Kənd orta məKTƏBİ



Yüklə 17,67 Kb.
tarix24.12.2017
ölçüsü17,67 Kb.
#17595
növüDərs

KƏND ORTA MƏKTƏBİ

1881-ci ildə Horadiz kəndində ilk savad məktəbi açılmışdır. Məktəbin açılmasında və fəaliyyət göstərməsində, maliyyə cəhətdən Cəbrayıl qəzasından gəlmiş Molla Məhəmmədin böyük əməyi olmuşdur. Çünki onun 2 qızı burda dərs alırdı. Məktəb indiki kənd məscidinin sol yan tərəfində olub və civirdən divarları hörülmüş, üstü isə qamışla döşənmiş çavıstanda yerləşirdi. Məktəbdə ilk dərslər dini dərs olub, həmin dərsi Molla Möhsün Xudaverdi oğlu Axundzadə deyib, qalan dərslər isə savad müəllimləri keçirmiş. Molla Möhsün dini qanunları mükəmməl bildiyinə görə həmişə kənd camaatı arasında böyük hörmətə sahib olub.

Bu məktəbdə oxumuş Seyid Şuşinskinin birbaşa maliyyə yardımı ilə 1904-cü ildə natamam “Rus-tatar” məktəbi açılıb.

Məktəbin tarixi haqqında Gürcüstan və Sank-Peterburq şəhər arxivlərində sənədlər var. Hal-hazırda Azərbaycan Tusi adına Peda­qoji Universitetin, pedoğoji elmlər doktoru Hüseyn Əhmədovun doktorluq işində bu məktəb haqqında geniş izah verilib.

1918-ci ildə Azərbaycan Demokratik Respublikasının ilk ilində 7- illik məktəb fəaliyyətə başlamışdır.



Köhnə məktəb binası

Köhnə məktəb binası 1926-cı il kəndin şimalında Dəli çayın sol sahilində, Qurdlu bulağın qərbində və Dəyirman boynundan cənub- qərbə tərəf geniş ərazidə, böyük sinif otaqları, iri və hündür, üst damı dəmirlə örtülmüş bina tikilmişdir.

1926-cı ildən – 1940-cı ilə kimi bu məktəbdə dərslər latın əlifbası ilə keçirilmişdir.

1926-cı ildə ilk 10-illik orta məktəb açılmış və fəaliyyət göstərmişdir.

Lakin II-Dünya Müharibəsinin başlanması, maddi vəziyyətin çətinləşməsilə və siniflərdə şagirdlərin sayının azalması ilə əlaqədər Horadiz orta məktəbi - 1940-cı ildə 7-illik məktəbə çevrilmişdir.



Məktəbdə Sosialist Əməyi Qəhrəmanı Hamayıl Əhmədova

ilə şagirdlərin görüşü. Çıxış edir direktor Nobil Sultanov

Beləliklə, Horadiz kəndinin inkişaf mərhələsində olan iqtisadiy­yatı və əmin-amanlıq dövründə, burada yaşayan kolxoz­çuların şəxsi həyatına müsbət təsir göstərməklə, get-gedə məktəbdə oxuyan şagird­lərin sayı ildən-ilə artaraq çoxalmışdır. 1950-51-ci tədris ilində Karyagin(indiki Füzuli) rayonun Maarif Şöbəsinin qərarı ilə 10-illik orta məktəbi açılmışdır.


Birinci 10-illik buraxılış 1954-55-ci il - 11 nəfər bitirmışdır;

İkinci - - - - * - - - - 1955-56-cı il – - - - 25 - - - - * - - - - ;

Üçüncü - - - - * - - - - 1956-57-ci il – - - 33 - - - - * - - - - ;

1950-ci ildən Horadiz kənd orta məktəbin direktorları:

1. Əbilov Ədil Qasım oğlu - - - - - - - - -1950-61 ci illər;

2. Əhmədov Temir Cəfər oğlu - - - - - - 1961-73 cı illər;

3. Abdullayev Murtuza Cabbaroğlu - - - 1973-78 ci illər; .

4. Soltanov Nobil Muxtar oğlu - - - - - - 1978-93 cü illər.



Müəllim kollektivi: soldan - Nəbi Şirinov, Bəhram İsmayılov, Malik Mehdizadə, Abbas Rzayev, Əsgər Namazalıyev, Nobil Sultanov- direktor, Səkinə İmanova, Tahir Mehdizadə, Vəsmə Məhərrəmova, Abbas Sultanov, Mübərra Məmmədova, İsmayıl Məhərrəmov, Əbülfəz İsmayılov, Rəfiqə Məhərrəmova, Tapdıq İsmayılov, Mirzalı Şirinov, Çimnaz Şirinova, Əli Novruzov, Asif İmanov, Fazil Yadigarov və İmran Kərimov.



Müəllim İsmayıl Məhərrəmov bir qrup şagirdlərlə


Ədil Ələkbərov şagirdlərlə təzə məktəbin qarşısında


Müəllimlərdən bir qrup: soldan Əsgər Namazalıyev, İmran Kərimov, Yusif İsmayılov, Qulu Cəfərov, Paşa Rüstəmov, Ədil Ələkbərov, Calal Mehdiyev və Mirzalı Fərzəliyev.
Bu məktəbdə oxumuş, təhsil almış şagirdlərdən akademiklər, professorlar, alimlər, nazirlər, nazir müavini, prokuror, müxtəlif yüksək vəzifəli şəxslər çıxmışdır. O cümlədən: Hüseyn Namazalı­yev- Avroasiya Beynəlxalq akademiyanın fəxri üzvü, Əli Nuriyev - Azərbaycanın Milli Akademiyasının müxbir üzvü, professorlardan: – Abbas Abbasov, Zakir Bağırov, Allahverən Cəbrayılov, Əli Cəfərov, Mahmud Eyvazov və çoxlarını nümunə göstərmək olar.

Bu məktəbdə uzun müddət qüsursuz işlədiyinə görə Əliş Temir oğlu Quluyevə “Əməkdar müəllim” fəxri adı verilmişdir.

Bundan əlavə Hüseynov Xanlar İsa oğlu kimya müəllimi işlər­kən bütün Füzuli rayonu üzrə çox gözəl nailiyyətlərinə görə “Əmək Şöhrəti” ilə SSRİ Ali Sovetin Rəyasət Heyəti adından təltif edil­mişdir.

Müsuqi müəlliməsi Cəvahir Şirinova bir qrup şagirdlərlə

1969-cu ildə istifadəyə verilmiş yeni məktəb binası qarşısında

Şəkil 1985-ci ildə çəkilmişdir.

Qabaqcıl müəllimlərdən Murtuza Abdullayev, Calal Mehdi­yev, Abbas Rzayev, Mirzalı Şirinov, Bəhram İsmayılov, Mirzalı Fərzəliyev, Yusan İsmayılov, Muxtar Mehdiyev, Əsgər Namazalıyevl, Paşa Rüstə­mo­v, Ədil Ələkbərov, Fazil Yadigarov, Malik Yadigarov, Yusif İsmayılov, Qulu Cəfərov, İsmayıl Məhərrəmovu, müsuqi müəlliməsi – Cəvahir Şirinova və digər adı çəkilməyən müəllimlər çətin həm də, şərəfli vəzifələrinə görə təşəkkürə layiqdirlər.

1992-ci il Horadiz orta məktəbinə, bu məktəbdə oxumuş, Qara­bağ Müharibəsi dövründə 1991-ci il noyabrın 20-də şəhid olmuş Qurban Namazalıyevin adı verilmiş və onun büstü məktəbin qarşısında qoyulmuşdur.

1992-93-cü il kənd məktəbinin tədris ilində bir orta məktəb və bir natamam məktəbi fəaliyyət göstərirdi. O cümlədən 1000 nəfərə qədər şagirdi, 82 nəfər müəllimi var idi.



1993-cü il 3 sentyabrdan kəndimiz işğal olunduğuna görə Horadiz kənd orta məktəbi öz fəaliyyətini məcburi dayandırmışdır.

Biz hamımız ümid edirik ki, yenə də tezliklə Horadiz kənd orta məktəbi öz əvvəlki fəaliyyətinə başlayacaqdır. İnşallah!...
Yüklə 17,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə