Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və
təqdim olunması haqqında
Təlimat
1.
Ümumi müddəalar
1.1. Bu Təlimat “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında”,
“Banklar haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan
Respublikası Mərkəzi Bankının (bundan sonra - Mərkəzi Bank) müvafiq normativ
xarakterli aktlarına uyğun olaraq hazırlanmışdır.
1.2. Kassa dövriyyəsi haqqında statistik hesabat bankların kassalarına
manatla nağd pulun (bundan sonra: nağd pul) daxilolma mənbələri və xərclənmə
istiqamətləri haqqında məlumatları nəzərdə tutur.
1.3. Bu hesabatlar bankın baş ofisi tərəfindən bütün mövcud şəbəkə üzrə
(bank və onun filialları, şöbələri) icmallaşdırılaraq Mərkəzi Banka təqdim
olunmalıdır.
1.4. Bu hesabatlar “Bankların kassa dövriyyəsi haqqında statistik hesabat”
formasının (Əlavə 1, bundan sonra: KDS-1 hesabat forması) və hesabat üzrə
Təlimatın müddəalarına uyğun tərtib olunmalıdır.
Azərbaycan Respublikası Mərkəzi
Bankı
İdarə Heyətinin
“_06_”___oktyabr__ 2009-cu il
tarixli qərarı ilə təsdiq edilmişdir.
Protokol № __28__
2
2. Hesabatın mə
zmunu
2.1. Kassa dövriyyəsi haqqında hesabat üç bölmədən ibarətdir:
- “A” bölməsi: Hesabat dövrünün əvvəlinə və sonuna kassa qalığı
- “B” bölməsi: Kassaya nağd pulun mədaxili
- “C” bölməsi: Kassadan nağd pulun məxarici
2.2. Hesabatın mədaxil bölməsində əks olunan əməliyyatlar bank
müştərilərinin fəaliyyət sferası, hüquqi statusu və əməliyyatın növündən asılı
olaraq aşağıdakı qruplar üzrə təsnifləşdirilməlidir:
№
Bölmə /
qrup /
maddə
Bölmə/ qrup/ maddənin adı
A 10
HESABAT DÖVRÜNÜN ƏVVƏLİNƏ KASSA QALIĞI
MƏDAXİL
1.
B00
Hüquqi şəxslərdən daxilolmalar
1.1 B10 Hüquqi şəxslərin mal satışından daxilolmalar
1.2 B20 Hüquqi şəxslərin iş və xidmətlərin göstərilməsindən
daxilolmalar
2.
B30
Fiziki şəxslərdən daxilolmalar
3.
B40
Bankın hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları ü
zrə
daxilolmalar
4.
B50
Bankomatlardan daxilolmalar
5.
B60
Digər daxilolmalar
MƏDAXİL ÜZRƏ CƏMİ:
6.
B70
Kassanın möhkəmləndirilməsi məqsədilə daxilolmalar
7.
B80
Mərkəzi Bankdan və onun ərazi idarələrindən daxilolmalar
BALANS
3
2.2.1.Hesabat dövrünün əvvəlinə kassa qalığı (A10)
Bu qrupda hesabat dövrünün əvvəlinə bankın əməliyyat kassasının qalığı əks
olunmalıdır.
Dövrün əvvəlinə kassa qalığı keçən hesabat dövründəki KDS-1 hesabat formasının
“Hesabat dövrünün sonuna kassa qalığı” bölməsinə, həmçinin keçən hesabat dövrü
üzrə bankın icmal muhasibat balansında 1001-ci hesabın qalığına bərabər
olmalıdır.
2.2.1. Hüquqi şəxslərdən daxilolmalar (B00)
Bu qrup bank müştərisi olan hüquqi şəxslərin mal satışından və göstərdiyi
xidmətlər üzrə bankın əməliyyat kassasına nağd pul daxilolmalarını əks etdirir.
2.2.1.1. Hüquqi şəxslərin mal satışından daxilolmalar (B10: B11-B16)
Statistik hesabat formasına (KDS-1 hesabat forması) uyğun olaraq bu qrupda
ticarət, sənaye, fermer və digər kənd təsərrüfatı, tikinti, yanacaqdoldurma
məntəqələri sahələrində fəaliyyət göstərən müəssisə, təşkilat və kooperativlərin
mal satışlarından əldə olunan vəsait üzrə bankın kassasına nağd pul daxilolmaları
əks olunmalıdır.
Mal satışından daxilolmalar hər bir müəssisənin fəaliyyət növündən asılı olaraq bu
qrupun müvafiq maddələrində əks olunmalıdır.
Hesabatın bu maddələrində əks olunmayan sahələrin mal satışından daxilolmaları
Digər satışlar üzrə daxilolmalar maddəsində göstərilməlidir.
2.2.1.2. Hüquqi şəxslərin iş və xidmətlərin göstərməsindən daxilolmalar
(B20: B21-B25 )
KDS-1 hesabat formasına uyğun olaraq bu qrupda nəqliyyat, kommunal xidmətlər
(qaz, su, işıq və s), rabitə, mehmanxana, ictimai iaşə və digər xidmət sahələrində
fəaliyyət göstərən müəssisə və təşkilatların göstərdiyi xidmətdən əldə olunan
vəsait üzrə bankın kassasına nağd pul mədaxilləri əks olunmalıdır.
Xidmət göstərilməsindən daxilolmalar hər bir müəssisənin fəaliyyət növündən asılı
olaraq bu qrupun müvafiq maddəsində əks olunmalıdır.
4
Bank, müştərisinin hesabatın bu qrupunda əks olunmayan iş və xidmət
sahələrindən daxilolmaları Digər xidmətlər üzrə daxilolmalar bəndində qeyd
olunmalıdır.
2.2.2. Fiziki şəxslərdən daxilolmalar (B30: B31-B35)
Bu qrupda bankın əməliyyat kassasına fiziki şəxslər tərəfindən 1) vergi, rüsum və
sığorta ödənişləri, 2) kommunal xidmətlər (qaz, su, işıq və s.) üzrə ödənişlər, 3)
yardım, pul baratları, sosial və digər bu tip ödənişlər, 4) təhsil haqqı üzrə ödənişlər,
5) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərdən
nağd pul ödənişləri əks olunmalıdır.
Fiziki şəxslərdən daxilolmalar KDS-1 hesabat formasının müvafiq maddəsində əks
olunmalıdır.
Hesabatın bu maddələrində əks olunmayan fiziki şəxslərin ödənişləri Digər
daxilolmalar maddəsində qeyd olunmalıdır.
2.2.3. Bankın hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə
daxilolmalar (B40: B41-B46 )
Bu qrupda bankın öz müştəriləri ilə maliyyə əməliyyatları nəticəsində nağd pul
daxilolmaları əks etdirilir: 1) depozit hesablarına daxilolma, 2) cari hesablara və
pul köçürmələrindən daxilolma, 3)
əmlak alqı-satqısı ilə əlaqədar notarial
kontorlarının hesablarına daxilolmalar, 4) müştərilərə verdiyi kreditlər üzrə
daxilolmalar, 5) dövlət və digər qiymətli kağızların satışı üzrə daxilolmalar, 6)
xarici valyuta satışından daxil olan nağd pul vəsaitləri.
Bankın hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmalar KDS-1
hesabat formasının müvafiq maddəsində əks olunmalıdır.
Hesabatın bu bölməsində əks olunmayan əməliyyatlardan nağd pul daxilolmaları
Maliyyə əməliyyatları üzrə digər daxilolmalar maddəsində qeyd olunmalıdır.
2.2.4. Bankomatlardan daxilolmalar (B50)
Mərkəzi Bankın “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa
əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”na
5
uyğun olaraq qalıq pulların bankın əməliyyat kassasına mədaxili bu maddədə əks
etdirilməlidir.
2.2.5. Digər daxilolmalar (B60)
Statistik formanın mədaxil maddələrində əks olunmayan digər əməliyyatlar üzrə, o
cümlədən digər maliyyə institutlarından, beynəlxalq təşkilatlardan, dövlət
idarəetmə və icra orqanlarından, təhtəl hesab şəxslərdən, təsisçilərdən, habelə
bankın nizamnamə fonduna və s. daxilolmalar üzrə bankın əməliyyat kassasına
nağd pul daxilolmaları bu maddədə əks olunmalıdır.
2.2.6. Kassanın möhkəmləndirilməsi məqsədilə daxilolmalar (B70: B71-
B72)
Kassanın möhkəmləndirilməsi məqsədilə daxilolmalar filiallararası hesablaşmalar
və banklararası hesablaşmalar üzrə təsnifləşdirilməlidir. Bankın kassasına öz
filallarından və şöbələrindən daxil olan nağd vəsaitlər – B71-ci maddədə, digər
banklardan və ya onların filallarından və şöbələrindən daxil olan nağd vəsaitlər isə
B72-ci maddədə əks olunmalıdır.
2.2.7. Mərkəzi Bankdan və onun ərazi idarələrindən daxilolmalar (B80:
B81-B82)
Bankın kassasına Mərkəzi Bankdan və onun ərazi idarələrindən daxil olan nağd pul
Mərkəzi Bankdan daxilolmalar və Mərkəzi Bankın ərazi idarələrindən
daxilolmalar üzrə təsnifləşdirilməlidir. Bankın kassasına Mərkəzi Bankdan daxil
olan nağd vəsaitlər – B81-ci maddədə, Mərkəzi Bankın ərazi idarələrindən daxil
olan nağd vəsaitlər isə - B82-ci maddədə əks olunmalıdır.
2.3. Hesabatın məxaric bölməsində əks olunan əməliyyatlar bank
müştərilərinin fəaliyyət sferası, hüquqi statusu və əməliyyatın növündən asılı
olaraq aşağıdakı qruplar üzrə təsnifləşdrilməlidir:
6
№
Bölmə /
qrup /
maddə
Bölmə/ qrup/ maddənin adı
MƏXARİC
1.
C00
Hüquqi şəxslərdən və hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyətini həyata keçirən fiziki şəxslərdən
1.1.
C10 Mal, iş və xidmətlərin alınması üzrə ödənişlər
1.2. C20
Əmək haqqı (və ona bərabər tutulan digər ödənişlər),
pensiya, müavinat, sığorta və digər sosial ödənişlər
2.
C30
Bankın hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları
üzrə ödənişləri
3.
C40
Bankomatlara pul qoyuluşu
4.
C50
Digər ödənişlər
MƏXARİC ÜZRƏ CƏMİ
5.
C60
Kassanın möhkəmləndirilməsi məqsədilə ödənişlər
6.
C70
Mərkəzi Banka və onun ərazi idarələrinə ödənişlər
BALANS
A20
HESABAT DÖVRÜNÜN SONUNA KASSA QALIĞI
2.3.1. Hüquqi şəxslərdən və hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyəti həyata keçirən fiziki şəxslərdən (C00)
Bu bölmə bank müştərisi olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə mal, iş və xidmət alınması
məqsədilə bankın əməliyyat kassasından nağd pul ödənişlərini əks etdirir.
2.3.1.1. Mal, iş və xidmətlərin alınması üzrə ödənişlər (C10: C11-C19)
Təlimata əlavə olunmuş KDS-1 hesabat formasına uyğun olaraq bu qrup ticarət,
sənaye, tikinti, fermer və digər kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən
7
müəssisələrin mal alışları, habelə nəqliyyat, rabitə, mehmanxana, ictimai iaşə və
digər sahələrdə fəaliyyət göstərən müəssisələrin xidmət haqqı ödənişləri məqsədilə
bankın kassasından nağd pul ödənişlərini əks etdirməlidir.
Ödənişlər hər bir müəssisənin fəaliyyət növündən asılı olaraq KDS-1 hesabat
formasının müvafiq maddəsində əks olunmalıdır.
Hesabatın bu bölməsində əks olunmayan müştərilərin məxaricləri Digər
müəssisələr maddəsində qeyd olunmalıdır.
2.3.1.2. Əmək haqqı (və ona bərabər tutulan digər ödənişlər), pensiya,
müavinat, sığorta və digər sosial ödənişlər
(C20: C21-C29 )
Bu qrup ticarət, sənaye, fermer və digər kənd təsərrüfatı müəssisələri, tikinti
müəssisələri və kooperativləri, nəqliyyat, rabitə, mehmanxana, ictimai iaşə, şou-
biznes sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatların, habelə maliyyə
xidməti həyata keçirən institutların əmək haqqı (və ona bərabər tutulan digər
ödənişlər), pensiya, müavinat, sığorta və digər sosial ödənişləri həyata keçirmək
məqsədilə bankın kassasından nağd pul ödənişlərini əks etdirməlidir.
Ödənişlər hər bir müəssisənin fəaliyyət növündən asılı olaraq KDS-1 hesabat
formasının müvafiq maddəsində əks olunmalıdır.
Hesabatın bu bölməsində əks olunmayan sahələr üzrə ödənişləri Digər müəssisələr
maddəsində qeyd olunmalıdır.
2.3.2. Bankın hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə
ödənişləri (C30: C31-C38 )
Hüquqi və fiziki şəxslərlə aparılan maliyyə əməliyyatları nəticəsində bankın
əməliyyat kassasından bütün nağd pul ödənişləri hesabat formasının bu qrupunda
əks olunmalıdır.
Maliyyə əməliyyatları növündən asılı olaraq aşağıdakı kimi təsnifləşdirilməlidir:
-
Depozit hesablarından ödənilən – müştərinin bankda yerləşdirdiyi depozit
hesabından nağd ödənişlər;
8
-
Cari hesablardan ödənişlər, pul köçürmələri – bankda açılmış cari
hesablardan nağd ödənişlər; hesab açılmadan müxtəlif pul köçürmələri üzrə
nağd ödənişlər;
-
Əmlak alqı-satqısı ilə əlaqədar notarial kontorlarının hesablarına ödənişlər;
-
Verilmiş kreditlər üzrə ödənişlər – bankdan hüquqi və fiziki şəxslərə
kreditlərin nağd formada verilməsi;
-
Faiz və dividendlərin ödənilməsi – bankın müxtəlif öhdəlikləri üzrə faiz və
dividendlərin nağd şəkildə ödənilməsi;
-
Sığorta ödənişi – bankın kassasından bütün növ sığorta ödənişləri;
-
Dövlət və digər qiymətli kağızların alınması üçün nağd ödənişlər - səhm,
istiqraz, lotereya, sertifikat və digər qiymətli kağızlar geri alındıqda banklar
tərəfindən fiziki və hüquqi şəxslərə nağd pulla ödəmələr;
-
Xarici valyutanın alışından – bankın daxilində (baş ofis və filiallar), habelə
banka aid olan valyuta mübadiləsi şöbələrinin xarici valyutanın alınması
üçün nağd manat ödənişləri;
-
Maliyyə əməliyyatları üzrə digər ödənişlər – yuxarıdakı kateqoriyalara aid
olmayan, lakin bankın kassasından maliyyə əməliyyatları üzrə bütün növ
nağd pul ödənişləri.
2.3.3. Bankomatlara pul qoyuluşu (C40)
Mərkəzi Bankın “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa
əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”na
uyğun olaraq bankomatın nağd pulla təchiz edilməsi məqsədilə pulların bankın
əməliyyat kassasından məxarici bu maddədə əks etdirilməlidir.
2.3.4. Digər ödənişlər (C50)
Yuxarıda qeyd olunan məxaric maddələrində əks olunmayan digər əməliyyatlar
üzrə, o cümlədən digər maliyyə institutlarına, beynəlxalq təşkilatlara, dövlət
orqanlarına, təhtəl hesab şəxslərə, habelə bankın təsərrüfat, ərzaq, ezamiyyə
xərcləri və s. nağd pul ödənişləri bu maddədə əks olunmalıdır.
9
2.3.5. Kassanın möhkəmləndirilməsi məqsədilə ödənişlər (C60: C61-
C62)
Kassanın möhkəmləndirilməsi məqsədilə ödənişlər filiallararası hesablaşmalar və
banklararası hesablaşmalar üzrə təsnifləşdirilməlidir. Bankın kassasından öz
filallarına və şöbələrinə ödənilən nağd vəsaitlər – C61-ci maddədə, digər banklara
və ya onların filallarına, şöbələrinə ödənilən nağd vəsaitlər isə C62-ci maddədə əks
olunmalıdır.
2.3.6. Mərkəzi Banka və onun ərazi idarələrinə ödənişlər (C70: C71-
C72)
Bankın kassasından Mərkəzi Banka və onun ərazi idarələrinə ödənilən nağd pul
Mərkəzi Banka ödənişlər və Mərkəzi Bankın ərazi idarələrinə ödənişlər üzrə
təsnifləşdirilməlidir. Bankın kassasından Mərkəzi Banka ödənilən nağd vəsaitlər –
C71-ci maddədə, Mərkəzi Bankın ərazi idarələrinə ödənilən nağd vəsaitlər isə –
C72-ci maddədə əks olunmalıdır.
2.4. Hesabat dövrünün sonuna kassa qalığı (A20)
KDS-1 hesabat formasının bu bölməsi, hesabat dövrünün sonuna bankın kassa
qalığını əks etdirir. Dövrün sonuna kassa qalığı bankın icmal muhasibat balansının
1001-ci hesabının qalığına bərabər olmalıdır.
3. Hesabatın tərtibi və təqdim olunması
3.1.
Nağd pulun dövriyyəsi haqqında hesabat mühasibat uçotunun
məlumatları (çeklər, kassa mədaxili və məxarici orderləri və bu kimi digər
sənədlər) əsasında tərtib olunur.
3.2.
Kassa dövriyyəsi hesabatının mədaxil hissəsi kassa mədaxil sənədində
göstərilən pulun daxilolma mənbəyindən, məxaric hissəsi isə müştərilər tərəfindən
alınan məbləğin təyinatından asılı olaraq hesabat formasının müvafiq maddəsində
qeyd olunur.
10
3.3. Hesabat formasında bütün maddələr müvafiq qruplar, qruplar cəmi isə
müvafiq bölmələr üzrə cəmlənir.
3.4. Hesabat formasının B10, B20, B30, B40, B50, B60-cı bölmələrinin
cəmi Mədaxil üzrə cəmi maddəsində, C10, C20, C30, C40, C50 bölmələrinin cəmi
isə Məxaric üzrə cəmi məddəsində əks olunmalıdır.
3.5. Bütün mədaxil və məxaric maddələrinin cəmi hesabat formasının
müvafiq Balans bəndində əks olunmalıdır. Mədaxilin Balans bəndi məxaricin
Balans bəndinə bərabər olmalıdır.
3.6. Dövrün sonuna kassa qalığının həcmi dövrün əvvəlinə kassa qalığı ilə
dövr ərzində kassaya mədaxilin cəmindən dövr ərzində kassadan məxaric olunan
vəsaiti çıxmaqla müəyyənləşir.
Bununla yanaşı hesabat dövrünün sonuna kassa qalığı bankın mühasibat
balansında 1001-ci hesabın qalığı ilə eyni olmalıdır.
3.7. Kassa dövriyyəsi haqqında statistik hesabatın dövrü – bir aydır.
3.8. Bank, özünün mövcud şəbəkəsi üzrə (bank və onun filialları, şöbələri)
kassa dövriyyəsi haqqında icmallaşdırılmış statistik hesabatı Mərkəzi Banka
elektron və kağız daşıyıcılarda hər hesabat ayından sonrakı ayın 3 (üç) iş günü
ərzində təqdim etməlidir. Əməliyyat baş verməyən hallarda hesabatın bu göstərici
üzrə “0” (sıfır) rəqəmi yazılmalıdır.
3.9. Mərkəzi Banka təqdim edilən hesabatlar bankın İdarə Heyəti sədrinin və
baş mühasibin imzası və bankın möhürü ilə təsdiq edilməlidir.
3.10. Hesabatda məlumatların qeyri-dəqiqliyi aşkar edildikdə hesabatı
təqdim edən bank dərhal düzəlişlər aparmalıdır.
11
4. Yekun müddəalar
4.1. Bu Təlimata müvafiq olaraq statistik hesabatların tərtibi və təqdim
edilməsi tələblərini pozan banklar və bank inzibatçıları qanunvericilikdə nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyırlar.
4.2. Bu Təlimat 06 oktyabr 2009-cu il tarixindən qüvvəyə minir.
Mərkəzi Bankın sədri E.Rüstəmov
Dostları ilə paylaş: |