KəHRƏba islam İnqilabının Böyük Rəhbəri cənab Ayətullah Seyid Əli Xameneinin çıxışlarından seçmələr



Yüklə 399,5 Kb.
səhifə10/11
tarix08.09.2018
ölçüsü399,5 Kb.
#67789
1   2   3   4   5   6   7   8   9   10   11

İrfan və qəhrəmanlıq


Aşura hadisəsi hər biri bir dağı titrədən və canından keçmiş insanları da dayandıran həssas mövqelərlə və mürəkkəb hadisələrlə doludur. Əbu Abdullah (ə) bütün bu böyük və ağır hadisələrin qarşısında dayandı, ayağı titrəmədi. Çünki aydın baxışı vardı, agah idi, öz nəfsinə qalib gəlmişdi, Allahın qarşısında kiçilmiş və təslim olmuşdu. Həmin həmişəyaşar və bənzərsiz cihad və şəhadət həmin mənəviyyatın, irfanın, Allahda fani olmağın, məşuqa qarışıb itməyin, özünü Rəbbin müqəddəs zatının iradəsi qarşısında görməməyin məhsuludur. Aşuranın əzəmətli hadisəsinə, böyük qəhrəmanlığına və aşiqanə macərasına aşiq və arif gözlə baxmaq lazımdır ki, Hüseyn ibn Əlinin (ə) bu bir gecə və yarım gündüzdə nə etdiyi və hansı əzəməti yaratdığı bəlli olsun.

Çoxları mömindir, gedib cihad edir və şəhadətə də qovuşurlar. Şəhadətdir və heç bir şeyi əskik deyil. Lakin bir şəhadət də var ki, iman ruhundan artıq, yanğılı bir qəlbdən, Allah yolunda və Rəbbin məhəbbətində dözümsüz və alovlu ruhdan, ilahi zatda və atributlarda qərq olmaqdan qaynaqlanır. Belə cihadın ayrı ləzzəti olur. Bu ona başqa bir ləzzət bəxş edir, kainata başqa cür təsir göstərir.

O əzəmətli hadisəni belə bir şəxsiyyət yaratmışdır. Bu şəxsiyyət Ərəfə kimi bir duada mənəviyyat və irfanın möhtəşəm dərəcələrini nümayiş etdirir. Ərəfə duası özünü Rəbbin müqəddəs zatı qarşısında fani görmək üçün həzrət Haqq-Taalanın lütfünə təvəssüllə və yanıb-yaxılmaqla doludur; Əhli-beyt (ə) Zəburu kimi irfan eşqinin və şövqünün nəğmələri ilə doludur. İmam Səccadın (ə) bəzi duaları sanki onun duasının izahı və şərhidir; yəni o birincidir, bu ikinci. Möhtəşəm və şərafətli Ərəfə duasının, bu həzrətin Aşura ərəfəsindəki sözlərinin və digər yerlərdəki xütbələrinin qəribə mənası və ruhu var, uca və zərif bilgilərin və mənəvi həqiqətlərin zəngin dəryasıdır.

Həmin ruhiyyəni həzrətin öz dövrünün böyüklərinin - İslam böyüklərinin, tabelərin (Peyğəmbər (s) səhabələrini görmüş müsəlmanların) və digərlərinin toplantısında Minada etdiyi müraciətdə müşahidə edirsiniz. Aşura və Kərbəla hadisəsində, qəhrəmanlıq və döyüş meydanı olmasına baxmayaraq, ilk andan mübarək üzünü Kərbəlanın isti qumları üzərinə qoyub: “İlahi sənin qəza və qədərinə razı və əmrinə tabeyəm” - dediyi son ana qədər zikr, münacat və təvəssül halında olmuşdur. Məkkədən çıxarkən “Kim bizim yolumuzda canından keçir və Allah liqasını vətən seçirsə, bizimlə gəlsin” – dediyi zamandan qətlgah çökəkliyində “Sənin qəza və qədərinə razıyam” - dediyi son ana qədər dua ilə, təvəssüllə, Allahın görüş vədəsi ilə və həmin Ərəfə əhval-ruhiyyəsi ilə yaşayır. Yəni Aşura macərasının özü də bir irfani macəradır. Döyüşdür, öldürmək və öldürülməkdir, qəhrəmanlıqdır - Aşura qəhrəmanlıqları olduqca yüksək səviyyəli nümunədir - lakin siz bu qəhrəmanlığın əsas quruluşuna baxsanız, görərsiniz ki, onda irfan var, mənəviyyat var, münacat və Ərəfə duasının ruhiyyəsi var. Odur ki, İmam Hüseyn (ə) şəxsiyyətinin digər cəhətinə də bu cihad və şəhadət cəhəti kimi əzəmətlə və onun kimi yüksək şəkildə diqqət yetirilməlidir.

Bu tanımanın nəticəsi Allaha etimaddır. Zahiri məsələlərə görə bu şölə Kərbəla səhrasında sönəcək. Bunu Kufədən gələn şair Fərəzdəq və sükut etməyi tövsiyə edən digər şəxslər də görürdülər, yalnız Əbu Abdullah (ə) yox. Lakin Allaha etimad hökm edirdi ki, bu zahiri nəticələrə rəğmən, onun haqq sözünün qalib olacağına əmin olsun. Buna görə buyurdu: “Həqiqətən yalnız bizim qoşunumuz qalibdir”. Allahın bu qalib əsgərlərinin bir çoxu cihad zamanı şəhid olur və məhv edilirlər, lakin eyni zamanda qələbə onlarındır. Həmin ilahi inanc Kərbəla şəhidlərini elə yüksəltdi ki, “qəlblərini zirehlərinin üstündən geyindilər”. Zireh bədəni qorumaq üçündür, lakin onların Allaha etimadlı və arxayın qəlbləri onların bədənlərini və zirehlərini qoruyurdu.

İzzət və iftixar


Əbu Abdullah (ə) elə bənzərsiz bir vacib əməli yerinə yetirmək üçün qiyam etdi ki, ondan öncə heç zaman buna şərait yaranmamışdı. O, Mədinədən Kərbəlaya uzanan yol boyu həmin vacib əməli özünün məqsədi kimi izah etdi və bu yolu sona qədər davam etdirmək əzmində olduğunu bildirdi. Mübarək boğazından ucalan “Zillət bizdən uzaqdır” fəryadı tarix boyu izzət və iftixar mənbəyi olan həmin müqavimətin və dirənişin əks-sədası oldu.

İmam Hüseynin (ə) hərəkəti izzət hərəkəti idi; yəni haqqın izzəti, dinin izzəti, imamətin izzəti və Peyğəmbərin (s) qoyduğu yolun izzəti.

İmam Hüseynin (ə) bütün mərhələlərdəki rəftarı izzətlə, başucalığı ilə və eyni zamanda Pərvərdigarın qarşısında mütləq təslimçilik və bəndəliklə doludur; Mədinədə, Məkkədə, Kufə yolunda və Kərbəlada!

Yezidin zalım və qəddar hökuməti öz təbliğatı ilə Hüseyn ibn Əlini (ə) qınayırdı, onun ədalətli quruluşa və İslam hökumətinə qarşı, özü də dünya üçün qiyam etdiyini göstərmək istəyirdi. Bəzi adamlar bu yalan təbliğata inanırdılar. Hüseyn ibn Əli (ə) Kərbəla səhnəsində cəlladlar tərəfindən faciəli şəkildə şəhid edildikdə də onu bir qələbə və zəfər kimi qeyd etdilər.

Buna görə mən dəfələrlə demişəm ki, bizim dövrümüzün şəhidləri Bədr şəhidləri, Hüneyn şəhidləri, Ühüd şəhidləri, Siffeyn şəhidləri və Cəməl şəhidləri ilə müqayisəolunasıdırlar, onların bir çoxlarından üstündürlər, lakin Kərbəla şəhidləri ilə müqayisəolunası deyillər.

Heç kəs Kərbəla şəhidləri ilə müqayisəolunası deyil; nə bu gün, nə dünən, nə İslamın əvvəlindən və nə də Allah-Taalanın bildiyi və istədiyi zamana qədər. O şəhidlər çox üstündürlər. Əli Əkbər və Həbib ibn Məzahir üçün başqa bir bənzər tapmaq olmaz.

Kərbəla bizim daimi örnəyimizdir. Kərbəla insanın düşmənin əzəməti qarşısında tərəddüdə düşməməsi üçün bir nümunədir. Bu, sınaqdan çıxmış bir örnəkdir.

...Aşura hadisəsini həmişəyaşar edən böyük sirr budur.


Tarix boyüklüyündə Aşura


Məsum imamların həyatında onların İslam quruluşu qurmaq istəyinə və fəaliyyətinə dair çoxlu nümunələr vardır. İmamlar bu mühüm iş üçün müxtəlif nümunələr təqdim etmişlər. Şəhidlər ağasının qiyamı və hərəkəti bunların ən mühümüdür.

İmam Hüseyn (ə) bir vacib əməli yerinə yetirmək üçün qiyam etdi. Bu vacib əməl tarix boyu müsəlmanların hər birinə aiddir. İslam cəmiyyəti quruluşunun köklü bir fəsada düçar olduğunu və İslam hökmlərinin bütünlüklə dəyişmək ehtimalının olduğunu gördükdə hər bir müsəlman qiyam etməlidir; sözsüz ki, münasib şəraitdə, yəni bu qiyamın təsir bağışlayacağı bilindiyi zaman. Sağ qalmaq, öldürülməmək və əziyyət görməmək şərt deyil. Bunlar şərtlərdən sayılmır. Odur ki, İmam Hüseyn (ə) qiyam etdi və bu vacib əməli əməli surətdə yerinə yetirdi ki, hamıya dərs olsun.

Əbu Abdullahın (ə) qiyamından öncə heç kəs bu önəmli işdən xəbərdar deyildi. Çünki Peyğəmbərin (s) dövründə belə bir hərəkətə səbəb yox idi, Əmirəl-mömininin (ə) və İmam Həsənin (ə) dövründə də qarşıya çıxmamışdı. İmam Hüseyn (ə) yaranmış şəraitdə bu dərsi əməli surətdə bütün nəsillərə göstərdi.

Əgər İmam Hüseyndən (ə) bir kəlmə də söz nəql olunmasaydı, biz vəzifəmizin nə olduğunu anlamalıydıq. Əsir olan, zəncirlənən, başçılarının fəsadına düçar olan, din düşmənlərinin hakim olduğu, həyatına və taleyinə qənim kəsildiyi bir xalq hər zaman vəzifəsinin nə olduğunu anlamalıdır. Peyğəmbərin (s) məsum və imam oğlu belə bir şəraitdə nə etməli olduğumuzu göstərmişdir.

Dillə olmurdu. Əgər bunu yüz formada deyib özü əməl etməsəydi, bu sözün tarixdən keçib bu günə çatması imkansız olardı. Təkcə nəsihət etməklə və dillə deməklə tarixdən keçmir; min cür izah edir və yozurlar. Odur ki, əməl olmalıdır; özü də belə böyük bir əməl, çətin bir əməl, İmam Hüseynin (ə) belə möhtəşəm və qəmli fədakarlığı.

Müasir dünyanın hətta müsəlman olmayan böyük rəhbərlərinin belə dedikləri söylənilmişdir: “Biz mübarizə yolunu Hüseyn ibn Əlidən (ə) öyrəndik”.

Hüseyn ibn Əli (ə) bugünkü dünyada ötən əsrlərə nisbətən daha artıq tanınmışdır. Hazırkı dövrün vəziyyəti elədir ki, onun qərəzsiz mütəfəkkirləri və ziyalıları İslam tarixinə baxıb Şəhidlər ağasını görür və ona təzim göstərirlər. Hətta İslamı tanımayanlar da azadlıq, ədalət, izzət, ucalıq və uca insani dəyərlər prizmasından baxır və İmam Hüseyni (ə) özünün azadlıq istəyində, ədalət istəyində, pisliklərə, çirkinliklərə qarşı mübarizəsində, insan cəhaləti və zəbunluğu ilə vuruşmasında öz imam və rəhbərləri görürlər.


Yüklə 399,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə