Kapitalizm Kapitalizmə Bənzəməz
Neft böhranları və
Holland sindromu
Neft böhranı əslində neft idxal edən ölkələr üçün böhran‐
dır. Neft ixrac edən ölkələr isə açıq şəkildə ifadə etməsələr də
belə vəziyyətdən çox razı qalırlar. Xüsusilə Azərbaycan, Nige‐
riya, Anqola, Liviya və Oman kimi ixracatlarında neftin çəkisi
çox‐çox yüksək olan ölkələrin neft böhranlarından nə qədər
razı qaldıqlarını əlavə şərh etməyə ehtiyac yoxdur. Lakin neft
böhranları nadir olaraq baş verir.
Hələ 1970‐ci illərin əvvəllərində meydana gələn neft böhra‐
nında Amerika Birləşmiş Ştatlarının neftin qiymətindəki yük‐
səlmənin tərəfdarı kimi davranması belə bir sualın ortaya çıx‐
masına səbəb olmuşdu: ABŞ neft qiymətlərinin yüksəlməsində
niyə maraqlı davranırdı?
Çünki həmin dövrdə Bretton Woods sistemi çökmək üzrə
idi. ABŞ dolları da bu sistemin “əsas pul” funksiyasını yerinə
yetirdiyindən dolların gələcək aqibəti sual altına girmişdi.
Əgər Dünya Bankının qurulduğu dövrdə dünya qızıl ehtiyatı‐
nın 70 faizdən yuxarısı ABŞ‐da cəmləşmişdisə, sonradan bu
nisbət kəskin şəkildə ABŞ‐ın əleyhinə dəyişmişdi. Ona görə də
70‐ci illər üçün dalğalı valyuta məzənnəsi sisteminin keçərli
olduğu beynəlxalq valyuta sistemində dolların əsas pul funksi‐
yasını qoruya bilməsinin ən əlverişli yolu neft böhranlarından
istifadə etməkdi. Çünki ABŞ‐nın əlində çox əhəmiyyətli bir va‐
sitə var: neft ödəmələri dollarla həyata keçirilir. Beləliklə neftin
qiymətlərindəki yüksəlmə neft idxal edən ölkələrin dollara
olan tələbini artırdı ki, bu da ABŞ dollarının beynəlxalq valyu‐
ta sistemindəki çəkisini qorumaqda bir vasitəyə çevrildi.
135
135
Ilkin Sabiroglu, “Oil Crisis and the Holland Syndrome”, The Times of Central
Asia, 11 may 2001, http://www.times.kg.
‐ 123 ‐
İlkin Sabiroğlu
Bu gün isə ABŞ dolları üçün belə bir problem mövcud de‐
yil. Həmçinin ABŞ dünyanın ən böyük enerji istehlakçısıdır.
Bunları nəzərə aldıqda ABŞ‐ın neft qiymətlərinin yüksəlməsin‐
də əvvəlki kimi maraqlı olmadığını söyləmək olar. Bu amil də
bir növ ciddi neft böhranlarının ortaya çıxmasına əngəl törə‐
dir. Ayrıca ölkələr yüksək neft qiymətlərini ucuz faiz siyasəti
və enerji istehlakını subsidiyalaşdırmaqla balanslaşdırırlar.
Dolayısilə neft qiymətləri yüksəlsə də neft böhranı baş ver‐
mir.
136
Həmçinin, yüksələn enerji qiymətləri dünyanın alterna‐
tiv enerji mənbələrinə yönəlməsinə səbəb olur. Bu tendensiya
da öz növbəsində “Kyoto Protokolu”nun lehinə işləyir.
137
Qısacası, neft böhranlarına və yüksək neft qiymətlərinə ar‐
xayın olmaq olmaz. Ona görə də Azərbaycan kimi, ixracatla‐
rında neftin mütləq üstünlük təşkil etdiyi ölkələr üçün “Hol‐
land sindromu” çox aktual mövzu halına gəlmişdir.
Bir müddət əvvəl yerli mətbuatda bir dövlət rəsmisinin be‐
lə bir fikrinə rast gəldik: “Böyük neft gəlirlərinin ölkəyə daxil
olduğu dövrdə “Holland sindromu” yarana bilməz”.
138
Doğru‐
dan da dünya bazarlarında neft qiymətlərinin yüksəklərdən
“uçduğu” və ölkəyə böyük neft gəlirlərinin daxil olduğu mər‐
hələdə “Holland sindromu” yarana bilərmi? Ümumiyyətlə,
“Holland sindromu” nədir? Yaranarsa, hansı halda yaranar və
ya yaranmaması üçün nə edilməlidir?
Geniş şəkildə istifadə olunan “Holland sindromu” mode‐
lində intensiv inkişaf edən təbii ehtiyatlar sektoru ilə ixracat
potensialı olmayan mallar sektorunun ixracat potensialı olan
qeyri‐neft malları sektorunu sıxışdırdığı göstərilir. “Holland
136
Əfsun Ələkbər, “Dünya İqtisadi Böhranı niyə baş vermir?”, “Gündəlik
Azərbaycan” qəzeti, 14 dekabr 2005.
137
“WWF: 2006 Kyoto’nun sınav yılı”, NTVMSNBC,
http://www.ntvmsnbc.com/news/361346.asp, 14 fevral 2006.
138
“Oqtay Haqverdiyev: Azərbaycanda “Holland sindromu” yarana bilməz”,
“Ekspress” qəzeti, 14 dekabr 2005.
‐ 124 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
sindromu”nun “üç sektor modeli”nə görə, təbii ehtiyatlardan
intensiv istifadənin iqtisadiyyatın ixracat potensialı olan digər
sahələrinə mənfi təsiri iki istiqamətdə özünü göstərir.
139
Bunlardan birincisi xərclərin artması effektidir. Əgər neftlə
əlaqədar əldə olunan sərvətlər xaricdə saxlanmırsa və maliyyə
kanalları vasitəsilə birbaşa və ya dolayı yolla ixracat potensialı
olmayan mallara xərclənirsə, bu malların qiymətləri ixracat
potensialı olan malların qiymətləri ilə müqayisədə artır və real
effektiv valyuta məzənnələri də bahalaşır. Bu da ənənəvi ixra‐
cat potensialı olan sahələrə zərər gətirir. Xarakterik olaraq cari
əməliyyatlar hesabının tarazlığı pozulur. Belə ki, neft ixracının
daha sonrakı mərhələdə bahalaşmasına baxmayaraq, gələcək‐
də neft gəlirlərinin artacağının gözlənməsilə daxili istehlak və
idxal ən yüksək səviyyəyə çatır, qeyri‐neft sektoru üzrə ixrac
isə azalır.
İkincisi isə əmək ehtiyatlarının yerdəyişməsi effektidir ki,
belə halda da “sıçrayışla” inkişaf müşahidə olunan sahələrdə
əmək haqları artdığından bu sahələr iqtisadiyyatın digər sek‐
torlarından işçi qüvvələrini özünə cəlb edir. Beləliklə də digər
sahələrin resurslarını zəiflədərək istehsalın aşağı düşməsinə
səbəb olur.
Nəzərə alsaq ki, Azərbaycanda neftlə əlaqədar əldə olunan
sərvətlər xarici banklarda saxlanılır və maliyyə kanalları vasi‐
təsilə birbaşa və ya dolayı yolla kütləvi şəkildə xarici ticarət
obyekti olmayan mallara xərclənmir, deməli, ixracat potensialı
olan digər sahələr üçün bu prizmadan yarana biləcək birinci
mənfi effekt hələlik mövcud deyil.
Eyni zamanda xarici ticarət obyekti olmayan sahələrdə “sıç‐
rayışla” inkişaf özünü göstərmədiyindən ikinci mənfi effekt də
bu prizmadan mövcud deyil. Ayrıca yaxın gələcəkdə ölkəyə
139
İlkin Sabiroğlu, “Azərbaycanda ʺHolland sindromuʺ yarana bilərmi?”,
“Gündəlik Azərbaycan” qəzeti, 16 dekabr 2005.
‐ 125 ‐
Dostları ilə paylaş: |