KəHRƏba islam İnqilabının Böyük Rəhbəri cənab Ayətullah Seyid Əli Xameneinin çıxışlarından seçmələr


Aşura hadisəsinin baş verdiyi şərait



Yüklə 399,5 Kb.
səhifə3/11
tarix08.09.2018
ölçüsü399,5 Kb.
#67789
1   2   3   4   5   6   7   8   9   10   11

Aşura hadisəsinin baş verdiyi şərait


Hüseyn ibn Əli (ə) Allahın son elçisi olan həzrət Məhəmməd ibn Abdullahın (s) ikinci nəvəsidir. O, Yəsribdə dünyaya gələn zaman bu şəhər son Peyğəmbərin (s) hicrəti və sükunəti səbəbindən "Mədinə Rəsulillah" – yəni Allah elçisinin şəhəri adlandırılırdı. Mədinə şəhəri Allah elçisinin Ərəbistan yarımadasında zülmət gecədən də qaranlıq olan o dövrdə İslam adı və İslam bayrağı ilə təsis etdiyi ideal və işıqlı hökumətin mərkəzi idi.

Bəşəriyyət zülmə, cəhalətə və ayrıseçkiliyə düçar olmuşdu. Dünyanın ozamankı Qeysər və Kəsra kimi böyük hökumətlərində - istər ozamankı İranda, istərsə də ozamankı Roma imperiyasında aristokratiya, qeyri-xalq hökuməti, məntiqsiz xəncər, cəhalət və fəsad hakim idi. Kiçik hökumətlər, misal üçün, Ərəbistan yarımadasında olan isə onlardan da pis idi və cahiliyyət bütün dünyanı bürümüşdü. Bu arada İslam nuru Allah Peyğəmbərinin (s) vasitəsi, ilahi yardım, xalqın əzəmətli və gərgin mübarizələri nəticəsində əvvəlcə Ərəbistan yarımadasının bir bölgəsini işıqlandıra bildi, sonra isə tədricən genişləndi və onun şüası hər yeri bürüdü. Peyğəmbər (s) hökumətinin xüsusiyyəti belə idi: zülmün yerinə ədalətə əsaslanırdı; şirkin və insanın fikir parçalanmasının yerinə tövhidə və Pərvərdigarın müqəddəs zatının bəndəliyinə əsaslanırdı; cəhalət yerinə elm və biliyə əsaslanırdı; insanların bir-birinə kin bəsləməsinin yerinə sevgiyə, xoş münasibətlərə və dostluğa əsaslanırdı. Yəni zahiri və batini bəzənmiş bir hökumət idi. Belə bir hökumətdə yetişən insan təqvalı, iffətli, alim, agah və fəal olur, kamala doğru gedir.


Peyğəmbər (s) hökumətinin davam etməməsi


Belə bir hökumətdə əziz Peyğəmbər (s) İslam cəmiyyətinin rəhbəri və Allah-Taalanın son elçisi kimi Məkkə və Mədinədən bayraqları bağlayıb müsəlmanlara verirdi. Onlar Ərəbistan yarımadasının uzaq bölgələrinə və Şam sərhədlərinə gedirdilər, Təbuk kimi hadisələrdə Roma imperiyasını təhdid edirdilər, rumlular onların qarşısından qaçırdılar və İslam ordusu qalib qayıdırdı. O zaman İslam cəmiyyətinin məscid və minbərindən Quran səsi ucalırdı, Allahın elçisi (s) öz səsi və nəfəsilə xalqa Allah ayələrini oxuyurdu, nəsihət verirdi, onları hidayət yolunda sürətlə irəliyə aparırdı.

Müaviyənin hiylələrindən keçid


Əmirəl-mömininin (ə) fitnələrlə keçən və nəhayət onunla Müaviyə arasındakı yarımçıq müharibədə məzlumcasına şəhidliklə sona çatan hökumətinin beşillik qısa dövründən sonra müsəlmanların hakimi və Allah rəsulunun (s) canişini iddiasında olan Müaviyənin hiyləgərlikləri və kələkbazlıqları başlandı. Bundan sonra Əbu Abdullahın (ə) ilk on ili öz dövrünün imamı olan böyük qardaşı İmam Həsənin (ə) yanında, onun tabeliyində və mütləq itaətində keçdi. İmam Həsən Müctəba (ə) Əmirəl-mömininin (ə) Siffeyndə Müaviyə ilə hiylə və kələk səbəbindən natamam qalan və ardınca xəvaric (separatçılar) fitnəsinin törəndiyi döyüşü fəsad cinahının məhvi ilə sona çatdırmağa çalışırdı, lakin Müaviyənin hiylələrinin və ətrafındakıların xəyanətinin davam etməsi şəraiti dəyişdirdi. Yeni şəraitdə Müaviyə ilə döyüşü davam etdirməyin haqq cinahının tam məhvindən və haqq ardıcıllarının bütünlüklə şəhidliyindən başqa bir nəticəsi olmayacaqdı. Odur ki, İmam Müctəba (ə) Müaviyə ilə sülhü qəbul etdi.

Əgər İmam Həsən (ə) sülh etməsəydi, Peyğəmbər (s) ailəsinin bütün şəxsiyyətləri ortadan götürüləcəkdi və İslamın orijinal dəyər sistemini qorumaq üçün bir kəs qalmayacaqdı; hər şey bütünlüklə məhv olacaqdı, İslam yaddan çıxacaqdı və Aşura hadisəsinə də növbə çatmayacaqdı. Əgər İmam Müctəba (ə) Müaviyə ilə döyüşü davam etdirsəydi və bu, Peyğəmbər (s) ailəsinin şəhadəti ilə nəticələnsəydi, İmam Hüseyn (ə) də həmin hadisədə öldürülməli idi, dəyərli səhabələr də öldürülməli idilər, hücr ibn ədilər də öldürülməli idilər; hamı məhv olmalı idi, fürsətlərdən istifadə edib İslamı özünün dəyər formasında qoruya biləcək bir kəs qalmayacaqdı.

Əgər belə bir qanlı hadisə baş versəydi, Əməvi cinahının təbliğat maşını təhrif və yalanla haqq tərəfdarlarının sözünü və məqsədini gizlədib məxfi saxlayacaqdı. Xalq İmam Həsənin (ə) və dostlarının haqq olduğunu heç zaman dərk etməyəcəkdi.

O zaman təhrif fəsad və palçıq seli kimi İslam cəmiyyətinin zehinlərinə axan ən böyük mənəvi bəla idi. Elə bir dövr idi ki, ozamankı İslam şəhərlərinə, İslam ölkələrinə və xalqlarına İslamın ən böyük şəxsiyyətini lənətləmək sifariş olunurdu. Əgər kimsə Əmirəl-mömininin (ə) imamət və vilayətinin tərəfdarı olması ilə ittiham olunsaydı, təqib olunurdu.

Buna görə Əbu Abdullah Hüseyn (ə) İmam Həsənin (ə) sülh fikrinin müdafiəçilərindən oldu. Əslində bu sülh onların hər ikisinin müştərək qərarı idi. Lakin İmam Həsən (ə) imam və öndər, Əbu Abdullah (ə) isə onun ardıcılı və tabeliyində idi.

Xüsusi bir məclisdə yaxın və dəliqanlı səhabələrin biri İmam Müctəbaya (ə) etiraz edəndə İmam Hüseyn (ə) ona qarşı çıxdı. Heç kəs deyə bilməz ki, İmam Hüseyn (ə) İmam Həsənin (ə) yerində olsaydı, bu sülh baş verməyəcəkdi. Xeyr, bu sülh baş verəndə İmam Hüseyn (ə) İmam Həsənlə (ə) idi. Əgər İmam Həsən (ə) olmasaydı və İmam Hüseyn (ə) yalqız olsaydı da, o şəraitdə yenə həmin iş görüləcəkdi və sülh bağlanacaqdı.

İmam Müctəbanın (ə) şəhidliyi ilə Əbu Abdullah (ə) bu iyirmiillik dövrün ikinci onilliyində haqq tərəfdarlarının imamlığını öhdəsinə götürdü. O, böyük qardaşının yolunu davam etdirməkdə dağ kimi dayandı, polad kimi hiylə pərdələrini yırtdı. Bir tərəfdən ibadət, münacat, təvəssül, Peyğəmbər (s) hərəmində etikaf etmək, mənəvi və ruhani işlər, digər tərəfdən də elm və biliyi yaymaqda və təhriflərlə mübarizə aparmaqda dayanmadan çalışmaq bu on ildə onun haqqın təbliğinə dair işləridir. O həzrətin tarixdə qalan bəzi sözləri, buyruqları və yaxud alimlərə müraciətləri onun bu sahədə əzəmətli fəaliyyətinin göstəricisidir. Bununla belə, Əbu Abdullah (ə) heç zaman Müaviyənin fəsadlı hökuməti əleyhinə qiyama təşəbbüs göstərmədi, təkcə dillə yaxşı işlərə dəvət etdi. Çünki haqq sözünü qiyam və döyüş yolu ilə xalqa çatdırmaq üçün münasib şərait yox idi.

Müaviyənin ölümündən və Yezidin hakimiyyətinin başlanmasından sonra vəziyyət dəyişdi. Müaviyənin fəsadı və pis işləri az olmasa da, hiyləgərliyinə görə zahirən özünü qorumağı lazım bilir, bəzi fəsadlarını gizlədirdi. Yezid isə aşkar şəkildə günah edirdi.

Müaviyədən sonra elə bir adam hökumət başına gəlmişdi ki, hətta İslamın zahiri əməllərinə də riayət etmir, şərab içir, pis işlər görür, cinsi fəsadları və cinayətləri aşkar şəkildə törədir, Quranın əleyhinə danışır, Quranın və dinin ziddinə açıq şəkildə şeir deyir və aşkar surətdə İslama qarşı çıxır. Onun adı müsəlmanların başçısı olduğundan İslam adını silmək istəmir. O, İslama əməl etmir, İslamı sevmir və ona ürək yandırmır. Dayanmadan qoxumuş su axıdıb ətrafı dolduran bir bulaq kimi onun vücudundan qoxumuş su tökülüb bütün İslam cəmiyyətini dolduracaq. Fəsad içində olan hakim belədir. Hakim zirvənin başında durduğundan onun işləri də həmin yerdə qalmır, adi camaatın əksinə olaraq, axır və bütün zirvəni (və yamacı) bürüyür. Adi camaatın öz yeri var. Lakin yuxarıda olanın, cəmiyyətdə daha uca mövqeyə malik olanın fəsadı və zərəri daha çox olur. Adi insanların fəsadı özlərinə, yaxud bəzi ətraflarına zərər yetirir, başda oturan fəsadlı olduqda isə onun fəsadı daşıb hər yeri doldurur. Necə ki, əgər saleh insan olsa, onun yaxşı işləri hər şeyə təsir edir. Belə fəsadlara malik olan bir şəxs Müaviyədən sonra müsəlmanların xəlifəsi - Peyğəmbərin (s) canişini olmuşdur. Bundan böyük azğınlıq ola bilərmi?!

Əməvi cinahının təbliğat maşını daha Yezidin azğınlığının və fəsadının üstünü örtüb Əbu Abdullahın (ə) haqq sözünü gizlədə bilməzdi və bu, hərəkət və qiyam üçün münasib şərait yaradırdı. Digər məsələ Yezdin Əbu Abdullahdan (ə) beyət almaqda israrı idi. Bu, Əbu Abdullahın (ə) əvvəllər başqa formada olan islahatçı hərəkətini yeni mərhələyə daxil etdi.



Yüklə 399,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə