KəHRƏba islam İnqilabının Böyük Rəhbəri cənab Ayətullah Seyid Əli Xameneinin çıxışlarından seçmələr



Yüklə 399,5 Kb.
səhifə9/11
tarix08.09.2018
ölçüsü399,5 Kb.
#67789
1   2   3   4   5   6   7   8   9   10   11

İxlas və mənəviyyat


Şəhidlər ağası ilahi və insani xislətlərin zirvəsində durub gərgin və yolunu azmış bəşəriyyətə əl tutmaq istəyən müqəddəs varlıqdır. O, kamil insan, ixlaslı və Allah üçün paklanmış bəndədir. O, Allahdan başqa hər bir şeyə göz yummaq yolunda cihad, fədakarlıq, şəhidlik, xarici və daxili düşmənlərlə mübarizə obrazını yaradıb hamıya göstərdi.

İmam Hüseynin (ə) hadisəsi həm düşmənlə, həm də nəfslə cihadın ən yüksək dərəcədə birləşdiyi hadisəsidir. Allah-Taala bilir ki, bu hadisə baş verəcək. Buna görə yüksək nümunə göstərilməli və o yüksək nümunə örnək olmalıdır. Aşura hadisəsi hər iki cəbhədə əzəmətli cihaddan ibarətdir; həm xarici düşmənlə mübarizə cəbhəsində, həm də daxili cəbhədə. O zaman cəmiyyət ümumi şəkildə daxili fəsada sarı hərəkət edirdi.


Nəfslə mübarizə


Şəhidlər ağasının hərəkatı haqq və batilin aşkar mübarizəsində ictimai və siyasi cəhətdən daha geniş olan bir mübarizə cəhətinə malikdir və o, insanların nəfsi və daxilidir; zəifliklərin, tamahların, həqarətlərin, ehtirasların və insan vücudundakı nəfs istəklərinin insanı uca addımlardan saxladığı, ikinci dərəcəli vəzifələrin əsas vəzifələrdən yayındırdığı məqamdır.

Bu şəkildə nəfsə qarşı mübarizə və asılılıqlardan qurtuluş Şəhidlər ağasının Aşurasını bənzərsiz və yeganə etdi: “Sənin müsibətli günün kimi gün yoxdur, ey Əbu Abdullah!”. Fədakarlıq bu böyük insanın və onun yoldaşlarının başında böyüklük tacı və o cəmiyyət əvvəldən sona qədər İslamın fəxrləri məcmusu üçün tac dürrü oldu; belə ki, daha heç kəsi onlarla müqayisə etmək mümkün deyil.


İxlas və həmişəyaşarlıq


Aşura hadisəsində fədakarlıq, daxili və xarici şeytanlarla mübarizə nümayiş olundu. Bu yalnız Şəhidlər ağasının ixlası sayəsində baş verdi. İxlas - yəni ilahi vəzifəni yerinə yetirmək, şəxsi, qrup və maddi maraqları ona qarışdırmamaqdır. Əgər Əbu Abdullahın (ə) vücudunda ilahi ixlas nuru parlamasaydı və möminlərin həmin az qismini öz şüası altına salmasaydı, belə bir hadisə həyata keçə bilməzdi.

Hüseyn ibn Əlinin (ə) hərəkəti ixlaslı, heç bir niyyətin qarışmadığı, Allah üçün, din üçün və müsəlmanların cəmiyyətini islah etmək üçün idi. Buyurdu: “Mən nə azğınlığa, nə təkəbbürlülüyə, nə də fəsad və zülm törətməyə görə qiyam edirəm“. Özünü göstərmək deyil, özü üçün bir şey istəmək deyil, riyakarlıq deyil. Bu hərəkətdə bir zərrə qədər də zülm və fəsad yoxdur. “Bu qiyamda məqsədim cəddimin ümmətini islah etməkdir“. Bu çox mühüm məqamdır. Yəni başqa heç bir qərəz və məqsəd yoxdur. O, pak niyyəti və günəş kimi zehni bulaşdırmır. Qurani-kərim erkən İslam çağında müsəlmanlara buyurur: “(Ey möminlər!) Yurdlarından təkəbbürlə və özlərini camaata göstərmək üçün çıxanlar kimi olmayın“. Və İmam Hüseyn (ə) də burada deyir: “Mən nə azğınlığa, nə təkəbbürlülüyə görə qiyam edirəm“. İki xətt var. Orada Quran buyurur ki, qürur, xudpəsəndlik və nəfsə pərəstiş üzündən hərəkət edənlərdən olmayın. Yəni həmin növdən olmayan hərəkət ixlaslıdır. Fəsadlı xətdə olan hərəkətdə yalnız “öz” və yalnız “mən” ortaya qoyulur. Riya özünü bəzəmiş, qiymətli bir ata minmiş, özündən ləl-cəvahirat asmış və meydan sulayaraq daxil olur. Haraya? Döyüş meydanına. Təsadüfən döyüş meydanı da həmin insanın və onlarla onun kimi adamın həlak olacağı meydandır. Belə bir insanın daxil olması bu cürdür. Onda yalnız nəfs var; bu bir tərəf.

Qarşı tərəfdə ən yaxşı nümunə Hüseyn ibn Əlidir (ə). Onda eqoistlik, mənəm-mənəmlik, şəxsi, milli və qrup maraqları yoxdur. Bu, Hüseyn ibn Əlinin (ə) hərəkatının ilk xüsusiyyətidir. Gördüyümüz hər hansı bir işdə ixlasımız nə qədər artıq olsa, o işin dəyəri daha çox olar. İxlasdan nə qədər çox uzaqlaşsaq, xudpəsəndliyə, eqoistliyə, özü üçün işləməyə, özü barədə, şəxsi və milli maraqları barədə fikirləşməyə bir o qədər yaxınlaşmış olacağıq. Tam ixlasla tam eqoistlik arasında geniş bir sahə var. Oradan bu tərəfə sarı nə qədər yaxınlaşsaq, işimizin dəyəri bir o qədər azalacaq, faydası azalacaq, təsir müddəti azalacaq. Məsələnin mahiyyəti belədir. Bir məhsulda qatqı nə qədər çox olsa, bir o qədər tez xarab olacaq; əgər xalis və qatqısız mal olsa, heç zaman xarab olmayacaq. Real nümunələrdən bir misal vuraq: bu ərinti əgər yüz faiz qızıl olsa, xarab olmayacaq, paslanmayacaq, lakin onun tərkibində nə qədər mis, dəmir və bu kimi metallardan olsa, onun xarab olma ehtimalı çox olacaq. Bu ümumi bir qaydadır.

Mənəvi məsələlərdə isə bu tarazlıq olduqca dəqiqdir. Biz maddi və adi baxışımıza görə anlamırıq, lakin mənəviyyət və bəsirət adamları anlayırlar. Bu işin mütəxəssisi, sərrafı və zərgəri Allah-Taaladır: “Həqiqətən (xalisi qatqıdan) ayıran (Allah) çox dəqiqdir”. Əgər bizim işimizdə bir iynə ucu qədər qatqı olsa, həmin işin dəyəri bir o qədər azalacaq və Allah onun təsirini azaldacaq. Allah-Taala əyarı dəqiq tanıyır.

İmam Hüseynin (ə) işi bir iynə ucu qədər də qatqısı olmayan işlərdəndir. Məhz buna görə, bu xalis məhsul indiyədək qalmış və əbədi olaraq qalacaqdır. Bu qrup o səhrada qərib şəkildə öldürüldükdən, bədənləri orada dəfn olunduqdan, onların əleyhinə bu qədər təbliğat aparıldıqdan və tar-mar edildikdən sonra, şəhid olduqdan sonra, Mədinə şəhərinə od vurub - Hərrə hadisəsi sonrakı ildə baş verdi - bu gülüstanı alt-üst və onun güllərini ləçək-ləçək etdikdən sonra kim inanardı ki, bir də kimsə bu gülüstandan gülab ətri duyacaq?! Həmin gülüstanın bir gülünün bu təbiət aləmində qalması hansı təbii qayda ilə uyğun gəlir?! Lakin siz görürsünüz ki, zaman ötdükcə o gülüstanın ətri dünyaya daha çox yayılır. Peyğəmbərin (s) Hüseyn ibn Əlinin (ə) babası olduğunu və onun öz babasının yolunu davam etdirdiyini qəbul etməyən şəxslər də Hüseyni (ə) qəbul edirlər; atası Əlini (ə) qəbul etmirlər, lakin onu qəbul edirlər; Allahı qəbul etmirlər, Hüseyn ibn Əlinin (ə) Allahını qəbul etmirlər, lakin Hüseyn ibn Əlinin (ə) qarşısında hörmət bildirirlər. Bu sözügedən ixlasın nəticəsidir.

Əbu Abdullah (ə) haqlı olaraq anlamışdı ki, onun və köməkçilərinin sonu şəhid olmaq və qana boyanmaqdır. Lakin yaxşı bilirdi ki, onun yolu və sözü həyata keçəcək, həmişə yaşayacaq. Əsas məsələ də insanın ilahi niyyətinin və məqsədinin həyata keçməsidir. Əks təqdirdə, ixlaslı insan üçün öz varlığı mühüm deyil.

Böyük ariflərin biri bir məktubda yazmışdı ki, fərz edək İslamın Böyük Peyğəmbərinin (s) gördüyü və özünə məqsəd seçdiyi bütün işlər görüləydi, lakin başqa bir şəxsin adı ilə. Bu zaman İslam Peyğəmbəri (s) narazı qalardımı? Deyərdimi başqasının adına çıxdığından bunu etməyəcəyəm? Belə idi? Yoxsa məqsədi bu işlərin görülməsi idi və kimin adına yazılması mühüm deyildi? Deməli, məqsəd mühümdür. İxlaslı insan üçün şəxsin əhəmiyyəti yoxdur; onun ixlası var.


Yüklə 399,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə