İlkin Sabiroğlu
1980‐cı illərdə İrlandiyada isə dövlət investorlara torpaq sa‐
həsi ayırmış və hətta inkişaf etdirmək istədiyi sənaye sahələri‐
nə binalarını da özü tikib vermişdi. Belə addımların nəticəsidir
ki, İrlandiya əhalisinin sayı 3 milyon olduğu halda, ölkəyə da‐
xil olan birbaşa xarici investisiyaların həcmi 1995‐ci ildə 40
milyard dollar ikən, 2000‐də 137 milyard dollar, 2002‐də 168
milyard dollar və 2003‐də isə 193 milyard dollara yüksəlmiş‐
dir.
218
Əfsuslar olsun ki, bəhs edilən layihənin inkişaf etdirilməsi
bir yana dursun, o layihədən bir daha xəbər çıxmadı. Doğru‐
dur, Azərbaycanda 15 yanvar 1992‐ci il tarixli “Xarici İnvestisi‐
yanın Qorunması Haqqında” və 13 yanvar 1995‐ci il tarixli “İn‐
vestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanunları mövcud olsa da, faktiki olaraq bu qanunlar işləmir.
Azərbaycanda İnvestisiyaların Təşviqi və Məsləhət Fondu
Dünya Bankının ekspertləri ilə birgə “İnvestsiya fəaliyyəti haq‐
qında” və “Xüsusi iqtisadi zonalar haqqında” qanun layihələri
hazırlayıb. Həmin qanun hazırda qüvvədə olan “İnvestisiya
fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması
haqqında” iki qanunu əvəz etməlidir.
219
Bu iki mövcud qanun‐
lardan fərqli olaraq yeni layihə beynəlxalq təcrübənin daha
mükəmməl elementlərini özündə əks etdirir. Digər ölkələrin
bu sahədə olan təcrübəsini əsas götürərək qanun layihəsinə in‐
vestisiyaların qorunması, investisiya fəaliyyəti zamanı yaranan
mübahisələrin həlli və digər həlledici prinsipial məsələlər ilə
bağlı yeniliklər daxil edilib. Lakin bu qanunun da qəbul edil‐
məsi ləngiyir.
218
“World Investment Report 2004”, UNCTAD, The Shift Towards Services,
səh.376.
219
“İnvestisiya Mühiti”, Azərbaycanda İnvestisiyalarin Təşviqi və Məsləhət Fondu,
http://www.azerinvest.com/az/invopp.php?pg=investmentclimate,
(01.03.2006).
‐ 194 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
ABŞ Dövlət Departamentinin Azərbaycanın 2006‐cı il üçün
investisiya mühiti ilə bağlı yaydığı bəyanatında qeyd olunur
ki, Azərbaycan hökuməti birbaşa xarici investisiyaların ölkə‐
nin iqtisadi inkişafında mühüm rol oynadığını hesab edir və
bu cür investisiyaların cəlbini alqışlayır. Xarici investisiyaların
qorunması haqqında qanuna görə, xarici investor icarə veril‐
miş sahələr üzrə investisiya yatıra bilər. İcazə verilməyənlərə
isə milli təhlükəsizlik və müdafiə sahələri aiddir. Həmçinin
qeyd edilir ki, yerli qanunvericiliklə xarici investorlar Azər‐
baycan bazarında birgə müəssisələri və yerli şirkətlər vasitəsi‐
lə, xarici investorlara məxsus olan törəmə şirkətlərin yaradıl‐
ması və xarici hüquqi şəxslərin nümayəndəlikləri və filialları
vasitəsilə iştirak edə bilər. Hesabatın əmək bacarığı və biliklə‐
rinin artırılması, habelə stimullaşdırıcı vasitələrlə bağlı bölmə‐
sində deyilir ki, Azərbaycan Hasilatın Pay Bölgüsü sahəsi istis‐
na olmaqla, hələ ki digər sahələrə xarici investisiyaların cəlbi
məqsədilə stimullaşdırıcı vasitələrdən istifadə etmir.
220
Hökumət, 2006‐cı ildə bütün maliyyələşdirmə mənbələrin‐
dən Azərbaycan iqtisadiyyatına investisiya yatırımlarının
2005‐ci il üçün proqnozlarla (5827,4 milyon dollar) müqayisə‐
də 7 faiz artacağını və 6513 milyon dollar təşkil edəcəyini
proqnozlaşdırır. Göstərilən həcmin 2495,6 milyon dolları daxi‐
li, 4018 milyon dolları isə xarici investisiyaların payına düşə‐
cək. 2006‐cı ildə daxili investisiyalar göstəricisində proqnozla
müqayisədə 35,7 faiz artım gözlənildiyi halda, xarici investisi‐
yaların 1,2 faiz aşağı düşəcəyi proqnozlaşdırılır. Daxili investi‐
siyaların ümumi həcmində 722,2 milyon dolları büdcə vəsait‐
lərinin, 209,8 milyon dolları əhali tərəfindən yatırılan investi‐
siyaların, 1563,6 milyon dolları müəssisə və təşkilatların vəsait‐
lərinin payına düşəcək. Daxili investisiyaların 1013,3 milyon
220
“Azerbaijan ‐ 2006 Investment Climate Statement”, U.S. Department of
State, 1 mart 2006, http://www.state.gov/e/eb/ifd/2006/62315.htm, (01.03.2006).
‐ 195 ‐
İlkin Sabiroğlu
dolları həcmində böyük hissəsi sənaye sahəsinə, o cümlədən
264,3 milyon dolları neft sektoruna yönəldiləcək. Ticarət və
xidmət sahələrinə 43,7 milyon dollar, nəqliyyat sahəsinə 323,8
milyon dollar, rabitə sahəsinə 117,6 milyon dollar, tikinti sahə‐
sinə 699,1 milyon dollar, kommunal tikintisi sahəsinə 79 mil‐
yon dollar, sosial və digər sahələrə 219,1 milyon dollar inves‐
tisiya yatırılacaq.
221
Bu proqnozlara əsasən, növbəti üç ildə Azərbaycan iqtisa‐
diyyatına investisiya yatırımlarının ümumi həcmi azalacaq.
Beləliklə, 2008‐ci ildə bu göstərici 2007‐ci ildəki 5912,1 milyon
dollardan 5592,1 milyon dollara, 2009‐cu ildə isə 5781,7 milyon
dollara qədər aşağı düşəcək. Bununla bərabər hökumət qeyd
olunan dövrdə daxili investisiyaların həcminin artacağını
proqnozlaşdırır: 2007‐ci ildə 2841,1 milyon dollar, 2008‐ci ildə
3405,1 milyon dollar, 2009‐cu ildə 3696,7 milyon dollar. 2008‐ci
ildə xarici investisiyaların həcmi isə 2007‐ci ildəki 3071 milyon
dollardan 2187 milyon dollara, 2009‐cu ildə isə 2085 milyon
dollara qədər aşağı düşəcək.
222
Azərbaycanın potensial imkanları müqabilində qeyri‐neft
sektoruna cəlb edə bildiyi birbaşa xarici investisiya miqdarı
çox‐çox aşağıdır. Daxil olan xarici investisiyalar birbaşa xarici
investisiyalar şəklində olsa da əsasən neft sektoruna yönəlmiş‐
dir. Respublika hələ də qeyri‐neft sektorunun inkişafı üçün
zəruri olan investisiya axınını təşkil edə bilməyib.
Ayrıca, neft sektoru sürətlə inkişaf etsə də kompleks şəkil‐
də sənayenin inkişafından danışmaq mümkün deyil. Məhz bu
səbəbdən ölkə prezidenti (İlham Əliyev) regionların sosial‐iqti‐
sadi inkişafı Dövlət Proqramının ikinci ilinə həsr olunmuş
konfransda, neft amilindən çox məharətlə istifadə edərək
Azərbaycanın uzunmüddətli sənaye inkişafı konsepsiyasının,
221
“Növbəti illərdə gözlənilən investisiya yatırımlarının həcmi”, IqtisadNet, 3
dekabr 2005, http://www.iqtisad.net/xeberler/00053.htm, (01.03.2006).
222
Ibid.
‐ 196 ‐
Dostları ilə paylaş: |