Kemaleddin yeni 60-90. indd


Sədərəyin  Seyidlər ocağı



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   2   3   4   5   6   7   8   9   10   ...   28

Sədərəyin  Seyidlər ocağı
31
Qürur duyurdu, fəxr edirdi ona görə ki, bu cür 
övliyaların övladıdır və damarlarında məhz bu 
müqəddəs insanların qanı axır.  İzzət ağa yaxşı 
bilirdi ki, onun atası  və babası Allahın həqiqi, 
pak varlığına ibadət ediblər və elə buna görə də 
onların duaları müstəcəb olub – şəhid olublar. 
Necə ki, İmam Hüseyn (ə.s.) həqiqi ibadət barədə 
belə buyurur: “Həqiqətən də dünyada bir dəstə 
camaat behiştə getmək üçün behişt eşqinə Allah-
təalaya ibadət edirlər. Belə ibadət tacirlərin 
ibadətidir. Bir dəstə camaat var ki, cəhənnəm 
əzabının qorxusundan Allah-təalaya ibadət 
edirlər. Belə ibadətlər də nökərlərin ibadətidir. 
Bir dəstə camaat da vardır ki, Allah-təalanın ona 
verdiyi saysız-hesabsız nemətlərin qarşısında 
şükr etmək üçün və bir də Allahın həqiqi varlığına 
görə ibadət edərlər. Bu ibadət azad və mərifətli 
insanların ibadətidir.  İbadətlərin bəyənilmişi, 
gözəli belə ibadətdir”.
Bəli,  İzzət ağa ona görə  fəxr edirdi, qürur 
duyurdu ki, onun atası Mirbaba və babası 
Mirkazım ağa məhz cəddimiz  İmam Hüseyn 
(ə.s.) buyurduğu, işarə etdiyi azad, mərifətli 
insanlardan olublar ki, həqq-təala onların 
duasını qəbul edib, doğulduqları kəndi, onların 
adamlarını böyük bəladan xilas edib. Neçə-
neçə körpələrin, cavanların, qarıların, qocaların 
ölümünün qarşısını alıb.
Bu gün o amansız taun xəstəliyinin cay-


              Hacı Mirfazil 
32
naq larından qurtaran insanlardan doğub-
törəyən, dünyaya gələn Sədərək camaatının o 
müqəddəs seyidlərə bir minnətdarlıq, şükranlıq 
borcları var. Bu borc o müqəddəslərin ruhuna 
böyük ehtirama, sayğıya, sevgiyə, məhəbbətə 
dönüb bütün sədərəklilərin arasında. Bütün 
sədərəklilər o müqəddəsləri, övliyaları bu 
gün də  dərin ehtiramla xatırlamaqda, yada 
salmaqda və sevib-sevələməkdədirlər. 
Peyğəmbər  əfən dimiz  (ə.s.v.) necə  də gö-
zəl buyurub: “Bütün yaxşılıqlardan üstün 
bir yaxşılıq vardır.  İnsan Allah yolunda 
öldürüldükdə, daha bundan da üstün yaxşılıq 
yoxdur”.
İzzət ağa da öz ulu babaları kimi çox 
mömin, dindar, həm də kəramətli seyidlərdən 
olub. Onun bir çox kəramətli  əhvalatları var.
Qərbi Azərbaycanın Masis rayonunun 
Zəh mətli kənd sakini Cəfər kişi bir gün çox 
ağır surətdə  xəstələnir. Yeri gəlmişkən, el 
arasında ona Qoluyox Cəfər deyirmişlər.
Övladları  Cəfər kişini o həkim qalmır 
ki, aparmasınlar. Heç yerdən lazımi nəticə 
almadıqlarından kişini məcburən evə gətirirlər 
ki, öz evində rahatca ölsün barı.
Sonralar Cəfər kişi özü danışırmış ki, ha-
lım günü-gündən pisləşirdi. Özümü getdikcə 
pis hiss edirdim. Artıq bütün ümidlərim 
kəsilmişdi...


Sədərəyin  Seyidlər ocağı
33
Bu gün necə oldu heç özüm də bilmə dim. 
Bilmədim ki, yuxuda idim, yoxsa ayıq idim, 
ancaq onu dəqiq bilirəm ki, mənə deyirlər: 
“Cəfər, sən cümə günü ayaga qalx və get İrəvana, 
orada Qara bazarın arxasında dayanacaqda 
gözlə. Avtobusdan bir kişi düşəcək. Onun əlində 
bir bağlama olacaq. Sən ona heç nə demə. Onun 
ardınca get. O, Mustafa adlı bir kişinin evinə 
girəcək, sən də onun ardınca o evə girərsən. 
Həmin kişi özü ilə  gətirdiyi bağlamanı açacaq. 
O, bağlamadan çörək, üzüm və  ət qovurması 
çıxaracaq. Sən o ağadan icazə al. Əgər icazə 
versə o yeməkdən yeyərsən. Elə  sənin  şəfaətin 
o yeməkdədir”. Cəfər kişi ona deyilənləri edir. 
O, cümə günü gedib həmin yerdə gözləyir. 
Bir də görür ki, avtobusdan bir kişi düşdü, 
başında börk, əlində bağlama. O, yəqin bilir ki, 
ona deyilən adamdı  və onun arxasınca düşür. 
Görür ki, o, Mustafagilə  gəlir.  İcazə alıb içəri 
keçir. Görür ki, İzzət ağa bağlamanı açdı və ona 
deyilən nemətləri süfrəyə düzdü. Bunu görən 
Cəfər kişiyə lap yəqin olur ki, elə mənə deyilən 
adam bu imiş. O, İzzət ağadan icazə alır. Ağa da 
öz növbəsində ona deyir ki: “Cəfər kişi, bu halal 
tikədən ye. Bu sənin qismətindir”. Cəfər kişi çox 
təəccüblənir. Axı onu İzzət ağa hardan tanıyırdı? 
Bu sual onun fikrini qarışdırır. Bunu görən 
İzzət ağa ona deyir ki: “Mənə yuxuda sənin kim 
olduğunu deyiblər. Elə ona görə  də  gəlmişəm. 


              Hacı Mirfazil 
34
Sən  əməli-saleh müsəlmansan ki, bu Allahın 
lütfü sənə qismət olub. Sənə bizim ocağımızın 
kəraməti ilə  şəfa verilib”. Bu hadisədən sonra 
Cəfər kişi sağalır və  hər vaxt Sədərəyə  gəlib 
İzzət ağanı  və onun ocağını ziyarət edərmiş. 
Hətta o, öz nəvələrindən birini İzzət ağanın 
qucağına qoyub kirvəlik ediblər.
İzzət ağa həqiqi bir mömin kimi yaxşı 
bilirdi ki, insanı ibadətdə güclü edən onun 
könlündəki ilahi eşqdir. Əgər bir insan Allaha 
doğrudan da ibadət etmək arzusunda olsa 
və bu yolda müqavimət göstərsə  şübhəsiz ki, 
müvəffəq olar. Ən  əsası odur ki, insan bunu 
qəlbən istəsin və bu yolda bütün zəhmətlərə 
qatlaşsın. Bu yolda çəkilən zəhmətlər, gözəl və 
saleh əməllər nəticəsində, Allaha yaxınlaşaraq 
tədricən aradakı hicabları qaldırmaq olar. Və 
qaranlıq hicablar götürülər və onun əvəzində 
insanın nuraniyyəti artar. Bütün bunların 
təməli isə ilahi eşqdir.  Əziz Peyğəmbərimiz 
(s.ə.v) bu haqda belə buyurub:  “İmanın  ən 
yaxşısı, fəzilətlisi, qiymətlisi odur ki, şəxs 
harda olursa olsun, yəqin bilsin ki, Allah-təala 
onunladır”.
İzzət ağa yəqin bilirdi ki, insanın Allaha 
olan imanını, eşqini, məhəbbətini artırmaq 
üçün onun verdiyi sonsuz nemətləri barədə 
düşünməlidir. Maddi nemətlərlə yanaşı, 
mənəvi nemətləri də xatırlamalıdır. Mərifətli 
insanlar üçün mənəvi nemətlər maddi ne-


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə