KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə9/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

24 
 
−  Sizi,  Yeganə  xanım,  səmimi-qəlbdən  təbrik  edirəm.  Oyununuz  mənim, 
həqiqətən,  çox-çox  xoşuma  gəldi.  –  deyə  Əkrəm  centlmencəsinə  ayaqlarını 
cütləyib,  azacıq  əyilərək  qızın  ona  sarı  uzanan  əlini  sıxdı.  –  Ancaq,  gərək 
bağışlayasınız. Bu təbrik bir növ, necə deyərlər, elə-belə, gözlənilməz oldu. 
Qız minnətdarlıq etdi: 
− Xoşdur. Zəhmət çəkib gəlmisinizsə, kifayətdir. 
Çiyin-çiyinə  yola  düzəldilər.  Bir  müddət  danışmadılar.  Haçandan-haçana 
Yeganə xəbər aldı: 
− Bəs nə əcəb o “təmizürəkli, dəliqanlı dostunuz” yoxdur? 
− Onun bu gün işi vardı. Həm də... dünən tamaşaya baxmışdı. 
− Bəs siz baxmamışdınız? 
Əkrəm güldü: 
− Hər şeyi soruşmazlar ki?! Mən ayrı, o ayrı... 
Qız nazlana-nazlana üzünü yana çevirdi. 
Teatrın küçəsindən sağa buruldular. Böyük qastronomun bəzəkli vitrinlərinin 
qarşısından  keçəndə  Əkrəm  nə  gördüsə,  Yeganədən  üzr  istəyib  bir  anlığa  ondan 
ayrıldı və becid addımlarla geri qayıtdı. Səkinin qırağında qoyduğu kiçik səbətdə 
ağ, qırmızı, çəhrayı qızılgül satan çalpapaqlı kişiyə yaxınlaşdı. 
− Əmican, neçəyədir bunların biri? 
−  Oğul,  səninçün  hovayi,  −  deyə  gülsatan  kişi  zarafat  eləməyə  adam 
axtarırmış  kimi,  qıvraq  səslə  elə  bərkdən  dilləndi  ki,  Yeganə  gülməkdən  özünü 
güclə  saxladı.  –  Bohasinə  bir  köpük  pul  verməmişəm.  Nərdaranda 
həyətciyəzimdən dərmişəm. Götür, desgirəsiynən peşkeşdür sənə. 
Əkrəm  güllərin  hər  rəngindən  üç-dördünü  ayırıb  ona  bir  qırmızı  otuzluq 
uzatdı. 
− Al, çıx haqqını. 
−  Adə,  bayaq  didim  ki,  hovayidür,  dayi  bu  nədür  uzadırsan  mənə?  –  Kişi 
pulu qara sətin pencəyinin döş cibinə basıb, səbətdə qalan gülləri də dəstələyərək 
Əkrəmin  qucağına  dürtdü.  –  Həlal  xoşun!  Bulari  də  apar,  dayi  mən  məhtəl 
olmiyim.  –  O,  qıraqda  dayanmış  Yeganəyə  işarə  ilə  əlavə  etdi.  –  Bir  də,  adam 
hələnçilik ceyran qıza canını da peşkeş elər... 
Əkrəmin danışmağa başqa sözü qalmadı: 
− Sağ ol. 
− Belə, öyün abadan! Cibüvə min bərəkət! – deyə, kişi boş səbətini götürüb 
əlində yellədə-yellədə axşam gəzintisinə axışan adamların arasında gözdən itdi. 
− Buyurun, Yeganə xanım! – Əkrəm qıza yetişcək, gülləri ona uzatdı. – O 
gün olsun səhnədə ulduz kimi parlayasınız. Ayrı nə deyim... 
downloaded from KitabYurdu.org


25 
 
Yeganə sevincini gizlədə bilmədi: 
−  Siz  mənə  lap  xəcalət  verirsiniz...  –  O,  təzəcə  açılmış  simuzər  qönçələri 
sinəsinə  sıxıb,  hərisliklə  qoxladı;  rayihədən  göy,  badamı  gözləri  xumarlanıb 
süzüldü və dərindən sinədolusu köks ötürdü. – Ah!.. Nə gözəldir!.. 
Əkrəmin ürəyinə haradansa cəsarət doldu; nə vaxt qızın qulağına pıçıldadı, 
özü də bilmədi: 
− Siz daha gözəlsiniz... 
Yeganə özünü eşitməməzliyə vurdu. 
− Bəs, heç siz demədiniz, adınız nədir? 
− Adım – Əkrəmdir. 
− Danışmağınızdan belə görünür, ya şair, ya jurnalistsiniz... 
− Xeyr. Adi tələbəyəm. Universitetdə oxuyuram. 
Əkrəm  yarışlarda  dəfələrlə  iştirak  etmiş,  qələbə  çalmış  yaxşı  şahmatçı  idi. 
Qəzetlərdə,  jurnallarda  dönə-dönə  şəkli  çıxmışdı.  Haqqında  məqalələr  yazılmışdı. 
Lakin indi bu barədə söhbət salıb, öyünməyi yersiz bildi. 
− Astronom olmaq istəyirəm, − dedi. – Bu mənim çoxdankı arzumdur. 
− Oho!.. Demək, göydə ulduzlar kəşf edəcəksiniz? Maraqlıdır... Heç təzə bir 
şey tapmısınızmı? 
− Hələlik bircə ulduz kəşf eləmişəm. Onu da göydə yox, yerdə! 
Bəli,  o  gün  Əkrəm  Yeganəyə  ətirli  qızılgül  dəstəsi  verdi,  sonra  isə...  öz 
ürəyini  bağışladı.  Gəncliyin  odlu,  ehtiraslı,  gələcəyin  şirin  arzuları,  ömrün 
intəhasız diləkləri ilə aşıb-daşan ürəyini! 
Tezliklə  məhəbbət  iki  qəlb  arasında  körpü  saldı.  Yeganənin  adı  Əkrəmin 
dilindən  düşmədi;  özünü  bircə  an  onsuz  təsəvvür  etmədi.  İndi  bütün  aləmdə  bu 
qızdan qiymətli, bu qızdan əziz ikinci varlıq yox idi Əkrəm üçün. 
Lakin bir dəfə... 
Hava  təzəcə  qaralmışdı.  Şəhərin  işıqları  hələ  yanmamışdı.  Sevgililər  uşaq 
təkin əl-ələ tutub astadan söhbətləşərək sahildə gəzişirdilər. Xəzan fəsli ağaclardan 
qopardığı saralmış yarpaqları xiyabanlarda ayaq altına səpələmişdi. 
Dəniz  vağzalına  çatmağa  az  qalmışdı  ki,  Yeganə,  həsir  şlyapalı,  tosqun  bir 
kişinin tələsik addımlarla onlara tərəf gəldiyini görüb, özünü itirdi. Əkrəm ovcunda 
tutduğu əlin tir-tir əsdiyini hiss etdi. Dönüb heyrətlə qıza baxdı. Onun sifəti müdhiş 
bir görkəm almışdı; qorxudan rəngi ağappaq ağarmışdı. 
− Sənə nə oldu, Yeganə?!. 
Oğlanın sualı cavabsız qaldı. Həsir şlyapalı kişi bir az da yaxınlaşanda, qız 
şaşqın halda çırpınıb Əkrəmin əlindən çıxdı və yaydan atılan ox kimi götürüldü... 
Sonra istiqamətini azdırmaq üçün ağacların arasına atılıb, yoxa çıxdı... 
downloaded from KitabYurdu.org


26 
 
Bu nə mübhəm, nə anlaşılmaz sirr idi?! 
Yeganənin  qəribəliyi  təkcə  Əkrəmi  deyil,  gəmiyə  tələsdiyindən  saatı 
soruşmağa y axınlaşan kişini də təəccübləndirmişdi... 
 
 
      DÖRDÜNCÜ NOVELLA 
 
 
 
Bir  axşam  Əkrəmin  yenə  geyinib  hara  isə  getməyə  hazırlaşdığını 
görən Cavahir oğluna yanaşıb ehtiyatla dedi: 
 
− Bala, səninlə çoxdandır bir söhbət eləmək istəyirəm. Gəl ürəyini aç, sirrini 
məndən pünhan saxlama. O şəklini cibində gəzdirdiyin qızla evlənmək fikrin var, 
yoxsa elə-belə... 
 
Əkrəm tutuldu, bu gözlənilməz sualın qarşısında aciz qaldı. 
 
− Sən nə danışırsan, ana?! Hansı qız?! Nə şəkil?!.. 
Arvad gülümsər baxışlarla mənalı tərzdə oğlunu süzdü: 
− Ay saqqalı ağarmış, məndən də gizlədirsən? Hər şeyi bilirəm... 
Bu  məsələ  iki  ay  əvvəl  açılmışdı.  Cavahir  əkrəmin  pencəyinin  qopmuş 
düyməsini  tikirdi;  yerə  nəsə  düşdü.  Arvad  əyilib  baxanda  döşəmədə,  açılmış  cib 
dəftərçəsinin  arasında  rəngli  bir  fotoşəkli  gördü.  “Bu  kimdir?!”  –  deyə  o,  şəkli 
qaldırıb  diqqət  yetirdi.  Lakin  tanımadı.  Növrəstə,  göyçək  bir  qız  idi.  Gözləri 
sürməli,  dodaqları    boyalı...    Əcnəbi  kinoaktrisalarına  oxşayırdı.  Həm  də  şəklini 
qarşıdan  yox,  yandan  çəkdirmişdi,  qara  tellərini  darayıb  çılpaq  kürəklərinə 
tökmüşdü.  Sol  çiyninin  üstündən  geri  qanrılıb  ağ  dişlərini  göstərərək  gülürdü. 
“Utanmaz!”  –  deyə  Cavahir  rişxənd  elədi,  şəkli  acıqla  yenə  dəftərçənin  arasına 
dürtüb,  pencəyin  cibinə  qoydu.  –  “Bu  artistlərdə  də  abır  yox,  həya  yox!..”  Sonra 
ürəyində  oğlunu  danladı:  “Əkrəmdən  görünməyən  iş.  Belə  şəkli  cibində  niyə 
gəzdirir?!.”  Qadın  fövrən  nə  xatırladısa,  diksinən  kimi  oldu.  Və  şəkli  çıxarıb  bu 
dəfə  arxaına  baxdı.  Bəli,  səhv  etməmişdi.  Bu  hansı  qızınsa  oğluna  töhfəsi  idi. 
Orada  qırmızı  mürəkkəblə,  zərif  xətlə  yazılmışdı:  “Əkrəm,  mən  həmişəlik 
səninəm! Yeganə. 12 aprel, 1940-cı il”. 
Cavahirin  fərəhdənmi,  həyəcandanmı  ürəyi  çırpındı;  şəkildəki  qızın  sir-
sifəti,  qaş-gözü  bu  dəfə  ona  ayrı  cür  göründü.  Daha  o,  əcnəbilərə  də  oxşamadı. 
“Yeganə!.. – qadın öz-özünə pıçıldadı. −  Mənim xəbərim yox, sən demə, Əkrəmin 
gözaltısı varmış!..” 
O  gündən  sonra  Cavahir  neçə  kərə  bu  barədə  oğlu  ilə  söhbət  açmaq 
istəmişdisə, məqam tapmamışdı. 
İndi Əkrəm də çəkinmədi: 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə