Kemaleddin yeni 60-90. indd


Sədərəyin  Seyidlər ocağı



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   2   3   4   5   6   7   8   9   ...   28

Sədərəyin  Seyidlər ocağı
25
Evə çatanda Mirbağır ağa qardaşı Mir-
kazım ağanı soruşur. Anası: “Ay oğul, ağa oğlu 
Mirbaba ilə  məscidə, namaz qılmağa getdi” – 
deyir. Mirbağır ağa da öz ətrafı ilə məscidə gedir 
və Mirkazım ağanın məscidin həyətində uca 
bir yerə  çıxıb,  əllərini göyə açaraq dua etdiyini 
görür. Mirkazım ağa: “Camaat, siz şahid olun 
ki, Allahın hüzurunda mən özümü və bax bu 
oğlumu bu kəndin camaatına qurban deyirəm. 
Qoy Allah-təala bizim duamızı  qəbul etsin və 
kənddən bu bəlanı uzaq eləsin” – deyib, oğlu 
ilə  məscidin içərisinə daxil olurlar. İki rükət 
hacət namazı  qılırlar... Bir azdan Mirbağır ağa 
və məscidin həyətindəki adamlar məscidə daxil 
olurlar. Ata və oğulun elə bir yerdə, səcdədə öz 
dünyalarını  dəyişdiklərini, haqqın dərgahına 
qovuşduqlarını görürlər. Mirbağır ağa o 
ağsaqqalın duasını xatırlayır...
Mirkazım ağanın və övladının uğruna 
qurban getdikləri bəla kənddə neçə günlərdi 
insan ölümlərinə yol açan vəba xəstəliyi 
idi. Demək olar ki, hər gün 15-20 adam bu 
xəstəlikdən dünyasını  dəyişirmiş. Kəndin 3 
qəbiristanlığında mollalar ölüləri dəfn-kəfn 
edib çatdıra bilmirmişlər. Ölü sahibləri də 
ölüləri özləri yuyub qəbiristanlığa gətirirmişlər. 
Demək olar mollalar qəbiristanlıqdan evə  gələ 
bilmirmişlər.
Mirkazım ağanın və övladının ölümüylə 


              Hacı Mirfazil 
26
kənddə bu xəstəliyə son qoyulur və bu xəstə-
likdən ölən olmur. Camaat yığılıb Mirkazım 
ağanı  və  oğlu Mirbabanı elə  məscidin hə-
yətindəcə dəfn edirlər. O gündən ta bügünəcən 
Sədərək məscidinin həyətində  dəfn olunmuş 
ağaların qəbirləri  əsl ziyarət yerinə çevrilib. 
El-oba yolunda, camaat uğrunda özlərini 
qurban verən bu övliyaların kəndin Qurbanlı 
məscidində  qəbirləri üzərində o müqəddəs 
seyid ocağının layiqli varisləri – xüsusən də 
onların kötücəsi sayılan Mircalal ağanın oğlu 
Hacı Fazil tərəfindən möhtəşəm bir abidə 
– kompleks ucalıb, öz möhtəşəmliyi ilə göz 
oxşayır. Böyük tarixi bir abidəyə çevrilib.
İmam  Əli (ə.s.) buyurur: “Din möminlər 
üçün alınmaz qala, möhkəm zireh, hifzedici 
bir sipərdir. Hər vaxt bağlı qapını çox döysən, 
onu yəqin bil ki, axır bir gün qapı sənin üzünə 
açılacaq” (Üsuli Kafi, 2-ci cild, səh-214).
Necə ki, Peyğəmbəri  Əkrəm belə bu-
yurmuşdur:  “Ən fəzilətli ibadət duadır. Yer 
üzündə Allah üçün təqdim olunan ən sevimli 
əməl duadır. Dua xoşagəlməz hadisələri, bəlanı 
dəf edir, hər bir dərdin dərmanıdır”.
Belə bir bəlalı gündə Mirkazım ağanın 
duası da məhz Peyğəmbər  əfəndimizin 
vurğuladığı dualardan idi. Ağanın  ən yad-
daqalan, unudulmayan, sevə-sevə xatırlanan 
bu kəraməti doğrudan da heyrət doğuracaq 


Sədərəyin  Seyidlər ocağı
27
bir kəramət idi. Əsrlər keçəcək, Qurbanlı  məs-
cidindəki qəbirlər, o qəbirlərdə uyuyan öv 
li-
yaların xatirəsi o möhtəşəm abidə insanların 
qürur yeri, iftixar yeri, iman yeri kimi yaşayacaq. 
Sədərək Seyidlər ocağının müqəddəsliyini 
əsrlərdən  əsrlərə ötürəcək bu hadisə, bu abidə.
İlahi, sən pak və müəzzəmsən. Heç nəyi batil 
yerə xəlq etməmisən. Mirkazım ağanın və onun 
övladının bu kəraməti bizim el məclislərimizdə 
tez-tez xatırlanır. Bir yas məscidində idim. 
Balaca qardaşım Miryaqub da mənim yanımda 
oturmuşdu. Məclisin aparıcısı Molla Hacı  Xəlil 
bu möhtəşəm tarixi hadisəni bir daha xatırlatdı. 
Bizim yaxınlığımızda  əyləşən həmkəndlimiz 
Hacı  İslam dedi ki, mənim babam İsmayıl kişi 
123 il yaşayıb. Ona kənddə  Şatırlının  İsmayılı 
deyirdilər. Babam atam Cəbrayıla o taun xəs-
təliyi haqqında danışarmış. Çünki İsmayıl 
babam bu hadisənin canlı şahidi olmuşdu. Kənd 
camaatının qəbir qazıb çatdıra bilmədiklərini, 
cənazəni aparmağa adam çatmadığını xa-
tırlayırmış babam İsmayıl. Bu övliyaların 
doğrudan Allahın  əsl dostları olduqlarını 
vurğulayırmış. Sədərəkdəki Seyidlər ocağının 
elə buna görə çox müqəddəs bir ocaq olduğu 
barədə danışarmış  Şatırlı  İsmayıl.
Allah-təala öz müqəddəs kitabı Qurani-
Kərimdə belə buyurur: “Biz onun duasını qəbul 
etdik və onu qəmdən qurtardıq. Biz imam əhlinə 


              Hacı Mirfazil 
28
belə nicat verərik”. (Ənbiya surəsi, 88-ci ayə)
Bəli, doğrudan da Kərbəlayı Mirkazım 
ağanın duası o gün Sədərək camaatını böyük 
bir bəladan qurtardı. O, öz imanı, əqidəsi ilə bir 
daha sübut etdi ki, o, əsl bir övliya idi.
Həzrət  Əli (ə.s.) belə buyurur:  “İzzət 
istəyirsənsə onu Allaha ibadətdə axtar”.
Mirbabanın iki oğlu olub – Yasin və  İzzət 
ağalar. Yasin Böyük Vətən müharibəsi illərində 
müharibəyə getmiş  və geri qayıtmamışdır. 


Sədərəyin  Seyidlər ocağı
29
.


              Hacı Mirfazil 
30
* * *
K
K
ərbəlayi Mirbaba ağanın böyük oğlu 
İz zət ağa 1895-ci ildə  Sədərəkdə, Se-
yid lər ocağında dünyaya gəlib.  İzzət ağanın 
do ğulması babası Mirkazım ağanı  və bütün 
ailəni, qohumları çox sevdirmişdir. Elə onun 
adını da babası Mirkazım ağa qoymuşdur. İzzət 
bu gözəl ocaqda, bu mömin ailədə böyüyür. 
Atasından, babasından  ədəb-ərkan, gözəl 
tərbiyə alır. Dinin incəliklərini öyrənir.  İzzət 
ağa elə yeniyetmə yaşlarından namaz qılmağa 
başlayır. Oruc tutur, məscidə gedir. Onun 
həyatı çox keşməkeşli keçib. Ən çətin vaxtları 
isə Sədərək kəndində baş verən taun xəstəliyi 
dövrlərində olub. O vaxt İzzət ağanın altı yaşı 
var imiş. Bu xəstəlik, müsibət, bu bəla bir çox 
insanların həyatını, qaraltdığı kimi İzzət ağanın 
da həyatında ağır və  kədərli iz buraxmış, ağa 
hələ uşaq ikən öz əzizlərini – atasını və sevimli 
babasını itirmişdir. Bu itkilər onunçün nə qədər 
ağır olsa da, bir kamil insan kimi yetişməsində 
də az rol oynamamışdır. Ağa böyüdükcə olub-
keçənləri, o tarixi hadisələri daha dərindən 
dərk edir, atası Mirbaba, babası Mirkazım 
ağayla qürur duyurdu, fəxr edirdi. Çünki 
onlar bu el-oba, bu insanlar uğrunda öz şirin 
canlarını  fəda etmişdilər, qurban vermişdilər. 


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə