Kənardan həYƏcanlanan generatorlarin enerji GÖSTƏRİCİLƏRİ khg-nin çıxış dövrəsinin enerji göstəriciləri



Yüklə 353,5 Kb.
tarix20.09.2018
ölçüsü353,5 Kb.
#69588
növüMühazirə


KƏNARDAN HƏYƏCANLANAN GENERATORLARIN ENERJİ GÖSTƏRİCİLƏRİ
KHG-nin çıxış dövrəsinin enerji göstəriciləri
İmpuls iş rejimlərinə baxaq.

Aktiv elementi ümumi emitterli sxem üzrə qoşulmuş KHG-nin işində iştirak edən əsas gərginlik və cərəyanlar şək. 1-də (mühazirə 2) göstərilmişdir:



,

burada – yük üzərindəki gərginlik; – kollektordakı gərginlik. Uyğun olaraq sərf olunan güc



,

burada - kollektorda səpələnən güc; - kollektor cərəyanının yükdə ayrılan harmo­nikalarının güclərinin cəmidir.

Gücləndirici kimi işləyən KHG (yük birinci harmonikanın tezliyinə köklənir) üçün:

, olduqda, və ,

burada - kollektor cərəyanının birinci harmonikasının tezliyinə köklənmiş yükdə ayrılan gücdür.

Bu ifadə güc gücləndiricisinin çıxış dövrəsinin energetik balansının yazılışıdır.

Yükü -ci harmonikanın tezliyinə köklənmiş tezlik vurucusu üçün:



, olduqda, və ,

burada - -ci harmonikanın yükdəki gücüdür.

Sonuncu ifadə tezlik vurucusunun çıxış dövrəsinin energetik balansının yazılışıdır.

КHG-nin çıxış dövrəsinin faydalı iş əmsalı (FİƏ)



burada - yükdə ayrılan rəqsi gücdür. Köklənmiş yük halında (gücləndirici üçün) və (tezlik vurucusu üçün).

Gücləndirici üçün

burada - yükdə dəyişən gərginliyin amplitudasıdır.

Kollektor cərəyanının birinci harmonikasının amplitudasının onun sabit təşkiledicisi­nin qiymətinə nisbəti çıxış cərəyanının forma əmsalı adlandırılır, yəni

Yükdəki dəyişən gərginliyin amplitudasının kollektor qida mənbəyinin gərginliyinə nisbəti tranzistorun kollektor gərginliyi üzrə istifadə əmsalı adlandırılır



.

Beləliklə,



,

və, uyğun olaraq, FİƏ ni artırmaq üçün çıxış cərəyanının və yükdəki gərginliyin dəyişən təşkiledicilərinin payını AE-nin çıxış dövrəsinin sabit təşkiledicilərinə nəzərən artırmaq zəruridir.



KHG-nin giriş dövrəsinin enerji göstəriciləri
Giriş dövrəsinin tərkibinə oyatma və sürüşmə dövrələri daxildir (şək. 1). AE-nin giriş gərginliyi sürüşmə və oyatma gərginliklərinin cəmi kimi tapılır:

.

Əgər pillə harmonik gərginliklə oyadılırsa, onda



,

burada - oyatma gərginliyinin amplitudasıdır, və



.

Əgər bərabərliyin hər iki tərəfini giriş (baza) cərəyanına vursaq və alınmış hasilləri yüksək tezlikli rəqsin dövrü həddində inteqrallasaq, alarıq



, (1)

burada - giriş elektrodunda (bazada) səpələnən güc; - sürüşmə mənbəyindən ayrılan güc; - oyadıcı gücdür.



,

burada - giriş cərəyanının sabit təşkiledicisi; - oyadıcı gərginlik və cərəyanın dəyişən təşkiledicilərinin amplitudalarıdır. KHG-nin giriş dövrəsinin energetik balansı (1) ifadəsi ilə yazılır. Bu ifadəni halında aşağıdakı kimi yazmaq olar:



,

burada – KHG-nin girişində siqnalın birinci harmonikasının gücüdür.

KHG-nin işinin effektivliyini tam qiymətləndirmək üçün faydalı siqnalın alınması ilə əlaqədar bütün itkiləri nəzərə almaq və tam FİƏ üçün düsturdan istifadə etmək lazımdır:

.

Adətən, tranzistor üzərində yığılmış KHG-nin faydalı iş əmsalı 70÷90% intervalında olur.



Aktiv elementin rejiminin gərginləşmə dərəcəsi
AE-nin elektrik rejimi anlayışı KHG-nin işinin öyrənilməsi, analizi və AE-nin işçi vəziyyətlərinin təsnifatı üçün daxil edilir. AE-nin elektrik rejiminə onun parametrləri onların qarşılıqlı əlaqəsi ilə daxil edilir. Elektrik rejimin xarakteristikalarından biri rejimin gərginləşmə dərəcəsidir. Bu parametr çıxış cərəyanı impulsunun təhrif olunma dərəcəsi ilə qiymətləndirilir. Rejimin gərginləşmə dərəcəsinin ədədi ölçüsü kimi kollektor gərginliyin­dən istifadə əmsalı götürülür. Çıxış (kollektor) cərəyanı impulsunun təhrifi AE-nin cəm cərəyanının elektrodlar arasında paylanması ilə əlaqədardır. Belə ki ümumi emitterli sxem üzrə qoşulmuş tranzistor üçün emitter cərəyanı kollektor və baza cərəyanları arasında paylanır (şək. 6).

Göstərilən əlamətlərin özünü büruzə vermə dərəcəsinə nəzərən AE-nin rejimlərini, gər­ginləşmə dərəcəsi üzrə dörd rejimə bölmək olar: Gərginləşməmiş1 (GMR), sərhəd (böh­ran)2 (SR), zəif gərginləşmiş3 və güclü gərginləşmiş4 (GR) rejimlər. Bu rejimlərin oblast­larını çıxış və keçid statiki xarakteristikaları üzərində daha aydın göstərmək olar (şək. 7).

Sərhəd rejimi xətti (SRX) çıxış statiki xarakteristikaları əyriləri ailəsinin ən böyük əyriliyə malik nöqtələrindən keçirilir. Ondan sağda GMR-ə uyğun oblast yerləşir. GMR kiçik giriş (verilmiş halda kiçik baza ) cərəyanları və çıxış cərəyanın çıxış gərginliyindən zəif asılılığı ilə xarakterizə olunur. Solda GR-ə uyğun oblast yerləşir. GR böyük giriş (verilmiş halda böyük baza ) cərəyanları və çıxış cərəyanın çıxış gərginliyindən güclü asılılığı ilə xarakterizə olunur. Sərhəd (böhran) rejimi keçid rejimidir. Beləliklə rejimlərin adları (gərginləşməmiş, gərginləşmiş) ən əvvəl giriş elektrodunda səpələnən gücün səviyyəsinə, giriş cərəyanının qiymətinə işarədirlər.

Çıxış cərəyanı impulsunun təhrif dərəcəsini AE-nin dinamiki xarakteristikalarının köməyi ilə nümayiş etdirmək olar. Bu xarakteristikalar yük olduğu şəraitdə bütün gərginliklərin dəyişməsi ilə çıxış elektrodunda cərəyanın necə dəyişməsini əks etdirir. Başqa sözlə dinamiki xarakteristika işçi nöqtənin AE-nin statiki xarakteristikaları üzərində rəqsin bir dövrü ərzində sürüşdüyü xətdir.

Şək. 8- də beş xarakterik dinamiki xarakteristika verilmişdir.


Dinamiki xarakteristika AB aktiv elementin sıfır yük müqavimətinə () uyğun­dur. Dinamiki xarakteristika AC gərginləşməmiş rejimə aiddir. Bu rejimdə çıxış cərəyanı impulsu kosinusoidal görünüş alır (şək. 8- də 1 əyrisi). Dinamiki xarakteristika AD sərhəd rejiminə aid olub, gərginləşməmiş rejimi gərginləşmiş rejimlərdən ayırır. Bu halda çıxış cərəyanı impulsunun yüksəkliyi yastılanmış olur (şək. 8- də 2 əyrisi). Dinamiki xarakteris­tika GEA zəif gərginləşmiş rejimə aiddir. Bu hala uçquna5 malik impuls (şək. 8- də 3 əyri­si) uyğun gəlir. Dinamiki xarakteristika HFA güclü gərginləşmiş rejimə aiddir. Bu halda impuls ikibuynuzlu görünüş (şək. 8- də 4 əyrisi) alır. Uçqun absis oxundan aşağıya, kol­lektor cərəyanının sıfır olduğu hissəyə düşür.

İmpulsun amplitudasının azalması və onda uçqunun yaranması, əvvəl deyildiyi kimi, baza cərəyanının artması hesabına kollektor cərəyanının kəskin azalması ilə əlaqədardır.

Gərginləşmiş rejimdə çıxış cərəyanı impulsunun formasını ifadə etmək üçün əlavə kəs­mə bucaqları daxil edilir: yuxarı və aşağı .




1 Rus: недонапряженный режим

2 Rus: граничный (критический) режим

3 Rus: слабоперенапряженный режим

5 Rus: провал


Yüklə 353,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə