Kənd təSƏRRÜfatinin inkişafi və kreditləŞMƏsi layihəsinin


Kİ-lərin təsnifləşdirilməsi



Yüklə 0,6 Mb.
səhifə5/13
tarix14.09.2018
ölçüsü0,6 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

3.Kİ-lərin təsnifləşdirilməsi

İKA Kredit ittifaqlarının texniki baxış və qiymətləndirilməsini mütamadi olaraq öz üzərinə götürəcəkdir.Hər bir Kİ üçün İKA aşağıdakıları qiymətləndirəcəkdir:




  1. onun əməliyyat və maliyyə dayanaqlığı da daxil olmaqla, maliyyə vəziyyəti və digər vacib ciddi maliyyə fəaliyyətinin parametrləri/göstəricilərinin, və onların AMB-da nəzərdə tutulmuş normalarda olduğu kimi, “beynəlxalq standartlar norması” /“ən yaxşı təcrübə” ilə müqayisə edilə bilməsini;

  2. onun portfel keyfiyyəti, o cümlədən, kredit tarixi daxil olmaqla, mümkün itkilərə qarşı kredit ehtiyatı, kreditin təsdiqlənməsi prosesi, monitorinqi və s.

  3. şəffaflıq da daxil olmala, idarə edilməsinin, Əməliyyat təlimatında göstərilmiş siyasət və proseduralarının AMB-ın qayda və nizamnaməsində və hesabatlılığında müvafiq idarəetmə strukturları, idarəetmə və işçi heyətinin bilik və bacarıqları, bütövlük və öhdəlikləri ilə uyğunluq təşkil etməsini; İKA bu qiymətləndirmədə digər mənbələrdən istifadə etdiyi kimi WOCCU beynəlxalq təşkilatıının "Kredit İttifaqları üçün İdarəetmə prinsipləri"ndən də istifadə edəcəkdir;

  4. özünün Daxili nəzarətinin sabitliyi, müvafiqliyi və tətbiqini;

  5. ciddi mühasibatlıq siyasəti, təcrübəsi və tam maliyyə idarəetməsini;

  6. Kredit ittifaqlarına mühüm təsir göstərə biləcək həm maliyyə, həm də qeyri-maliyyə xarakterli əsas risklərin monitorinqi, idarəedilməsi və qiymətləndirilməsinin müəyyənləşdirmək üçün daxili və xarici sistemlər.

Qiymətləndirilməyə əsasən, bütün kredit ittifaqları A,B,C kateqoriyaları olmaqla əsas üç kateqoriyaya bölünəcəkdir. Hər bir kateqoriyanın təsviri təsfilatı ilə aşağıda verilmişdir.

A kateqoriyasına aid edilən Kİ-lər yüksək fəaliyyət göstəricilərinə malik, B kateqoriyasına aid edilən Kİ-lər yaxşı, qənaətbəxş və ya müvafiq fəaliyyət göstəricilərinə malik Kİ-lər, C kateqoriyasına malik Kİ-lər isə qeyri-qənaətbəxş fəaliyyət göstəricilərinə malik Kİ-lər kimi təsnif ediləcək və İKA –dan vəsait almaq imkanına malik olmayacaqlar. Kateqoriyalar özləri də alt-kateqoryalara bölünəcəkdir.

Bu təsnifat kredit risklərinin əsasını müəyyənləşdirməyə və spesifik Kİ-lərə kredit verilib-verilməyəcəyini müəyyənləşdirir. Təsnifat ən yüksək riskə malik olan Kİ-lərin az riskli Kİ-lərdən daha tez-tez monitorinq aparılması zamanı faydalı olacaqdır.



  • A kateqoriyasına daha üstün fəaliyyət göstəricilərinə malik, maliyyə cəhətdən güclü , dayanıqlı və həyat fəaliyyətini davam etdirə bilən Kİ-lər daxildir. A kateqoriyasına təhlükəsiz və sabit əməliyyatlara imkan yaradan güclü nəaliyyəti göstərir. Əsas nəaliyyət tədbirləri üçün tarixi meyllər və perspektiv qiymətləndirmə ardıcıl olaraq müsbət olmuşdur. Bu qrup daxilində Kİ-lər xarici iqtisadi və maliyyə problemlərinə qarşı yüksək müqavimət göstərmiş və aşağı kateqoriya daxil olan Kİ-lərlə müqayisədə gözlənilməz hadisələrə dayanıqlıdır. Bu kateqoriya daxil olan Kİ-lər ciddi nəzarət tələb etmir.




  • B+ kateqoriyası yaxşı fəaliyyət göstəricilərinə malik və fəaliyyətlərini davam etdirə bilən Kİ-lərdən ibarətdir. B+ kateqoriyası təhlükəsiz və etibarlı əməliyyatları daima təmin edən yaxşı fəaliyyət göstəricisini əks etdirir. Həm tarixi, həm də nəzərdə tutulmuş əsas nəaliyyət göstəricilərinin təhlükəsiz və etibarlı olmayan əməliyyatlara birbaşa təsir göstərməyi istisna olmaqla, müsbət xarakterə malik ola bilər. Bu qrupa aid edilən Kİ-lər sabit və biznesdə olan qeyri-stabilliyə qarşı tam davamlı ola bilər;halbuki, burada elə bir zəif sahə ola bilər ki, doğurdan da ciddi problem yarada bilər. Nəzarət cavabı elə dərəcədə məhdudlaşdırılır ki, cüzi düzəlişlər biznesin normal gedişində həll edilə bilsin.



  • B kateqoriyası tam fəaliyyət göstəriciləri qənaətbəxş olan və fəaliyyətlərini davam etdirə bilən Kİ-lərdən ibarətdir. B kateqoriyası təhlükəsiz və etibarlı əməliyyatlar üçün təmin edilmiş müvafiq fəaliyyət göstəricilərini əks etdirir. Həm tarixi, həm də proqnozlaşdırılmış əsas nəaliyyət göstəriciləri öz sıralarını dəyişilməz vəziyyətdən ümumi müsbətə doğru dəyişirlər, lakin burada maliyyə və əməli cəhətdən təkmilləşməyə ehtiyac var. Bu qrupa aid olan Kİ-lər sabitliyi ilə seçilir və onların biznes qeyri-stabilliyinə davam gətirmək üçün kifayət qədər ehtiyatı olmur. Nəzarət fəaliyyəti mənfi meyllər və dəyişikliklər nəzərə çarpmadığı təqdirdə, normal hesab edilir.

  • B kateqoriyası, potensial cəhətdən fəliyyətlərini davam etdirə bilən və İKA-nın kredit xəttində iştirak etmək iqtidarında olan tam müvafiq nəaliyyət göstəricilərinə malik Kİ -lərdən ibarətdir.B kateqoriyası elə bir nəaliyyət götəricisini əks etdirir ki, burada müəyyən dərəcədə nöqsanlar və ciddi maraq doğuran məqamlar var.Həm tarixi, həm də proqnazlaşdırılan əsas fəaliyyət göstəriciləri tədbirləri ümumi halda və müəyyən dərəcədə səthi və neqativ ola bilər ki, bu da təhlükəsiz və etibarlı əməliyyatlara mənfi təsir göstərə bilər. Bu kateqoriyaya aid olan Kİ-lər yalnız qeyri-real şəkildə, əks biznes şəraitinin başlanğıcına müqavimət göstərir və müəyyən zəiflik olan yerləri düzəltmək üçün görülən tədbirlər səmərəli olmadıqda, asanlıqla pisləşir. Güc və maliyyə imkanlarının hamısı uğursuzluğun başverməməsi üçün səfərbər edilir. Bu kateqoriyaya daxil edilən Kİ-lərdə nöqsanları aradan qaldırmaq üçün normal haldakından daha çox nəzarətedici diqqət tələb olunur.

  • C+ kateqoriyasına o Kİ-lər aid edilir ki, əməliyyatlarında əsaslı dəyişikliklər edilmədən fəaliyyətlərini davam etdirə bilmirlər və İKA-dan vəsait almaq imkanına malik olmurlar. C+ kateqoriyasına aid edilən Kİ-lər zəif fəaliyyət göstəricilərinə malikdirlər və ciddi nəzarət tələb edirlər.Əsas fəaliyyət göstəriciləri ola bilsin ki, mənfi xarakter daşısın.

  • C kateqoriyası fəaliyyətlərini davam etdirə bilməyən və yaxud qeyri-qənaətbəxş fəaliyyət göstəriciləri olan Kİ-lərdən ibarətdir belə ki, bu Kİ-lər İKA-dan vəsait almayacaqlar, onlardan bəzilərinin fəaliyyətləri ləğv ediləcək və yaxud bu kredit ittifaqları yenidən təşkil ediləcəkdir.C kateqoriyası qeyri-qənaətbəxş nəaliyyət göstəricilərini göstərir və burada nöqsanlar ciddi olduğundan təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin vacibliyini göstərir.

Kİ-lərin Hesablanması Sistemi AMB-nin müəyyən edilmiş prudensial əməliyyat normativlərinə (Kİ-lərin yaradılması üçün minimum lazımı tələblər) və Kİ-lərin apardığı əməliyyatların əsas 5 ciddi elementinə: Kapital adekvatlığı, Aktivlərin keyfiyyəti, İdarəetmə, Gəlir və Likviditliyə əsaslanır. Bu sistem ekspert tərəfindən (auditor) Kİ-nin fəaliyyət göstəricilərini qiymətləndirərkən, qiymətləndirmə prosesində nəzərə alınmalı bütün maliyyə və əməliyyat göstəricilərini əks etdirmək üçün tərtib olunmuşdur. Kİ-lər maliyyə əmsalı və ekspert mühakiməsinin vəhdətindən istifadə etməklə təsnif edilir.Ekspert Kİ-lərin fəaliyyət göstəricilərini təhlil edərkən, əmsalları bir kənara qoymalı və həm keyfiyyət, həm də kəmiyyət faktorlarını nəzərə alaraq, peşəkar mühakimədən istifadə etməlidir. Çox zaman Kİ-lər vəziyyət göstəricilərinə görə geri qaldığından, ekspert balları hesablayarkən, cari və nəzərdə tutulmuş əməliyyatların keyfiyyət təhlilini aparmalıdır. Hər bir əmsal və göstərici üçün Kİ-lər A, B+, B, B-, C+ və ya C kateqoriyalarina bölünəcəkdir. A kateqoriyası ən yüksək , C kateqoriyası isə ən aşağı kateqoriyadır.

Bu ayrı-ayrı kateqoriyalara əsasən, İKA hər bir Kİ üçün mürəkkəb dərəcə sistemini müəyyən edəcəkdir.Bötöv dərəcə xüsusi dərəcələrin orta vəziyyətini göstərəcək və ekspertin Kİ-lərin əməliyyatları və idarəetməsiniə dair bilik və mühakimələrinə əsaslanaraq, bir kateqoriya aşağı salına da bilər. Kateqoriya və Bal sistemi Əlavə 7 -də verilmişdir.






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə