balir,  Alman  Sosial  Demokrat  Parti‐
                                                 
38
 Albert, op. cit., səh.27. 
39
 Lucian Cernat, “Institutions and Economic Growth: Which Model of 
Capitalism for Central and Eastern Europe?”, 
http://www.sigov.si/zmar/apublic/jiidt/jiidt02/4cernat.pdf. (01.03.2006). 
40
 Stephen George və Ian Bache, Politics in the European Union, Oxford 
University Press, New York, 2001, səh.123. 
 
‐ 34 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
yasının lideri Gerhard Schröder ilə yeni əsrin sosial demokra‐
tiya anlayışını ortaya qoyan ortaq bir mətin də hazırlamışdır.
41
Thatcherin 1992‐ci ildə qəbul etmədiyi “sosial şərt”, 1997‐ci 
ildə  Amsterdam  Anlaşmasına  daxil  edilmiş  və  İngiltərə  tərə‐
findən  də  qəbul  edilmişdir.  Ancaq  İşçi  Partiyasının  “sosial” 
politikaları Thatcherin başlatmış olduğu Anqlo‐Sakson fərdiy‐
yətçiliyi  əsas  alan  transformasiya  prosesinin  önünü  kəsə  bil‐
məmişdir. Çünki istehsal və mülkiyyət münasibətlərinin trans‐
formasiyası üst qurumları da dönüşdürmüşdür. Kompüter in‐
qilabı  ilə  birlikdə  Fordist  istehsal  modelinin  tıxanması,  onun 
yerini  elastik  istehsal  paradiqmasına  dayanan  Post‐Fordist  is‐
tehsal  modelinin  alması,  sosial  elmlərdə  olduğu  kimi  biznes 
dünyasında  da  Kvant  Düşüncə  Paradiqmasının  hakim  hala 
gəlməsi  istehsal  tərzindəki  sosial  transformasiyanı  da  bərabə‐
rində gətirmişdir.
42
Bütün  bunlara  baxmayaraq  Almaniyanın  siyasi  təzyiqlər‐
dən uzaq muxtar bir quruluşa sahib mərkəzi bank sistemi AB 
üçün  model  təşkil  etmiş  və  1999‐cu  ildə  Bundesbank  modeli 
əsasında  Avropa  Mərkəzi  Bankı  qurulmuşdur.  1992‐ci  ildə 
Maastrichtdə İngiltərənin yalnız buraxılması, AB üzvü olan öl‐
kələrin  böyük  qisminin  Alman  modelini  əsas alan  inteqrasiya 
yolunu izləmədə həmfikir olmalarına səbəb olmuşdur.
43
Ardından 20 iyun 2003 tarixində Selanikdəki Avropa Şurası 
toplantısında  Avropa  Konvensiyası  tərəfindən  təqdim  olunan 
“Avropa Konstitusiyasını Quran Anlaşma Mətni”ndə aşağıda‐
kı maddə yer almışdır:
44
“Birlik  tarazlı  iqtisadi  artım,  bir  sosial  bazar  iqtisadiyyatı, 
çox  yaxşı  rəqabətə  dayanan  və  tam  məşğulluq  səviyyəsini  və 
sosial  inkişafı  hədəfləyən  və  ətraf  mühitin  yüksək  səviyyədə 
                                                 
41
 Dağcı, op. cit., səh.24. 
42
 Ibid. 
43
 Ibid., səh.25. 
44
 Ibid., səh.25‐26. 
 
‐ 35 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə