Kemaleddin yeni 60-90. indd


Sədərəyin  Seyidlər ocağı



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

Sədərəyin  Seyidlər ocağı
35
mətlərdən qat-qat üstündür. Allaha yaxın 
insanlar mənəvi nemətlərdən daha çox ləzzət 
alırlar. İzzət ağa yəqin bilirdi ki, onu da bilmək 
lazımdır ki, Allah-təala öz yaratdığı bəndələrinə 
qarşı çox mehribandır və onlarla mərhəmətli 
rəftar edir. Çünki onun rəhməti hər  şeyi  əhatə 
edir. O, öz bəndələrinə Peyğəmbərlər vasitəsi 
ilə  hətta Allahla necə danışmaq da öyrədir. 
Namazda xəyalımız kənara uçarkən bu xəyalı 
geri -özümüzə qaytaran da odur. Çünki 
namazın özü mərifətin mərkəzidir. Zəhmət 
çəkib qəflətdən qurtarıb Allaha qarşı diqqətli 
olmaq üçün müxtəlif yollar var. Bu şərafətli 
yollar insanı  mərifətə, həqiqətin kəşfinə aparır. 
Namazda müti (təslim) olmaq istəyiriksə, yenə 
də  sığınıb bizi qəflətdən oyatmağını istəyirik. 
Qəlbimizi özünə qarşı müti et. Namazlarımızı 
Sənə xuşi ilə ibadət edənlərin namazlarından 
qərar ver. Bizləri bağışla və bizləri Muhəmməd 
və Ali Muhəmmədin yolunda sabit qədəm et. 
Səni and veririk on dörd Məhsuma ki, bizim 
dualarımızı  qəbul et. Amin!”
İzzət ağa 1976-cı ildə  Sədərək kəndində 
vəfat etmişdir. Allah rəhmət eləsin.  İzzət 
ağanın dörd oğlu, iki qızı olmuşdur. Böyük 
oğlu Hidayət, Hüseyn, Səyyad və Yavər, qızları 
Nənə  və Gümüş. Hidayətin üç oğlu olmuşdur: 
Baba, Həsən və Qamət. Mirhüseynin dörd 
övladı olmuşdur. Böyük oğlu Rza, İlqar, Oqtay 


              Hacı Mirfazil 
36
və Müşfiq. Səyyadın övladı olmamış  və  gənc 
yaşlarında rəhmətə getmişdir. Yavərin isə iki 
övladı olmuşdur: Dilavər və Əfqan. İzzət ağanın 
qız nəvəsi Rəşid, Bayram və Elxan. İzzət ağanın 
nəticələrindən Hidayət, Vüsal, Cavid, Tural, 
İmran, Emil, İzzət, Səyyad, Elvin, Yasin, Orxan, 
Elcan, və Mirşahin. Bu Kərbəlayi Mirbaba ağa 
tərəfindən davam etdirilən nəsildir.


Sədərəyin  Seyidlər ocağı
37
* * *
22
000-ci ilin mart ayı idi. Mən Həcc zi-
yarətindən qayıtdıqdan sonra Sədərəyə 
get mişdim. Günorta vaxtı idi. Azan oxunurdu. 
Mən məscidə getdim. Kənd camaatı, möminlər 
səf-səf oturmuşdular. Hamı Molla Sadığı 
gözləyirdi ki, namaza başlasın. Mən salam verib 
arxa cərgədə oturmaq istədim. Rəhmətlik Molla 
Sadıq bunu görüb mənə tərəf dönüb dedi: “Hacı, 
Seyidin balası, sən gəl bura. Bura sənin yerindir”. 
Əvvəla mən başa düşmədim və cavab verdim 
ki, məscidin içinin nə fərqi var, ya orada namaz 
qılmış, ya burada. Onsuz da biz hamımız Allahın 
evindəyik. Ancaq Sadıq  əmi mənim yanıma 
gəldi və qolumdan tutub məni apardı mehrabın 
sol tərəfindəki boş yerdə  əyləşdirdi. Mən buna 
görə çox utandım. Axı  məsciddə  ağsaqqallar 
var idi. Özü də o ağsaqqallar ki, atam Mircalalın 
dostları idi - Nəsib əmi, Bayram kişi, Qadir əmi 
və s. Molla Sadıq namaza başladı, biz namazları 
onunla bir yerdə qılıb qurtardıq. Sadıq əmi arif 
insan idi. O, mənim utandığımı hiss etmişdi. 
Namazı qurtarıb dua edirdik. Növbə  gəldi ata-
oğul, yəni Kərbəlayi Mirkazım ağa və onun 
oğlu Mirbaba haqqında ki, onların ruhuna 
dualar dedilər. Yeri gəlmişkən deyim ki, bu gün 
olduğu kimi, həmişə  məsciddə onların ruhuna 
hər namazdan sonra dualar oxunur. Sadıq  əmi 


              Hacı Mirfazil 
38
dedi ki: “Ay Seyidin oğlu, bilirsən səni niyə 
orada oturtdum?”. Mən ona cavab verməmiş 
özü sözünə davam etdi: - Ona görə ki, o vaxt 
Sədərək kəndində taun xəstəliyi baş verəndə 
məhz Kərbəlayi Mirkazım ağa həyətdə dua 
oxuduqdan sonra məscidin içinə keçir və məhz 
bu yerdə mehrabın önündə niyyət edib 2 rükət 
hacət namazı  qılıb, alnı  səcdədə  rəbbinə dua 
edir: “Pərvərdigara, mən özümü və oğlumu o 
məsum körpələrə və ağzı dualı ağbirçək analara 
qurban deyirəm. Səni and verirəm ikimizin 
arasında olan dostluğa, duamı qəbul etməyincə 
səcdədən qalxmaram. İlahi, bu kənddən bu 
bəlanı götür. Məni və  oğlumu bu camaatın 
yolunda öz dərgahına apar”. Kərbəlayi 
Mirkazım ağanın duası çox uzun çəkir. Bunu 
görən qardaşı Mirbağır ağa məscidə daxil 
olub Mirkazım ağanı  hələ  də  səcdədə görüb 
təəccüblənir və yaxınlaşıb qardaşını qaldırmaq 
istəyir. Ona toxunub hiss edir ki, qardaşı 
çoxdan ruhunu canından çox sevdiyi Rəbbinə 
təslim etmişdi. Mirkazım ağanı  məscidin 
eyvanına çıxarırlar. Ağsaqqallar belə məsləhət 
edirlər ki, ağanı elə məscidin həyətində də dəfn 
etsinlər. Ağa ölən sonuncu sədərəkli olur. Allah 
sanki möcüzəsi ilə insanları böyük bir imtahan 
sınağından çıxarırdı. Mirkazım ağanın ölümü 
bu müqəddəs Seyid ocağının möcüzələrindən 
biri və  ən yadda qalanı idi. Çünki cəddi 


Sədərəyin  Seyidlər ocağı
39
İmam Hüseyn (ə.s.) öz şirin canını, övladlarını, 
əhsabını, qardaşlarını sevdiyi Rəbbinə  təslim 
edərkən demişdi:  “Əgər cəddim Məhəmmədin 
dini mənim qanımla ayaqda qalacaqsa ey iti 
qılınclar doğrayın məni”. Mirkazım ağa cəddini 
getdiyi yolu anbaan izləyirdi. Onun üçün Rəbbinə 
qovuşmaq daha şirin idi. Ağa İmam Hüseyn (ə.s.) 
məktəbini öyrənib onun yaşam tərzini özünə 
örnək seçmişdi. Onun duası bu yerdə qəbul olub. 
İbadət təkcə ilahi məsuliyyətdən qurtarmaq 
deyil.  İbadət vasitəsi ilə  ağıl yetkinləşir.  İnsan 
vücudunda qüvvələr tarazlanır.  İbadət insan 
ruhunu maddi bulaşıqlardan təmizləyir. Riyasız 
yerinə yetirilən ibadət  ən üstün ibadət sayılır. 
İbadət sırf Allaha görə olduqda insanda təqva 
sifəti yaranır”.
O vaxtdan bu günə kimi bu yerdə  kənd 
camaatından heç kəs namaz qılmır. Ehtiram 
olaraq, bu yerdə ancaq Mirkazım ağanın oğlu 
Mirağa ağa, ondan sonra Mirağanın oğlu 
Miryaqub ağa, ondan sonra atan Mircalal, 
ondan sonra Səttar ağa bu yerdə namaz qılıb. 
Necə ki, cəddiniz  İmam Baqir (ə.s.) buyurub 
ki:  “Allah yanında  ən sevimli iş namazdır və 
o, Peyğəmbərlərin insanlara son tövsiyəsidir”. 
Bir sözlə, bu yerdə ancaq siz seyidlərə ehtiram 
olaraq siz namaz qılırsınız, bu gün isə  sənin 
növbəndir. Bu ənənə bu gün də davam edir. Yenə 
hər namazdan sonra ata-oğula, yəni Mirkazım 


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə