KəHRƏba islam İnqilabının Böyük Rəhbəri cənab Ayətullah Seyid Əli Xameneinin çıxışlarından seçmələr



Yüklə 399,5 Kb.
səhifə11/11
tarix08.09.2018
ölçüsü399,5 Kb.
#67789
1   2   3   4   5   6   7   8   9   10   11

Aşura dərsləri


Aşura öyrədir ki, dini qorumaq üçün fədakarlıq göstərmək lazımdır; öyrədir ki, Quran yolunda hər şeydən keçmək lazımdır; öyrədir ki, haqq və batilin döyüş meydanında kiçik və böyük, qadın və kişi, qoca və gənc, görkəmli və adi, imam və rəiyyət hamılıqla bir sırada dururlar; öyrədir ki, bütün zahiri gücünə rəğmən, düşmənin cəbhəsi olduqca zəifdir. Necə ki, Bəni-Üməyyə cəbhəsi Aşura əsirlərinin karvanı sayəsində Kufədə iflasa uğradı, Şamda iflasa uğradı, Mədinədə iflasa uğradı və nəhayət bu hadisə Süfyani cəbhəsinin məhvi ilə nəticələndi. Aşura öyrədir ki, dini müdafiədə insan üçün hər şeydən artıq agahlıq lazımdır. Agah olmayanlar aldanırlar. Agah olmayanlar özləri də bilmədən zalım cəbhəsinə keçirlər. Necə ki, İbn Ziyadın cəbhəsində fasiq və günahkar olmayan, lakin avam olan insanlar da vardı.

Bunlar Aşuranın dərsləridir. Sözsüz ki, bu dərslər bir xalqı zillətdən izzətə çatdırmağa yetər. Bu dərslər küfr və imperializm cəbhəsini məğlub edə bilər. Bunlar həyatı islah edən dərslərdir.

Aşura dərsləri fədakarlıq, dindarlıq, şücaət, xeyirxahlıq və Allah üçün qiyam dərsidir, heç bir zaman çərçivəsində həbs olunmayan canlı, əbədi və həmişəyaşar məhəbbət və eşq dərsidir.

Əbu Abdullahın (ə) qiyamı - İran xalqının örnəyi


Tarixdə Aşuranın təsirləri saysız-hesabsızdır. Onların ən mühüm olanı məzlum Şiə firqəsinin həmişəyaşarlığı və dinamikliyidir. Hüseyn (ə) təlimləri Şiə təlimlərinin əzəmətli bir hissəsini təşkil edir, əməli baxımdan şiələr və Şiə cəmiyyətləri arasında ən hərəkətverici ünsürdür. Bütün tarix boyu və münasib zamanda hər bir şəxs Əbu Abdullahın (ə) bütün dövrlərdəki insanlara göstərdiyi örnək əsasında qiyam edib İslam quruluşu yaratmağa çalışa bilər. Lakin İmam Hüseyndən (ə) sonra böyük qeyb dövrünün başlanmasına qədər həmin əbədi örnəyi icra etmək üçün münasib şərait yaranmadı.

Bunun nə üçün yaranmamasının təhlili var. Çünki görülməli olan digər mühüm işlər vardı və İslam cəmiyyətində imamların dövrünün sonuna və qeyb dövrünün əvvəlinə qədər belə bir şərait ümumiyyətlə yaranmadı. Bəli, tarix boyu müsəlman ölkələrində belə şəraitlər çox yaranır. Bu gün də bəlkə İslam dünyasında şəraitin yarandığı və müsəlmanların eyni işi görməli olduğu yerlər var. Əgər görməsələr, vəzifələrini yerinə yetirməmiş və İslamı ümumiləşdirməmişlər. Hər halda, bir-iki nəfər məğlub olacaq. Bu dəyişdirmə, qiyam və islahatçı hərəkət təkrar olunsa, şübhəsiz, fəsadın və azğınlığın kökü kəsiləcək və məhv ediləcək.

İnqilabdan öncə bir məclisdə bir məsəl yadıma düşdü və onu dedim. O məsəl Mövləvinin Məsnəvi əsərində yazdığı tutuquşu hekayəsidir.

Bir nəfərin evində bir tutuquşu vardı. Sözsüz ki, bu bir məsəldir və məsəllər həqiqəti izah etmək üçündür. Bir dəfə o, Hindistana getmək üçün ailəsi ilə xudahafizləşdi. Həmin tutuquşu ilə də sağollaşdı, dedi ki, mən Hindistana gedirəm, ora sənin vətənindir. Tutuquşu dedi ki, filan yerə get, mənim qohumlarım və dostlarım oradadırlar. Onlara de ki, sizin biriniz bizim evimizdədir. Mənim vəziyyətimdən onlara danış və de ki, qəfəsdə, bizim evimizdədir. Səndən başqa bir şey istəmirəm. O, səfər əsnasında həmin yerə çatdı. Gördü ki, bəli, ağacların üstündə çoxlu tutuquşu oturub. Onları çağırıb dedi ki, ey əziz, danışan və yaxşı tutuquşular, mən sizə xəbər gətirmişəm. Sizdən biriniz bizim evimizdədir, vəziyyəti də çox yaxşıdır; qəfəsdə yaşayır, amma çox yaxşı yaşayışı və münasib qidası var. O sizə salam söyləmişdir.

Tacir bu sözü deyən kimi, gördü ki, ağacların budaqları üzərində oturmuş həmin tutuquşuların hamısı qanadlarını çırpıb yerə düşdülər. İrəli getdi, gördü ki, hamısı ölüb. Çox təəssüfləndi və dedi mən nə üçün elə bir söz dedim ki, bu qədər heyvan - misal üçün, beş, on tutuquşu - canlarını əldən verdilər. Amma daha keçmişdi və bir iş görə bilmirdi.

Tacir qayıtdı. Öz evinə çatıb tutuquşunun qəfəsinə sarı getdi, dedi ki, sənin sözünü çatdırdım. Tutuquşu soruşdu ki, nə cavab verdilər. Tacir dedi ki, sənin sözünü eşidən kimi hamısı ağaclar üzərində qanadlarını çırpdılar və yerə düşüb öldülər.

Bu söz tacirin dilindən çıxan kimi bu tutuquşu da qəfəsdə qanadlarını çırpdı və qəfəsin içinə düşüb öldü. Çox təəssüfləndi, narahat oldu. Qəfəsin qapısını açdı. Tutuquşu daha ölmüşdü, saxlamaq olmazdı. Ayağından tutub onu evin üstünə sarı tulladı. Tullayan kimi tutuquşu havada qanad çalmağa başladı və uçub divarın üzərinə qondu. Dedi ki, əziz tacir dost, sənə çox təşəkkür edirəm. Sən özün mənim azadlığıma vasitə oldun. Mən ölməmişdim, özümü ölülüyə vurmuşdum. Bu dərsi həmin tutuquşular mənə öyrətdi. Onlar bildilər ki, mən burada qəfəsdə əsir və dustağam. Hansı dillə mənə deməli idilər ki, xilas olmaq üçün nə iş görüm?! Əməli surətdə bunu mənə göstərdilər: öl ki, yaşayasan. Mən onların mesajını aldım. Bu, uzaq məsafədən - həmin bölgədən mənə çatan əməli dərs idi. Mən o dərsdən istifadə etdim.

Mən o zaman bu sözü eşidən qardaş və bacılara dedim ki, mənim əzizlərim! İmam Hüseyn (ə) hansı dillə deməlidir ki, sizin vəzifəniz nədir. Şərait həmin şəraitdir, həyat eyni həyatdır, İslam da həmin İslamdır.

Müsəlman İran xalqı Şəhidlər ağasının nəslindən olan bir nəfərin rəhbərliyi ilə Hüseynin (ə) yolu - yəni düşməndən qorxmamaq və güclü düşmənlə mübarizəyə atılmaq yolu ilə getdi, başucalığı və əzəmətlə İslam və dünya xalqları arasında İslam quruluşunu bərqərar etdi.

İmam Hüseynin (ə) dövründə görülən işin kiçik forması bizim imamımızın dövründə görüldü. Lakin orada şəhadətlə nəticələndi, burada isə hökumətlə. Bu da odur, fərqi yoxdur. İmam Hüseynin (ə) məqsədi bizim Böyük İmamımızın məqsədi ilə bir idi. Bu məsələ Hüseyn (ə) inancının əsasıdır.

Tarixin dövrləri fərqli olur. Bəzən əlverişli şərait var, bəzən yoxdur. İmam Hüseynin (ə) zamanında var idi; bizim zamanımızda da var idi. İmam da həmin işi gördü. Məqsəd bir idi. Lakin insan bu məqsədə sarı gedəndə, İslamı, İslam cəmiyyətini və İslam quruluşunu özünün düzgün mövqeyinə qaytarmaq üçün batil hökumətin və mərkəzin əleyhinə qiyam etmək istəyəndə bəzən qiyam edən hakimiyyətə gəlir; bu onun bir növüdür. Bizim dövrümüzdə də Allahın lütfü ilə belə oldu. Bəzən də bu qiyam hakimiyyətlə nəticələnmir, şəhadətlə nəticələnir.

Bizim dövrümüzün şəhid anaları həqiqətən Zeynəbin işini gördülər. Mən bir şəhid anaları, iki şəhid anaları, üç şəhid anaları çox görmüşəm, lakin onlardan zəiflik və acizlik duyulanı olmayıb, yaxud az olub. Analar doğrudan da qəhrəman qadınlardır. Bizim şəhid analarımızın əsas örnəyinin Zeynəb-Kübra olduğu görünür. Onun iki gənc oğlu - Övn və Məhəmməd şəhid oldular, amma həzrət Zeynəb reaksiya vermədi.

Allah-Taala bizim imamımızı uca məqama çatdırdı, maddiyyat və hegemonluq dünyasının məhv etmək, unutdurmaq və kiçiltmək istəməsinə rəğmən, onu qorudu, böyütdü və əbədiləşdirdi. Səbəbi bu idi ki, (İmam Hüseyn (ə) hərəkatının) bu üç xüsusiyyəti onda vardı: əvvəla ixlaslı idi və özü üçün heç bir şey istəmirdi; ikincisi öz Allahına etimadı vardı, işin və məqsədin həyata keçəcəyini bilirdi; Allahın bəndələrinə də etimadı vardı; üçüncüsü isə zamanı və mövqeyi əldən vermədi. Lazım olan anda lazım olan addımı atdı, lazım olan söhbəti etdi, lazım olan işarəni verdi və hərəkəti etdi.

Hər iki hərəkətdə aşkar surətdə mövcud olan xüsusiyyətlərdən biri də şücaət və müqavimətdir. Böyük İmam bu iki xüsusiyyətdə İmam Hüseynin (ə) əsl ardıcılı idi. Bu təkcə inqilabın qələbə çalmasına yox, həm də sonrakı qələbələrə bais oldu.

İmama deyirdilər ki, ağa, siz şahla vuruşursunuz, bu təhlükəlidir. İmam bilmirdi ki, təhlükəlidir?! İmam bilmirdi ki, Pəhləvi rejiminin təhlükəsizlik orqanları insanı tutur, öldürür, işgəncə verir, insanın dostlarını öldürür və sürgün edir?! İmam bunları bilmirdi?!

İnqilab dövründə və onun qələbəsindən sonra dünya ikiqütblü idi; hər iki qütb İslam hərəkatının və inqilabının düşməni idi. Bu məsələdə birləşmişdilər, yekdil və həmrəy idilər. İmam isə müqavimət göstərdi, geri çəkilmədi, öz sözündən, şüarından, məqsədindən və yolundan dönmədi. İmamın ağzından düşmənlərin istədiyi hətta bir kəlmə söz də çıxmadı. Bu, Hüseyn (ə) müqavimətidir; İmam Hüseyn (ə) müqavimətinin bugünkü formada olan kiçik bir nümunəsidir.

Aşura hərəkatının aydın xətlərindən biri və bəlkə də əsas xətti İmam Hüseyn (ə) müqavimətindən ibarətdir. Bizim Böyük İmamımız öz hərəkatında, şəxsiyyətində və həyatında həmin xətti seçdi və bununla da İslam Respublikasını sığortalaya, düşməni təhdid və təzyiqdən daşındıra bildi. Düşməni başa saldı ki, təzyiqin təsiri yoxdur, təhdidin təsiri yoxdur, hücumun təsiri yoxdur. Bu hərəkət və bu rəhbər elə bir cərəyan və elə bir şəxs deyil ki, bu sözlərlə getdiyi yolundan dönsün.

Mübarizə dövründə və qələbədən sonra müxtəlif insanlar və hətta bəzi mübarizlər müqavimət və hərəkətin davamı üçün sərhəd təyin edir, artan təhdidlərin və düşmənçiliklərin qarşısında razılaşmağı və güzəştə getməyi tövsiyə edirdilər. Onlarda imamın şücaəti yox idi. Dünyada mübarizə və dirəniş adamı olub döyüş səhnəsindən qorxmayan adamlar var, lakin...

...Lakin döyüş meydanına girmək bir şeydir, bütöv bir dünya ilə vuruşmaq şücaəti başqa bir şeydir. İmam Hüseyndə (ə) ikincisi vardı, ikincisi üçün hərəkət etdi. Buna görə mən dəfələrlə təkid etmişəm ki, bizim Böyük İmamımızın hərəkəti Hüseyn (ə) hərəkətidir. Bizim dövrümüzdə Böyük İmamın işində Hüseyn (ə) hərəkətindən bir damla vardı. İndi bəziləri deyəcəklər ki, İmam Hüseyn (ə) Kərbəla səhrasında susuz şəhid oldu, lakin Böyük İmamımız belə izzətlə hakim oldu, yaşadı, dünyadan köçdü və dəfn edildi. Məsələnin göstəricisi bunlar deyil. Göstərici hər bir şeyi olan bir dünya ilə vuruşmaqdır.

Nə qədər ki, İslam hərəkatının qarşısında düşmən var və nə qədər ki, dünya şeytanlarının istəyinin əksinə olaraq, din və İslam quruluşu ayaqdadır, Şəhidlər ağasına iqtida və İslamın bu həmişəlik keşikçisinin dərslərinə əməl etmək də davam edəcək.

Harada bu qəbildən bir fəsad olsa, İmam Hüseyn (ə) oradadır, öz rəftarı və əməli ilə sizə nə etməli olduğunuzu deyir. Vəzifə budur. Odur ki, İmam Hüseynin (ə) və Kərbəlanın xatirəsi yaşamalıdır. Çünki bunu öyrədən Kərbəlanın xatirəsidir.

Bəzən şəhidin qanını yaşatmağın əziyyəti və zəhməti şəhidliyin özündən az olmur. İmam Səccadın (ə) otuzillik və Zeynəb-Kübranın bir neçə illik əziyyəti bu qəbildəndir. Əziyyət çəkib bu qanı qorudular. Sonra da qeyb dövrünə qədər digər imamlar bu əziyyəti çəkmişlər.

Bizə deyiblər ki, hər il İmam Hüseyn (ə) üçün ağlayın. Ağlamaq bir faciəni canlı yaşatmaqdır; sanki dünən baş vermişdir. 1400 il öncə bir insan şəhid olmuşdur, nə üçün bu gün ona ağlamaq lazımdır? Bizim ağlamağımız bundan ötrüdür ki, onun xatirəsi özünün bütün cəhətləri ilə birgə bizim zehnimizdə, həyatımızda və varlığımızda yaşasın. Əks təqdirdə, onun düşüncəsi və işarəsi də tədricən zəifləyəcək; biz istəsək də, istəməsək də.

Əbu Abdullahın (ə) qiyam hadisələrini deməkdə iki növ qatqı mövcuddur: Biri heç bir düzgün əsası və istinadı olmayan və bütünlüklə rəvasız və yalan olan qatqılardır. Bunları olduqca diqqətlə tanımaq və onlardan çəkinmək lazımdır. Bəzi yanlış sözlər isə hətta bəzi kitablarda da yazılmışdır. Onlar da Hüseyn (ə) hərəkatının məna və məfhumuna münasib və layiq deyil.

Alim və təbliğatçılar çalışmalıdırlar ki, faciə söyləməyi və rövzəni bacardıqları qədər tarixi əsərin üzündən oxusunlar. Bunun üçün ən yaxşı tarix kitablarından biri Lühuf kitabıdır.

Əli ibn Tavus hicrətin altıncı əsrinin böyük Şiə alimlərindəndir. Onun ailəsi hamılıqla elm və din xadimləridir. Onların hamısı, yaxud çoxusu yaxşıdırlar; xüsusən də bu iki qardaş: Əli ibn Musa ibn Cəfər ibn Tavus və Əhməd ibn Musa ibn Cəfər ibn Tavus. Bu iki qardaş böyük alimlərdən, müəlliflərdən və etimadlı şəxslərdəndirlər. Məşhur Lühuf kitabı Seyid Əli ibn Musa ibn Cəfər ibn Tavusun əsəridir. Bizim minbər alimlərimizin təbirlərində bu kitabın bəzi hissələri eynilə hədis kimi oxunur. Çünki çox əsaslı və mühümdür, şübhəsiz ki, düzgün hədis və rəvayətlərdən nəql etmişdir.

Bundan əlavə, absurd qatqılar mərsiyə və növhələrin mətnindən çıxarılmalıdır.

Tarix elmində isbat olunmuş bir şeyin ziddinə oxumayın. Üstəlik, Seyid ibn Tavusun Lühufunda olan da, hər halda, vahid xəbərdir. Diqqət yetirin ki, oxuduğunuz məntiqli olsun. Əlbəttə, bu o demək deyil ki, insan hər bir məntiqli sözü özündən qurub oxuya bilər. Xeyr, həqiqət və reallıqlara istinad edin.


Qasim ibn Həsənin (ə) meydana getməsi


Mən bu gün İbn Tavusun Lühuf kitabının üzündən bir neçə cümlə rövzə oxumaq və bu əzəmətli səhnələrin bir neçəsini siz əzizlərə söyləmək istəyirəm. Qabaqca deyim ki, bu kitab çox mötəbər kitabdır. Bu Seyid ibn Tavus fəqihdir, arifdir, etimadlı adamdır, hamının hörmət göstərdiyi böyük şəxsiyyət və çox böyük fəqihlərin müəllimidir. Özü ədib, şair və çox dəyərli şəxsiyyətdir. O, çox mötəbər və müxtəsər olan ilk məqtəl (İmam Hüseyn (ə) faciəsi) kitabını yazmışdır. Düzdür, ondan öncə çoxlu məqtəllər yazılmışdır. Onun müəllimi olan İbn Nömanın məqtəli var, Şeyx Tusinin məqtəli var, digərlərinin də həmçinin. Ondan öncə çoxlu məqtəllər yazılmışdır. Lakin Lühuf gəldikdə o məqtəllərin təxminən hamısını kölgədə qoydu. Bu çox yaxşı məqtəldir. Onun sözləri çox yaxşı, dəqiq və müxtəsərdir. Mən indi bunlardan bir neçə cümlə oxuyuram.

Bu hadisələrin biri Qasim ibn Həsənin (ə) meydana getməsidir. Bu olduqca möhtəşəm səhnədir. Qasim ibn Həsən (ə) İmam Hüseynin (ə) dəstəsinin yeniyetmələrindən biridir, hələ həddi-büluğa çatmamışdır. Aşura gecəsi İmam Hüseyn (ə) belə bir hadisənin baş verəcəyini, hamının öldürüləcəyini deyəndə, hamıya getmək icazəsi verəndə, lakin səhabələr qəbul etməyəndə bu 13-14 yaşlı yeniyetmə dedi: “Əmi can, mən də meydanda şəhid olacağam?”. İmam Hüseyn (ə) bu yeniyetməni sınamaq üçün buyurdu ki, əzizim, sənə görə öldürülmək necə bir şeydir. Cavab verdi ki, baldan şirindir. Baxın, bu, Peyğəmbər (s) ailəsinin dəyər sistemidir. Əhli-beytin (ə) tərbiyə etdiyi belədir. Bu yeniyetmə uşaqlıqdan İmam Hüseynin (ə) qucağında böyümüşdü. Yəni atası dünyadan köçərkən təxminən 3-4 yaşı vardı. İmam Hüseyn (ə) bu yeniyetməni böyütmüşdür, ondan tərbiyə almışdır. İndi Aşura günü bu yeniyetmə əmisinin yanına gəlir. Orada bu hadisələri yazıb qeyd edən rəvayətçilər vardı. Bu hadisələr orada olan bir neçə nəfərdən nəql olunmuşdur. Onların biri belə deyir: "Biz eləcə baxırdıq. Birdən gördük ki, Əbu Abdullahın (ə) çadırları tərəfdən yeniyetmə bir oğlan bayıra çıxdı. Onun üzü ay kimi parlayırdı. Gəldi və vuruşmağa başladı".

Bunu bilin ki, Kərbəla hadisəsinin xırdalıqları da qeyd olunmuşdur: kim hansı zərbəni vurdu, kim birinci vurdu, kim filan şeyi oğurladı; bunların hamısı qeyd olunmuşdur. Misal üçün, imamın köynəyini oğurlayıb aparan şəxsə sonradan köynək oğrusu deyirdilər. Odur ki, xırdalıqlar qeyd olunmuşdur və məlumdur. Yəni Peyğəmbər (s) ailəsi və onların dostları bu hadisəni tarixdə itməyə qoymamışlar.

Zərbə bu gəncin başını yardı. Bu oğlan üzü üstə yerə yıxıldı, ucadan əmisini çağırdı. İbarələrin bu xüsusiyyətlərinə və gözəlliklərinə diqqət edin. Deyir ki, İmam Hüseyn (ə) qırğı kimi özünü bu yeniyetmənin başı üstünə çatdırdı, sonra qəzəbli şir kimi hücum etdi. Əvvəlcə bir xəncər vurub qatili yerə saldı. Bəziləri bu qatili xilas etməyə gəldilər, lakin həzrət onların hamısına hücum etdi. Qasim ibn Həsənin (ə) bədəni ətrafında güclü döyüş baş verdi. Gəlib vuruşurdular, lakin həzrət onları geri qovurdu. Meydanın toz-torpağı ətrafı bürüdü. Rəvayətçi deyir ki, bir qədər sonra toz-torpaq yatdı. Bu mənzərəni təsvir etmək insanın qəlbini çox yandırır. Deyir mən baxıb Hüseyn ibn Əlini (ə) orada gördüm. İmam Hüseyn (ə) bu yeniyetmənin başı üstə durub həsrətlə ona baxırdı. O yeniyetmə də ayaqları ilə yeri eşirdi; yəni can verir və ayağını tərpədirdi. İmam Hüseyn (ə) buyurdu ki, səni qətlə yetirənlər Allahın rəhmətindən uzaq olsunlar. Bu çox əzəmətli bir mənzərədir; İmam Hüseynin (ə) bu yeniyetməyə sevgisini, eyni zamanda onun fədakarlığını, bu yeniyetməni döyüş meydanına göndərməsini, həmçinin bu gəncin ruh böyüklüyünü və onunla belə rəftar edən insanların cəfasını göstərir.


Mündəricat




Şiəlik - məhəbbət məzhəbi 28

Aşura hadisəsinin baş verdiyi şərait 31

Peyğəmbər (s) hökumətinin davam etməməsi 32

Müaviyənin hiylələrindən keçid 32

Əbu Abdullahın (ə) məqsədi 35

İki ehtimalın araşdırılması 36

Məqsəd, yoxsa nəticə 37

"Məqsəd Allahın vacib buyurduğu mühüm bir əməli yerinə yetirmək idi!" 38

İslam iki təhlükə qarşısında 38

Dönüşü olmayan yayınma 39

Münasib zaman 42

"Vəzifə təhdidlə boyundan düşmür!" 43

Digər vəzifələrin mühüm vəzifəyə qurban verilməsi 44

Şəhidlər ağasının məqsədi öz sözlərində 44

Məhəmməd Hənəfiyyəyə vəsiyyət: Allahın vacib buyurduğu əməli yerin yetirmək üçün qiyam etmək 45

Bəsrə böyüklərinə məktub: Sünnəni dirçəltmək və bidəti ortadan götürmək 46

Kufə böyüklərinə məktub: Hökumətin imamətə qaytarılması 46

Düşmənə müraciət: Peyğəmbər (s) hökmünə əməl etmək 46

Əzyəd mənzili: Nəticə bu vəzifəyə təsir etmir! 47

Kərbəlanın ilk xütbəsi: Haqqa əməl etmək və batilin qarşısını almaq 48

Əbu Abdullahın (ə) qiyamının nəticəsi 48

İslamın keşiyini çəkmək 49

Bənzərsiz örnək və həmişəyaşar nümunə 49

Güclü iradə 51

Zamanı tanımaq 52

İddiaçıların vəfasızlığı 53

Sona qədər müqavimət 54

İxlas və mənəviyyat 56

Nəfslə mübarizə 57

İxlas və həmişəyaşarlıq 57

İrfan və qəhrəmanlıq 60

İzzət və iftixar 62

Tarix boyüklüyündə Aşura 63

Aşura dərsləri 64

Əbu Abdullahın (ə) qiyamı - İran xalqının örnəyi 65

Qasim ibn Həsənin (ə) meydana getməsi 71









Yüklə 399,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə