Kənd təSƏRRÜfatinin inkişafi və kreditləŞMƏsi layihəsinin


Kreditin idarə olunması prosedurları



Yüklə 0,71 Mb.
səhifə7/13
tarix14.09.2018
ölçüsü0,71 Mb.
#68418
1   2   3   4   5   6   7   8   9   10   ...   13

6.Kreditin idarə olunması prosedurları

    1. Kİ-lərin İKA-dan Kredit alması üçün Ümumi Tələblər


Kİ-lərin kreditalma müvafiqliyinin təhlilinin məqsədi İKA-dan cəlb olunan vəsaitin maliyyə cəhətdən sağlam, idarəetmə üzrə lazımi daxili gücə malik olan Kİ-lərə verilməsinə əmin olmaqdır.


Kreditalan müvafiqliyin təhlili üçün tələblər təfsilatı ilə aşağıda təsvir olunur:


  • Kİ idarə olunması üçün lazımi bacarıqlara malikdir;

  • Kredit vermə konsepsiyası başa düşülür;

  • Kİ lazımi qaydada qeydiyyatdan keçirilmişdir və lisenziyalaşdırılmışdır;

  • İKA-nın Kredit Siyasətində tələb olunduğu kimi, minimum üzvləri və ödənilmiş kapitalı olmalıdır;

  • Kİ AMB-nin prudensial normalarına və İKA-nın müəyyən etdiyi tələblərə uyğun olaraq fəaliyyət göstərir;

  • Kİ əməliyyatlara hazırdır:

    • Təlim proqramlarında iştirak edib;

    • Ofis təşkil olunub;

  • Kİ-nin rəhbərliyi və işçi heyəti əməliyyat üçün hazırdır:

    • Kİ-nin işçi heyəti işə götürülüb;

    • İş bölgüsü həyata keçirilib;

    • Mühasibatlıq uçotu təşkil olunub və bank hesabları açılıb;

    • Rəhbərlik Kİ-nin fəaliyyəti üçün büdcə hazırlayıb.

  • Rəhbərlik əməliyyatın ilk 12 ayı üçün aylıq büdcəni və növbəti 3 il üçün büdcə planı hazırlayıb;

  • Kİ İKA-nın məğbul saydığı Əməliyyat təlimatında göstərilən kredit proseduralarına əməl edib;

  • Kİ-nin Kredit müracət forması/Ödəniş tələbi tam İKA-nın tələblərinə uyğun olaraq hazırlanıb;



    1. Kİ-nin İKA-dan vəsait alması üzrə xüsusiyyətlər




      1. AMB-nin müəyyən etdiyi Prudensial Normalar

Kİ daima AMB-nin normalarına uyğun fəaliyyət göstərməlidir. Əgər bu normaların biri və ya bir neçəsi yerinə yetirilməyibsə, Kİ-yə kredit verilməsi dərhal dayandırılacaqdır. Prudensial normalar Əlavə 1-də əhatə olunmuşdur.




      1. İKA-nın tələbləri

Prudensial normalara əlavə İKA Kİ-nin minimum həcmi və likvidliyini idarə etməsinə aid əlavə 5 tələb hazırlamışdır.




Norma

Təsvir

İKA-nın tələbi

İKA 1

Əməliyyat dövrü

12 aydan çox olmalı

İKA 2

Nizamnamə kapitalı

20.000 manat

İKA 3

Kİ üzvlərinin sayı

>100

İKA 4

Üzvlərə verilən kreditin faiz məzənnəsi

>25%-la


İKA 5

Kİ-dən borcalanlar üçün Grovun tələb edilməsi

Kİ-nin əməliyyatların 1-ci ili – ən azı iki şəxsi zəmanət ilə üzvün pay kapitalının 4 misli.Əgər sub borcalan biznes plan ilə əsaslandırıldığı kimi daha yüksək kredit məbləğləri üçün (AMB-ın nizamnaməsinə görə, maksimum məbləği aşmamalıdır) müarciət etmişsə, artıq məbləğ maddi əmlakla təmin edilməlidir.

Növbəti illərdə – ən azı iki şəxsi zəmanət ilə üzvün pay kapitalının 5 misli. Əgər sub borcalan biznes plan ilə əsaslandırıldığı kimi daha yüksək kredit məbləğləri üçün ( AMB-ın nizamnaməsinə görə, maksimum məbləği aşmamalıdır) müarciət etmişsə, artıq məbləğ maddi əmlakla təmin edilməlidir.



    1. Borcvermə Prosesi

      1. Ümumi Kreditvermə Prosesi


    Kİ-lərə borcun verilməsi prosesi aşağıda təsvir olunmuşdur.



        1. 6.3.1.1 Kİ-nin İKA-ya müraciəti üçün tələb olunan sənəd və prosedurlar


    Kİ öz fəaliyyətini maliyyələşdirmək məqsədilə İKA-ya kredit müraciəti etmək üçün ərizə blankını doldurur. Beləliklə, Kİ aşağıdakı sənədləri hazırlamalıdır:

    İKA-dan ilk dəfə kredit alan Kredit İttifaqları üçün


      • İH sədrinin, Baş mühasibin və İH-nin üzvlərinin ali təhsilini təsdiq edən sənədlərin surəti,

      • Nizamnamənin surəti,

      • Təsis Müqaviləsinin surəti,

      • Təsis Protokolu surəti,

      • İdarə Heyəti və üzvlərin imza nümunələri,

      • Kredit İttifaqının VÖEN-inin surəti,

      • Kredit İttifaqının lisenziyasının surəti

      • Ədliyyə Nazirliyindən (Qeydiyyat )Şəhadətnaməsinin surəti,

      • Bankın adı və Bankın Hesab Nömrəsi,

    İKA-ya bütün kredit müraciətləri üçün:



      • Son müraciətdən sonra hər hansı dəyişiklik varsa, Kİ üzvlərinin yeniləşdirilmiş siyahısı,

      • Mənfəət/Zərər hesabatı, Balans və nəğd pul dövriyyəsi,

      • Kİ üçün doldurulmuş kredit müraciət forması,

      • İdarə Heyəti tərəfindən təsdiq olunmuş üzvlər üçün kredit müraciət forması,

      • İdarə Heyətinə Kredit Komitəsinin təklifi,

      • Fərdi üzvlər üçün Kİ tərəfindən verilən kredit qərarı (İdərə Heyətinin qərarı),

      • Kİ üzvlərinin pay kapitalının banka ödənilməsini təsdiq edən qəbz,

      • Təklif olunmuş girov üçün qanunveriçilikdə nəzərdə tutulduğu kimi rəsmiləşdirilmiş sənədlər paketi,

      • Təklif olunmuş girov üçün qiymətləndirmə formatı (Kİ və sub-borclular arasında)

    İKA Kİ-dən alınan kredit müraciətlərini nömrələyir və qeydə alır, tələb olunan sənədlərin İKA-nın qaydalarına uyğunluğunu 2 (iki) iş günü ərzində yoxlayacaqdır.

    Girov tətbiq edilirsə, İKA-nın məsul işçisi hər kredit üçün girovun qiymətləndirilməsini nəzərdən keçirəcəkdir (zaman müddəti 1 həftəyə qədərdir).


        1. İKA tərəfindən kreditin qiymətləndirilməsi

Bu mərhələdə işin ardıcıllığı aşağıdakıları əhatə edəcəkdir:




  • İKA bütün kredit müraciətlərini sənədlərin daxil olduğu gün qeydə alacaqdır;

  • İKA-ya təqdim olunan bütün sənədlər Kredit və Monitorinq Şöbələri tərəfindən qiymətləndirilir. İKA-nın Kredit və Monitorinq Şöbələri bütün müraciət formaları İKA-nın tələbləri və AMB-nın prudensial normalarının tələbləri çərçivəsində olmasını yoxlayırlar (zaman müddəti 1 həftəyə qədərdir);

  • İKA-ya təqdim olunan girov sənədləri qiymətləndirildikdən sonra İKA-nın Hüquqşünasına təqdim edilir. Hüquqşunas təqdim olunmuş sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlayır və Kredit Şöbəsinə rəy verir (zaman müddəti 1 gündür);

  • Bütün sənədləri təhlil edərək, Kredit Şöbəsi kreditin şərtlərini müəyyən edəcək və öz təklifini edib onları İKA-nın Baş direktoruna təqdim edəcəkdir (zaman müddəti müraciətlərin təhlili başa çatdıqdan sonra eyni gündür) ;

  • Baş direktor təqdim olunmuş sənədləri təhlil edir və əgər lazımdırsa, əlavə araşdırma üçün Kredit Şöbəsinə geri göndərir (zaman müddəti 1 gündür);

  • Əgər Baş Direktor sənədi təsdiqləmişdirsə, kredit şöbəsi kreditin ödənişinə, o cümlədən lazımi kredit sənədlərinin hazırlamasına başlayır (İKA və Kİ arasında müqavilələr);

  • Əgər rədd edilsə, İKA-nın Kredit Mütəxəssisi Kİ ilə əlaqə saxlayaraq İKA-dan vəsait alınması üçün qeyri müvafiq olan sahələri göstərəcəkdir.

  • Kredit Şöbəsi Kİ üçün təsdiq olunmuş kredit haqqında Maliyyə şöbəsinə məlumat verəcəkdir.





Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə