Kənd təsərrüfatı kooperasiyası haqqında



Yüklə 80,14 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü80,14 Kb.
#9735


Kənd təsərrüfatı kooperasiyası haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

  

Bu  Qanun  Azərbaycan  Respublikası  Konstitusiyasının  94-cü 



maddəsinin  I  hissəsinin  1-ci  bəndinə  uyğun  olaraq,  kənd  təsərrüfatı 

kooperasiyasının  formalaşmasının  və  inkişafının,  kənd  təsərrüfatı 

kooperativlərinin  təşkilinin  və  fəaliyyətinin  hüquqi  və  iqtisadi  əsaslarını 

müəyyən edir. 



  

1-ci fəsil 

  

Ümumi müddəalar 

  

Maddə 1. Əsas anlayışlar 

  

1.1.  Bu  Qanunda  istifadə  edilən  əsas  anlayışlar  aşağıdakı  mənaları 

ifadə edir: 

1.1.1.  kənd  təsərrüfatı  kooperasiyası  –  kənd  təsərrüfatı  məhsulları 

istehsalçıları  tərəfindən  öz  maddi  və  sosial  tələbatlarının  ödənilməsi 

məqsədilə  kənd  təsərrüfatı  kooperativləri  və  onların  ittifaqları  vasitəsilə 

həyata keçirilən könüllü birgə fəaliyyət

1.1.2. kənd təsərrüfatı kooperativi (bundan sonra - kooperativ) – kənd 

təsərrüfatı  məhsulları  istehsalçılarının  birgə  fəaliyyət  göstərmək  üçün 

üzvlüyə  əsaslanan  könüllü  birliyi  olub,  iştirakçılarının  maddi  və  sosial 

tələbatlarının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə 

ödənilməsi məqsədi ilə yaradılan hüquqi şəxs; 

1.1.3.  kənd  təsərrüfatı  istehsal  kooperativi  (bundan  sonra  –  istehsal 

kooperativi) – kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki şəxslərin 

gəlir  əldə  etmək  məqsədilə  şəxsi  əməyi  ilə  iştirakına  əsaslanan  birgə 

istehsalat və digər təsərrüfat fəaliyyəti yerinə yetirmək üçün birləşməsi ilə 

yaradılan kommersiya hüquqi şəxs; 

1.1.4.  kənd  təsərrüfatı  istehlak  kooperativi  (bundan  sonra  -  istehlak 

kooperativi) – kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki və (və ya) 

hüquqi şəxslərin kənd təsərrüfatı sahəsində fəaliyyəti dövründə üzvlərinin 

xərclərinin  azalmasına və  (və ya) gəlirlərinin  artmasına  və  onların iqtisadi 

maraqlarının  müdafiəsinə  yönəlmiş  xidmətlərin  təşkili  üçün  birləşməsi 

yolu ilə yaradılan qeyri kommersiya hüquqi şəxs



1.1.5.  kənd  təsərrüfatı  istehsal-istehlak  (qarışıq)  kooperativi  (bundan 

sonra  –  istehsal-istehlak  kooperativi)  –  kənd  təsərrüfatı  məhsullarının 

istehsalı,  tədarükü,  emalı  və  satışı  ilə  bağlı  birgə  təsərrüfat  fəaliyyətini 

həyata  keçirmək,  üzvləri  istehsal  vasitələri  və  maddi-texniki  resurslarla 

təmin  etmək, onlara  iqtisadi, sosial  və  digər  tələblərini  ödəmək  məqsədilə 

xidmətlər göstərmək üçün yaradılan kommersiya hüquqi şəxs; 

1.1.6.  kənd  təsərrüfatı  məhsulları  istehsalçısı  –  əmtəəlik  kənd 

təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxs; 

1.1.7.  kooperativin  təsərrüfat  fəaliyyətində  iştirak  –  kooperativ 

üzvlərinin  kooperativə  məhsul,  xammal  göndərməsi,  kooperativdən  mal 

alması, kooperativin xidmətindən istifadə etməsi. 

1.2.  Bu  Qanunda  istifadə  olunan  digər  anlayışlar  Azərbaycan 

Respublikasının  Mülki  Məcəlləsi  və  başqa  normativ  hüquqi  aktlar  ilə 

müəyyən edilmiş mənaları verir. 



  

Maddə 2. Kənd təsərrüfatı kooperasiyası haqqında qanunvericilik 

  

2.1.  Kənd  təsərrüfatı  kooperasiyası  haqqında  qanunvericilik 



Azərbaycan 

Respublikasının 

Konstitusiyasından, 

Azərbaycan 

Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının torpaq 

qanunvericiliyindən,  bu  Qanundan  və  ona  uyğun  qəbul  edilmiş  digər 

normativ hüquqi aktlardan ibarətdir. 

2.2.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrdə  kənd  təsərrüfatı  kooperasiyası  sahəsində  müəyyən  edilmiş 

normalar  bu  Qanunda  nəzərdə  tutulmuş  normalardan  fərqli  olduqda 

beynəlxalq müqavilələrin normaları tətbiq olunur. 

  

Maddə 3. Qanunun məqsədi 

  

Bu  Qanunun  məqsədi  Azərbaycan  Respublikasında  kənd  təsərrüfatı 



məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı 

müəssisələri  yaratmaq,  onların  istehsal  potensialından  səmərəli  istifadə 

etməklə  rəqabət  qabiliyyətli  kənd  təsərrüfatı  məhsulları  istehsal  etmək  və 

məhsuldarlığı  artırmaq,  kənd  təsərrüfatı  kooperasiyasının  formalaşmasına 

və  inkişafına  təkan  vermək,  kooperasiya  iştirakçılarının  iqtisadi,  sosial  və 

digər maraqlarını qorumaqdır. 



  

2-ci fəsil 


  

Kooperativlər 

  

Maddə 4. Kooperativin təşkili və fəaliyyətinin əsas prinsipləri 

  

4.1.  Kooperativə  üzvlük  könüllüdür  və  onun  nizamnaməsi  ilə 



müəyyən olunmuş öhdəlikləri qəbul edən hər kəs üçün açıqdır. 

4.2. Kooperativ demokratik əsaslarla idarə olunur və onun fəaliyyətinə 

üzvləri nəzarət edir. Kooperativ üzvlərinin hər biri eyni səs hüququna (bir 

üzv - bir səs) malikdir. 

4.3.  Kooperativ  üzvləri  onun  iqtisadi  fəaliyyətində,  pay  fondunun  və 

kapitalının formalaşmasında, gəlirlərin bölünməsində eyni əsaslarla iştirak 

edirlər. 

4.4.  Kooperativlər  sərbəst  və  müstəqil  fəaliyyət  göstərirlər,  onlar 

kooperativin inkişafı və iştirakçılarının mənafeyi naminə dövlət, bələdiyyə, 

özəl və qeyri-hökumət təşkilatları ilə müxtəlif əqdlər bağlaya bilərlər. 

4.5.  Kooperativin  səmərəli  inkişafını  təmin  etmək  məqsədi  ilə 

kooperativlər  öz  üzvlərinin  və  işçilərinin  təhsil  almasına,  təlimlər 

keçməsinə  imkan  yaradır,  onların  sosial  müdafiəsinə  köməklik  və  qayğı 

göstərirlər. 

4.6.  Kooperativ  üzvlərinin  kooperativin  fəaliyyəti  ilə  bağlı  qanunla 

nəzərdə tutulan qaydada məlumatlar almaq hüququ vardır. Kooperativlər 

fəaliyyətləri barədə dövri olaraq öz üzvlərini məlumatlandırırlar. 

4.7.  Kooperativlər  onların  səmərəli  inkişafı,  üzvlərinin  mənafeyi 

naminə bir biri ilə, habelə müxtəlif səviyyəli kooperativ ittifaqlarında geniş 

əməkdaşlıq işləri aparırlar. 

4.8. 

Kooperativlər 



təsisçilərinin 

vəsaiti 


hesabına 

yaradılır, 

fəaliyyətlərini  öz  xərcini  ödəmə  və  özünü  maliyyələşdirmə  prinsipləri 

əsasında qururlar. 

4.9. Kooperativin yaradılması, kooperativə üzvlük, üzvlərin hüquq və 

vəzifələri,  kooperativin  əmlakı,  üzvlərin  pay  haqları  və  kooperativin  pay 

fondu,  kooperativin  mənfəəti  və  onun  bölüşdürülməsi,  kooperativin  və 

onun üzvlərinin əmlak məsuliyyəti, kooperativdə idarəetmə, üzvlüyə xitam 

verilməsi  və  payın  keçməsi,  kooperativin  yenidən  təşkili  və  ləğvi,  habelə 

kooperativin  fəaliyyəti  ilə  bağlı  bu  Qanunda  nəzərdə  tutulmayan  digər 

məsələlər  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  və  kooperativin 

nizamnaməsi ilə tənzimlənir. 

  



Maddə 5. Kooperativlərin növləri və fəaliyyəti 

  

5.1.  Kooperativlər  fəaliyyət  xarakterinə  görə  istehsal,  istehlak  və 



istehsal istehlak növlü ola bilərlər. 

5.2.  Kooperativin  firma  adında  onun  fəaliyyət  xarakteri  qeyd 

edilməklə kənd təsərrüfatı kooperativi olduğu göstərilir. 

5.3.  Kooperativlər  özlərinin  fəaliyyətinin  əlaqələndirilməsi,  habelə 

ümumi  mənafelərinin  təmsil  və  müdafiə  edilməsi  məqsədi  ilə  kənd 

təsərrüfatı  kooperativ  ittifaqları  (assosiasiyaları)  yarada  bilərlər.  Bir 

kooperativ  bir  neçə  müxtəlif  fəaliyyət  istiqamətli  kooperativ  ittifaqının 

üzvü ola bilər. 

5.4.  Kooperativin  maliyyə-təsərrüfat  fəaliyyətini  tənzimləmək, 

kooperativ  üzvlərinin  maraqlarına  zidd  olan,  kooperativin  fəaliyyətini 

pisləşdirən  və  ya  onun  iflasına  səbəb  olacaq  nöqsanların  aradan 

qaldırılması  və  kooperativin  idarə  edilməsinin  səmərəliliyini  artırmaq 

məqsədi  ilə  kooperativdə  “Auditor  xidməti  haqqında”  Azərbaycan 

Respublikasının Qanununa uyğun olaraq audit yoxlaması həyata keçirilir. 

  

Maddə 6. İstehsal kooperativləri 

  

6.1.  İstehsal  kooperativində  görülən  işlərin  ən  azı  70  faizi  kooperativ 



üzvləri tərəfindən yerinə yetirilməlidir. 

6.2.  İstehsal  kooperativlərində  muzdla  işləyən  işçilərin  əməyindən 

istifadə oluna bilər. Bu işçilərin sayı (mövsümi işlərə cəlb olunanlar istisna 

olmaqla)  kooperativin  üzvlərinin  sayının  30  faizindən  çox  olmamalıdır. 

İstehsal  kooperativinin  işçisi  eyni  zamanda  həmin  kooperativin  və  eyni 

fəaliyyət  növü  ilə  məşğul  olan  digər  istehsal  kooperativinin  üzvü  ola 

bilməz. 

  

Maddə 7. İstehlak kooperativləri 

  

7.1.  İstehlak  kooperativləri  aşağıdakı  fəaliyyət  növləri  ilə  məşğul  ola 



bilərlər: 

7.1.1. emal kooperativləri – kənd təsərrüfatı məhsullarının emalı; 

7.1.2.  tədarük  və  satış  (ticarət)  kooperativləri  –  kənd  təsərrüfatı 

məhsullarının  tədarükü,  topdan  və  pərakəndə  satışı,  həmçinin  bu 

məhsulların saxlanması, çeşidləşdirilməsi, qurudulması, yuyulması, çəkilib 



bükülməsi,  qablaşdırılması  və  daşınması,  satış  bazarının  öyrənilməsi, 

məhsulun reklamı; 

7.1.3.  xidmət  kooperativləri  –  aqroservis,  baytarlıq  və  damazlıq, 

mexanikləşdirmə,  elektrikləşdirmə,  meliorasiya,  nəqliyyat,  təmir,  tikinti, 

ekoloji bərpa işləri, telefonlaşdırma, sanatoriya-kurort, tibb, məsləhət, audit 

xidmətlərinin (işlərinin) həyata keçirilməsi; 

7.1.4.  təchizat  kooperativləri  –  istehsal  vasitələrinin,  gübrələrin, 

yemlərin,  neft  məhsullarının,  avadanlıqların,  ehtiyat  hissələrinin, 

pestisidlərin,  aqrokimyəvi  maddələrin  və  kənd  təsərrüfatı  məhsulları 

istehsalı üçün lazım olan digər vasitələrin alınması, gətirilməsi və satışı; 

7.1.5.  kredit  kooperativləri  –  kooperativ  üzvlərinin  sərbəst  pul 

vəsaitlərinin  birləşdirilməsi,  əmanətlərinin  saxlanması  və  öz  üzvlərinə 

kredit verilməsi; 

7.1.6. 


sığorta 

kooperativləri 

– 

kənd 


təsərrüfatı 

məhsulları 

istehsalçılarının  şəxsi  və  tibbi  sığorta  xidmətlərinin,  bitkilərin  və 

heyvanların,  əkinlərin  və  digər  əmlakın  sığortalanmasının  həyata 

keçirilməsi. 

7.2.  Kredit  və  sığorta  istehlak  kooperativlərinin  yaradılması  və 

fəaliyyəti müvafiq qanunlarla tənzimlənir. 

7.3.  İstehlak  kooperativləri  bu  Qanunun  7.1-ci  maddəsində  göstərilən 

fəaliyyət növlərinin birini və ya bir neçəsini yerinə yetirə bilərlər. 

7.4. İstehlak kooperativləri beşdən az olmayan fiziki və (və ya) hüquqi 

şəxs tərəfindən yaradılır. 

7.5. İstehlak kooperativinin üzvləri bu kooperativdə öz əməyi ilə deyil, 

kooperativin təsərrüfat fəaliyyətində iştirakı ilə təmsil olunurlar. 

7.6.  İstehlak  kooperativlərinin  yerinə  yetirdikləri  işlərin  (xidmətlərin) 

həcminin  pul  ifadəsində  ən  azı  70  faizi  kooperativ  üzvləri  üçün  həyata 

keçirilməlidir. 

  

Maddə 8. İstehsal-istehlak kooperativləri 

  

İstehsal-istehlak kooperativləri kənd təsərrüfatı məhsulları istehsalı ilə 



yanaşı istehlak kooperativlərinin fəaliyyət növünün birini və ya bir neçəsini 

yerinə yetirirlər. 

  

Maddə 9. Kooperativin hüquqları 

  

9.0. Kooperativin hüquqları aşağıdakılardır: 




9.0.1.  mülkiyyətində  olan  əmlak  barəsində  sahiblik,  istifadə  və 

sərəncam vermək hüquqlarını həyata keçirmək; 

9.0.2. kənd təsərrüfatı kooperasiyası iştirakçıları, habelə xarici fiziki və 

hüquqi  şəxslərlə  kənd  təsərrüfatı  məhsullarının  istehsalına,  satışına  və 

xidmətlər göstərilməsinə dair müqavilələr bağlamaq

9.0.3.  dövlət  tərəfindən  tənzimlənən  qiymətlər  (tariflər)  istisna 

olmaqla,  öz  məhsulu,  işi  və  xidmətinə  bazara  uyğun  qiymət  (tarif) 

müəyyən etmək; 

9.0.4.  kooperativlər  ittifaqlarında  (assosiasiyalarında)  birləşmək  və 

beynəlxalq kooperativlər təşkilatlarının fəaliyyətində iştirak etmək; 

9.0.5.  kənd  təsərrüfatı  məhsullarının  istehsalçıları  üçün  Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulan  güzəştlərdən  və 

imtiyazlardan istifadə etmək; 

9.0.6.  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  və  kooperativin 

nizamnaməsi ilə müəyyən edilən digər hüquqları həyata keçirmək. 

  

Maddə 10. Kooperativin torpaqları 

  

10.1. 


Kooperativin 

torpaqları 

kooperativin 

mülkiyyətində, 

istifadəsində və ya icarəsində olan torpaq sahələrindən ibarətdir. 

10.2.  Kooperativin  üzvləri  və  kooperativə  üzv  olmayan  şəxslər  öz 

torpaqlarını kooperativin istifadəsinə və ya icarəsinə verə bilərlər. 

10.3.  Kooperativ  üzvlərinin  kooperativin  istifadəsinə  və  ya  icarəsinə 

verdikləri torpaqlar onların əmlak pay haqqına aid edilmir və kooperativin 

xüsusi  mülkiyyəti  hesab  olunmur.  Bu  torpaqlar  kooperativin  mənfəəti 

bölüşdürülərkən kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda 

və qaydada meyar kimi nəzərə alına bilər. 



  

3-cü fəsil 

  

Kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyi 

  

Maddə  11.  Kənd  təsərrüfatı  kooperasiyası  sahəsində  dövlətin 



vəzifələri 

  

11.0.  Kənd  təsərrüfatı  kooperasiyası  sahəsində  dövlətin  vəzifələri 



aşağıdakılardır: 


11.0.1.  kooperativlərin  yaradılması  və  inkişafı  üçün  əlverişli  şərait 

yaratmaq; 

11.0.2.  kooperativlərin  və  onların  üzvlərinin  iqtisadi  müstəqilliyinin 

möhkəmləndirilməsinin 

və 

inkişafının 



dəstəklənməsini, 

onların 


fəaliyyətinin  effektivliyinin  artırılmasını,  kooperativlərin  təsərrüfat 

fəaliyyətinin 

və 

təşəbbüsünün 



məhdudlaşdırılmasının 

qarşısının 

alınmasını,  habelə  mallar,  işlər  və  xidmətlər  bazarında  onların  sərbəst  və 

bərabər iştirakını təmin etmək; 

11.0.3.  kənd  təsərrüfatı  məhsullarının  istehsalı,  emalı,  satışı,  maddi-

texniki 


təchizat 

və 


digər 

xidmət 


sahələri 

üzrə 


kooperasiya 

infrastrukturlarının formalaşmasına təkan vermək; 

11.0.4.  kənd  təsərrüfatı  kooperasiyası  sahəsində  normativ  hüquqi 

aktlar qəbul etmək; 

11.0.5.  kənd  təsərrüfatı  kooperasiyasının  inkişafı  üzrə  dövlət 

proqramını qəbul etmək; 

11.0.6.  kənd  təsərrüfatı  kooperasiyası  üzrə  orta  ixtisas  və  ali  təhsilli 

mütəxəssislərin  hazırlanmasını,  təkrar  hazırlıq  kurslarının  keçirilməsini 

təşkil  etmək,  bu  sahədə  elmi-tədqiqat  işlərinin  genişləndirilməsini  təmin 

etmək; 


11.0.7.  kooperativ  üzvlərinin  və  digər  kənd  təsərrüfatı  məhsulları 

istehsalçılarının,  habelə  aidiyyəti  dövlət  və  bələdiyyə  orqanlarının, 

müəssisə  və  təşkilatların  işçilərinin  maarifləndirilməsi  üçün  yerlərdə 

informasiya-məsləhət xidmətləri göstərmək

11.0.8.  kooperativlər  və  onların  üzvləri  arasında  müqavilələrin 

bağlanması  və  icrası  qaydalarına  və  kooperativlərdə  uçot  və  hesabatın 

aparılmasına  dair  metodiki  tövsiyələr,  müqavilələrin  və  müxtəlif  növ 

kooperativlərin  nizamnamələrinin  nümunəvi  formalarına  və  kənd 

təsərrüfatı kooperasiyası sahəsində başqa məsələlərə dair tövsiyə xarakterli 

sənədlər hazırlamaq; 

11.0.9. dövlət ehtiyacları üçün hər il kooperativlərdən kənd təsərrüfatı 

və ərzaq məhsullarının dövlət tədarükünə dair sifarişlər müəyyən etmək; 

11.0.10. şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının 

etibarlı  ödənilməsi  üçün  şəhər  və  kənd  bələdiyyələri  və  onların  ittifaqları 

arasında  kənd  təsərrüfatı  məhsullarının  satışı  üzrə  əməkdaşlığın 

genişlənməsini təmin etmək; 

11.0.11. kooperativlərə kooperativ bazarlar və digər satış şəbəkələrinin 

təşkili  üçün  torpaq  sahələri  ayırmaq,  istifadəsiz  və  səmərəsiz  istifadə 

olunan binaları və ya onların bir hissəsini icarəyə və ya istifadəyə vermək



11.0.12.  “Rəsmi  statistika  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununa uyğun olaraq kooperativlərin inkişaf və fəaliyyət göstəricilərinin 

statistik məlumat sisteminin işlənib hazırlanmasını təşkil etmək. 

  

Maddə 



12. 

Kənd 

təsərrüfatı 

kooperasiyası 

sahəsində 

bələdiyyələrin vəzifələri 

  

12.0. Kənd təsərrüfatı kooperasiyası sahəsində bələdiyyələrin vəzifələri 



aşağıdakılardır: 

12.0.1.  kənd  təsərrüfatı  kooperasiyasının  yerli  inkişaf  proqramlarını 

qəbul etmək və regional proqramların hazırlanmasında iştirak etmək; 

12.0.2.  kooperativlərin  yaradılmasını  dəstəkləmək,  onların  təşkilinə 

köməklik göstərmək; 

12.0.3.  ərazilərində  yaşayan  sakinlərin  ucuz  və  keyfiyyətli  kənd 

təsərrüfatı  məhsulları  ilə  təminatını  yaxşılaşdırmaq,  kənd  təsərrüfatı 

məhsulları  bazarında  rəqabəti  genişləndirmək  və  kooperativlərin  səmərəli 

fəaliyyətinə təkan vermək üçün: 

1.  kooperativ  ittifaqının  müraciəti  əsasında  kooperativ  bazarların 

tikintisi üçün torpaq ayırmaq; 

2.  kənd  təsərrüfatı  məhsulları  satış-yarmarkalarının  təşkili  üçün 

müvafiq yer vermək; 

3. mövcud kənd təsərrüfatı bazarlarında kooperativlərə satış yerlərinin 

ayrılmasında iştirak etmək; 

4. bələdiyyə və ictimai ehtiyaclar üçün kooperativlərlə kənd təsərrüfatı 

məhsullarının tədarükü və satışına dair müqavilələr bağlamaq; 

5. kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, emalı və satışında 

kooperativlərə köməklik göstərmək. 

  

Maddə  13.  Kənd  təsərrüfatı  kooperasiyasının  inkişafına  dövlət 



dəstəyinin əsas istiqamətləri 

  

13.1.  Kənd  təsərrüfatı  kooperasiyasının  formalaşması  və  inkişafına 



aşağıdakı istiqamətlər üzrə dövlət dəstəyi göstərilir: 

13.1.1.  kənd  təsərrüfatı  məhsulları  istehsalçılarının  kooperasiya 

meyillərinin stimullaşdırılması; 

13.1.2.  kooperativlərin  və  onların  ittifaqlarının  yaradılmasının 

dəstəklənməsi; 



13.1.3. ölkədə istehsal edilən, daxili və xarici bazarda satılan yerli kənd 

təsərrüfatı  məhsullarının  ümumi  həcmində  kooperativlərin  payının 

artmasının stimullaşdırılması; 

13.1.4.  kooperativlərin  nəzdində  fəaliyyət  göstərən  satış  şəbəkələrinin 

təşkil edilməsi

13.1.5.  kredit  təşkilatlarının,  bələdiyyələrin,  kənd  təsərrüfatı  və  digər 

müəssisələrin  və  investorların  kooperativlərə  ortaq  (assosiativ)  üzv 

olmasının stimullaşdırılması; 

13.1.6. kooperativlər üçün sığorta mexanizminin təkmilləşdirilməsi; 

13.1.7.  kooperativlərə  və  kənd  sakinlərinə  göstərilən  maliyyə-kredit 

xidmətlərinin genişləndirilməsi; 

13.1.8.  kooperativlərin  güzəştli  şərtlərlə  kreditləşməsinin  təmin 

edilməsi; 

13.1.9.  kooperativlərin  istehsal  vasitələrinə  olan  tələbatının  güzəştli 

lizinq şərtləri hesabına təmin edilməsi; 

13.1.10. kooperativlər üçün kredit zəmanəti fondunun yaradılması. 

13.2. 

Kooperativlərə 



müasir 

texnika 


və 

texnologiyaların, 

innovasiyaların  tətbiqi,  kənd  təsərrüfatında  məhsuldarlığın  artırılması, 

ekoloji  təmiz,  idxalı  əvəz  edən  və  ixrac  yönümlü  kənd  təsərrüfatı 

məhsullarının  istehsalı  və  digər  istiqamətlərdə  dövlət  dəstəyi  göstərilə 

bilər. 


  

4-cü fəsil 

  

Kənd təsərrüfatı məhsulları bazarı və kooperativlər 

  

Maddə 



14. 

Kənd 

təsərrüfatı 

məhsulları 

bazarında 

kooperativlərin iştirakı 

  

14.1.  Kooperativlər  dövlət  və  bələdiyyə  orqanları  və  hüquqi  şəxslərlə 



birlikdə  kənd  təsərrüfatı  məhsullarının  topdan  və  pərakəndə  satış 

bazarlarının təşkilində iştirak edə və ya belə bazarları təşkil edə bilərlər. 

14.2.  Kənd  təsərrüfatı  məhsulları  bazarlarında  kooperativlərə  ticarət 

yerlərinin  verilməsi  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilir. 

  

Maddə 15. Satış şəbəkələrinin təşkili 

  



15.1.  Kənd  təsərrüfatı  məhsullarının  istehsalçıları  ilə  istehlakçıları 

arasında  birbaşa  əlaqə  yaratmaq,  mövcud  bazarlarla  ədalətli  rəqabət 

aparmaq  və  qiymətlərin  bahalaşmasının  qarşısını  almaq  məqsədilə 

kooperativlərin  nəzdində  fəaliyyət  göstərən  satış  şəbəkələri  (fermer 

mağazaları,  yaşıl  marketlər,  kooperativ  bazarlar,  topdansatış  mərkəzləri) 

təşkil edilir. 

15.2.  Kooperativlərin  nəzdində  satış  şəbəkələrinin  təşkili  və  fəaliyyəti 

qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

15.3.  Dövlət  və  bələdiyyə  mülkiyyətində  olan,  fəaliyyət  göstərməyən 

və  ya  səmərəli  istifadə  edilməyən  obyektlər  satış  şəbəkələri  təşkil  etmək 

üçün kooperativlərin icarəsinə verilə bilər. 

15.4.  Kooperativ  bazarların  və  topdansatış  mərkəzlərin  yaradılması 

üçün  torpaq  sahələrinin  ayrılması  kooperativlərin  müraciəti  əsasında 

müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr tərəfindən təmin olunur. 

  

Maddə 16. Kooperativ bazarlarının təşkili 

  

16.1.  Kooperativlərin  səmərəli  fəaliyyətini  təmin  etmək  və  kənd 



təsərrüfatında  brend  məhsullar  istehsalını  formalaşdırmaq  məqsədilə 

kooperativ bazarlar təşkil edilir. 

16.2. Kooperativ bazarı olan kooperativlər bazardakı ticarət yerləri ilə 

ilk  növbədə  üzvü  olduğu  kooperativ  ittifaqının  üzvlərinin  tələbatını 

ödəməyə borcludurlar. 

16.3.  Kooperativ  bazarlarda  Azərbaycan  Respublikasında  fəaliyyət 

göstərən  kooperativlərin  istehsal  etdiyi  kənd  təsərrüfatı  və  emal 

məhsullardan  başqa  digər  məhsulların  satışına,  habelə  kənd  təsərrüfatı 

məhsul istehsalçısı olmayan digər fiziki və hüquqi şəxslərin satış etməsinə 

yol verilmir. 

  

5-ci fəsil 

  

Qanunun pozulmasına görə məsuliyyət və mübahisələrin həlli 

  

Maddə 17. Qanunun pozulmasına görə məsuliyyət 

  

Bu  Qanunun  tələblərinin  pozulmasına  görə  şəxslər  Azərbaycan 



Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati 

Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. 




  

Maddə 18. Mübahisələrin həlli 

  

Kənd  təsərrüfatı  kooperasiyası  ilə  əlaqədar  mübahisələr  inzibati 



qaydada və məhkəmə qaydasında həll edilir. 

 

 



İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

 



Bakı şəhəri, 14 iyun 2016-cı il

 

             № 270-VQ



 

 

Yüklə 80,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə