KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə3/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   2   3   4   5   6   7   8   9   ...   40


 
Qarı tezliklə cavab vermədi; qəsdən intizar yaratmaq üçün xeyli susdu, sonra 
haçandan-haçana şad bir səslə, ucadan dedi: 
−Gözün aydın, oğlun oldu! 
Bu nidalar təzə açılan səhərin sakitliyində əks-səda verdi. 
Fikrət  çaşdı,  özünü  itirdiyindən  nə  edəcəyini  bilmədi.  Sevincdən  irəli 
atılaraq  qarını  elə  möhkəm  qucaqladı  ki,  sümükləri  şaqqıldadı,  onun  qax  kimi 
qırışmış üzündən öpdü... 
Doğum  evinin  hündür  darvazası  qabağında  mavi  rəngli  bir  “Moskviç” 
dayandı,  əlində  gül  dəstəsi  tutmuş  Fikrət  tez  maşından  düşüb  pillələri  tələsik 
addımlarla iki-iki qalxaraq, yuxarı çıxdı. 
Çox keçmədən bənizi saralmış Günəşlə, onun qoluna girmiş xadimə qapıda 
göründü.  Cavan  ananın  sifətinə,  gözlərinə  elə  xoş  bir  ifadə  həkk  olunmuşdu  ki... 
Sonra da ağ krujevalı, ipək bələkdə olan körpəsini ehtiyatla qucağına almış Fikrət 
gəldi. Həyətə düşcək uşağın üzündəki tül örtüyü qaldırıb işıqda diqqətlə ona baxdı; 
dodaqlarını  körpəyə  yaxınlaşdırdı,  ancaq  qıymadı,  diksinəcəyindən  qorxub  geri 
çəkdi. 
Xadimə Günəşi maşında əyləşdirib xeyir-dua verdi: 
−Balan  xoşbəxt  böyüsün,  qızım.  O  gün  olsun  toyunu  eləyəsiniz,  elə  bu 
“Moskviç”də ona gəlin gətirəsiniz... 
−Al,  qoy  bu  igid  oğlan  da  yanında  otursun,  darıxmayasan,  −  deyə  Fikrət 
uşağı ehmallıca içəri uzadanda Günəş məhəbbətlə ərinə baxdı, xəfifcə gülümsədi. 
Kirpiklərini  bir  dəfə  endirib-qaldırdı,  gözləri  ilə  onu  öpdü.  Sonra  əlindəki  gülləri 
qırağa qoyub, körpəsini sinəsinə sıxaraq, yerini rahatladı. 
Fikrət maşından bəzəkli bir qutu götürüb, üzünü qarıya tutdu: 
−Xala, al! Bu, cumbulu oğlumuzun adından sənə hədiyyədir!.. Salamat qal. 
−Yaxşı yol ay bala, boya-başa çatsın körpəniz. 
Qarı doluxsundu. Fikrət sükanın arxasında əyləşib xadiməyə bir daha razılıq 
edərək, maşını hərəkətə gətirdi. 
−Anan  nə  əcəb  gəlmədi?  –  deyə  doğum  evinin  yaşıl  həyətindən  küçəyə 
burulanda Günəş soruşdu. 
−Evdə sənin üçün xörək hazırlayırdı. 
−Nə bişirirdi? 
−Quymaq. 
Fikrət boylanıb qarşısındakı kiçik aynadan dala baxdı: 
−Mənim pəncərəm açıqdır, sizə soyuq olarsa, örtüm. 
“Sizə!” Onun bu sözü Günəşlə oğluna aid idi. 
−Yox, örtmə, qoy uşağa yayın havası dəysin. 
downloaded from KitabYurdu.org



 
Maşın  geniş  bir  prospektə  çıxdı,  Fikrət  çox  asta  sürürdü.  Günəş  bayıra 
tamaşa  edir,  nə  haqdasa  fikirləşirdi.  Dəniz  lap  yaxında  idi.  Sahildə  oynaşan 
köpüklü dalğaların şırıltısı eşidilirdi. Uzaqlarda sular gömgöy görünürdü. 
−Fikrət! 
−Ay can! 
−Ləpədöyəndəki o hündür, qara daş sənə tanış gəlmir? 
−Bəli,  bilirəm  nəyə  işarə  vurursan.  Siz  mənimlə  olmasaydınız,  bu  dəqiqə 
çıxıb, lap paltarlı onun üstündən yenə suya tullanardım. 
O, istər-istəməz ilk görüş axşamını xatırladı. İndi isə ata olmuşdu. 
−Günəş, oğlumuza ad fikirləşməmisən? 
−Onu ananla məsləhətləşmək lazımdır. 
Fikrət bir siqaret çıxarıb damağına qoydu, uşaq yadına düşcək, tez ağzından 
alıb qırağa atdı. “Bundan sonra heç evdə də çəkməməliyəm” – deyə özlüyündə qət 
etdi. 
−Anamın arzusu  odur ki, nəvəsini atamın adı ilə − Nadir çağıraq. Bilmirəm 
buna sən necə baxırsan? 
Fikrət əlini pəncərədən çıxarıb sola döndü. Günəş bir anlığa susdu. Nə cavab 
verəcəyini  fikirləşdi.  Əslində  o,  lap  birinci  gündən  oğlu  üçün  “Gündüz”  adını 
seçmişdi, indi daha bu sözdən sonra onu Fikrətə eşitdirməyin mənası yox idi. 
−Anan ixtiyar sahibidir. Madam ki, ürəyi istəyir, Nadir çağırarıq. 
−Çox sağ ol. Arvad yaman sevinəcək! 
Maşın  şəhərin  mərkəzində  beşmərtəbəli  bir  binaya  yaxınlaşanda  yavaşıyıb, 
həyətə  buruldu.  Pəncərədən  onların  gəldiyini  görən  qarı  evdən  nə  vaxt,  necə 
çıxdığını  bilmədi.  Arvad  şadlıqla  irəli  cumaraq  nəvəsini  qucağına  aldı  və  titrək 
dodaqları ilə gəlininin alnından öpdü. 
−Əlində,  ovcunda  qalsın,  ay  qızım!  –  dedi.  –  Axır  ki,  bizim  də  bəxtimiz 
güldü. 
Bəli! Soltanovlar ailəsinə xoşbəxtlik gəlmişdi!.. 
Onca dəqiqə sonra, evdə nənə uşağın bələyini açanda hamını dəhşət bürüdü! 
Günəş  səsi  gəldikcə  heyrətlə  çığırıb  bayılmadımı?!  Qıçları  əsən  qarı  özünü  ayaq 
üstə  saxlaya  bilmədiyindən  divana  yıxılmadımı?!  Fikrət  gözlərini  yumub,  ikiəlli 
başına vurmadımı?!. 
Günəşə doğum evindən oğlunun yerinə qız uşağı vermişdilər? 
 
 
 
 
downloaded from KitabYurdu.org



 
İKİNCİ NOVELLA 
 
Müharibə qurtarmışdı. 
Əkrəm  evə  kor  qayıdırdı.  Dörd  il  cəbhələrdə    odun-alovun  içərisində 
vuruşarkən, həmişə − gecə də, gündüz də, doğma Bakını təzədən görmək, bir daha 
onun  geniş  küçələrində  gəzmək  arzusu  ilə  yaşayan  Əkrəm,  indi  iki  gözdən 
məhrum, çəliyini vağzalın daş pilləkənlərinə döyəcləyə-döyəcləyə qaranlıq, zülmət 
bir şəhərə enirdi. Evinə hansı yollarla, necə gedəcəyini bilmirdi. 
O,  səkiyə  düşcək  bir  kənara  çəkilib  ayaq  saxladı,  çamadanını  yerə  qoydu; 
üzü  divara  dayandı,  tez-tez  kirpik  çalaraq  fikirləşdi:  “Görəsən,  bir  azdan  qapının 
zəngini basanda, qarşıma kim çıxacaq? Yəqin ki, Yeganə! Bəs o məni görəndə nə 
edəcək?  Sevindiyindən  boynuma  sarılıb  uşaq  kimi  hönkür-hönkür  ağlayacaqmı? 
Yoxsa... bu vəziyyətdə qayıtdığım üçün qonşuların yanında xəcalət çəkəcək? Eh!.. 
Mən də çox qəribə şeylər düşünürəm. Dörd il əvvəl Yeganə elə bu vağzaldan məni 
cəbhəyə  yola  salanda  göz  yaşları  içərisində  nələr  deməmişdi:  “Get,  əzizim! 
Amanın günüdür, özündən muğayat ol! Məndən əsla nigaran qalma, həmişə yolunu 
gözləyəcəyəm,  Əkrəmcan!  Səni  and  verirəm  istədiyinə,  məktublarının  arasını 
kəsmə, tez-tez yaz, sənə qurban olum, məni yaddan çıxarma!..” 
Elə  bil  Əkrəm  indi  də  bu  sözləri  Yeganənin  dilindən  eşitdi;  onun  titrək, 
musiqili  səsi  qulaqlarında  cingildədi.  Ürəyi  kövrəldi.  Yaylığını  çıxarıb,  gözlərini 
sildi.  “Yox,  Yeganənin    barəsində  ayrı  cür  fikirləşmək  ağılsızlıqdır!  Həyatda  bir 
dəfə səhvi olmuşsa, onu da dərk etmişdir. Mən evə utanmadan, xəcalət çəkmədən 
getməliyəm!” 
Bu  vaxt  gənc  bir  qadın  səkiyə  çıxanda,  qəfildən  Əkrəmi  görcək  dayandı. 
Heyrət içərisində, çox diqqətlə qarşısındakı şəxsin üzünə baxdı. “Bu odur! Odur!” 
– deyə dəhşətdən az qala hıçqırmaq dərəcəsinə gəldi, lakin özünü ələ aldı... 
Əkrəm yoluna düzəlmək istədi, nə düşündüsə, yenə yubandı. 
“Bəs əvvəllər mənə isti əlcək, yun corab, cürbəcür sovqatlar göndərən, uzun-
uzadı  təsirli  məktublar  yazan  Yeganə,  son  zamanlar,  xüsusən  kor  olduğumu 
biləndən  sonra  birdən-birə  niyə  susdu?  Məgər  o,  mənə  təsəlli  vermək  üçün  bu 
qayğını daha da artırmalı deyildimi?” 
Əkrəm iki yol ayrıcında, tərəddüd içərisində qalmışdı. Bu yollardan biri onu 
neçə müddətdən bəri həsrətində olduğu gözəl qadını Yeganənin vüsalına, digəri isə 
naməlum səmtə aparacaqdı. 
Yeganə  Əkrəmi  həqiqətən  gözləyirdimi?  Onunla  qurduğu  həyatı,  əhd-
peyman  etdiyi  kimi,  sədaqətlə  başa  vurmağı  yenə  arzulayırdımı?  Bunu  bilmək 
çətin,  çox  çətin  idi.  Əkrəmə  hər  şey,  ancaq  qapını  açıb  içəri  girəndən  sonra 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə