Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında



Yüklə 195,95 Kb.
Pdf görüntüsü
tarix28.08.2018
ölçüsü195,95 Kb.
#65127


 

 

 

 

 

 

 

 

 

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və 

təqdim olunması haqqında 

Təlimat 

 

1.

 

Ümumi müddəalar 

 

1.1.  Bu  Təlimat  “Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  haqqında”, 

“Banklar  haqqında”  Azərbaycan  Respublikasının  qanunlarına,  Azərbaycan 

Respublikası Mərkəzi Bankının (bundan sonra - Mərkəzi Bank) müvafiq normativ 

xarakterli aktlarına uyğun olaraq hazırlanmışdır.  

1.2.  Kassa  dövriyyəsi  haqqında  statistik  hesabat  bankların  kassalarına 

manatla  nağd  pulun  (bundan  sonra:  nağd  pul)  daxilolma  mənbələri  və  xərclənmə 

istiqamətləri haqqında məlumatları nəzərdə tutur. 

1.3.  Bu  hesabatlar  bankın  baş  ofisi  tərəfindən  bütün  mövcud  şəbəkə  üzrə 

(bank  və  onun  filialları,  şöbələri)  icmallaşdırılaraq  Mərkəzi  Banka  təqdim 

olunmalıdır. 

1.4.  Bu  hesabatlar  “Bankların  kassa  dövriyyəsi  haqqında  statistik  hesabat” 

formasının  (Əlavə  1,  bundan  sonra:  KDS-1  hesabat  forması)  və  hesabat  üzrə 

Təlimatın müddəalarına uyğun tərtib olunmalıdır.  



Azərbaycan Respublikası Mərkəzi 

Bankı

  İdarə Heyətinin  

 

 

 

 

 

 

 

“_06_”___oktyabr__ 2009-cu il 

 

tarixli qərarı  ilə təsdiq edilmişdir. 

 

Protokol № __28__  

             


 

2

2. Hesabatın mə

zmunu 

2.1. Kassa dövriyyəsi haqqında hesabat üç bölmədən ibarətdir:  

-   “A” bölməsi: Hesabat dövrünün əvvəlinə və sonuna kassa qalığı  

-   “B” bölməsi: Kassaya nağd pulun mədaxili  

-   “C” bölməsi: Kassadan nağd pulun məxarici 

2.2.    Hesabatın  mədaxil  bölməsində  əks  olunan  əməliyyatlar  bank 

müştərilərinin  fəaliyyət  sferası,  hüquqi  statusu  və  əməliyyatın  növündən  asılı 

olaraq aşağıdakı qruplar üzrə təsnifləşdirilməlidir: 

 

 

 

Bölmə / 

qrup / 

maddə 

 

Bölmə/ qrup/ maddənin  adı 

  

A 10 

HESABAT DÖVRÜNÜN ƏVVƏLİNƏ KASSA QALIĞI 

 

 

MƏDAXİL 

1. 

B00 

Hüquqi şəxslərdən daxilolmalar 

 

1.1         B10      Hüquqi şəxslərin mal satışından daxilolmalar 

1.2           B20    Hüquqi şəxslərin iş və xidmətlərin göstərilməsindən   

daxilolmalar 

2. 

B30 

Fiziki şəxslərdən daxilolmalar

 

3. 

B40 

Bankın hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları ü

zrə 

daxilolmalar 

4. 

B50 

Bankomatlardan daxilolmalar 

5. 

B60 

Digər daxilolmalar 

 

 

MƏDAXİL ÜZRƏ CƏMİ: 

6. 

B70 

Kassanın möhkəmləndirilməsi məqsədilə daxilolmalar

 

7. 

B80 

Mərkəzi Bankdan və onun ərazi idarələrindən daxilolmalar 

 

 

BALANS 



 

3

2.2.1.Hesabat dövrünün əvvəlinə kassa qalığı (A10) 

Bu  qrupda  hesabat  dövrünün  əvvəlinə  bankın  əməliyyat  kassasının  qalığı  əks 

olunmalıdır. 

Dövrün əvvəlinə kassa qalığı keçən hesabat dövründəki KDS-1 hesabat formasının 

“Hesabat dövrünün sonuna kassa qalığı” bölməsinə, həmçinin keçən hesabat dövrü 

üzrə  bankın  icmal  muhasibat  balansında  1001-ci  hesabın  qalığına  bərabər 

olmalıdır. 

2.2.1. Hüquqi şəxslərdən daxilolmalar (B00) 

Bu  qrup  bank  müştərisi  olan  hüquqi  şəxslərin  mal  satışından  və  göstərdiyi 

xidmətlər üzrə bankın əməliyyat kassasına nağd pul daxilolmalarını əks etdirir. 

2.2.1.1. Hüquqi şəxslərin mal satışından daxilolmalar (B10: B11-B16)  

Statistik  hesabat  formasına  (KDS-1  hesabat  forması)  uyğun  olaraq  bu  qrupda 

ticarət,  sənaye,    fermer  və  digər  kənd  təsərrüfatı,  tikinti,  yanacaqdoldurma 

məntəqələri  sahələrində  fəaliyyət  göstərən  müəssisə,  təşkilat  və  kooperativlərin 

mal satışlarından əldə olunan  vəsait üzrə bankın  kassasına  nağd pul daxilolmaları 

əks olunmalıdır. 

Mal satışından daxilolmalar hər bir müəssisənin fəaliyyət növündən asılı olaraq bu 

qrupun müvafiq maddələrində əks olunmalıdır. 

Hesabatın bu  maddələrində  əks  olunmayan  sahələrin  mal  satışından  daxilolmaları 



Digər satışlar üzrə daxilolmalar maddəsində göstərilməlidir.  

2.2.1.2. Hüquqi şəxslərin iş və xidmətlərin göstərməsindən daxilolmalar 



(B20: B21-B25

KDS-1 hesabat formasına uyğun olaraq bu qrupda nəqliyyat, kommunal xidmətlər 

(qaz,  su,  işıq  və  s),  rabitə,  mehmanxana,  ictimai  iaşə  və  digər  xidmət  sahələrində 

fəaliyyət  göstərən  müəssisə  və  təşkilatların  göstərdiyi  xidmətdən    əldə  olunan 

vəsait üzrə bankın kassasına nağd pul mədaxilləri əks olunmalıdır. 

Xidmət göstərilməsindən daxilolmalar hər bir müəssisənin fəaliyyət növündən asılı 

olaraq bu qrupun müvafiq maddəsində əks olunmalıdır. 



 

4

Bank,  müştərisinin  hesabatın  bu  qrupunda  əks  olunmayan  iş  və  xidmət 

sahələrindən  daxilolmaları  Digər  xidmətlər  üzrə  daxilolmalar  bəndində  qeyd 

olunmalıdır. 

 2.2.2. Fiziki şəxslərdən daxilolmalar (B30: B31-B35

Bu qrupda bankın əməliyyat kassasına fiziki şəxslər tərəfindən  1) vergi, rüsum və 

sığorta  ödənişləri,  2)  kommunal  xidmətlər  (qaz,  su,  işıq  və  s.)  üzrə  ödənişlər,  3) 

yardım, pul baratları, sosial və digər bu tip ödənişlər, 4) təhsil haqqı üzrə ödənişlər, 

5)  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  həyata  keçirən  fiziki  şəxslərdən 

nağd pul ödənişləri əks olunmalıdır. 

Fiziki şəxslərdən daxilolmalar KDS-1 hesabat formasının müvafiq maddəsində əks 

olunmalıdır. 

Hesabatın  bu  maddələrində  əks  olunmayan  fiziki  şəxslərin  ödənişləri  Digər 

daxilolmalar maddəsində qeyd olunmalıdır. 

2.2.3.  Bankın  hüquqi  və  fiziki  şəxslərlə  maliyyə  əməliyyatları  üzrə 



daxilolmalar (B40: B41-B46

Bu  qrupda  bankın  öz  müştəriləri  ilə  maliyyə  əməliyyatları  nəticəsində  nağd  pul 

daxilolmaları  əks  etdirilir:  1)  depozit  hesablarına  daxilolma,  2)  cari  hesablara  və 

pul  köçürmələrindən  daxilolma,  3)

 

əmlak  alqı-satqısı  ilə  əlaqədar  notarial 



kontorlarının  hesablarına  daxilolmalar,  4)  müştərilərə  verdiyi  kreditlər  üzrə 

daxilolmalar,  5)  dövlət  və  digər  qiymətli  kağızların  satışı  üzrə  daxilolmalar,  6) 

xarici valyuta satışından daxil olan nağd pul vəsaitləri. 

Bankın  hüquqi  və  fiziki şəxslərlə  maliyyə  əməliyyatları  üzrə  daxilolmalar  KDS-1 

hesabat formasının müvafiq maddəsində əks olunmalıdır. 

Hesabatın  bu  bölməsində  əks  olunmayan  əməliyyatlardan  nağd  pul  daxilolmaları 



Maliyyə əməliyyatları üzrə digər daxilolmalar maddəsində qeyd olunmalıdır. 

2.2.4. Bankomatlardan daxilolmalar (B50)  

Mərkəzi  Bankın  “Azərbaycan  Respublikasının  kredit  təşkilatlarında  kassa 

əməliyyatlarının  aparılması  və  qiymətlilərin  inkassasiyasının  təşkili  Qaydaları”na 




 

5

uyğun  olaraq  qalıq pulların  bankın  əməliyyat  kassasına  mədaxili  bu maddədə  əks 

etdirilməlidir. 

2.2.5. Digər daxilolmalar (B60) 

Statistik formanın mədaxil maddələrində əks olunmayan digər əməliyyatlar üzrə, o 

cümlədən  digər  maliyyə  institutlarından,  beynəlxalq  təşkilatlardan,  dövlət 

idarəetmə  və  icra  orqanlarından,  təhtəl  hesab  şəxslərdən,  təsisçilərdən,  habelə 

bankın  nizamnamə  fonduna  və  s.  daxilolmalar  üzrə  bankın  əməliyyat  kassasına 

nağd pul daxilolmaları bu maddədə əks olunmalıdır. 

2.2.6. Kassanın möhkəmləndirilməsi məqsədilə daxilolmalar (B70: B71-

B72) 

Kassanın möhkəmləndirilməsi məqsədilə daxilolmalar filiallararası hesablaşmalar 

və  banklararası  hesablaşmalar  üzrə  təsnifləşdirilməlidir.  Bankın  kassasına  öz 

filallarından  və  şöbələrindən  daxil  olan  nağd  vəsaitlər  –  B71-ci  maddədə,  digər 

banklardan və ya onların filallarından və şöbələrindən daxil olan nağd vəsaitlər isə 

B72-ci maddədə əks olunmalıdır. 

2.2.7. Mərkəzi Bankdan və onun ərazi idarələrindən daxilolmalar (B80: 

B81-B82) 

Bankın kassasına Mərkəzi Bankdan və onun ərazi idarələrindən daxil olan nağd pul 

Mərkəzi  Bankdan  daxilolmalar  və  Mərkəzi  Bankın  ərazi  idarələrindən 

daxilolmalar  üzrə  təsnifləşdirilməlidir.  Bankın  kassasına  Mərkəzi  Bankdan  daxil 

olan  nağd  vəsaitlər  –  B81-ci  maddədə,  Mərkəzi  Bankın  ərazi  idarələrindən  daxil 

olan nağd vəsaitlər isə - B82-ci maddədə əks olunmalıdır. 

2.3.  Hesabatın  məxaric  bölməsində  əks  olunan  əməliyyatlar  bank 

müştərilərinin  fəaliyyət  sferası,  hüquqi  statusu  və  əməliyyatın  növündən  asılı 

olaraq aşağıdakı qruplar üzrə təsnifləşdrilməlidir: 

 

 

 




 

6

 



 

Bölmə / 

qrup / 

maddə 

Bölmə/ qrup/ maddənin  adı 

 

 



 

MƏXARİC 

1. 

C00 

Hüquqi şəxslərdən və hüquqi şəxs yaratmadan sahibkarlıq 

fəaliyyətini həyata keçirən fiziki şəxslərdən 

1.1.           

      C10        Mal, iş və xidmətlərin alınması üzrə ödənişlər 

1.2.            C20 

Əmək haqqı (və ona bərabər tutulan digər ödənişlər), 

pensiya, müavinat, sığorta və digər sosial ödənişlər 

2. 

C30 

Bankın hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları 

üzrə ödənişləri 

3. 

C40 

Bankomatlara  pul qoyuluşu 

4. 

C50 

Digər ödənişlər 

 

 



 

MƏXARİC ÜZRƏ CƏMİ 

5. 

C60 

Kassanın möhkəmləndirilməsi məqsədilə ödənişlər

 

6. 

C70 

Mərkəzi Banka və onun ərazi idarələrinə ödənişlər 

 

 

BALANS 

  

 

A20 

 

HESABAT DÖVRÜNÜN SONUNA KASSA QALIĞI

 

 

2.3.1. Hüquqi şəxslərdən və hüquqi şəxs yaratmadan sahibkarlıq 



fəaliyyəti həyata keçirən fiziki şəxslərdən (C00)  

Bu  bölmə  bank  müştərisi  olan  hüquqi  şəxslərə  və  hüquqi  şəxs  yaratmadan 

sahibkarlıq  fəaliyyətini  həyata  keçirən  fiziki  şəxslərə  mal,  iş  və  xidmət  alınması 

məqsədilə bankın əməliyyat kassasından nağd pul ödənişlərini əks etdirir. 

2.3.1.1. Mal, iş və xidmətlərin alınması üzrə ödənişlər (C10: C11-C19

Təlimata  əlavə  olunmuş  KDS-1  hesabat  formasına  uyğun  olaraq  bu  qrup  ticarət, 

sənaye,    tikinti,  fermer  və  digər  kənd  təsərrüfatı  sahələrində  fəaliyyət  göstərən 



 

7

müəssisələrin  mal  alışları,  habelə  nəqliyyat,  rabitə,  mehmanxana,  ictimai  iaşə  və 

digər sahələrdə fəaliyyət göstərən müəssisələrin xidmət haqqı ödənişləri məqsədilə 

bankın kassasından nağd pul ödənişlərini əks etdirməlidir. 

Ödənişlər  hər  bir  müəssisənin  fəaliyyət  növündən  asılı  olaraq  KDS-1  hesabat 

formasının müvafiq maddəsində əks olunmalıdır. 

Hesabatın  bu  bölməsində  əks  olunmayan  müştərilərin  məxaricləri  Digər 

müəssisələr maddəsində qeyd olunmalıdır.  

2.3.1.2.  Əmək  haqqı  (və  ona  bərabər  tutulan  digər  ödənişlər),  pensiya, 



müavinat, sığorta və digər sosial ödənişlər

 (C20: C21-C29

Bu  qrup  ticarət,  sənaye,  fermer  və  digər  kənd  təsərrüfatı  müəssisələri,  tikinti 

müəssisələri  və  kooperativləri,  nəqliyyat,  rabitə,  mehmanxana,  ictimai  iaşə,  şou-

biznes  sahələrində  fəaliyyət  göstərən  müəssisə  və  təşkilatların,  habelə  maliyyə 

xidməti  həyata  keçirən  institutların  əmək  haqqı  (və  ona  bərabər  tutulan  digər 

ödənişlər),  pensiya,  müavinat,  sığorta  və  digər  sosial  ödənişləri  həyata  keçirmək 

məqsədilə bankın kassasından nağd pul ödənişlərini əks etdirməlidir. 

Ödənişlər  hər  bir  müəssisənin  fəaliyyət  növündən  asılı  olaraq  KDS-1  hesabat 

formasının müvafiq maddəsində əks olunmalıdır. 

Hesabatın bu bölməsində əks olunmayan sahələr üzrə ödənişləri Digər müəssisələr 

maddəsində qeyd olunmalıdır.  

2.3.2.  Bankın  hüquqi  və  fiziki  şəxslərlə  maliyyə  əməliyyatları  üzrə 



ödənişləri (C30: C31-C38

Hüquqi  və  fiziki  şəxslərlə  aparılan  maliyyə  əməliyyatları  nəticəsində  bankın 

əməliyyat  kassasından  bütün  nağd  pul  ödənişləri  hesabat  formasının  bu  qrupunda 

əks olunmalıdır. 

Maliyyə əməliyyatları növündən asılı olaraq aşağıdakı kimi təsnifləşdirilməlidir: 

-

 



Depozit  hesablarından  ödənilən  –  müştərinin  bankda  yerləşdirdiyi  depozit  

hesabından nağd ödənişlər; 




 

8

-

 



Cari  hesablardan  ödənişlər,  pul  köçürmələri  –  bankda  açılmış  cari 

hesablardan nağd ödənişlər; hesab açılmadan müxtəlif pul köçürmələri üzrə 

nağd ödənişlər; 

-

 



Əmlak alqı-satqısı ilə əlaqədar notarial kontorlarının hesablarına ödənişlər; 

-

 



Verilmiş  kreditlər  üzrə  ödənişlər  –  bankdan  hüquqi  və  fiziki  şəxslərə 

kreditlərin nağd formada verilməsi; 

-

 

Faiz  və  dividendlərin ödənilməsi  – bankın  müxtəlif öhdəlikləri  üzrə faiz  və 



dividendlərin nağd şəkildə ödənilməsi; 

-

 



Sığorta ödənişi – bankın kassasından bütün növ sığorta ödənişləri; 

-

 



Dövlət  və  digər  qiymətli  kağızların  alınması  üçün  nağd  ödənişlər  -  səhm, 

istiqraz, lotereya, sertifikat və digər qiymətli kağızlar geri alındıqda banklar 

tərəfindən fiziki və hüquqi şəxslərə nağd pulla ödəmələr; 

-

 



Xarici  valyutanın  alışından – bankın daxilində (baş ofis  və  filiallar),  habelə 

banka  aid  olan  valyuta  mübadiləsi  şöbələrinin  xarici  valyutanın  alınması 

üçün nağd manat ödənişləri; 

-

 



Maliyyə  əməliyyatları  üzrə  digər  ödənişlər  –  yuxarıdakı  kateqoriyalara  aid 

olmayan,  lakin  bankın  kassasından  maliyyə  əməliyyatları  üzrə  bütün  növ 

nağd pul ödənişləri. 

2.3.3. Bankomatlara  pul qoyuluşu (C40) 

Mərkəzi  Bankın  “Azərbaycan  Respublikasının  kredit  təşkilatlarında  kassa 

əməliyyatlarının  aparılması  və  qiymətlilərin  inkassasiyasının  təşkili  Qaydaları”na 

uyğun  olaraq  bankomatın  nağd  pulla  təchiz  edilməsi  məqsədilə  pulların  bankın 

əməliyyat kassasından məxarici bu maddədə əks etdirilməlidir. 

2.3.4. Digər ödənişlər (C50) 

Yuxarıda  qeyd  olunan  məxaric  maddələrində  əks  olunmayan  digər  əməliyyatlar 

üzrə,  o  cümlədən  digər  maliyyə  institutlarına,  beynəlxalq  təşkilatlara,  dövlət 

orqanlarına,  təhtəl  hesab  şəxslərə,  habelə  bankın  təsərrüfat,  ərzaq,  ezamiyyə 

xərcləri və s. nağd pul ödənişləri bu maddədə əks olunmalıdır. 



 

9

2.3.5.  Kassanın  möhkəmləndirilməsi  məqsədilə  ödənişlər  (C60:  C61-

C62) 

Kassanın möhkəmləndirilməsi məqsədilə ödənişlər filiallararası hesablaşmalar və 



banklararası  hesablaşmalar  üzrə  təsnifləşdirilməlidir.  Bankın  kassasından  öz 

filallarına və şöbələrinə ödənilən nağd vəsaitlər – C61-ci maddədə, digər banklara 

və ya onların filallarına, şöbələrinə ödənilən nağd vəsaitlər isə C62-ci maddədə əks 

olunmalıdır. 

2.3.6.  Mərkəzi  Banka  və  onun  ərazi  idarələrinə  ödənişlər  (C70:  C71-

C72) 

Bankın  kassasından  Mərkəzi  Banka  və  onun  ərazi  idarələrinə  ödənilən  nağd  pul 

Mərkəzi  Banka  ödənişlər  və  Mərkəzi  Bankın  ərazi  idarələrinə  ödənişlər  üzrə 

təsnifləşdirilməlidir. Bankın kassasından Mərkəzi Banka ödənilən nağd vəsaitlər – 

C71-ci  maddədə,  Mərkəzi  Bankın  ərazi  idarələrinə  ödənilən  nağd  vəsaitlər  isə  –  

C72-ci maddədə əks olunmalıdır. 

2.4. Hesabat dövrünün sonuna kassa qalığı (A20) 

KDS-1  hesabat  formasının  bu  bölməsi,  hesabat  dövrünün  sonuna  bankın  kassa 

qalığını əks etdirir. Dövrün sonuna kassa qalığı bankın icmal muhasibat balansının 

1001-ci hesabının qalığına bərabər olmalıdır. 

 

3. Hesabatın tərtibi və təqdim olunması 

3.1.


 

Nağd  pulun    dövriyyəsi  haqqında  hesabat  mühasibat  uçotunun 

məlumatları  (çeklər,  kassa  mədaxili  və  məxarici  orderləri  və  bu  kimi  digər 

sənədlər) əsasında tərtib olunur.  

3.2.

 

Kassa dövriyyəsi hesabatının mədaxil hissəsi kassa mədaxil sənədində 



göstərilən pulun daxilolma mənbəyindən, məxaric hissəsi isə müştərilər tərəfindən 

alınan  məbləğin  təyinatından  asılı olaraq hesabat  formasının müvafiq maddəsində 

qeyd olunur. 



 

10

3.3. Hesabat  formasında  bütün  maddələr  müvafiq qruplar,  qruplar  cəmi  isə 

müvafiq bölmələr üzrə cəmlənir. 

3.4.  Hesabat  formasının  B10,  B20,  B30,  B40,  B50,  B60-cı  bölmələrinin 

cəmi Mədaxil üzrə cəmi maddəsində, C10, C20, C30, C40, C50 bölmələrinin cəmi 

isə Məxaric üzrə cəmi məddəsində əks olunmalıdır. 

3.5.  Bütün  mədaxil  və  məxaric  maddələrinin  cəmi  hesabat  formasının 

müvafiq  Balans  bəndində  əks  olunmalıdır.  Mədaxilin  Balans  bəndi  məxaricin 



Balans bəndinə bərabər olmalıdır.  

3.6.  Dövrün  sonuna  kassa  qalığının  həcmi  dövrün  əvvəlinə  kassa  qalığı  ilə 

dövr  ərzində  kassaya  mədaxilin  cəmindən  dövr  ərzində  kassadan  məxaric  olunan 

vəsaiti çıxmaqla müəyyənləşir.  

Bununla  yanaşı  hesabat  dövrünün  sonuna  kassa  qalığı  bankın  mühasibat 

balansında 1001-ci hesabın qalığı ilə eyni olmalıdır.  

3.7. Kassa dövriyyəsi haqqında statistik hesabatın dövrü – bir aydır. 

3.8.  Bank,  özünün  mövcud  şəbəkəsi  üzrə (bank  və  onun filialları,  şöbələri) 

kassa  dövriyyəsi  haqqında  icmallaşdırılmış  statistik  hesabatı  Mərkəzi  Banka 

elektron  və  kağız  daşıyıcılarda  hər  hesabat  ayından  sonrakı  ayın  3  (üç)  iş  günü 

ərzində təqdim etməlidir. Əməliyyat baş verməyən hallarda hesabatın bu göstərici 

üzrə “0” (sıfır) rəqəmi yazılmalıdır.  

3.9. Mərkəzi Banka təqdim edilən hesabatlar bankın İdarə Heyəti sədrinin və 

baş mühasibin imzası və bankın möhürü ilə təsdiq edilməlidir.  

3.10.  Hesabatda  məlumatların  qeyri-dəqiqliyi  aşkar  edildikdə  hesabatı 

təqdim edən bank dərhal düzəlişlər aparmalıdır. 

 

 

 



 

 



 

11

4. Yekun müddəalar 

4.1.  Bu  Təlimata  müvafiq  olaraq  statistik  hesabatların  tərtibi  və  təqdim 

edilməsi  tələblərini  pozan  banklar  və  bank  inzibatçıları  qanunvericilikdə  nəzərdə 

tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

 

4.2. Bu Təlimat   06  oktyabr  2009-cu il tarixindən qüvvəyə minir. 



 

 

 



Mərkəzi Bankın sədri                                                        E.Rüstəmov 

 

Yüklə 195,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə