Kemaleddin yeni 60-90. indd



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

              Hacı Mirfazil 
40
ağaya, Mirbaba ağaya dualar oxunur. “Allah-
təala! Bu müqəddəs seyidlərin hörməti 
xatirinə torpaqlarımız düşmən tapdağından 
azad olsun. Silaha bir daha ehtiyac olmasın. 
Cəddiniz Peyğəmbər xatirinə! Amin!”.
Məhəmməd Peyğəmbər (s.ə.v) buyur-
muşdur:    “Ana öz övladını süd ilə qidalan-
dırdığı kimi, Allah da öz mömin bəndələrini 
bəla və  çətinliklərlə qidalandırır”.


Sədərəyin  Seyidlər ocağı
41
* * *
K
K
ərbəlayi Mirkazım ağanın ikinci övladı 
Mirağadır. O, çox təqvalı  və  kəramətli 
seyidlərdən olmuşdur. O, zəmanəsinin həm də 
din alimi idi. Mirağa ağa çox gözəl əxlaq sahibi 
idi. O, insanlara dini məsələləri izah edib, dərslər 
verirmiş. Allaha həqiqi ibadət edən  şəxslər 
Allahın varlığına, qiyamət gününə inanır və 
onlar bilirlər ki, Allah-təala və bütün hesabsız 
nemətləri həqsiz, minnətsiz onun ixtiyarında 
qərar verib. Bu cür insanlar yaxşı başa düşürlər 
ki, nemət sahibinə  təşəkkür etmək lazımdır. 
Bu cür insanlar onu da bilirlər ki, nemət sahibi 
bu nemətlərin hesabını  çəkəcək. Buna görə  də 
özünü məxluq bilən hər bir şəxs Xaliq qarşısında 
özünü zəlil və aciz hesab edir. Allaha həqiqi iman 
gətirən mömin insanların istər çətinliyi olsun, ya 
olmasın, hacəti qəbul olsun, ya olmasın, Allaha 
həmişə  eşqlə ibadət edib ona sığınar.  İbadətin 
ilkin  şərti eşqdir.  Əgər eşq olmasa heç nə  əldə 
etmək olmaz. İnsanın uca rəbbinə olan eşqi onun 
daim başını ucaldır. İnsanın Yaradanına olan eşqi 
onun imanı ilə ölçülür. Nə qədər eşqi, sevgisi çox 
olsa, bir o qədər imanı kamil olur. Bəzən elə olur 
ki, bir insan gözəl elm öyrənsin, hər  şeyi kamil 
bilsin. Amma ona qarşı eşqi olmasa, bu onun heç 
dadına çatmaz. Bəzən də elə olur ki, bir insan 
heç bir elmi savadı olmur, amma uca xaliqinə 


              Hacı Mirfazil 
42
çox böyük eşqi olur, onun verdiyi nemətləri 
daim yad edir və nemətlərinin qarşısında daim 
şükürlü olur. Bu onun nicatı olur. Bunların 
hər ikisindən o yaxşıdır ki, həm elmin ola, 
həm eşqin ola, bu bütün sahələrdə belədir. 
Məsələn, əgər bir şair öz şeirini eşqlə yazmasa, 
onun heç bir təsiri olmur. Əgər  şair bir şeiri 
eşqlə yazanda onun şeiri illərlə yadda qalır. 
Məsələn, Məhəmməd Füzulini belə böyük 
şair edən onun eşqidir.  İnsanın imanı, eşqi 
olarsa, öz işində məsuliyyət hiss edəcəkdir. Öz 
vəzifəsini yaxşı biləcək, vəzifəsini yaxşı yerinə 
yetirəcək, öz işində güzəştə gedəcəkdir. Öz 
daxilində əməllərini izləyən mənəvi bir keşikçi 
hiss edəcəkdir.
Məhz Kərbəlayi Mirağa ağa öz daxilində 
uca rəbbinə eşqlə ibadət edir, əməllərini daim 
izləyirdi. Mirağa ağa gənc yaşlarənda bir 
dağın mağarasına çəkilmiş  və 40 gün orada 
qalıb gündüzləri oruc tutub, gecələri namaz 
qılacağına özünə söz vermişdir. Lakin 38 gün 
orada qaldıqdan sonra qorxmuş, xoflanmış və 
kəndə qayıdacağını  qərara almışdır. O, yolda 
gedərkən dağların arasında üç nəfərlə qarşılaşır. 
Mirağa ağa bunları tanımadığından kənardan 
keçmək istəyir. Lakin o üç nəfər ağanı öz adı 
ilə çağırır. Ağa isə  təəccüblə bunların yanına 
tərəf gedir. Onlar ağanı süfrəyə  dəvət edirlər. 
Mirağa ağa zənn edir ki, seyid olduğu üçün 


Sədərəyin  Seyidlər ocağı
43
bu insanlar onu tanıyırlar, ancaq nə bilsin ki, 
bu ilahi tərəfdən ona göndərilən bir imtahandır. 
Onlar ağanı yeməyə  dəvət edirlər. Süfrəyə  ağ 
tikə ətlər qoyurlar. Mirağa ağa bu yeməklərdən 
ehtiyat edir. Onlar ağaya deyirlər: “Bu ətlər ağ 
ilanın  ətidir”. Bunu bilən ağa süfrədən  əlini 
çəkir. Onlar süfrəni yığışdırdıqdan sonra ağaya 
deyirlər: “Sən 38 gündür mağarada qalırsan elm 
öyrənəsən, ancaq bu ətlərdən bir tikə yesəydin 
istədiyin şey sənə veriləcəkdi”. Bunu eşidən ağa 
çox məyus olur, dönüb atına tərəf baxır görür ki, 
heç kəs yoxdur. Bundan sonra ağa evə qayıdır. 
İmam Əli (ə.s) belə buyurur: “İnsanların ən 
bəsirətlisi öz eyiblərini görən və öz günahlarından 
əl çəkən şəxsdir”.
Mirağa ağanın  ən böyük kəramətlərindən 
biri də  kəndin çayxanasında baş vermişdir. 
Günlərin bir günü Mirağa ağa çayxanada oturub 
söhbət edirdi, birdən ağa sağ əlini göyə qaldırır. 
Oturduğu yerdən Ağrı dağına tərəf dönüb deyir: 
“Allah sən saxla”. Bu kəlməni üç dəfə  təkrar 
edir. Bunu görən  ətrafdakı insanlar ağaya tərəf 
təəccüblə baxırlar. “Sənə nə oldu, sənə nə oldu” 
– deyərək narahat olurlar. Mirağa ağa camaata 
xitab edərək deyir: “Ey insanlar bu Ağrı dağının 
o biri tərəfində bir dəvə karvanı keçirdi. Axırıncı 
dəvənin ayağı sürüşürdü. Mən dedim: “Allah sən 
saxla”. Camaat bu sözlərdən çox təəccüblənir. 
Ancaq bilirlər ki, Mirağa ağa yalan danışan adam 


              Hacı Mirfazil 
44
deyil. 
Mirağa ağa camaatın çox təəccübləndiyini 
görüb camaata: “Ey insanlar, siz mənə 
inanmırsınızsa, sabah bu vaxt bura gəlin. Mən 
öz sözümü sizə isbat edəcəm” - deyir və evinə 
tərəf yola düşür. Bu xəbər camaat arasında çox 
tez yayılır. Səhəri gün hamı kəndin mərkəzinə 
axışır. Ağa da evindən çıxıb kəndin mərkəzinə 
gəlir. Ağa gəlib bir stolda əyləşir. Kəndin 
mərkəzinə bir sakitlik çökür. Heç kəsdən səs 
çıxmır. Ağanın qarşısına bir stəkan çay qoyurlar. 
Bu dəmdə  kəndə bir atlı daxil olur. Atlının 
yüyənində də bir qoç. Bu qərib adam camaatla 
salamlaşıb deyir: “Bu eldə, bu obada ağır Seyid 
kimdi?” Bütün insanlar Mirağa ağanın üzünə 
baxıb heç nə demirlər. Ağa atlıya deyir: “Oğul, 
olanları sən danışırsan, yoxsa mən danışım?”. 
Atlı ağaya təəccüblə baxaraq deyir: “Necə yəni 
ağa, o nə deməkdir?”. Ordakı insanlar dünən 
ağanın danışıqlarını atlıya danışırlar. Atlı da 
and içərək deyir: “And olsun Allaha ki, mən 
dünən bu dağın  ən çətin yerindən keçirdim. 
Axırıncı dəvənin ayağı sürüşdü. Mən də elə bu 
eldə, bu obada olan ağır seyidin cəddinə nəzir 
dedim. Allaha şükürlər olsun ki, mən də, dəvə 
karvanı da sağ-salamatdı”. Ağa ayağa durub 
deyir: “O heyvanı  kəs və burdakı insanlara 
payla. Ey camaat, bilin ki, cəddim İmam Sadiq 
(ə.s) belə buyurub: “Allah-təala dünyada 


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə