Kemaleddin yeni 60-90. indd



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

              Hacı Mirfazil 
62
sadəcə sürücüyəm. Ağa evdəkilərə deyir 
ki, sürücünün yaralarını sarısınlar. Ağa 
sürücüdən soruşur: “Nə baş verib? Bir danış 
görüm nə olub?”. Sürücü dilə gəlib deyir: “Ağa, 
kəndin çıxacağında maşının təkərləri partladı 
və maşın yolun kənarındakı  dərəyə düşdü və 
içindəkilər öldülər. Mən maşından çıxıb yolun 
kənarında qalmışdım, kəndə  gələn bir maşın 
məni xilas etdi. Sürücüdən xahiş etdim ki, məni 
sizin evinizə gətirsin ki, sizdən halallıq alım”. 
Ağa yerindən durub sürücüyə yaxınlaşdı  və 
dedi: “Mən bilirdim ki, sənin bu işdə günahın 
yoxdur. Ona görə  də Allah səni bu bəladan 
saxlayıb”. Ağa sürücünü həmin gün evində 
qonaq saxlayıb, onunla xeyli söhbət edir. 
Ağa sürücüyə deyir ki, mənim cəddim  İmam 
Baqir (ə.s) möminin və kafirin niyyəti, əməlləri 
barədə belə buyurur: “Mömin  şəxsin niyyəti 
yerinə yetirdiyi əməllərdən çox yaxşıdır, bu 
cəhətdən ki, imkanı, şəriəti yoxdur ki, nəzərdə 
tutduğu niyyətlərini yerinə yetirsin. Lakin 
kafirin niyyəti həyata keçirdiyi bəd əməllərdən 
də çox pisdir, qorxuludur bu cəhətdən ki, 
imkanı, şəraiti yoxdur ki, nəzərdə tutduğu bəd 
niyyətlərini həyata keçirsin”. Miryaqub ağa 
belə misallar çəkib sürücüyə haqqı, ədaləti başa 
salırdı. Səhəri günü sürücünü yola salanda 
onun üzündən görünürdü ki, ağanın söhbətləri 
ona çox yaxşı  təsir bağışlayıb.


Sədərəyin  Seyidlər ocağı
63
Kənd sakini olan Abbas kişinin də qəlbində 
bir arzu var idi. Abbas kişinin 4 qız övladı 
var idi. O, həmişə  oğlan övladı arzu edirmiş. 
Günlərin bir günü o, gəlib ağanın onun üçün 
dua etməyini xahiş edir. Miryaqub ağa Abbas 
kişinin xahişini qəbul edir və ona deyir get evinə 
Allah-Kərimdir. Bu dəfəki övladın oğlan olar, 
inşallah. Adını da Abutalıb qoyarsan. Həqiqətən 
də Abbas kişinin oğlan övladı olur, adını da 
Abutalıb qoyurlar. İndi Hacı Abutalıb Miryaqub 
ağanın ehtiramını saxlayan insanlardandır. Belə 
oxşar hadisələr Miryaqub ağanın həyatında çox 
olmuşdur. Bir nəfər kasıb adam da övladı olsun 
deyə ağaya öz qoruğundan yonca nəzir demiş və 
övladı olmuşdur. Miryaqub ağa gətirilən yonca 
bağlarını mal-heyvanı olanlara paylamışdır. 
“Səxavət kərəm səciyyəsindən doğur və 
cəmiyyətdə fərdlər arasında məhəbbəti bərqərar 
edir. Səxavətli  şəxsin hər hansısa bir eybi olsa 
xalq onu sevməkdə davam edir”. Sədərək kənd 
sakini olan Qazıyev  Şamil kişinin dilindən 
deyilən sözlərdir. Hal-hazırda  Şamil kişi 
Sədərəkdə yaşayır. Deyir ki, mən ömrüm boyu 
sürücü işləmişəm. O vaxt hələ erməni-müsəlman 
davası yox idi. 1987-ci ilin əvvəlləri idi. Mən 
Gəncə şəhərindən Sədərəyə yük gətirirdim. Ağır 
yük maşını sürürdüm. Axşam saat 5-6 olardı 
ki, Gəncə  şəhərindən yükü vurub yola çıxdım. 
Hava həm soyuq, həm də dumanlı idi. Maşını 


              Hacı Mirfazil 
64
işə salanda dedim ki: “Təvəkkül Allaha, gecəyə 
düşəcəyik” və qəlbimdən keçdi ki: “Ya Kərbəlayi 
Miryaqub ağanın cəddi mənə kömək ol, evimə 
sağ-salamat çatım, nəzir edirəm ki, kəndə 
çatanda ağanın ruhuna Yasin oxutduracağam” 
- bunu deyib yola düşdüm. Gəlib Qazax 
rayonunu keçəndə hava lap qaralmışdı. Ondan 
sonra yolun ən çətin hissəsi, Dilican aşırımları 
idi. Hava dumanlı olduğundan mən maşını 
çox diqqətlə idarə etməyə çalışırdım. Birdən 
heç özüm də bilmədən maşın yoldan çıxdı. 
Az qalırdı ki, maşın dərəyə düşsün. Özümdən 
asılı olmayaraq çox qorxdum və dedim ki: 
“Ya Kərbəlayi Miryaqub ağanın cəddi mənə 
kömək ol”. Bunu demişdim ki, necə oldusa 
sanki bir əl maşını götürüb düz yolun ortasına 
qoydu. Nəhayət, Allaha şükürlər olsun ki, 
sağ-salamat gəlib kəndə çatdım. Artıq səhər 
saat təxminən 11-12 olardı. Mən maşının 
yükünü boşaltmamış düz kəndin mərkəzinə 
sürdüm ki, həm bir stəkan çay içim, həm də 
ki, görüm mollalardan kim var, ağanın ruhuna 
Yasin oxutdurum. Maşını körpünün yanında 
saxlayıb yerə düşdüm, çayxanaya girdim. Bu 
an Miryaqub ağanın oğlu Müzəffər ağa məni 
görüb dedi: “Şamil, çox şükür ki, sağ-salamat 
gəlibsən. Mən bu gecə yuxumda görmüşəm ki, 
sən çətin dağ yolları keçirsən. Ağam Miryaqub 
da sənə öz əlləri ilə kömək edir və deyir ki, 


Sədərəyin  Seyidlər ocağı
65
Şamilə deyərsən ki, mənə Yasin oxutdursun 
Molla Sadığa”. Mən bir daha təəccübləndim. Axı 
mən bu barədə heç kəsə heç nə deməmişdim. Bir 
də necə ola bilər ki, mən kəndə indi çatmışam. 
Mənim başıma gələn bu əhvalatı çayxanadakı 
camaata danışdım. Onlarla bir yerdə Miryaqub 
ağanın ruhuna salavat dedik.
Allahı tanımaq və qeyb aləminə iman gətirib 
axirətə  yəqinlə inanan şəxslər haqqında Allah-
təala müqəddəs kitabında belə buyurur: “O 
kişilər ki, qeyb aləminə inanıb namaz qılır və 
onlara verdiyimiz ruzidən infaq edir axirətə  də 
şəksiz inanırlar” (Bəqərə surəsi, 3-4-cü ayə).
Miryaqub ağa xalq arasında çox gözəl rəftarı 
ilə seçildiyi kimi, həmişə başqalarından xüsusilə 
öz əxlaqı ilə seçilirdi. Həzrəti Əli (ə.s) buyurur: 
“Həyanın zirvəsi insanın özü-özündən həya 
etməsidir”.
Ağanın 
ən böyük və yadda qalan 
kəramətlərindən biri də bu idi ki, ağa öz zəvvar 
dostları ilə  Kərbəla ziyarətindən qayıdırdı. Bu 
səfər Miryaqub ağanın sonuncu səfəri imiş. Bu 
hadisəni bir neçə adam söyləyib. Bunlardan biri 
Hacı Abdullanın atası  Kərbəlayi Salman kişi 
deyirdi ki: “Biz Kərbəlanı ziyarət edib, bütün 
hazırlıqları görüb vətənə qayıdırdıq. Demək olar 
ki, 40-50 km yol gəlmişdik. Hamılıqla qərara 
aldıq ki, çadırları quraq, istirahət edək. Bizimlə 
birlikdə qonşu kəndlərdən və Şərurdan zəvvarlar 


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə