Kemaleddin yeni 60-90. indd


Sədərəyin  Seyidlər ocağı



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   2   3   4   5   6   7   8   9   ...   28

Sədərəyin  Seyidlər ocağı
17
eləyirlərsə, atlar yerimək bilmir. Vali atdan 
düşərək “Qara Seyidin ilk əlaməti görsəndi” 
deyir və qalan yolu piyada getməyə qərar verir.
Qara Seyidin qonağı olan Vali onunla uzun-
uzadı söhbətlər edir, onun İrana, Makuya 
qayıdıb orda yaşamasını  təklif edir. Orda ona 
torpaq sahələri, mal-qara, ev verəcəyini bildirir. 
Bunların heç birini qəbul etməyən Qara Seyid 
“mən burada artıq ailə qurmuşam, Makuya 
qayıda bilmərəm” – deyir.
Qeyd edim ki, o zaman Sədərək maha-
lının, Dərələyəz uezdinin bütün vergiləri Maku 
valiliyinə verilirdi. Makunun valisi yerindəcə bir 
fərman imzalayıb Qara Seyidə verir. Fərmanda 
qeyd edilirdi ki, “bütün Sədərək mahalı  İmam 
Rza (ə.s.)-nın nəvəsi Qara Seyidin xatirinə 2 il 
vergidən azad olunur”. Deyilənə görə, bu sənəd 
– bu fərman hal-hazırda Türkiyədə,  İstanbul 
şəhərinin Osmanlı arxivində saxlanılmaqdadır. 
Bu sənədi  İstanbula səfər edən tarix elmləri 
namizədi Namiq Əliyev və  Sədərək kənd orta 
məktəbin müəllimi Vahid Seyidov da öz gözlərilə 
gördüklərini deyirlər.


              Hacı Mirfazil 
18
* * *
B
B
ütün insanlar şübhəsiz xoşbəxt ya-
şamaq istəyirlər. Amma bu xoşbəxtlik 
üçün çalışanlar bir-birindən kəskin  şəkildə 
fərqlənirlər. Bir qrup insan öz xoşbəxtlik 
hədəflərini düzgün seçə bilmədiyindən 
bədbəxtliyə düçar olurlar. Bir qrup insan 
isə Peyğəmbər (s.ə.v.) və imamları özlərinə 
örnək sayaraq, imkanları daxilində onların 
buyurduqlarına  əməl edərək səadət qapısını 
açıb kamala yetişərlər. Qara Seyid bax be-
lə övliyalardan idi. Rəsuli  Əkrəm belə bu-
yurmuşdur:  “Həqiqətən Allah-təala insan-
ların  əxlaqını  təkmilləşdirmək üçün məni 
Peyğəmbərliyə  qərar vermişdir”.
İnsan hər  şeydən  əvvəl özünü tanımalıdı. 
Öz-özünə sual verməlidi ki, mən kiməm, ha-
ralıyam, haradan gəlmişəm və haraya ge 
di-
rəm?  Əgər insan özünə sual versə ki, mən 
ne cə yaranmışam və sonum necə olacaq, on-
da mütləq və mütləq onu yaradanı – yəni 
Uca Allahı tanıyacaq, doğru, düzgün, həqiqi, 
ədalətli yollarla addımlayacaq. Çünki insan 
Ulu Tanrının sevə-sevə yaratdığı, öz nurundan 
bəxş elədiyi  ən müqəddəs varlıqdır. Bütün 
canlıların, bütün varlıqların  ən alisidi, ən 
öncülüdü və  nəhayət,  ən kamilidi. Bununçün 


Sədərəyin  Seyidlər ocağı
19
də insan elə ilk öncə özünü tanıyaraq öz xaliqinin 
ona lazım bildiyi və vacib buyurduğu  əməlləri 
yerinə yetirməli, pis, şeytani  əməllərdən özünü 
qorumalı, onlardan uzaqlaşmalıdır. Hər vaxt, hər 
işdə, hər əməlində Peyğəmbəri, Əhli-beyti (ə.s.) 
özünə nümunə götürməli, onların həyatının, 
yaşayışının,  əməllərinin və  fərmayişlərinin 
qarşısında itaət etməlidir.
Elə Axirətdə  də möminlər ilahi ne 
mət-
lərdən faydalanarkən onlar öz Allahları ilə 
raz-niyaz edərlər. Belə möminlər hətta Allaha 
ünsiyyətdən, başqa bir şeydən ləzzət aldıqda 
Allahdan bağışlanmaq istərlər. Çünki onlar 
bu fani dünyanın maddi nemətləri barədə 
düşünməyənlərdilər.
İmam Səccad (ə.s.) öz dualarında belə 
buyurur:  “İlahi, səni yad etməkdən başqa 
bir  şeydən ləzzət aldığıma görə bağışlanmaq 
istəyirəm. Allahım, dilimi zikrinlə  hərəkətə 
gətir, qəlbimi eşq və  məhəbbətinlə  məşğul eylə. 
Qəbulunun gözəlliyi mənə minnət qoy. Ey mənim 
ağam, yalnız səni yad etməklə  qəlbim dirilir 
və  Sənin minacatınla özümdəki qorxu dərdinə 
təskinlik verirəm”.
Qara Seyidin Qənbər adında bir övla dı olub. 
Seyid Qənbər demək olar ki, gö zünü açandan, 
özünü dərk edəndən evlə rində Quran səsi 
eşitmiş, Quran səsiylə böyümüşdür. Həddi-
buluğa çatanda isə atasıyla Kərbəla ziyarətində 
də olmuşdur.


              Hacı Mirfazil 
20
Bu müqəddəs Qara Seyid ocağının layiqli 
varislərindən, davamçılarından olan Seyid 
Qənbər bir ömür boyu böyük iman sahibi kimi, 
əsl dindar kimi yaşamış, ocaqlarına sədaqətini, 
layiqliyini nümayiş elətdirmişdir. Zahirdə, 
üz də  işlə-güclə  məşğul olmağına, xalqla, ca-
maatla ünsiyyətdə olmağına baxmayaraq, 
ağa nın qəlbi həmişə Uca Yaradanla olub 
və günü, ayı, ili Peyğəmbər  əfəndimizin, 
onun  Əhli-beytinin (ə.s.) təbliğatı ilə keçib.
Al lah-təala Sadiq möminlərin sifətləri haqqında 
belə buyurur: “Möminlər o kəslərdir ki, nə 
ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, 
namaz qılmaqdan və  zəkat verməkdən ya-
yındırmaz”. (Nur surəsi, 37-ci ayə)
Seyid Qənbər ağa çox yaxşı bilirdi ki, kimin 
nəslindəndir və onun vəzifəsi, missiyası nədən 
ibarətdir. “Ot kökü üstə bitər” - deyiblər. 
Əslinə, nəslinə, kökünə, soyuna çəkən Seyid 
Qənbər öz ömrünü-gününü məhz bu özəlliklər 
üstdə köklədi, yaşadı, fəaliyyət göstərdi.
Seyid Qənbərin 6 övladı olub. Birinci öv-
ladı Miryusif, ikinci övladı Mirqasım, üçüncü 
övladı Mirheydər, dördüncü övladı  Kərbəlayi 
Mirkazım, beşinci övladı Mirbağır və altıncı 
övladı isə Mircəfər ağa olub.
Seyid Qənbərin ocağında seyidlərə xas 
olan kəramətlər də diqqəti cəlb edir. Belə ki, 
onun böyük oğlu Miryusif ağa Həcc ziyarə-


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə