Kapitalizm Kapitalizmə Bənzəməz
durğun; sabitlik də öz növbəsində iqtisadi terminlərlə ifadə et‐
sək staqnasiya, durğunluq mənasına gəlir. Stabillik isə müva‐
zinət, tarazlıq deməkdir. Stabillik üçün sabitlikdən fərqli ola‐
raq dinamizm lazımdır. Çünki bütün sahələrdə ideal müva‐
zinəti təmin etmək mümkün olmadığından cəmiyyət öz dina‐
mizmi ilə ideal müvazinəti axtarış içərisində olur. Nəticədə
mütləq mənada deyil, nisbi mənada tarazlıq yaranır ki, biz də
buna stabillik deyirik.
70
Sovetlər Birliyinin dağılması ilə birlikdə bütün ittifaq res‐
publikaları kimi Azərbaycan da hər sahədə ciddi böhranlarla
üz‐üzə qalmışdı. “Təsdiq edilmiş büdcənin olmaması, inflyasi‐
yanın məhvedici təsiri 1994‐cü ildə Azərbaycanda ÜDM‐in iki
dəfə, sənaye istehsalının 1,6 dəfə, kənd təsərrüfatının 44 faiz
azalmasına, əhalinin rifah halının 3,7 dəfə aşağı düşməsinə, or‐
ta aylıq əmək haqqının 1990‐cı ildəki real əməkhaqqının 17 fai‐
zini təşkil etməsinə gətirib çıxarmışdı.”
71
Dünya ölkələrinin
təcrübəsi göstərir ki, bu kimi böhranların, tənəzzüllərin qarşı‐
sını almaq üçün müddəti 6 ay ilə 18 ay arasında dəyişən sa‐
bitləşdirici proqramlara ehtiyac duyulur. Azərbaycanda da
1995‐ci ildən belə bir proqramın həyata keçirilməsi ilə artıq
1996‐cı ildə makroiqtisadi sabitlik əldə edildi. Belə ki, 1995‐
2000‐ci illərdə ölkədə makroiqtisadi sabitliyin təmin olunması,
struktur islahatlarının həyata keçirilməsi, iqtisadiyyatın bərpa‐
sı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün 3 geniş‐
miqyaslı proqram reallaşdırılmağa başlanmışdı.
1995‐ci ildən Azərbaycan iqtisadiyyatında qısa bir müddət
içərisində sabitliyə nail olmaq, tənəzzülün qarşısını almaq
üçün şok terapiyasından və buna paralel olaraq nominal pul
70
Ilkin Sabiroglu, “The problem of constancy at the Azerbaijani economy”,
Azerbaijan Bulletin No:28 (282), 12 iyul 2001, ANDF,
http://www.eurasianet.org/resource/ azerbaijan/hypermail/200107/0017.html,
(01.03.2006).
71
Mehdiyev, op. cit.
‐ 59 ‐
İlkin Sabiroğlu
təklifini və kreditləri nəzarət altına almaq üçün ortodoks siya‐
sətdən istifadə olundu. Nəticədə 1993 və 1994‐cü illərdə ardıcıl
olaraq 1080 faiz və 1773 faiz olan inflyasiya səviyyələri 1995‐ci
ildə 84,65 faizə, 1996‐cı ildə 19,9 faizə, 1997‐ci ildə, 3,7 faizə qə‐
dər aşağı salındı.
72
Lakin iqtisadiyyatda stabilliyin əldə olunması üçün şok te‐
rapiyası kifayət eləmir. Stabilliyə heterodoks siyasətin davamı
olan mərhələli reform tədbirlərinin həyata keçirilməsiylə nail
olmaq mümkündür. Heterodoks iqtisadi siyasət qiymətlərin,
əmək haqlarının nəzarətinə və dondurulmasına dayanan gəlir‐
lər siyasətinə əsaslanır. 1995‐ci ildən etibarən Azərbaycanda
müəyyən mənada qısa müddətli məqsədlər üçün ortodoks şok
terapiyasını nəzərdə tutan, daha sonra isə heterodoks ‐ mərhə‐
ləli müalicə siyasətini də əhatə edən qarışıq tədbirlərin tətbi‐
qinə çalışıldığını demək mümkündür. Lakin bu siyasətlərin
davamı olan reformların həyata keçirilməsindəki gecikmələr
istehsalın, gəlirlərin və əmək haqlarının artması, məşğulluq sə‐
viyyəsinin yüksəlməsi ilə bağlı ciddi problemlər yaradırdı.
İqtisadi stabilliyi istehsal amillərinin səmərəli istifadəsini təşkil
edərək əhatəli struktur reformları ilə əldə etmək mümkün idi.
Bu sahədə isə ləngimələr müşahidə edilirdi.
Müstəqillik sonrası Azərbaycan iqtisadiyyatının inkişaf di‐
namikasını təhlil edərkən şərti olaraq 4 mərhələdən bəhs etmə‐
miz mümkündür: 1991‐1994‐cü illəri əhatə edən birinci mərhə‐
lə, 1995‐2000‐ci illəri əhatə edən ikinci mərhələ və 2001‐2005‐ci
illəri əhatə edən üçüncü mərhələ.
73
Azərbaycanın “Sovet Azər‐
baycanı”nı iqtisadi standartlar baxımından geridə qoyacağı
2006‐cı il və sonrası isə dördüncü mərhələni təşkil edəcək.
72
İlkin Sabiroğlu, ʹʹAzerbaycan’da Uygulanan Ekonomik İstikrar Programının
Özellikleriʹʹ, Soydaş Politik‐Ekonomik‐Sosyal Dergi, Cilt:I, No.1, Ankara, 1997,
səh.49.
73
Osman Nuri Aras, Azerbaycan Ekonomisi ve Yatırım İmkanları, TUSİAB, Bakı,
2005, səh.12‐28.
‐ 60 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
Ölkədə müstəqillik sonrası tənəzzül dövrü təqribən 1991‐
1994‐cü illəri əhatə edir. Bundan sonra əldə edilən sabitlik
uzun müddət davam etmiş və indi‐indi iqtisadi‐siyasi stabil‐
liyə çevrilir. “1994‐cü illə müqayisədə 2000‐ci ildə ÜDM‐in ar‐
tımı 25 faiz, əhalinin real pul gəlirləri 2,7 dəfə, orta aylıq əmək‐
haqqı 3,5 dəfə artmış, inflyasiya 2‐3 faiz səviyyəsinə endiril‐
mişdir.”
74
Lakin bütün bunlar əvvəlki itkiləri aradan qaldır‐
mağa yetməmişdir.
“2001‐2005‐ci illər isə ölkə iqtisadiyyatının yüksək tempdə
inkişafı illəridir. Son illər həyata keçirilməyə başlanan proq‐
ramların əsas məqsədi yeni iş yerlərinin açılmasına paralel ola‐
raq yoxsulluğun azaldılması, regionların kompleks inkişaf et‐
dirilməsi, sahibkarlığa dövlət yardımının həyata keçirilməsi,
özəlləşdirmənin başa çatdırılması, təhsil, səhiyyə, turizm, eko‐
logiya, nəqliyyat, rabitə və telekommunikasiya sahələrinin
inkişafına nail olmaqdır. 2001‐2005‐ci illərdə ÜDM 1,7 dəfə art‐
mış və ötən il Azərbaycan 1990‐cı il səviyyəsinə çatmışdır.
ÜDM‐in adambaşına düşən həcmi 2000‐ci ildəki 665 dollardan
fərqli olaraq 2005‐ci ildə 1500 dollar təşkil etmişdir. Özəl sekto‐
run ÜDM‐də çəkisi 70 faizdən 77 faizədək yüksəlmişdir. Son
beş ildə büdcə gəlirləri 4 dəfə artmış, 2005‐ci ildə bu, 2,3 mil‐
yard dollar təşkil etmişdir. 2001‐2005‐ci illərdə qeyri‐neft sek‐
torunun bütün sahələrində 12‐13 faizlik sabit artım müşahidə
olunmuşdur. Son 5 il ərzində əhalinin pul gəlirləri 1,8 dəfə,
işçilərin orta əməkhaqqı isə 2,6 dəfə artmış və 2005‐ci ildə 133
dollar səviyyəsinə çatmışdır. 2001‐2005‐ci illərdə Azərbaycan
iqtisadiyyatına 20 milyard dollardan artıq investisiya yatırıl‐
mışdır ki, bunun da 15,4 milyardı xarici sərmayədir. Hazırda
Azərbaycan dünyanın 130 ölkəsi ilə ticarət əlaqələri qurub, xa‐
74
Mehdiyev, op. cit.
‐ 61 ‐
Dostları ilə paylaş: |