|
Kənd Təsərrüfatı İlində Azərbaycan Respublikasında aqroparkların formalaşdırılması mexanizmləri və fermərlərin prosesdə iştirakçılığının gücləndirilməsiqiymətlərinin regionla müqayisədə daha baha qiymətə olmasına baxmayaraq istehsal prosesində gəlirlilik aşağıdır
|
səhifə | 6/22 | tarix | 27.10.2017 | ölçüsü | 0,5 Mb. | | #6937 |
| qiymətlərinin regionla müqayisədə daha baha qiymətə olmasına baxmayaraq istehsal prosesində gəlirlilik aşağıdır. Digər tərəfdən isə subsektorlar üzrə təhlil zamanı aydın olur ki, ölkədə kənd təsərrüfatı müəssisələri daha çox heyvandarlıq istiqamətində ixtisaslaşıb. Lakin, son illər bu müəssisələrin heyvandarlıqdan bitkiçiləyə doğru yerdəyişməsi tempi güclənib. Nəticədə son 10 ildə bu müəssisələrin bitkiçilik üzrə ümumi istehsalda payı 8.3% bəndi artaraq 33.1%-ə çatıb. Bütün bunlarla yanaşı ölkənin ərzaq təminatı hələdə fərdi və ev təsərrüfatlarının çiynindədir. Yəni daha iri təsərrüfatların yaradılması, inkişaf etdirilməsi ilə yanaşı fərdi və ev təsərrüfatları da diqqətdə saxlanılmalıdır. Yuxarıda da qeyd etdiyimiz kimi bu qrup istehsalçılara həm elmi və həm də maliyyə dəstəyi olmalı, onların qısa müddət ərzində birləşərək korporativ təsərrüfatlara çevrilməsi prosesi təmin edilməli və beləliklə bu insanların zəhməti qarşılığında daha gəlirli fəaliyyəti təmin edilməlidir. Eyni zamanda dövlət tərəfindən sifarişli istehsal prosesinin təşkili də gözdən keçirilə bilər. Beləki, hökumət istehsal ili başlamazdan əvvəl məhsulların alışı üzrə minimum hədd müəyyən edərək gələcəkdə realizasiya probleminin istehsalçı üzərindən formalaşdırdığı psixoloji təzyiqi azalda bilər.
Ərzaq balansı Mövzunun əvvəlində də qeyd etdiyimiz kimi aqrar sektor ilk növbədə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühümdür. Hazırda ölkə əhalisinin artım tempinin zəifləməsi belə bu istiqamətdə diqqətin zəifləməsinə səbəb olmamalıdır. Ərzaq balansı isə əslində ölkənin ərzaq təminatının idxaldan asılılığını dəqiqləşdirmək, zəif bəndləri müəyyən etmək və həmçinin bu istiqamətdə inkişafı dəstəkləməkdir.
Cədvəl 5: 2013-cü il üçün bəzi məhsullar üzrə balans göstəriciləri, ton
|
|
İlin əvvəlinə qalıq
|
İstehsal
|
İdxal
|
Ehtiyatların cəmi
|
Cəmi daxili istehlak və itkilər
|
İxrac
|
İlin sonuna qalıq
|
Düyü
|
8251
|
4833
|
28485
|
41569
|
32387
|
13
|
9169
|
Un
|
465004
|
1437699
|
99750
|
2002453
|
1 513 251
|
5373
|
483829
|
Duru bitki yağları
|
16488
|
63252
|
107441
|
187181
|
135 036
|
36987
|
15158
|
Marqarin yağı
|
3856
|
24505
|
123
|
28484
|
24 392
|
-
|
4092
|
Meyvə və tərəvəz şirələri
|
13313
|
33785
|
5296
|
52394
|
29 280
|
9827
|
13287
|
Meyvə və tərəvəz konservləri
|
39124
|
127354
|
21373
|
187851
|
139 461
|
8878
|
39512
|
Şəkər
|
49474
|
427843
|
71289
|
548606
|
233 704
|
256312
|
58590
|
Çay
|
2388
|
7486
|
13775
|
23649
|
14 283
|
7586
|
1780
|
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2015
|
Dostları ilə paylaş: |
|
|