Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə21/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   17   18   19   20   21   22   23   24   ...   81

42 
 
puma,   antilop, sürünənlərdən kərtənkələ, bir neçə növ zəhərli ilanlar, gəmiricilər, 
çoxlu quşlar və həşəratlar yaşayır. 
Əhalisi. Salvador mərkəzi Amerikada əhalisi ən sıx olan    ölkədir.    Əhalinin    
89%-ni    metislər,     10%-ni hindular, 1%-ni isə avropalılar təşkil edir. Rəsmi dil -
ispan dilidir. Əhalinin 75%-i katolik dininə etiqad edir.  Hər  min nəfərə görə təbii 
artım isə - 26,2 nəfərdir. Şəhər əhalisi təqribən 50%-dir. İri şəhərləri: San-Salvador 
(1  mln.  nəfər),  Santa-Ana,  San-Migel  və  s.-dir.  Fəal  əhalinin  40%-i  kənd 
təsərrüfatında çalışır  (meşə  və balıqçılıq təsərrüfatı da daxil  olmaqla). Orta həyat 
ömrü: kişilər üçün 65 il, qadınlar üçün 70 ildir. 
Ölkənin    paytaxtı  -  San-Salvador  şəhəri  dövlətin  əsas      iqtisadi      və   
mədəniyyət   mərkəzidir.   Dəmir   və avtomobil yolları qovşağıdır.  Amakas çayı 
vadisində,  San-Salvador  vulkanının  ətəyində,  dəniz  səviyyəsindən  700  m 
hündürlükdə  yerləşir.  Ölkənin  sənaye  məhsulunun  1/4-indən  çoxunu  San-
Salvadorun sənaye müəssisələri verir. Şəhərdə toxuculuq,  yeyinti və metal  emalı, 
gön-dəri-ayaqqabı,  sement,  metallurgiya,  neftayırma,  istilik  elektrik  stansiyaları 
işləyir. 
 
Şəhərdə çoxlu tarixi-memarlıq abidələri vardır. 
Ölkənin  ikinci  böyuk  şəhəri  Santa-Anadır,  eyni  adlı  departamentin  inzibati 
mərkəzidir.  Dəmir  yolu  və  avtomobil  yolu  qovşağıdır.  Əhalisi  200  min  nəfərdən 
çoxdur. Qəhvə yetişdirilən rayonun mərkəzidir. Şəhərdə yeyinti, toxuculuq, dəri və 
ağac  emalı  sənayesi  vardır.  İnzibati  cəhətdən  ölkə  14  departamentə  bölünür.  
Salvador        respublikadır.          Dövlət        başçısı        5        il  müddətinə      seçilən   
prezidentdir.   İcra   hakimiyyətini prezident və onun təyin etdiyi nazirlər həyata 
keçirir.  Salvadorun        ərazisi        qədimdən          hindu  tayfaları  (əsasən  mayya) 
tərəfındən məskunlaşmış  və  Kuekatları adlanmışdır.    1523-cü   ildə   Alvarado   
başda   olmaqla konkistadorlar Salvador ərazisini işğal etdilər və onu 
Salvador    adlandırdılar.     1525-ci    ildə    San-Salvador şəhərini, 1528-ci 
ildə isə Sansonate şəhərinin bünövrəsini qoydular.    1560-cı    ildən    Salvador    
Qvatemala  general-kapitanlığının  tərkibinə  daxil  edildi.  İspaniyanın  Amerikadakı 
müstəmləkələrinin istiqlaliyyət uğrundakı müharibəsi (1810-1826) gedişində 1821-
ci  il  sentyabnn  15-də  Qvatemala  general-kapitanlığı  müstəqillik  əldə  etdi.  Lakin 
Salvador yalnız 1841-ci ildə istiqlaliyyət qazandı. 
İqtisadiyyatın  əsas  bölməsi  olan  kənd  təsərrüfatı    ÜDM-un  25%-ni  təmin 
edir. Emal sənayesinin payı 20%, nəqliyyat və rabitənin 5, xidmət sahələrinin payı 
50%-dir. 
Salvadorun  iqtisadiyyatında  xarici  kapital  (əsasən  ABŞ)  mühüm  yer  tutur. 
Xarici kapital praktiki olaraq dəniz, dəmir yolu və hava nəqliyyatının, rabitənin və 
elektrik enerjisinin paylanmasına nəzarət edir. 
Kənd  təsərrüfatı  ishehsalında  təsərrüftın  iki  əsas:  kapitalist  əmtəə  və  xırda 
natural  qrupu  fərqlənir.  Kapitalist  təsərrüfatları  -  pambıq,  heyvandarlıq,  qəhvə, 
jenşen,  şəkər  qamışı  plantasiyaları  -  yerli  iri  və  orta  mülkədarlara  məxsusdur. 
Onların  təsərrüfatlarında,  xüsusilə  pambıqçılıqda  torpağın  yeni  becərmə  və 
suvarma metodları, heyvandarlıqda isə müasir texnika tətbiq olunur. 


43 
 
Ölkə  ərazisinin  2/3  hissəsindən  kənd  təsərrüfatında  istifadə  edilir.  Əsas 
ixracat bitkiləri: qəhvə, pambıq və şəkər qamışıdır. Salvadorun əsas ərzaq bitkiləri 
olan  çəltik,  qarğıdalı,  paxla,  sorqo  və  başqalan  əsasən  kiçik  təsərrüfatlarda 
yetişdirilir. 
 
Ölkənin  başlıca  kənd  təsərrüfatı  bitkisi  qəhvədir.  İxracat  həcminin  45%-i 
onun  payına  düşür.  Qəhvə  yığımının  yarısı  Santa-Ana,  Auarapan,  Sonsonate,  la-
Libertod və Usulutan departamentlərinin payına düşür. 
Salvadorda  əhəmiyyətinə  görə  ikinci  ixracat  bitkisi  -  pambıqdır.  Vaxtilə 
pambığın məhsuldarlığına görə Misiri və ABŞ-ı ötüb keçmişdi, lakin 70-ci illərin 
axırlarında   dünya    bazarında   pambığın    qiymətinin aşağı düşməsi onun əkin 
sahələrinin və istehsalının azalmasına səbəb oldu. 
Ölkənin  vacib  ixracat  bitkilərindən  biri  də  şəkər  qamışıdır.  İstehsal  olunan 
şəkərin  yarısını ABŞ alır. Digər ixracat bitkiləri jenşen, küncüt  və s.  yerli tələbat 
üçün kakao, meyvə, tərəvəz və s. yetişdirilir. 
Heyvandarlıq ekstensiv xarakter daşıyır. Onun əsas rayonları Lempa çayının 
orta axınındakı savannalar və ölkənin şimal hissəsidir. 
Ölkədə  1,5  mln  baş  iri  buynuzlu  mal-qara,  450  min  baş  donuz  vardır.  Mal-
qaranın məhsuldarlığı aşağıdır. Krevet ovlanması və ixracatı artmışdı. Ölkədə hər 
il xeyli balıq ovlanır. 
Meşə təsərrüfatı ölkənin iqtisadiyyatında elə də böyük rol oynamır. 
İkinci dünya müharibəsinə qədər sənaye əsasən manufaktur və kustar xarakter 
daşıyırdı. 50-60-cı illərdə yeni nisbətən iri sənaye müəssisələri yarandı və sənaye 
istehsalı artmağa başladı. 60-70-ci illərdə sənaye məhsulunun orta illik artım sürəti 
Salvadorda  bütövlükdə  Latın  Amerikasına  nisbətən  2  dəfə  artıq  idi.  Mərkəzi 
Amerikada Salvador nisbətən sənaye cəhətdən inkişaf edən dövlətdir. Onu hərdən 
«Mərkəzi Amerikanın Ruru» adlandırırlar. 
Ölkədə hasilat sənayesi o qədərdə inkişaf etməmişdir.    Minas-San-Kristobal,    
Los-Enkuentros,        Monte-Kristo,      Santa-Rosa-de-Limada    qızıl      və      gümüş   
hasil edilir. San-Sebastyan   mədənində  az  miqdarda  sink, qurğuşun və mis filizi 
çıxarılır. 
Salvadorda mineral yanacağın olmaması ilə bağlı hidrogenerjinin istifadəsinə 
xüsusi fıkir verilir. Akakutla   şəhərində  neftemalı  və  böyük  sement zavodları 
vardır.    Ölkədə  polad,  prokat  və  avtomobilyığma,    sement    və    azbes-sement  
məmulatları,  kabel,    alüminium  məmulatları,  mis  naqil,  gündüz  işıq  lampaları, 
televizorların yığımı, kimya sənayesi müəssisələri, o  cümlədən  kükürd  turşusu,  
plastik  kütlə  istehsal edən zavodlar fəaliyyət göstərir. 
Lakin böyük müəssisələrin əksəriyyəti, xarici kapitalın iştirakı ilə tikilmişdir. 
Ən  əsası  isə  bir  neçə  böyük  sənaye  müəssisələri  salvador  sənayesinin  ümumi 
radikal  strukturunu  dəyişdirə  bilməmişdir.  Onun  əsas  sahələri  əvvəllərdə  oldugu 
kimi qida məhsulları, parçalar, geyim, ayaqqabı, tütün məmulatları və digər geniş 
istehlak mallarının istehsalı və sairdir. 
Sənaye  müəssisələri  ölkədə  qeyri-bərabər  yerləmişdir.  Bütün  böyük 
müəssisələrin 80%-i San-Salvador rayonunda yerləşir. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə