Kbt я25 uot (059) Baş redaktor


Milli Qəhrəmanlar Elgiz Kərimov



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə7/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   2   3   4   5   6   7   8   9   10   ...   204

16

Milli Qəhrəmanlar

Elgiz Kərimov 

1971-1992

YANV

AR

Elgiz  Kərim  oğlu  Kərimov  1971-ci 

il  yanvar  ayının  5-də  Bərdə  rayonun-

da  anadan  olmuşdur.  1987-ci  ildə  orta 

təhsilini başa vurmuş, həmin il də hərbi 

xidmətə  çağırılmışdır.  Əsgəri  borcunu 

yerinə yetirdikdən sonra doğma yurdu-

na qayıtmışdır.

Elgiz erməni işğalçılarının vətənimizə 

hücumu ilə barışa bilməmiş və 1991-ci 

ildə  könüllü  özünümüdafiə  batalyonla-

rından birinə yazılmışdır. Əsgəran yaxın-

lığında gedən şiddətli döyüşlər zamanı 

xüsusi fəallıq göstərmişdir. 1992-ci il 12 

mart tarixində o mühasirəyə düşmüş, dö-

yüşçü dostlarını xilas etmək üçün Nax-

çıvanik kəndinə gəlmiş, bir saata yaxın 

davam edən döyüş zamanı ermənilərin 

mühasirəsi  yarılmış,  döyüşçülər  azad 

edilmişdi.  Bu  döyüşdə  Elgiz  Kərimov 

ağır yaralanmış və 21 yaşında vətən uğ-

runda qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycan  Respublikası  Preziden-

tinin 7 iyun 1992-ci il tarixli 833 saylı 

Fərmanı ilə Kərimov Elgiz Kərim oğlu 

ölümündən  sonra  “Azərbaycanın  Milli 

Qəhrəmanı” fəxri adına layiq görülmüş-

dür. Bərdə rayonunda dəfn edilmişdir.



Ə d ə b i y y a t

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Kərimov Elgiz Kərim oğlu - sıravi - Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 

təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 iyun 

1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- №13.- S.25.- (Ölümündən sonra).

Əsgərov, V. Kərimov Elgiz Kərim oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.149.

Kərimov Elgiz Kərim oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.- Bakı, 

2008.- S.113.

Seyidzadə, M. Kərimov Elgiz Kərim oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.114.

Zeynalov, R. Kərimov Elgiz Kərim oğlu (1971-1992) //Zeynalov R. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.53.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az

www.muallim.edu.az                                                                                                                 

5

45 

illiyi

 Milli Qəhrəman


17

Milli Qəhrəmanlar

Şamil Ramazanov 

1976-1995 

YANV

AR

Şamil  Ağasəf  oğlu  Ramazanov 

1976-cı  il  yanvar  ayının  19-da  Ağsu 

rayonunun  Rəhimli  kəndində  anadan 

olmuşdur. 1983-1993-cü illərdə bura-

da  orta  məktəbdə  təhsil  almışdır.  19 

mart  1994-cü  ildə  Ağsu  rayonunda 

hərbi  xidmətə  çağırılmışdır.  Gəncə 

şəhərindəki  “N”  saylı  hərbi  hissədə 

təlim keçən Şamil komandirlərin ver-

diyi tapşırıqları layiqincə yerinə yetir-

miş, tez bir zamanda bütün silahlardan 

istifadə etməyi öyrənmişdi.

1995-ci  il  məlum  13-17  mart 

hadisələri  zamanı  silahlı  dəstənin 

zərərsizləşdirilməsi zamanı cəsur əsgər 

qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan  Respublikası  Prezi-

dentinin 4 aprel 1995-ci il tarixli 307 

saylı  Fərmanı  ilə  Ramazanov  Şa-

mil  Ağasəf  oğluna  ölümündən  sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adı verilmişdir.

Milli  Qəhrəman  Ağsu  rayonunun 

Rəhimli  kəndində  dəfn  edilmişdir. 

Ağsu  rayonunun  mərkəzi  kinoteatrı 

qəhrəmanın adını daşıyır.

Ə d ə b i y y a t

Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi 

haqqında: [Ramazanov Şamil Ağasəf oğlu - Müdafiə Nazirliyi, sıravi - Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun 

müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət 

göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- (Ölümündən 

sonra).

Əsgərov, V. Ramazanov Şamil Ağasəf oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.239. 

Ramazanov Şamil Ağasəf oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.- 

Bakı, 2008.-S.173.

Seyidzadə, M. Ramazanov Şamil Ağasəf oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.185.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.e-qanun.az 

www.milliqahraman.az

www.muallim.edu.az

19

40 

illiyi

Milli Qəhrəman



18

Milli Qəhrəmanlar

Yalçın Nəsirov

1976-1995 

YANV

AR

Yalçın Canhəsən oğlu Nəsirov 1976-

cı il yanvar ayının 23-də Astara rayonu-

nun Sərək kəndində anadan olmuşdur.

1982-1992-ci illərdə Sərək kənd orta 

məktəbində  təhsil  almışdır.  1994-cü  il 

aprel ayının 19-da Milli Orduya çağırıl-

mışdır. İki ay daxili qoşunların tərkibində 

təlim keçərək, hərbi xidmətini Tərtər və 

Şamaxı  rayonlarında  davam  etdirmiş-

dir. O, Vətənimizi azad və bütöv, güclü 

görmək arzusu ilə yaşayırdı. 

1995-ci il mart ayının 13-dən 17-nə 

kimi  dövlət  çevirilişinə  cəhdin  qarşısı-

nın  alınmasında  iştirak  etmişdir.  Mar-

tın  17-dən  18-nə  keçən  gecə  dəstənin 

zərərsizləşdirilməsi  zamanı  Yalçın 

ağır  yaralanmış,  xeyli  qan  itirdiyindən 

həyatını xilas etmək mümkün olmamışdı. 

Yalçın Nəsirov mart ayının 24-də aldığı 

yaradan Sabunçu rayon xəstəxanasında 

vəfat etmişdir.

Azərbaycan  Respublikası  Preziden-

tinin 4 aprel 1995-ci il tarixli 307 saylı 

Fərmanı  ilə  Nəsirov  Yalçın  Canhəsən 

oğluna ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Astara  rayonu  Sərək  kənd  orta 

məktəbi  qəhrəmanın  adını  daşıyır.  Ra-

yondakı “Qəhrəmanlar” parkında büstü 

qoyulmuşdur.

Ə d ə b i y y a t

Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi 

haqqında: [Nəsirov Yalçın Canhəsən oğlu - Müdafiə Nazirliyi, sıravi - Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun 

müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət 

göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- (Ölümündən 

sonra).

İsgəndərova, R. Astaranın ilk Milli Qəhrəmanı /R.İsgəndərova.- Bakı: Mütərcim, 2006.- 60 s.

Əsgərov, V. Nəsirov Yalçın Canhəsən oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.228. 

Nəsirov Yalçın Canhəsən oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.- 

Bakı, 2008.-S.166.

Seyidzadə, M. Nəsirov Yalçın Canhəsən oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.174.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az

www.muallim.edu.az

23

40 

illiyi

Milli Qəhrəman

 



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə