Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə3/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   2   3   4   5   6   7   8   9   ...   204

7

Kimya.Biologiya.Tibb

Əməkdar  həkim,  tibb  elmləri  doktoru,  mikrobioloq-immunoloq 

Mahmudbəyova  Məryəm  Fərəməz  qızının  (02.01.1921-1992)  anadan 

olmasının 95 illiyi

Tibb  elmləri  doktoru Ağayev  Faiq  Firidun  oğlunun  (12.01.1951)  anadan 

olmasının 65 illiyi

Əməkdar  həkim,  professor  Hüseynova  Nəsibə  Ağa  İsmayıl  qızının 

(25.01.1926) anadan olmasının 90 illiyi



Kitabxanaşünaslıq.Biblioqrafiya

Respublika  Elmi  Kənd  Təsərrüfatı  Kitabxanasının  yaradılmasının 

(21.01.1921) 95 illiyi

Tarixdə bu gün

Yeni il bayramı (01.01.)

İstiqlal Muzeyinin yaradılmasının (09.01.1991) 25 illiyi

Bakı İslam İnstitutunun yaradılmasının (14.01.1991) 25 illiyi 

Ümumxalq Hüzn Günü (20.01.1990)

Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzvlüyə qəbul 

olunmasının (25.01.2001) 15 ili

Gömrük İşçiləri Günü (29.01.1992)

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 

(30.01.2006) 10 illiyi 

26

28

27



26

30

29



31

32-33



8

Milli ədəbiyyat

60  

illiyi

Sadıq Elcanlı 

1956 

YANV

AR

Sadıq  Qurbanqulu  oğlu    İbrahimov 

(Sadıq  Elcanlı)  1956-cı  il  yanvar  ayı-

nın  12-də  Dəvəçi  rayonunun  (indiki 

Şabran)  Surra  kəndində  anadan  ol-

muşdur.  Siyəzən  şəhər  1  saylı  internat 

məktəbində  8-ci  sinfə  qədər  təhsil  al-

mış,  Bakıda  5  saylı  kimya-biologiya 

təmayüllü  internat  məktəbində  onuncu 

sinfi bitirmişdir.

1974-1979-cu illərdə S.M.Kirov adı-

na  Azərbaycan  Dövlət  Universitetinin 

(indi  Bakı  Dövlət  Universiteti)  filolo-

giya fakültəsində təhsil almışdır. 1981-

1984-cü illərdə C.Məmmədquluzadənin 

ev-muzeyində  elmi  işçi,  baş  müha-

fiz,  1984-1986-cı  illərdə  Azərbaycan 

Dövlət  Televiziya  və  Radio  Verilişləri 

şirkətində  ştatdankənar  müxbir,  1986-

1992-ci  illərdə  ədəbiyyat  və  incəsənət 

redaksiyasında  böyük  redaktor,  1992-

1997-ci  illərdə  “Azərbaycantelefilm” 

Yaradıcılıq  Birliyinin  baş  redaktoru, 

Ədəbiyyat  və  publisistika  baş  redaksi-

yasının  baş  redaktoru  olmuş,  1996-cı 

ildən  Azərbaycan  Dövlət  Televiziya 

və  Radio  Verilişləri  Qapalı  Səhmdar 

Cəmiyyətində “Ədəbi-dram verilişləri” 

redaksiyasının baş redaktorudur. 

Bədii  yaradıcılığa  XX  əsrin  70-ci 

illərində  başlamışdır.  Dövri  mətbuatda 

vaxtaşırı  çıxış  edir.  “Qudyalçay 

nəğmələri”,  “Yaşıl  budaqlar”,  “Səhər” 

və s. almanaxlarda hekayələri çap olun-

muşdur. İlk povest və hekayələr toplu-

su olan “Sirli səsin sorağı” 1985-ci ildə 

nəşr edilmişdir. Əllidən artıq bədii tele-

viziya filminin, eyni zamanda televizi-

ya  verilişlərinin  (“Vətən”,  “Qurtuluş”, 

“Vətəndaş”, “Araz”, “Yurd yeri” və s.) 

yaradıcısı və ssenari müəllifidir.

Nasirin  “mifoloji-fantastik  roman” 

kimi  təqdim  etdiyi  “Əbədi  sevginin 

xatirələri”, “Yaddaş yarası”, “Qanlı quz-

ğun  meydanı”,    “Mənim  mövqeyim”, 

“Sükutun sonu” (bu  kitabda üç romanı, 

üç  povesti,  dörd  kinopovesti,  iyirmiyə 

yaxın  hekayəsi  əhatə  olunmuşdur)  ki-

tabları çap edilmişdir.

Sadıq 


Elcanlı 

1992-ci 


ildə 

“Azərbaycan Respublikasının Əməkdar 

jurnalisti”  fəxri  adına  layiq  görülmüş-

dür. Ona Naxçıvan Muxtar Respublika-

sının “Əməkdar incəsənət xadimi” fəxri 

adı verilmişdir.



Ə d ə b i y y a t 

Qanlı quzğun meydanı: (mifoloji-fantastik roman) /S.Elcanlı; red. G.Kərəm qızı.- Bаkı: Gənclik, 1994.- 280 s.

Elcanlı, S.Mənim mövqeyim: publisistika, ədəbi tənqid, esselər, müsahibələr, resenziyalar, sənət haqqında hekayələr, kinopovestlər 

/S.Elcanlı; Z.Şahsevənli.- Bаkı: Gənclik, 1999.- 556 s.

Sükutun sonu: [romanlar, povestlər və hekayələr] /S.Elcanlı.- Bаkı: Şirvannəşr, 2003.-  928 s.

Yaddaş yarası: [roman] /Sadıq Elcanlı; red. S.Məsiyev.- Bakı: Yazıçı, 1991.- 192 s.

“Poeziya”: Aşkarlığın gizlinləri /S.Elcanlı //Ədəbiyyat qəzeti.- 2015.- 9 yanvar.- S.10.

Ədəbi həyat reallıqdan fantastikaya, fantastikadan reallığa (Sadıq Elcanlının romanları haqqında) //Ədalət.- 2014.- 11 oktyabr.- S.20.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

Nasir

12


9

Milli ədəbiyyat

90 

illiyi

Mədinə Gülgün

1926-1991 

YANV

AR

Mədinə  Nurulla  qızı  Ələkbərzadə 

(Mədinə  Gülgün)  1926-cı  il  yanvar 

ayının  17-də  Bakıda  anadan  olmuş-

dur.  Burada  ibtidai  təhsilini  tamam-

layaraq  1938-ci  ildə  ailəliklə  Cənubi 

Azərbaycana  –  Ərdəbil  şəhərinə 

köçmüşlər.  Sonra Təbriz  şəhərində  ya-

şamış,  əmək  fəaliyyətinə  burada  toxu-

culuq karxanasında başlamışdır. Cənubi 

Azərbaycanda  milli  hökumət  yarandı-

ğı  dövrdə  Təbriz  dram  teatrında  çalış-

mış, gənc yaşlarından milli demokratik 

hərəkata  qoşulmuşdur.  “Azərbaycan” 

qəzeti  redaksiyasında  xüsusi  müxbir 

işləmişdir. 1946-cı ildə Təbriz qadınlar 

klubunun büro üzvü seçilmişdir. 1948-

ci  ildə  Azərbaycan  Pedaqoji  İnstitu-

tunun  (indiki ADPU)  dil  və  ədəbiyyat 

fakültəsinə  daxil  olmuş,  1952-ci  ildə 

həmin fakültəni bitirmişdir.

Bədii  yaradıcılığa  1940-cı  illərdən 

başlasa  da,  ilk  şeirlərini  1945-

ci  ildə  Təbrizdə  “Vətən  yolunda”, 

“Azərbaycan” qəzetlərində və almanax-

larda çap etdirmişdir. “Vətən yolunda” 

qəzeti  redaksiyasının nəzdindəki “Şairlər 

məclisi”nin  (1945)  və  milli  hökumət 

dövründə Təbrizdə yaranmış “Yazıçılar 

və  şairlər  cəmiyyəti”nin  (1946)  üzvü 

kimi fəaliyyət göstərmişdir.

“Təbrizin baharı” adlı ilk şeir kitabı 

1950-ci ildə işıq üzü görmüşdür. Kitab-

da  1945-1949-cu  illər  ərzində  yazdığı 

şeirlər toplanmışdır. Həyatının ilk illəri 

Azərbaycan  xalqının  azadlıq  və  milli 

istiqlaliyyət uğrunda apardığı mübarizə 

illərinə təsadüf etmiş və bu şeirlərində 

də öz əksini tapmışdır.

Şairənin Bakıda, Təbriz və Moskva-

da otuzdan artıq kitabı nəşr edilmişdir. 

Onlardan  “Təbrizin  baharı”,  “Savalan 

ətəklərində”,  “Çinar  olaydı”,  “Omrün 

payız  dayanacağı”,  “Firidun”,  “Seçil-

miş  əsərləri”  və  başqaları  daha  çox 

diqqəti  cəlb  edir.  Təbrizdə  ərəb  qrafi-

kası  ilə  “Yora  bilməz  yollar  məni”  və 

“Mən bu ömrü yaşadım”, Kanadada isə 

“Təbrizim  mənim”  adlı  kitabları  işıq 

üzü  görmüşdür.  Bu  kitabların  başlıca 

mövzusu insan, azadlıq, Təbriz həsrəti, 

insanlara  canı  yanan  bir  ana  qəlbinin 

arzu və istəkləridir. Müəllifin şeirlərində 

ayrılıq, vüsal həsrəti, vətən nisgili dərin, 

inandırıcı  boyalarla  ifadə  olunmuşdur. 

Onun  bir  sıra  lirik  şeirlərinə  mahnılar 

bəstələnmişdir.

Milli  hökumət  irtica  qüvvələri 

tərəfindən  dağıldıqdan  sonra  Mədinə 

Gülgün  mühacirətdə  yaşamalı  olmuş, 

bədii  yaradıcılıqla  yanaşı,  ictimai-

siyasi fəaliyyətini də davam etdirmişdir. 

Azərbaycan Demokrat Firqəsi Mərkəzi 

Komitəsinin üzvlüyünə namizəd, SSRİ-

də  yaşayan  iranlı  siyasi  mühacirlər 

cəmiyyəti Azərbaycan şöbəsinin plenum 

üzvü, eləcə də Asiya və Afrika ölkələri 

həmrəyliyi  Azərbaycan  Respublika 

Komitəsinin üzvü seçilmişdir.

Əsərləri bir sıra xarici dillərə tərcümə 

olunmuşdur. Azərbaycan SSR Ali Sove-

ti  Rəyasət  Heyətinin  Fəxri  Fərmanları 

(1960, 1974, 1986), “Şərəf Nişanı” orde-

ni (1980), “21 Azər” (1946), “Əmək ve-

teranı” (1948) və digər medallarla təltif 

olunmuşdur.  1987-ci  ildə  “Azərbaycan 

SSR  Əməkdar  incəsənət  xadimi”  fəxri 

adına layiq görülmüşdür.

Mədinə Gülgün 1991-ci il fevral ayı-

nın  17-də  Bakı  şəhərində  vəfat  etmiş, 

Fəxri Xiyabanda dəfn edilmişdir.          

Ə d ə b i y y a t

Seçilmiş əsərləri /Mədinə 

Gülgün; ön söz. müəl. 

Elçin.- Bakı: Şərq-Qərb

2004.-224 s.

Mən bu ömrü yaşadım       

/Mədinə Gülgün.- Bakı: 

Nurlan, 2010.- 208 s.

Yora bilməz yollar məni     

/Mədinə Gülgün.- Təbriz, 

1991.- 96 s.

Əhməd, V. Artıq demə 

laylay ki, yatan ellər 

oyanmış… Həbib Sahi-

rin, Hökümə Billurinin, 

Mədinə Gülgünün şeirləri 

haqqında /V.Əhməd //Xalq 

cəbhəsi.- 2015.- 6 yanvar.- 

S.14.

Əliyev, F. Mədinə Gülgün 

yaradıcılığında Vətən 

/F.Əliyev //Kredo.- 2014.- 

22 noyabr.- S.15.

İsmayıl. Mədinə Gülgünün 

Azərbaycan “davası” ...    

/İsmayıl //Şərq.- 2014.- 18 

iyul.- S.11.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.elibrary.az

www.kitabxana.net

17

Şairə



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə