KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə6/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   2   3   4   5   6   7   8   9   ...   40

16 
 
xətrini dünyalar qədər istəyirdi. Həmişə gəzməyə bir yerdə çıxardılar. Saatlarla üz-
üzə oturub şahmat oynardılar. 
“Eh!..  Gör,  o  vaxtdan  neçə  illər  ötdü!  Heyf,  çox  heyf,  qayğısız,  kədərsiz 
uşaqlıq çağlarından! Nə tez gəldi, nə tez də getdi!..” 
Əkrəm cəbhədə olanda Sərdardan dalbadal üç məktub almışdı. İkisi zarafatla 
dolu  idi.  Axırıncısı  isə  çox  qısa  və  ciddi  yazılmışdı.  İkicə  kəlmə  ilə  əsgərliyə 
çağırıldığını xəbər verirdi. Ondan sonra daha Sərdardan soraq çıxmadı... 
“Bura  bizim  həyətdir!”  –  deyə  Əkrəm,  hündür  bir  qapının  qabağında 
duranda  ürəyi  çırpındı  və  çox  qəribə  hisslər  keçirdi.  Sevindi,  həyəcanlandı, 
qüssələndi. Xəyalında Yeganə ilə danışa-danışa tələm-tələsik içəri girmək istəyirdi 
ki,  ayağı  nəyəsə  ilişdi,  üzüqoylu  yerə  sərildi.  Əkrəm  möhkəm  əzildiyinin  və 
dizlərinin  gizildədiyinin  fərqinə  varmadan  cəld  qalxdı,  üstünü  çırpdı.  “Kaş  görən 
olmayaydı!”  –  deyə  əlindən  düşən  çəliyini  axtardı,  lakin  tapmadı.  Pilləkənədək 
yolu çətinliklə gedəcəkdi. Əkrəm nə vaxt çığırdı, özü də bilmədi: 
− Yeganə!!! 
Elə  bu  an  o,  sifətində  ilıq  bir  nəfəsin  gəzdiyini  duydu  və  çəliyinin  dəstəyi 
barmaqlarına toxundu. 
− Buyurun, − deyə yenə bayaqkı qadının tanış, mehriban səsi eşidildi. 
Əkrəm qulaqlarına inanmadı. 
− Siz hələ burdasınız? 
− İndi daha gedirəm... 
...Həyətdə  də  Yeganədən  cavab  gəlmədi.  Əkrəm  pilləkənin  sürahisindən 
yapışıb,  asta-asta  aynabəndə  qalxanda  aşağı  mərtəbədə,  tanımadığı  bir  arvad 
kiminsə  ünvanına  nalayiq  sözlər  yağdırırdı.  Çox  güman,  sonradan  gəlmiş 
həmxanalardan  idi.  Leytenantın  bu  giley-güzara  məhəl  qoymadığını  görəndə  o, 
daha da qızışdı. Elə bil odun üstünə barıt atdılar. 
− Belə biabırçılığa kim dözər, ay camaat! Binamus qızının o birilərdən gözü 
doymadı, indi də korları, şilləri evinə buraxır... Allah ona gözəllik əvəzinə azacıq 
həya versəydi, biz də bu həyətdə abırdan düşməzdik. 
Əkrəm  yerində  mıxlanıb  qaldı!  Sanki  daş-divar,  yer,  göy  başına  fırlandı. 
Axı, bu sözlər kimin ünvanına deyilirdi?! Yeganəninmi!? 
 
 
 
 
 
 
downloaded from KitabYurdu.org


17 
 
 
 
ÜÇÜNCÜ NOVELLA 
 
Teatrda  Fransa  həyatından  bəhs  edən  bir  tərcümə  əsərinin  ilk  tamaşası 
olacaqdı.  Zal  adamla  dolu  idi.  Əkrəm  dostu  Sərdarla  dördnəfərlik  lojada 
oturmuşdu. Yerlərdən ikisi hələ tutulmamışdı. Bir azdan, tavandan asılmış nəhəng 
çilçıraq söndü. Səhnənin qırmızı məxmər pərdəsi üzərinə rəngbərəng işıq zolaqları 
tuşlandı.  Aşağıdan  orkestrin  musiqisi  eşidiləndə  Əkrəmgilin  lojasının  qapısı 
ehtiyatla açıldı; qəşəng geyimli, uca boylu, qara saçlı, şux qamətli bir qız, pəncələri 
üstə  içəri  girib  “bağışlayın”  –  deyə  pıçıldayaraq  arxada  əyləşdi.  Ətrafa  xoş  ətir 
yayıldı. Qızı görcək, Sərdar yavaşca əyilib dostunun böyrünü dümsüklədi: 
−Arada bir dala da bax!.. 
Əkrəm  onun  nəyə  işarə  vurduğunu  başa  düşsə  də,  qımıldanmadı.  Sərdar 
ikinci kərə dilləndi: 
−Eşitmədin, nə dedim? 
Əlacsız qalan Əkrəm azacıq qanrılıb gözünün ucu ilə qıza ötəri nəzər saldı. 
O, həqiqətən gözəl idi. Əynindəki çəhrayı, zərli paltarı qaranlıq lojaya işıq salırdı. 
Sərdar bu dəfə ağzını Əkrəmin qulağına söykədi: 
−Necədir? 
−Gözəldir! 
Artıq pərdə açılmışdı, maraqlı bir tamaşa başlanmışdı. Lakin Əkrəmin fikri 
səhnədə  yox,  qızın  yanında  idi.  Bir  daha  geri  çevrilib  ona  baxmaq,  danışdırmaq 
istəsə də, cəsarət etmirdi, ağır söz eşidib, pərt olacagından qorxurdu. Ürəyi elə tez-
tez döyünürdü ki... 
Beş dəqiqə... on dəqiqə keçdi, Əkrəm sakit otura bilmədi. Qəribədir, birdən 
sanki ikiəlli çiyinlərindən tutub, onu arxaya döndərdilər. 
−Orda sizin üçün narahatdırsa, yerimizi dəyişəyin, − deyə dikəlib qıza təklif 
etdi. 
−Xeyr, zəhmət çəkməyin. – O bu hörmətdən məmnun bir tərzdə gülümsədi. 
– Siz yaxşı-yaxşı baxın. Mən bu tamaşanı görmüşəm. 
Sərdar dizi ilə dostuna toxunub, göz vurdu: “Deyinən, öz üstüvə! Necə yəni 
“mən bu tamaşanı görmüşəm?” Məgər bu gün premyera deyil?!” 
Əkrəm  yaylığını  çıxardı,  alnının  tərini  qurulayaraq  fikirləşdi:  “Bizi  xam 
sayır, nədir?.. Eybi yox, fasilədə cavabını verərəm...” 
Birinci şəkil qurtaran kimi Sərdar dostunu qabaqlayıb, üzünü qıza tutdu: 
−Bağışlayın, siz hansı kənddənsiniz? 
Əkrəm  məsələni  o  dəqiqə  duydu.  Qız  isə  bu  qəfil  sualdan  heç  nə  başa 
düşmədi; qaşlarını qaldırıb, istehza ilə dodaqlarını büzdü. 
downloaded from KitabYurdu.org


18 
 
−Siz məni kiməsə oxşadırsınız, mən, şəhərin özündənəm. 
−Elə biz də şəhərliyik! – deyə Sərdar söhbətə ikicə kəlmə ilə yekun vuraraq 
acıqla döndü. Nə qəbahət etdiyini bilməyən qız, pörtmüş halda təzədən dilləndi: 
−Sizin sualınızdan da, verdiyiniz cavabdan da heç nə anlamadım. 
O  bu  sözləri  təkcə  Sərdara  deyil,  hər  ikisinə  müraciətlə  söylədi.  Oğlanların 
susduğunu görcək, özünü haqlı sanıb səsini bir az da qaldıraraq dil-dil ötdü: 
−Məncə  üç-dörd  saatı  bu  lojada  intriqasız  da  keçinmək  mümkündür. 
Yerinizi darısqal eləyirəmsə, gedə bilərəm. “Siz hansı kənddənsiniz?..” Danışıqda 
məntiq  yaxşı  şeydir!  Teatrdakı  öz  intriqamız  bizə  artıqlaması  ilə  kifayətdir, 
başqalarının əlavəsinə ehtiyacımız yoxdur!.. 
Sərdar  dostuna  baxaraq  narazılıqla  başını  yırğaladı:  “Adə,  bu  nə  yaman 
hikkəli  imiş!”  Əkrəm  odla  su  arasında  –  çıxılmaz  vəziyyətdə  qalmışdı.  Heç 
birindən keçə bilmirdi. Dostunu müdafiəyə qalxsaydı, qızın üzü ondan dönəcəkdi. 
O isə bunu istəmirdi. Sərdarı da ayağa vermək kişilikdən deyildi. Burada bir balaca 
liberallıq lazım idi. Ona görə də Əkrəm dala çevrilib aram-aram sözə başladı: 
−Bilirsiniz, xanım qız, məncə bizim lojada bir balaca anlaşılmazlıq oldu. Siz 
deyəndə  ki,  bu  tamaşanı  görmüşəm,  düzü  elə  mənə  də  qəribə  gəldi.  Axı,  öz 
aramızdır,  premyera  indidir.  Ona  görə  mənim  təmizürəkli..−  Əkrəm  Sərdarın 
kürəyinə şappıldatdı – bu dəliqanlı dostum da elə bildi ki, siz bizi teatrdan bixəbər 
adam  hesab  edirsiniz...  Bir  qədər  xətrimizə  dəydi.  Əgər  buna  ehtiyac  varsa,  mən 
üzr istəməyə hazıram... Nahaq yerə əsəbiləşməyin. 
Əkrəmin  etirafı  qızın  xoşuna  gəldi.  Ancaq  öz  xisləti  xilafına  getməyərək, 
yenə kinayə ilə dilləndi: 
−Əvvəla,  izahatınız  üçün  təşəkkürlər.  Sonra  sizə,  həm  də  yanınızdakı 
“təmizürəkli,  dəliqanlı  dostunuza”  bir  daha  eşitdirirəm:  Bəli,  mən  bu  tamaşaya 
baxmışam! Aydındır? 
−Xeyr! – Sərdar tapança kimi açıldı. 
Pərdə  işıqlandı,  söhbət  kəsildi,  mübahisə  yarımçıq  qaldı.  Əkrəm  bu  odu 
söndürməyə çalışdığı halda, onu bir az da üfləyib alovlandırmışdı. 
Lojanın sürahisinə dirsəklənmiş Sərdar fısıldayır və qəsdən Əkrəmə tez-tez 
söz ataraq, qıza eşitdirirdi: 
−Nə  yaxşı  sakit  oturmuşduq...  Hamısı  sənin  dilinin  bəlasından  oldu.  Mən 
belə bilsəydim bu axşam heç buraya gəlməzdim. 
Əkrəm gülməyini güclə boğaraq çənəsinin altından tutub, dostuna yalvarır, 
susmasını təvəqqe edirdi: 
−Sən canın, bəsdir! 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə