Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə1/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
  1   2   3   4   5   6   7   8   9   ...   53


KATOLİK
KİLSƏSİNİN
KATEXİZİSİ
Kompendium
Katolik kilsəsi 
Bakı
Azərbaycan
2011


Kitabın üz qabığında və birinci səhifəsində:
Emblem III əsr tarixi qoyulan Domitilla (Roma) 
katakombalarında olan məsihçi məqbərəsində tapılıb.
Bütpərəst mənşəyinə malik olan bu bukolik surət vəfat 
edən insan canının əbədi həyatda əldə etdiyi sülh və 
səadət rəmzi kimi məsihçilər tərəfindən istifadə 
olunurdu.
Bu surət Kompendiumun əsas məzmununu dəqiq ifadə 
edir: Yaxşı Çoban olan, Öz hakimiyyəti (əsa)  ilə imanlıları
(qoyunları) yönəldən və qoruyan Məsih həqiqətin 
ahəngdar simfoniyası (tütək) ilə onları cəlb edir və onlara
«həyat ağacı» – cənnəti üzlərinə açan Öz fidyə olan 
Çarmıxının kölgəsi altında istirahət verir.
Tərcümə və redaksiya: Bakı “Fidiyə 
olunan Məsih” Roma 
Katolik prixodu 
Azərbaycan dilində kitabın 1-ci nəşri: 
Katolik Kilsəsi, Bakı, 
Azərbaycan, 2011.
BU KİTAB AZƏRBAYCAN RESPUBLİKASININ
DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN
İCAZƏSİ İLƏ (DK-232/R SAYLI MƏKTUB) ÇAP EDİLIB.
Tərcümə və redaktə: 
«Libreria Editrice Vaticana omnia sibi vindicat iura. Sine 
eiusdem licentia scripto data nemini liceat hunc 
Compendium denuo imprimere aut in aliam linguam 
vertere»
©
 Müəlliflik hüququ 2008 – Libreria Editrice Vaticana
2


MOTU PROPRİO
Katolik Kilsəsinin Katexizisinin qısa xülasəsinin 
(Kompendiumun) bəyənilməsi və nəşri münasibətilə çox 
hörmətli Kardinal, Patriarx, Arxiyepiskop, Yepiskop, 
Presviter, Dyakon qardaşlara və Allahın bütün Xalqına
II Vatikan Ümumdünya Məclisinin başa çatmasının 
iyirminci ildönümünə həsr olunmuş Yepiskoplar 
Sinodunun Fövqəladə Assambleyasının iştirakçılarının 
xahişi ilə Katolik Kilsəsinin Katexizisi üzərində işin 
başlanmasından iyirmi il keçir.
Mən 1992-ci ildə hörmətli və sevimli sələfim Papa II 
İohann Pavel tərəfindən bəyan edilmiş, Allahın Kilsəyə 
hədiyyə etdiyi Katexizis üçün Rəbbə sonsuz təşəkkür 
edirəm.
Bu hədiyyənin faydalı və qiymətli olması hər şeydən 
qabaq onun yepiskopluq tərəfindən müsbət və geniş 
şəkildə qəbul edilməsi ilə təsdiq olundu, bu da onlara ilk 
növbədə katolik təliminin tədrisi, xüsusilə də yerli 
katexizislərin yaradılması üçün düzgün və mötəbər bir 
mənbə verdi. Katexizisin əhəmiyyəti, həmçinin bütün 
Allah xalqının ona göstərdiyi iltifatlı və isti münasibətlə 
də təsdiq olundu və artıq tərcümə olunduğu əllidən çox 
dildə onu öyrənmək və qiymətləndirmək imkanı verdi.
Bu gün mən böyük sevinclə Katexizisin Qısa xülasəsini 
(Kompendiumunu) bəyənir və bəyan edirəm.
2002-ci ilin oktyabrında keçirilən Katexizatorların 
Beynəlxalq Konqresinin iştirakçılarının qızğın arzusu elə 
bu idi və onlar bununla bütün Kilsənin tələbatını 
səsləndirdilər. Mərhum Sələfim 2003-cü ilin fevralında bu
arzunu qəbul edərək bu nəşrin üzərində işi bir sıra 
ekspertlərin əməkdaşlığı ilə mən başda olmaqla yekdil 
Kardinallar Komissiyasına həvalə edərək onun 
hazırlanmasına sərəncam verdi. İş zamanı 
Kompendiumun layihəsini bütün Əlahəzrət Kardinallar və
3


Yepiskop Konfranslarının Sədrləri öyrəndilər və onların 
əksəriyyəti onu iltifatla qəbul edib qiymətləndirdilər.
Mənim indi Ümumdünya Kilsəsinə təqdim etdiyim 
Kompendium Katolik Kilsəsinin Katexizisinin düzgün və 
dəqiq sintezidir. O, yığcam şəkildə Kilsə təliminin bütün 
əsas və fundamental ünsürlərini özündə cəmləşdirir və 
bununla da mənim sələfimin arzuladığı kimi həm 
imanlılar, həm də iman etməyənlər üçün bir baxışla 
katolik imanının bütün mənzərəsini əhatə etməkdə bir 
təlimat rolunu oynayır.
O, quruluş, məzmun və dil cəhətdən Katolik Kilsəsinin 
Katexizisini dəqiq əks etdirir və bu sintezin sayəsində 
onun daha geniş yayılmasına və dərindən öyrənilməsinə 
şərait yaradır.
Buna görə də mən Kompendiumu ilk növbədə bütün 
Kilsəyə və hər bir məsihçiyə təqdim edirəm ki, onlar 
bunun sayəsində üçüncü minillikdə dəyişməz və zəruri 
müjdəçilik və imanda tərbiyə öhdəliyinin həyata 
keçirilməsi işini yeni həvəslə davam etdirə bilsinlər; bu 
öhdəlik hər bir Kilsə icmasına, yaşından və millətindən 
asılı olmayaraq, hər bir Məsih imanlısına xas olmalıdır.
Bu Kompendium öz qısalığı, aydınlığı və bütövlüyü ilə 
həmçinin fikir ayrılığı, müxtəlif təlimlərin girdabında olan 
dünyada yaşayan və Allahın Öz Oğlunun Kilsəsinə təqdim
etdiyi Həyat və Həqiqət Yolu haqqında bilmək istəyən hər
bir kəsə müraciət edir.
Qoy bu mötəbər vəsaitin – Kompendiumun hər bir 
oxucusu ilk növbədə Məsihin Anası Müqəddəs Məryəmin 
və Kilsənin himayədarlığı sayəsində Allahın bəşəriyyətə 
göndərdiyi ən qiymətli Hədiyyənin tükənməz gözəlliyini, 
nadirliyini, aktuallığını dərindən öyrənsin və qəbul etsin; 
bu Hədiyyə Onun Vahid Oğlu, «Yol, Həqiqət və Həyat» 
(Yəh 14:6) olan İsa Məsihdir.
4


28 iyun 2005-ci ildə, müqəddəs Petrus və Pavlosa həsr 
edilmiş Bayram axşamı ərəfəsində, mənim Pontifikliyimin
birinci ilində verilmişdir.
XVI Benedikt
5


Feofan Kritli (1546). Məsih Pantokrator. İkona. Stavronikit
monastırı (Afon dağı).
6


Məsih Pantokratorun (Hər şeyə Hakim) gözəllikdə nadir 
ikonası haqda Məzmurçunun sözlərini yada salır: “Bəşər 
övladlarının ən gözəli sənsən, dodaqlarından lətafətli 
sözlər tökülür” (Zəb 45:2).
Müq. İohann Xrizostom bu mədhi Rəbb İsaya aid edərək 
bunları yazırdı:
«Məsih ömrünün gənclik çağında idi, Ruhun gücündə və 
Onda ikiqat – mənəvi və cismani gözəllik nur saçırdı» 
(PG52,479).
İkona öz təsviri dili ilə ilk Ümumdünya Məclislərinin 
sintezini bildirir və həm İsanın insan təbiətinin gözəlliyini,
həm də Onun İlahi mahiyyətinin nurunu məharətlə ifadə 
edir.
Məsih üstdən tünd göy rəngdə əba ilə örtülmüş qırmızı 
köynək geyinmişdir. Bu rənglər Onun iki təbiətini yada 
salır, qızılı parıltı isə Kəlamın İlahi Simasına işarə edir. 
Məsihin sağ çiynindən Onun əbədi kahinliyinin rəmzi olan
qızıl yepitraxil tökülür. Əzəmətli və sakit sima sıx saç 
örtüyü və Çıx 3:14-də Allah Adının aşkar olunmasını 
xatırladan «YHV» (Var Olan) monoqramması yazılmış xaç 
şəkilli nimb ilə əhatə olunmuşdur.
Yuxarıda, ikonanın yan hissələrində iki anaqram var: 
məxsusi olaraq obrazın titulunu göstərən İC-XC («İisus» – 
«Xristos»).
Xilaskarın sağ əlinin baş və adsız barmağı bükülmüş və 
bir-birinə toxunur (vahid Simada Məsihin iki təbiətinə 
işarə); bu, tipik xeyir-dua vermək jestidir. Onun sol əli isə 
üç bağla, mirvari və qiymətli daşlarla bəzədilmiş İncil 
kitabını tutur. Allah Kəlamının rəmzi və sintezi olan İncil 
həmçinin Liturgiya əhəmiyyətinə malikdir, ona görə ki
Evxaristiya icra olunan zaman ondan bir parça oxunur, 
icradan əvvəlki vaxtda isə Məsihin Özünün Kəlamları 
söylənilir.
Naturalizmin və simvolizmin incə qarışığı olan bu surət 
seyrə və nümunə götürməyə dəvət edir. Bu gün də İsa 
7


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə