Kemaleddin yeni 60-90. indd


Sədərəyin  Seyidlər ocağı



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   2   3   4   5   6   7   8   9   ...   28

Sədərəyin  Seyidlər ocağı
21
ti nə gedərkən evində belə bir niyyət,  əhd edir: 
“Xudavənda, mənim canımı o müqəddəs 
torpaqlarda al” deyir və atına minib yola çıxır. O 
müqəddəs yerlərə varıb, Həcc ziyarətinin bütün 
vacib, gərəkən  əməllərini yerinə yetirdikdən 
sonra elə oradaca haqqın rəhmətinə qovuşur.
Miryusif ağanın da Əhəd ağa adında bir 
oğlu olub. Əhəd ağa erməni daşnaklarının 1905-
ci ildə Azərbaycan torpaqlarına hücumu zamanı 
qəhrəmanlıqla döyüşərək  şəhid olmuşdur.
Qeyd edək ki, Seyid Qənbərin övlad larından 
olan Mirqasımla, Mirheydərin övladları olmamış 
və onların haqqında əllərimizdə müfəssəl olaraq 
heç bir məlumat yoxdur.
Seyid Qənbərin dördüncü övladı olan 
Kərbəlayi Mirkazım ağa çox təqvalı, imanlı, alim 
və din xadimi olmuşdur.
Allah və bəndələri arasındakı sıx bağlılıq ilahi 
feyzlərin onlara çatdırılmasında vasitə rolunu 
oynayan Peyğəmbərləri (s), eləcə  də Allahın 
lütf və inayətinin məhzərləri sayılan məsum 
İmamları tanımaq, insanlıq kamalına yetmək heç 
də asan bir iş deyildir. Bununçün gərək ruhən və 
cismən Ona – Allaha tabe olasan.
Allah-təala möminlərin bir neçə xüsusiy-
yətinə bu ayədə işarə verər: “Eləcə də bağla dıqları 
əhd-peymanlarına sadiq qalar 
lar. Çətinliklər, 
ehtiyaclar və yaxud xəstəliklər üz verdikdə 
(Cihad meydanlarında  əziyyətlərə dözüb səbr 


              Hacı Mirfazil 
22
edərlər) qəbul etdikləri imanlarında, sözlərində 
və əməllərində həqiqət olanlardır. Həqiqi təqva 
bunlardır”. (Bəqərə surəsi, 177-ci ayə)
Bax, Mirkazım ağa da Allahın bu ayə-
də buyurduğu mömin bəndələrdən idi. 
Onun yaşadığı  Sədərək mahalında bir çox 
yaddaqalan,  əhalini heyrətə salacaq kə ra-
mətləri olmuşdur. Həmin kəramətlər ca-
maatımız tərəfindən bu gün də sevilə-sevilə 
xatırlamaqda, yad edilməkdədir. Onu da 
qeyd edək ki, bu kəramətlər dini xurafatdan, 
rəvayətlərdən çox-çox uzaq kəramətlər idi. 
Çünki gerçəklikdən ibarət idi bu kəramətlər. 
Ən başlıcası isə camaatın gözləri qarşısında baş 
verirdi.
Bir gün Bəbir adlı bir kənd sakini ilə yol 
gedirmiş Mirkazım ağa. Həmin vaxtlar hava 
da çox quraqlıq keçirmiş. Əkin-biçin adamları 
çox pəjmürdə imişlər. Bəbir kişi seyidə: “Ağa, 
cəddini çağır, Ulu Tanrıya dua et, bir yağış 
yağsın. Mən dəmyə taxıl  əkmişəm”.
Mirkazım ağa üzünü qibləyə tərəf çevirib: 
“Ya Allah” deyərək dua edir. Onlar qayıdıb 
kəndə çatana kimi Tanrı öz mərhəmət yağışını 
yağdırır. Taxıl zəmiləri, bağlar, bostanlar su 
içir bu mərhəmət yağışından. Bu hadisənin 
canlı  şahidi olan Bəbir kişi çox heyrətlənir. 
Evinə gedir və  həyətindəki heyvanlardan 
birini Mirkazım ağaya nəzir aparır. Həyətə 


Sədərəyin  Seyidlər ocağı
23
daxil olarkən Mirkazım ağanın ibadətlə məşğul 
olduğunu görür. İbadətini başa vuran ağa Bəbir 
kişiyə: “Bəbir kişi, heyvanı kəs, qoy qanı yağışın 
suyuna qarışsın ki, yağış kəssin” deyə müraciət 
edir. Bəbir kişi heyvanı  kəsib, soyur və  Ağaya 
təhvil verib getmək istəyəndə ağa: “O ətdən bir 
bişimlik saxla və qalanını isə  uşaqlarına apar” 
deyir.
İman və  əmanətdarlıq, sədaqət və ixlas din 
qardaşı yolunda canından keçmək, gözəl rəftar, 
özü üçün sevdiklərini müsəlman qardaş-bacıları 
üçün də istəmək dinin təməl prinsiplərindən 
hesab olunur.
Məhz Mirkazım ağa da bu cür din 
adamlarından, dəyərli övliyalarımızdan  bi  ri  idi. 
Necə ki, Peyğəmbəri Əkrəm bu yurmuşdur: “Din 
möminin silahı, di nin sütunu, yer və göylərin 
nurudur”. Bu ba xımdan dua etmək, Allahla raz-
niyaz etmək ağanın əsas xüsusiyyətlərindən idi.
Mirkazım ağanın  ən böyük, yaddaqalan 
və heç vaxt unudulmayacaq, dünya durduqca 
böyük sevgi və sayğılarla xatırlanacaq, yad 
ediləcək kəramətlərindən biri barədə bəhs etmək 
istəyirik.
Mirkazım ağanın Mirbağır adlı qardaşı 
vardı. O dövrlərdə ticarətlə  məşğul olduğun-
dan Mirbağır ağa tez-tez dəvə karvanları ilə 
qonşu dövlətlərə alış-verişə gedərdi. Qonşu 
dövlətlərdən satılıq mallar gətirər, qazancından 


              Hacı Mirfazil 
24
kasıb-kusuba yardımını da əsirgəməzdi.
Bu səfərlərin birində  məscidə namaz 
qılmağa gedən Mirbağır ağa namaz bitdikdən 
sonra bir ağsaqqalın bir qəribə duasını 
dinləməli olur. “Pərvərdigara, səni and verirəm 
öz izzət və calalına, bu günlərdə, bu dövlətdə 
insanlarımızı  məhv edən bu taun xəstəliyini 
Sədərək kəndinə göndər”.
Bu qəribə duadan sonra hamı, eləcə  də 
Mirbağır ağa heyrət içində donub qalır. Özü-
nə gəldikdən sonra həmin dua edən ağsaqqala 
yanaşır: “Bu Sədərək eli-obası, Sədərək camaatı 
sizə neyləyib ki, bu bədduanı elədiniz, bur-
dakı  bəlanın o kəndə getməyini istədiniz Ulu 
Tanrıdan”  – deyə soruşur.
Ağsaqqal Mirbağır ağaya üz tutub deyir: 
“Oğul, Sədərək mahalı ki var, bax orada Qara 
Seyidin övladları yaşayır. Onlar da, o torpaqlar 
da çox müqəddəsdilər. Həm də  Sədərək 
İmam Rza (ə.s.) vəqfinə aiddir. Kərbəlayi Qara 
Seyidin övladları, qohumları, o kəndin nurani 
ağsaqqalları, dindarları bu bəlanın qarşısını 
almaq üçün bir çarə, bir əlac taparlar mütləq”.
Kərbəlayi Mirbağır ağa işin nə yerdə 
olduğunu anlayır, alış-verişini başa çatdırır, 
yüklü dəvələrlə yola düzəlir. Üzü Vətənə – 
Sədərəyə doğru.


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə