Kemaleddin yeni 60-90. indd


Sədərəyin  Seyidlər ocağı



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   2   3   4   5   6   7   8   9   ...   28

Sədərəyin  Seyidlər ocağı
7
və o halal sözü yazıya köçürən, tarixin yaddaşına 
götürən bir qələm var. Və bu qələm də çox 
müqəddəs bir ocağın layiqli davamçılarından 
olan bir halal din adamının  əlindədi.
Bəli, qarşımda “Sədərəyin Seyidlər ocağı” 
adlı bir kitab var və  mən onu bir neçə gündü 
böyük sevgiylə, məhəbbətlə oxumaqdayam. 
Bu kitabın müəllifi bu müqəddəs  Se yid lər 
ocağının layiqli varislərindən olan Hacı Mirfazil 
Mircəlal oğludu. Doğrudur, Hacı Mirfazil yazı-
pozu adamı deyil. Hamı kimi mən də belə 
bilirəm. Amma kitabı doymadan oxuyub başa 
çatdıranadək onun yazı qabiliyyətinə, qeyri-
adi istedadına həsəd apardım, heyran qaldım. 
Kitab o qədər sadə, səmimi bir dildə yazılıb ki, 
oxumadım, su kimi içdim sadəcə olaraq. Ən 
başlıcası  Sədərəyin Seyidlər ocağına məxsus 
hadisələr, 
əhvalatlar, onların kəramətləri 
müqəddəs kitabımız olan Qurana, Qurandakı 
ayələrə, Peyğəmbər  əfəndimizin hədislərinə, 
İmam Əlinin və digər imamlarımızın xütbələrinə, 
kəlamlarına  əsaslanaraq elə cilalanıb ki, bu 
kitabın  əslində çox peşəkar bir yazara məxsus 
olduğu aydınlaşır. Demək Hacı Mirfazil əslində 
çox peşəkar bir yazarımız imiş. Qürur duydum 
buna görə, çox sevindim.
Kitab tarixi bir filmi xatırladır. Seyidlər 
ocağının ulu babası  Kərbəlayı Qara Seyidin 
əhatə etdiyi kök, nəsil şəcərəsi bir gözəl mənzərə 


              Hacı Mirfazil 
8
kimi, bir tarixi xronika kimi keçir göz önündən. 
Bu kökün, bu soyun, bu nəslin bu günə qədər 
davam edən varislərinin ömür-gün yolu, el-oba 
içində xətir-hörmətləri, xalqa, millətə göstərdiyi 
xidmətlər, özəl kəramətləri, göstərdikləri 
möcüzələr çox dəqiqliklə, zərgər dəqiqliyi ilə 
qələmə alınır.
Kitabdakı bir çox hadisələrin canlı  şahid-
lərindən olmuşam və bir çoxlarını da atam 
Qədim Abbas oğlundan, kəndin, elin-obanın 
ağsaqqallarından, ağbirçəklərindən eşitmişəm. 
Ələlxüsus da Seyid Mirkazım ağanın, Kərbəlayi 
Miryaqub ağanın,  İzzət ağanın öz gözlərimlə 
gördüyüm Mirabbas ağanın, Müzəffər ağanın, 
Səttar ağanın, Cəlal ağanın keçdiyi ömür-gün 
yolunun bu kitabda olduğu kimi yer alması 
həmin tarixi anları bir daha gözlərim önünə 
gətirdi.
Uşaqkən həyətində futbol oynadığım Qur-
banlı  məscidinin həyətindəki qoşa qəbir (bu 
kitabda geniş şəkildə bəhs olunur onlardan) heç 
yadımdan çıxmır. Dəyişən bu gün o qəbirlər 
üzərində Hacı Fazil tərəfindən ucaldılan gözəl 
məqbərə – tarixi kompleksdir. O seyidlərin 
niyə burda dəfn olunmasını, onların kimliyini 
hələ  mən düz 40-45 il bundan əvvəl bilirdim. 
Onlar haqqında müfəssəl məlumatım var idi. 
Kəndi böyük bəladan qurtaran hər iki – Seyidlər 
ocağının müqəddəs insanlarını sevə-sevə yad 


Sədərəyin  Seyidlər ocağı
9
edirdim. Amma təəssüf ki, onlar haqqında yazmaq 
mənə qismət olmadı. Bu gün də bir təskinlik 
tapıram ki, nə yaxşı Hacı Fazil bu tarixi hadisələri, 
dini  əhvalatları, gözəl kəramətləri qələmə alıb 
bizləri, xüsusən də məni bir utancdan xilas etdi. 
Buna görə Hacı Fazilə ürəkdən təşəkkür edirəm.
Əziz oxucu! Bir şeyi də xüsusi olaraq 
vurğulayım ki, dinimizdə fanatizm, xu 
rafat 
baş alıb gedir, bəzən həddini aşır belə. Yalançı 
baxıcıların, görücülərin, bəxt açanların, nə bilim 
daha nələrin və  nələrin addımbaşı qarşımıza 
çıxıb, yol-yoldaşımıza çevrilməsi olduqca ürək 
ağrıdandır. Bunları vurğulamaqda məqsədim 
odur ki, bax bu kitabda qələmə alınanlar qeyd 
etdiyim dini xurafatdan, fanatizmdən çox-çox 
uzaq və reallıqlara, gerçəkliklərə  əsas lanan 
əhvalatlardır. Çünki onların böyük əksəriyyəti 
camaatın gözləri qarşısında baş verənlərdir ki, 
yaddaşlardan-yaddaşlara ke 
çə-keçə bu günə 
qədər gəlib çıxıblar.
Bu Seyidlər ocağının varislərinin,  da  vam-
çılarının,  ən çox da o kəramət sahiblərinin bir 
xeyli hissəsini də  mən  şəxsən öz gözlərimlə 
görmüşəm, onlarla belə deyim ki, hətta 
ünsiyyətdə  də olmuşam.
Sonda onu da qeyd edim ki, Azərbay-
canımızın Qeyrət qalası adlandırılan Sədərək 
milli-mənəvi və dini dəyərlərimizin yüksək 
səviyyədə qorunub saxlanıldığı bir tarixi 


              Hacı Mirfazil 
10
məkandır. “Sədərəyin Seyidlər ocağı” adlı bu 
kitab da bu baxımdan çox böyük əhəmiyyət 
daşıyır. Milli-mənəvi və dini dəyərlərimizə çox 
qiymətli bir ərməğandır, hədiyyədir.
Dəyərli oxucu! Elə bilirəm ki, bu kitab 
sizlərin dərin marağına səbəb olacaq, bir dəfə 
oxumaqla doymayacaqsınız, bir sözlə, stolüstü 
kitabınıza çevriləcək.
Bu dəyərli kitaba və kitabın  ərəyə-ər sə yə 
gəlməsində, yazılıb sizlərin ixtiyarına veril-
məsində böyük zəhmətləri olan Sədərəyin 
Seyidlər ocağının çox dəyərli varislərindən 
biri, bu kitabın müəllifi Hacı Fazilə  uğurlar 
diləyirəm.
Allah yar və yardımçınız olsun!
Kəmaləddin Qədim,
“Türk Ədəbiyyatına Xidmət” və 
“Şahmar Əkbərzadə adına” Beynəlxalq Poeziya  
mükafatları laureatı
30 noyabr 2015


Sədərəyin  Seyidlər ocağı
11
Müəllifdən
Bağışlayan və rəhm edən 
Allahın adı ilə
H
H
əmd olsun o Allaha ki, ona həmd 
etməyə, nemətlərini  əta etməyə, bütün 
bəlalardan ona sığınmağa kifayətdir. Ləyaqətli 
bəndələr olmaq üçün bizlərə hidayət neməti və 
hər cür xeyir və xoşbəxtliyi bəxş edən aləmlərin 
Uca Rəbbinə  həmd olsun heç şübhəsiz ki, ona 
təvəkkül etmək və ondan yardım istəmək 
kifayətdir. Çünki o, hər  şeyə qadirdir.
Həmd olsun o Allaha ki, o aləmləri ya ratdı. 
Həmd olsun o Allaha ki, aləmlər içə risində 
Peyğəmbər (s.ə.v) və pak Əhli-beytini yaratdı. 
Və Əhli-beytin nəslindən gələn Seyidləri yaratdı.
Nə qədər ki, dan yeri doğulub ağarır, ulduzlar 
çıxıb, batır, rəhmət olsun onlara. Allahın salamı 
razılığı və rizvanı Peyğəmbər (ə.s) və onun Əhli-
beytinə beyyət edən,  əhdinə sadiq qalan, vəfalı 
olan, ondan sonra əhdinin üstündə duran, bu 
yoldan geri dönməyən, daim şükür edən və 
qiyamətə qədər onların göstərdiyi yol ilə gedən 
ilk və son insanlara olsun. Amin!


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə