KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə4/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   2   3   4   5   6   7   8   9   ...   40

10 
 
Yeganənin  münasibətindən,  deyəcəyi  sözlərdən,  səsinin  ahəngindən  aydın 
olacaqdı. Həm də birinci, ikinci gün yox, tədricən, həftələr, aylar ötdükcə... Əfsus 
ki,  qadının  gözlərindəki  ifadəni  Əkrəm  oxuya  bilməyəcəkdi!  O,  həyat  işığından 
məhrum  idi.  Həmişə  də  ona  həsrət  qalacaqdı.  Hətta  günəşi,  ayı,  ulduzları  belə 
görməyəcəkdi!.. 
Bu  qaranlıq  dünyada  Əkrəmin  gözlərinə  işıq,  ürəyinə  təsəlli  verəcək  bircə 
adam vardısa, o da Yeganə idi! 
Bayaqdan qıraqda dinməz-söyləməz durmuş gənc qadın irəli addımladı: 
−  Bağışlayın...  Evinizə  gedirsiniz?  –  deyə  həyəcanını  boğmağa  çalışaraq, 
mehriban bir qayğıkeşliklə xəbər aldı. 
Əkrəm səsgələnə döndü: 
− Siz kimsiniz? 
− Yoldan ötən... 
−  Bəli.  Evimizə  gedirəm.  İstəyirəm  burdan  bir  minik  tapım.  Təzə  pirin 
yanına qalxacağam. 
− İcazə versəniz mən sizə kömək edərəm, elə özüm də o tərəfdə yaşayıram. 
− Minnətdaram... 
Əkrəm əyilib çamadanı götürəndə, qadın qabağa keçdi: 
− Siz zəhmət çəkməyin, mən apararam. 
− Xeyr, ona razı olmaram! Əllərim ki, şikəst deyil. 
− Yaxşı, gedəyin... 
Yol boyu heç biri danışmadı. 
Əkrəm  düşünürdü:  “Bu,  ilk  rastlaşdığım  hər  kimsə  mərhəmətli  adamdır. 
Yoxsa, evi tapmaqda çətinlik çəkəcəkdim”. 
Vağzalın qabağındakı meydanda beş-altı fayton dayanmışdı. Qadın onlardan 
qıraqdakına yaxınlaşdı. 
− Əmi, bizi Təzə pir məscidinin yanına apararsan?  – deyə atların başından 
arpa  torbasını  çıxaran  uzunboylu,  sallaq,  qarabığlı  kişidən  soruşdu.  Faytonçu 
dönüb  ona  baxaraq  elə  ləzzətlə  qımışdı  ki,  sifətini  saysız-hesabsız  dərin  qırışlar 
bürüdü. 
− Apararam, belə canım da çıxar! Bəs mənim sənətim nədi? Bir də ki, ora 
getmək savab işdi, qızım... 
Qadının  köməyi  ilə  əvvəlcə  Əkrəm  faytona  mindi,  çamadanını  dizləri  üstə 
alıb əyləşdi. “Mən, Yeganənin haqqında nahaqdan elə xəyallara düşürəm, − deyə 
fikrindən  keçirdi.  Tanımadığım,  yad  bir  adam  mənə  belə  qayğı  göstərəndə, 
özümünkü əldən-ayaqdan getməyəcəkmi?” 
downloaded from KitabYurdu.org


11 
 
Qadın  da  qalxıb  Əkrəmin  yanında  oturdu.  Faytonçu  göy,  nimdaş  xalatının 
ətəklərini  qaldırıb  rəngi  soluxmuş  qırmızı  qurşağının  altına  keçirdi.  “Ya,  Əli!”  – 
deyib  yaşına  uyuşmayan  bir  sıçrayışla  qozlaya  tullandı.  Cilovları  əlində 
cütlədikdən sonra, qamçını havada yellədərək atların başı üstündə şaqqıldadıb, bir 
ağız bərkdən muşqurdu: 
− Ay dönüm gözünüzə, mənim zirək tərlanlarım, tərpənin! 
Asfalt  meydançaya  dəyən  nal  səsləri  vağzal  binasının  hündür  divarlarında 
əks-səda verdi. Atlar fınxırıb yerindən götürüldü. 
Qadın  yana  çevrildi,  aşağıdan-yuxarı  oğrun  və  məyus  baxışlarla  Əkrəmi 
süzdü.  Onun  ayaqlarındakı  qunclu  xrom  çəkmələr  köhnə  də  olsa,  tərtəmiz 
silinmişdi.  Tünd  bənövşəyi  diaqnal  kalifeyi,  yaxası  sarı  dəmir  düyməli  xıneyi 
köynəyi  hündür  boyuna,  dolu  bədəninə  biçildiyindən  leytenant  çinli  gənci  xeyli 
qıvraq  göstərirdi.  Mürəkkəb  çilənmiş  kimi  nöqtə-nöqtə  göyümtül  ləkələrlə 
örtülmüş  sifətində  donmuş,  düşüncəli  bir  ifadə  vardı  və  adama  elə  gəlirdi  ki,  bu 
həmişə belə qalacaq, heç vaxt dəyişməyəcəkdir. Saçlarının yarıdan çoxu ağarmışdı. 
Şikəst  gözlərini  yəqin  ki,  başqaları  görməsin  deyə,  qara  çeşmək  taxmasına 
baxmayaraq, furajkasının günlüyünü də qalın qaşlarının üstünə endirmişdi. 
Vağzaldan azacıq aralanmışdılar, faytonçu dala baxmadan xəbər aldı: 
− Soruşmaq ayıbına gəlməsin, qardaşoğlu, Təzə pir tərəfdə kimlərdənsən? 
Əkrəmin kilidlənmiş dodaqları tərpəndi; kirpik çala-çala bir qədər susduqdan 
sonra cavab verdi: 
−  Çətin  tanıyasınız...  Atamgil  yuxarı  məhəllədə  yaşayıblar.  Mən,  bənna 
Mirqasımın oğluyam. 
Bu adı eşidən faytonçu geri qanrılmaq istəyirdi ki, qarşıdan gələn tramvayı 
görüb  atları  yana  çəkdi;  küçəni  sağa  döncək  cilovları  boşaldıb,  gümrah  bir  səslə 
dedi: 
−  Belə,  atanın  cəddinə  qurban  olum!  Adə,  sən  gəl  Mirqasım  kişini 
özgəsindən yox, məndən xəbər al. Buna bax a... deyir, tanımazsan! Bütün qohum-
əqrəbanı  sənə  yerli-yerində  elə  nişan  verim  ki,  özün  də  məəttəl  qalasan.  Evinizə 
çox gəlib-getmişəm ki... 
O, cibindən çıxardığı dəmir qutudakı hazır eşmələrdən birini götürüb, dili ilə 
böyrünü  isladaraq,  damağına  qoydu.  Qəmbər  döşəməli  çala-çuxur  yolla  tənbəl-
tənbəl gedən atları haylayıb, eşməsini yandırdı, hərisliklə sinəsinə çəkdiyi tüstünü 
əvvəlcə ağzından, sonra da burnundan buraxıb soruşdu: 
− Demək, əsgərlikdən gəlirsən? 
− Bəli, əmi. 
downloaded from KitabYurdu.org


12 
 
−  Cəmi  gedənlərimiz  qayıtsın,  inşallah...  Yəni  frontda  lap  o  tufani-bəlanın 
içində olubsan! 
Əkrəm qımışdı: 
− Dörd il! 
−  Şükür  allaha  ki,  sağ-salamat  qurtarıbsan,  −  deyə  faytonçu  cəbhənin 
dəhşətli səhnələrini gözüylə görmüş kimi heyrətlə dilləndi. 
Atlar Qəssab bazarının yoxuşunu qalxanda Xəzərdəki gəmilərdən günortanın 
fiti verildi. 
− Qardaşoğlu! 
− Eşidirəm, əmi. 
−  Bax...  qabaqda  o  ikimərtəbəli  ağ  ev  ki,  var...  sənin  yadına  gəlməz,  onu 
rəhmətlik atan Mirqasım kişi öz əlləri ilə tikib. Onda mən arabaçılıq edərdim. Bir 
cüt də yaxşı kürən atım vardı. Desəm ki, ora nə qədər daş, palçıq gedib, hamısını 
mən  daşımışam,  inanmazsan.  –  Faytonçu  dərindən,  yanıqlı  bir  ah  çəkdi.  –  Eh!.. 
Yaman  qocaldıq!  Elə  bil  hamısı  srağagün  idi!  Papağını  götürüb  qoyunca,  ömür 
sona yetdi... 
Qadın  kədərli  gözlərini  Əkrəmdən  ayırmadan  nə  haqdasa  düşünür  və 
ürəyində  özü  ilə  danışırmış  kimi  arabir  asta-asta  başını  tərpədərək  köks  ötürürdü. 
Deyəsən, xəlvəti ağlayırdı da. Kirpikləri nəmlənmişdi. 
Fəridənin  yaxşı  yadındadır:  Onda  hələ  nişanlanmamışdı.  İsti  avqust  günləri 
idi.  Bir  dəstə  qızla  Pirşağı  dənizinə  getmişdi.  Plyajda  adam  əlindən  tərpənmək 
olmurdu. 
Rəfiqələr  çimib,  sərinləndikdən  sonra  sahildə  çığır-bağırla  voleybol 
oynayırdılar.  Onlara  yaxın  yerdə  şahmat  taxtası  arxasında  üz-üzə  iki  oğlan 
oturmuşdu. Ətrafın səs-küyünü sanki heç eşitmirdilər. Hərə özlüyündə dərin fikrə 
dalmışdı. 
Bu  vaxt  Fəridənin  vurduğu  top  gəlib  zərblə  şahmat  taxtasına  dəydi  və 
fiqurları qumun üstünə səpələdi. Oğlanlar, yəqin ki, ciddi vəziyyət almış oyunlarını 
pozana acıqlanmaq qəsdilə cəld geri qanrılıb təəccüblə yan-yörəyə baxdılar. Fəridə 
qorxaq addımlarla yavaş-yavaş onlara yaxınlaşaraq günahkarcasına üzr istədi: 
− Bağışlayın... Məndən oldu... Bilmədim... 
−  Əgər  sizsinizsə,  eybi  yoxdur.  –  Oğlanlardan  nisbətən  cüssəli  görünəni 
ayağa qalxaraq qərəzsiz, şən səslə cavab verdi. – Siz mənim dostumu əziyyətdən 
qurtardınız.  Yoxsa,  mütləq  “mat”  qalacaqdı,  −  dedi  və  suya  diyirlənən  topu 
götürüb ehtiramla Fəridəyə uzatdı. – Buyurun. 
− Təşəkkür edirəm... 
− İndi ki, belə oldu, onda bizi də özünüzlə oyuna buraxın. 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə