Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının


Dəyər zənci̇ri̇ və daxi̇li̇ bazar



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə18/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

45
Dəyər zənci̇ri̇ və daxi̇li̇ bazar
Fəsil 4
 
ƒ
Lakin  kimyəvi  gübrələr  əsasən  idxal  olunur,  və  subsidiyaların 
artımı  gübrə  idxalını  əvvəlki  illərlə  müqayisədə  85,000  tondan 
150,000 tona artırdı. Orqanik kənd təsərrüfatını dəstəkləmək üçün 
xüsusi  subsidiyalar  (sahə  üzrə  və  ya  istehsal  vasitələrinə  güzəştlər 
formasında) təsis edilə bilər.
 
ƒ
Orqanik kənd təsərrüfatı KTN-in prioritetləri arasında deyil.
 Hökumətin 
kənd  təsərrüfatı  sahəsində  başlıca  məqsədi  daxili  istehsal  hesabına 
ərzaq təhlükəsizliyini təmin etmək və idxaldan asılılığı azaltmaqdir. KTN 
əsasən o məhsullara subsidiyalar ayırır ki, bu məqsədə xidmət etsin, 
eləcə  Azərbaycanın  müqayisəli  üstünlüyündən  istifadə  etsin:  buğda, 
arpa,  çəltik  və  digər  taxıllar;  pambıq;  fındıq;  təzə  meyvə-tərəvəz. 
Bununla belə, nəzərə almaq lazımdır ki, orqanik kənd təsərrüfatı ətraf 
mühiti qoruyur, təbii ehtiyatlardan dayanıqlı istifadəni təmin edir və 
kənd təsərrüfatı məhsullarının dəyərini artırır.
 
ƒ
Nəzarət və sertifikatlaşdırma təşkilatlarının olmaması.
 Azərbaycanda 
orqanik  kənd  təsərrüfatı  sahəsində  yoxlama  və  sertifikatlaşdırma 
xidmətləri  xarici,  əsasən  Avropa  şirkətləri  tərəfindən  və  ixrac 
edilən  məhsullar  üçün  görülür,  bu  da  yoxlama  və  sertifikatlaşdırma 
xərclərini  və  son  nəticədə  istehsal  xxərclərini  artırır.  Bundan  əlavə, 
dil  və  kommunikasiya  baryeri  mövcud  olduğuna  görə  xarici  orqanik 
istehsalçılar / operatorlar ilə ünsiyyət əngəlləşir.
 
ƒ
Orqanik  kənd  təsərrüfatı  ixrac-yönlüdür  və  yalnız  özəl  sektorun 
təşəbbüsü  əsasında  fəaliyyət  göstərir.
  Azərbaycanda  orqanik 
kənd  təsərrüfatı  əsasən  ixrac  bazarına  yönəlib  və  əksərən  vəhşi 
təbiətdən yığılan yabanı məhsullardan ibarətdir. Daxili bazarın inkişafı 
prioritet  tanıldıqda,  əsas  diqqət  fərqli  məhsul  çeşidinə  verilməlidir. 
Ümumiyyətlə, Azərbaycanda orqanik kənd təsərrüfatının inkişafı üçün 
yüksək  potensial  mövcuddur.  Lakin  bu  potensialdan  düzgün  istifadə 
etmək  üçün  müxtəlif  regionların  nisbi  üstünlükləri  nəzərə  alınmalı, 
orqanik  kənd  təsərrüfatı  üçün  müvafiq  infrastruktur  yaradılmalıdır. 
Belə  infrastruktura  aşağıdakı  elementlər  daxil  ola  bilər:  (i)  orqanik 
istehsal üçün prioritet regionların və məhsulların müəyyən edilməsi; 
(ii)  istehsalçılar  və  istehlakçılar  arasında  ünsiyyət  kanallarının 
yaradılması;  (iii)  əhatəli  və  yetərli  qanunvericilik  bazasının  qəbul 
edilməsi;  (iv)  orqanik  kənd  təsərrüfatı  üçün  resursların  /  üsulların 
əlçatanlığı;  (v)  orqanik  istehsalçılar  və  emalçılar  üçün  davamlı 
təlimlər və məsləhət xidmətləri; və (vi) akkreditə edilmiş yoxlama və 
sertifikatlaşdırma qurumlarına dəstək.


46
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
4.2.2.  Yiğimdan sonraki və emal mərhələləri
 
ƒ
Müasir saxlama və emal imkanlarının olmaması.
 Bu, ümumi bir zəif 
cəhətdir. Lakin orqanik dəyər zəncirinin ayrıca və əlavə bir problemi 
var:  Orqanik  və  adi  məhsulların  qarışmasına  yol  verməmək.  Bunun 
üçün orqanik məhsulların yığımı zamanı və sonrakı saxlama və emal 
mərhələlərində, orqanik kənd təsərrüfatında yol verilməyən qatqılar, 
təmizləmə vasitələri və materiallara xüsusi diqqət verilməklə, bütün 
istifadə  olunan  qurğular,  üsullar  və  resurslar,  o  cümlədən  saxlama 
anbarları,  emal  vasitələri,  avadanlıq,  emal  zamanı  istifadə  olunan 
materiallar və inqrediyentlər, qablaşdırma və s. müvafiq standartlarda 
göstərilən tələblərə uyğun olmalıdır.
 
ƒ
Soyuducu anbarların yüksək qiyməti və zəif xidməti.
 Anbar sahibləri 
və k/t istehsalçıları arasında müəyyən problemlər yaşanır. Sonuncular 
tez-tez anbarların qoyduğu yüksək qiymətlər və onlarda pis saxlama 
şəraiti haqqında gileylənirlər. Nəticədə, məhsulların maya dəyəri və/
ya itkiləri artır.
 
ƒ
Müvafiq  biliklərin  və  tədqiqatların  çatışmaması.
  Ənənəvi  k/t 
məhsullarında  olduğu  kimi,  orqanik  kənd  təsərrüfatında  da 
yığımdan sonrakı və emal mərhələlərində dəyər zənciri bütövlükdə 
idarə  olunmalıdır.  Orqanik  kənd  təsərrüfatında  müəyyən  üsulların 
istifadəsinə,  məs.  yığımdan  sonra  pestisidlərin,  təmizləyici  kimyəvi 
maddələrin  və  radiasiyanın  istifadəsinə  qadağa  qoyulur.  Beləliklə, 
davamlı,  üzün-ömürlü  orqanik  məhsulların  təchiz  etmək  istəyən 
k/t  istehsalçıları  üçün  yığımdan  əvvəlki  mərhələdə  ziyanvericilərə 
davamlı  növlərin  istifadəsinə  və  sahə  gigiyenasına  diqqət  yetirmək 
olduqca vacibdir. Yerli şəraitə yarıyan belə üsulların və təcrübələrin 
tədqiq edilib orqanik sahə ilə məşğul olan bütün tərəflərə çatdırılması 
tələb olunur.
4.2.3.  Paylanma və bazarlama mərhələləri
Orqanik  məhsullarda  dayanıqlı  paylanma  və  bazarlama  (marketinq) 
sisteminin  qurulması  üçün  ilk  növbədə  belə  məhsulları  almaq  istəyən 
yetərli  sayda  istehlakçı  olmalıdır.  Hal-hazırda  Azərbaycanda  orqanik 
məhsullar  /  orqanik  kosmetika  satan  mağazalar  və  ya  rəflər  Bakıdakı 
supermarketlərdə mövcud olduğuna baxmayaraq, istehlakçılar arasında 
orqanik  (orqanik,  bioloji)  məhsulun  nə  olduğu  barədə  dəqiq  təsəvvür 
yoxdur.  Əlavə  olaraq,  müsahibələr  zamanı  aşağıdakı  məhdudiyyətlər 
qeydə alınıb:


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə